Nəhəng, ancaq bizdə sürünən Futbol… (II-pərdə;Torero və ya Matador…)

Hə… indi də keçək ikinci pərdəyə.
Birinci pərdənin əvvəlində dünyada futbol ölkələrindən söz açmışdıq. Əsasən də son onillikdən İspaniya millisinin ardıcıl Avropa, dünya və yenə Avropa, üstəlik Konfedarasiyalar kubokunu qazanmaqla, 12 ildir ki, dünyaya futbol hökmranlığı edir. Elə bu onillikdə 2011-ci ildə bu ölkənin “Barselona” klubu bir ildə mümkün 6 titulun hamısına sahib olması ilə növbəti belə uğuru təkrarlayacaq başqa bir klub olana qədər, klubların gözü mənəm deməkdə davam edəcək.
Bu futbol dünyasını gəzə-gəzə gəlib çıxmışdıq öz məmləkətimizə. Burdan da başqa bir şey adamı düşündürür. Görəsən İspaniyanın daha başqa özünəməxsusluğu yoxdur? Aha… deyəsən var axı. Bir demək istəyir adam, bir də heç demək istəmir. Ona görə ki, bunun da axırı futbola çıxacaq. Birdən deyən olar ki, bəsdi də, futboldan danışdız. Amma birinci pərdənin əvvəlində sözümüzü demişik də… Hər nədən danışsaq, necə olursa, axırı futbola, “Xəzər Lənkəran”a gəlib çıxır. Neyləyək ki, bu da məmləkətə və idmanın bu növünə hörmət və məhəbbətdəndir.
Hə, onu demişdik axı, İspaniyanın futboldan başqa bir qürurlanası özəlliyi yoxdur? Var, əlbəttə var! Ta, qədim zamanlardan yalnız ispanlara məxsus öküz döyüşü deyilən bir idmana məxsus növü də var. Onu da deyək ki, İspaniya yeni qitələrin, coğrafi quru və dəniz yollarının  və nəticədə yeni materiklərin, qitələrin kəşfi baxımından da dünyada ilk yerləri tutur. Kəşf elədiyi yeni torpaqlarda da öz mədəniyyətini nüfuz etdirib. Buna görə də İspan mədəniyyəti olan ölkələrdə, də bu öküz döyüşləri keçirilməkdədir. Məsələn, Portuqaliyada, cənubi amerikanın bəzi olkələrində, o cümlədən Meksikada.
 
Nədir bu öküz döyüşü? Əvvəlində burada iki buğa döyüşdürülürdü. Daha sonralar isə bu buğaların biri döyüşçü insanla yəni Torero, Matadorla (ispanca: matador [de toros]) əvəz olunur. Matador və ya Torero bir və ya bir neçə nəfər də ola bilər ki, bunlar buğanın önünə xüsusi bayram geyimində çıxır. Əllərində xüsusi ölçüdə qırmızı rəngli parça (traje de luces) olur ki, bunun vasitəsi ilə də buğanın diqqətini özünə çəkir. Sonra buğanı yormağa çalışır, əldən salandan sonra isə onu öldürür. Bununla da Torero döyüşü qalib kimi bitirir.
Matador_buga kureyi uste
Döyüşdə sınanılan buğalar elə belə olmayıb, xüsusi görkəmli, çox güclu və döyüşkən buğalar olur. Bəzən belə buğaların bir neçə Matador güclə öhtəsindən gəlir. Belə olan halda bir döyüşçü yıxılan zaman araya öz qırmızı parçası ilə başqa bir döyüşçü girir və beləcə ötür-ötür davam edir. Hətta bəzən elə olur ki,  buğanı şəhərə buraxır, onun əsəbləri ilə oynayırlar. Yazıq buğa da birini qovur, bu zaman başqa birisi onun diqqətini çəkməyə çalışır ki, buğa da yeni istiqamətdə qaçır. Bu dəfə tindən bir başqası çıxır, yazıq buğa onu vurmaq istərkən, bu dəfə hasardan bir başqası çıxır. Xülasə, yazıq buğanı o qədər gicəldirlər ki, bilmir hansı tərəfə qaçsın, kimi buynuzu ilə vursun və ümumiyyətlə hara qaçır, niyə qaçır bunu özü də bilmir. Sadəcə dəli olmuş kimi qaçmaqda davam edir. Axırda da dözməyib ölür.
İndi bizdə də nəhəng buğalar Britaniyadan, Türkiyədən gətirilir. Buğanı əsəbləşdirib qovarağa salırlar, hər tindən, dükandan, hasardan nə bilək hardan biri çıxır və buğanın qaçış istiqamətini dəyişdirir. Yazıq buğa nəhəng olmasına baxmayaraq buralarda bir çox cüssəsiz Toreronun əlində avara qalır, qaçır və bilmir hara qaçır və niyə qaçır. Qırmızı qıcıq hər dəfə bir tərəfdən, müxtəlif tərəflərdən gəlir ki, buğa da ora bura vurnuxur-vurnuxur və dəli kimi qaçmağının məqsədin bilməsə də qaçır, hərəkət edir. Bu yaxınlarda bir nəhəng Uels buğasını necə qovarağa saldılarsa, özü də bilmədi ki, hardan gəlib. Açığı bu Uels buğası İspan buğalarının arasında da çox olmuşdu. Amma baxma, İspan buğası zadı boş şeydir, bizdə elə Matadorlar var ki, min belə buğanın öhtəsindən gələr. Elə yaxın günlərdə artıq birini də qovarağa salıblar ki, ora-bura vurnuxaraq lap əldən düşüb.
Amma bilmək olmur, bəzən buğa elə buğa olur ki, Matadoru yerə sərib buynuzu ilə şikəst də edə bilir.
matador-spain-mexico_yixilib

