Tarixi arayış: “12-ci oyunçu”nun yaranma günü

Bu gün, fevralın 22-də “12-ci oyunçu” azarkeş qrupunun 6-yaşı12cioyuncu.info saytının isə 5-yaşı tamam olur.
2008-ci ilin 22-fevral tarixində “Xəzər Lənkəran”ın Lənkəranda yaşayan fəal azarkeşləri bir araya gələrək “12-ci oyunçu”müstəqil fan klubunun ilk təsis yığıncağını keçirdilər. Məhz bu tarix bir il fan klub olaraq, 2009-cu ildən bəri isə azarkeş qrupu formasında fəaliyyət göstərən “12-ci oyunçu”nun rəsmən yaranması günü kimi qeyd edilir. Bununla belə qeyd edək ki, “12-ci oyunçu”nun təməlinin qoyulması 2005-ci ilin may ayına gedib çıxır. (Yeri gəlmişkən təşkilatlanmamış şəkildə davam edən fəaliyyətin “12-ci oyunçu” adlı fan kluba çevrilməsi ideyası isə 2006-cı il 12-dekabr tarixində yaranıb)
“12-ci oyunçu” azarkeş qrupu özünün qeyri adi fəaliyyət proqramına görə Azərbaycanda ilk və hələlik yeganə azarkeş qrumu olaraq qalır. Bu illər ərzində bizi başa düşüb anlayanlar da oldu başa düşməkdə çətinlik  çəkərək anlamayanlar da, dəstəkləyənlər də oldu gözü götürməyənlər də hətta bəyənməyənlər də tapıldı. Lazımi məqamda konkret faktlarla və əsaslandırılmış fikirlərlə haqq sözünü demək bacarığımıza görə bizdən çəkinənlər də oldu, üzərimizə gəlib, hədələyənlər və təzyiq edənlər də. Biz “12-ci oyunçu”lar,  şərləndik, böhtanlara məruz qaldıq amma dönmədik və beləcə dönməzliyimizlə sadə azarkeşlər tərəfindən sevildik. Çünki biz nə AFFA rəhbərliyinə “futbolun inkişafı üçün böyük işlər görülür” deyərək yaltaqlanmaqdıq, nə də PFL rəhbərliyi ilə  gizlin görüşlər keçirib, ikibaşlı münasibətlər qurmadıq və dostluq da etmədik belələri ilə. “12-ci oyunçu” olaraq biz heç “Xəzər Lənkəran” rəhbərliyi ilə də aramızda olan məsafəni qısaltmadıq, biz klubda işləmək üçün də çalışmadıq. Biz nə klubda çalışanların heç biri ilə iş birliklərinə getmədik, nə də kiminsə orada işləyib işləməməsi ilə maraqlanmadıq. Biz futbola sadə azarkeş gözü ilə baxdıq. Sadə azarkeşi maraqlandıran isə ortaya qoyulan məhsuldur ki, bu da komandadır. Beləcə komandanın çıxışları bizi qane etmədikdə klub rəhbərliyinə etiraz etməkdən çəkinmədik, amma dəstəyimizi bir an belə meydanda döyüşən komandadan əskik etmədik. Biz “12-ci oyunçu” olaraq “Xəzər Lənkəran” camiəsinin şərəf və ləyaqətinə toxunulan söz-söhbətlərə anında etiraz edərək belələrinin kəskin cavabını verə bildik. Buna qüvvəmiz də yetdi, cəsarətimiz də çatdı.Azərbaycan futbolunda indiyə qədər görünməyən bir internet səhifəsi yaratdıq. Hazırda azarkeş saytımız  ölkənin əksər idman portallarından qat-qat çox izləyiciyə malikdir. Beləki, 12cioyuncu.info saytı nəinki Azərbaycanda hətta dünyanın müxtəlif  ölkələrindən ümumilikdə 1.464.500-dən çox (Bir milyon dörd yüz altmış dörd min beş yüz)  İP ünvandan izlənilir. 2009-cu ildən bəri saytımızda “Xəzər Lənkəran” komandasının hər addımı, bütün səfər və ev oyunları öncəsi məşqləri eləcə də ölkə xaricində keçirdiyi  təlim-məşq toplantılarından eksklüziv məlumatlar, fotoşəkillər və videogörüntülər yer aldı.12cioyuncu.info azarkeş saytı özünün xüsusi statistikası, analiz və məlumat xarakterli yazıları, həmçinin köşə yazıları ilə, azarkeş məktublarının dərc edilməsi ilə özəlliyini göstərdi. Azarkeş saytımız hər hansı məlumatı mənbənin özündən almaqla eləcə də informasiya vasitələrindən götürdüyü məlumatların mənbəyini göstərməklə fərqləndi. Biz min bir əziyyətlərə qatlanaraq yorulmadan və əzmlə çalışaraq bir azarkeş saytı yaratdıq və yaşatdıq, beləcə ölkə mediasındakı bəzi “peşəkar” jurnalistlərə belə dərs verə bildik. Fəaliyyətimizlə daim “Xəzər Lənkəran” azarkeşlərinin başını uca tutmağa çalışdıq. Biz 12cioyuncu.info azarkeş saytındakı öz gərgin fəaliyyətimizlə ölkənin futbol icmaiyyətinə sübut etdik ki, “Xəzər Lənkəran” azarkeşlərinin üstünlüyü təkcə say çoxluğunda və ya futbola bağlılığında, bu oyuna hədsiz dərəcədə maraq göstərməsində deyil, eyni zamanda vətən və yurd  sevgisində, intellektində, davranışında və hər tərəfli infomasiyalara malik olmasındadır. Yorulmadan çalışdıq, nə mümkündürsə etdik, hətta bəzən mümkün olmayana belə əl atdıq.
“Xəzər Lənkəran” sevgisi ilə “AĞ-YAŞIL” camiənin xidmətində olan  “12-ci oyunçu” azarkeş qrupu və12cioyuncu.info azarkeş saytı fəaliyyətini bundan sonra da belə davam etdirmək fikrindədir.
Sonda bütün “12-ci oyunçu”ları, başqa sözlə “Xəzər Lənkəran”ın fan klublara daxil olmayan bütün sadə azarkeşlərini və 12cioyuncu.info saytının istifadəçilərini azarkeş qrupunun 6-yaşının və12cioyuncu.info saytının 5-yaşının tamam olması münasibəti ilə təbrik edirik.
“12-ci oyunçu” azarkeş qrupu.
12cioyuncu.info azarkeş saytı
12-ci Oyuncu az_qrupu-112-ci Oyuncu az_qrupu
 
Mənbə: “12cioyuncu.info
 

1 thought on “Tarixi arayış: “12-ci oyunçu”nun yaranma günü”

Comments are closed.