7 thoughts on “Nəhəng, ancaq bizdə sürünən Futbol… (II-pərdə;Torero və ya Matador…)”

  1. Yazi muellifi ozu dediyi kimi her hadiseden futbola cox ince vurgu ve ustaliqla kecib. Dogurdanda bizim futboldaki matodorlar bezi azerkesleri matodorlasdirirlar. Hetta oyuncular bele matodor roluna girirler, hec ozleride bilmirler ki niye? Bezen is o, yere catir ki asagi yas qurupunda bele gelecekde matador olmalarina tovsiyye verilir,,

  2. Deyirlər gəzən ayağa daş dəyər. Görünür səyyahlarımız yaşıl meydanları gəzə-gəzə gəlib bizim futbola çıxandan sonra daşlığa düşürlər.
    *****
    Necə deyərlər: “Bu qala daşlı qala,
    Çınqıllı, daşlı qala,
    Qorxuram yar, gəlməyə,
    Gözlərim yaşlı qala…”

  3. Salam, Müəllim! Dpğrusu ispan milli oyunu olan bu korridanın özünəməxsus özəllikləri var. Biz də şahidi olmuşuq, keçən il Uelsdən gətirilmiş nəhəng bir buğanı təcrübəli, cılız bir matador nə hala saldı. Axırda Uelsdən gəlmə buğa o hala düşdü ki, yolunu azıb katalonların vətəninə qaçdı.Onu da deyim ki, Uelsdən gətirilən nəhəng buğa bir vaxtlar elə Kataloniya əyaləti də daxil olmaqla İspaniya korridalarında ad çıxarmışdı. Bizdə elə matadorlar yetişib ki, dünyanın harasından məşhur buğaları yığıb gətirsən də əhəmiyyəti olmayacaq. 3-4 aya buğaları elə hala salarlar ki, baş götürüb kor-peşman gəldikləri yerə qaçarlar. Əvvəllər bizim yerli buğalarımız az-çox matadorlarımızın öhtəsindən gəlməyi bacarardı. Deyirəm bəlkə öz matadorlarımızın öhdəsindən yenə elə öz yerli buğalarımız gəldi?!

  4. Bu korrida var e, çox ədalətsiz bir döyüşdür. Bir döyüşün ki, nəticəsindən asılı olmayaraq öldürüləcək(!) döyüşçü məlumdursa, həmin döyüşü təbliğ etməyə dəyməz, eləcə də tərənnüm olunması insafsızlıqdır. Korrida “ədaləti” müstəsna hallarda dördayaqlı məməlini yaşamaq imkanı ilə mükafatlandırdığı halda belə mütləq qaydadad rəmzi olaraq öldürülməsi nümayiş etdirilir. belədirsə nədir faydası bizim futbolumuza bu biçarələri gətirib TOPAZ bayrağı ilə qıcıqlandıraraq qurban verməyin.
    *****
    Biz, ispan xalqına qarşı həqarətdə buluna bilmərik. Əsrlər boyu bunu ispan xalqı yaşatmağı lazım bilib. Hətta bu başqa xalqlara da sirayət edib. Biz ispan xalqının ədalətə baxış bucağını dəyişə bilmərik.

  5. SALAM XL AZERKESLERI . KOMANDAMIZIN BERBAD MEGLUBIYYETI HAMIMIZI SARSIDIB . AMMA NEYNEMEK OLAR TEKRAR OYUNDAKININN NETICESININ UMUDULE YASAYAG.. BU YAZDIGIM BIR PARCA SERIMDE TANRIMA YALVARARAG KOMEK ISTEMEKLE KOMANDAMIZDA BEZI MESELELERE TOXUNMAG ISTEMISEM
    ELIMI GALDIRIB, UCA GOYLERE
    YAREBBIM DEYEREK , KOMEK ISTEREM.
    BAXARAG, BU GEMLI AZERKESLERE
    ISTEREM , XEZERE SEFA GOSTEREM.
    COXDANDIR , XEZERIM YATAG XESTESI,
    HEKIMLER , TAPMAYIR DERDINE DEVA,
    SANKI GUC ILE GELIR NEFESI,
    YAREBBIM, VERGINEN BU DERDE SEFA.
    ZULMETLI GARANLIG, GETIRIR SEHER,
    BIZ ISE SEHERIN HESRETINDEYIK.
    GARA ZOLAGLARDAN DOGULMUS GEHR,
    BOGARAG BIZLERI, YOL GETMEKDEYIK.
    ILAHI, NEGEDER DOZEK DERDLERE,
    KOMANDA COKEREK, YOX OLMAGDADIR.
    SUNI MANEYELER GOYAN KESLERE,
    TENGIDLER, TEHGIRLER COXALMAGDADIR.
    VAXTIYLA XEZERIM DALGALANARAG,
    SEDLER YARADARDI COX REGIBLERE.
    AZERKES KUTLEDEN DESTEK ALARAG,
    GOLLARI BOLERDI COX CESIDLERE.
    GOZEL OYUNLARLA YAGDIRAR GRAD,
    TEXNIKA , SURETLI HUCUMLARIYLA.
    REGIBLER MEYDANDA OLARDI BERBAD,
    FITCALAN, TUTEKCI ZURNACISIYLA.
    FUTBOLUN BASINDA DURAN EKELER,
    EKELIK BORCUNU YETIRMIR SONA.
    HER BIR GERAR ILE VURAN LEKELER,
    GEYILIR BEZEKLI, NAXISLI DONA.
    XEZER GEMISINDE OLAN KAPITAN,
    ICAZE OLMADAN GEMIYE MINMIR.
    TUTEKCI TUTEKLE ZURNA OYNADAN,
    ZURNADAN ACILAN HESABI SILMIR.
    YARADIB ILAHI MIN BIR BELANI,
    SINAGA CEKMEYE OZ BENDESINI.
    DOZULMEZ HALDAYIG, VER FERMANINI,
    XEZERI BU GUNE SALAN KESINI.
    BUTUN BELALARI VERENDIR ALLAH,
    HER BELA UCUNDE DERMANI VERIR.
    NEFSIVE USTUN GELIRSE TAMAH,
    SEFALAR BELADAN SORUMSUZ GEDIR.
    SEFAET DERMANI VER XEZERLIYE,
    KOMANDA SAVADSIZ ELLERDE GALIB.
    NE GEDER DERD VERMEK OLAR DERDLIYE,
    TUYGUNLAR XEZERDE CUN LOVBER SALIB.
    YERDEKI TEBIBLER VERMEDI FAYDA,
    COX YERDEN GELEREK, BAXIB GETDILER.
    SURUSUB, GALIBDIR YARIMFINALDA,
    ILAHI GUVVEYE UMUD ETDILER.
    EN CETIN ANLARDA BUTUN CANLILAR,
    SENIN VARLIGINI DERK EDECEKLER,
    XEZERI BU GUNE GOYAN ADAMLAR,
    CEHENNEM ODUNA SEDD GEDECEKLER.

  6. REKORD VURAR AZERKES, AZAL ILE OYUNDA,
    FUTBOLCULAR MAT GALAR, BIABIRCI DURUMDA,
    GUNAHKAR OZLERIDIR, GOY INDI ANLASINLAR,
    BIRAZ DA BIZIM HISSI BELECE YASASINLAR.

  7. Umid edirik ki, bir gun bu olkede “okuz doyusu” kecirilmez ve bugalar serbest gezer. Nece ki, Barcelona sheheri matador oyunlarini kecirtmir. Bu barcelonalilarin alicenabligini gosterir.

Comments are closed.