Buradasınız Əsas » Xəbər » Siz necə düşünürsüz, əziz “Xəzər Lənkəran” azarkeşləri?
  • Bookmark and Share

Siz necə düşünürsüz, əziz “Xəzər Lənkəran” azarkeşləri? 

Analyzing the Data

Komandamız təlim-məşq toplanışının startını və gedişini arzuladığımız kimi keçirməsə də sonda lazımi transferləri edərək, bir xeyli güclənmiş sayılır. Kampdan dönəndən sonra, XIX turun ilk görüşünü çempionatın lideri “Qarabağ”a qarşı keçirdi. Səfərdə keçirilən bu oyunun ilk hissəsində rəqibindən zəif görünən komandada mübarizə ruhu yaxın keçmişdəki kimi ölmədi. Əksinə ikinci hissədə fəallaşıb, qol da vurmağı bacardı və qələbəni sona qədər qoruyub, saxlaya bildi. Bu son dövrlər ruhən acizləşmiş komandamız üçün əla başlanğıc oldu ki, komanda bu ruhu göründüyü kimi qorumaq əzmindədir.

“Qarabağ” kimi son illərin stabil komandasına səfərdə qalib gələn “Xəzər Lənkəran”, növbəti, XX turda öz meydanımızda ərköyün rəqib, “Neftçi”ni qonaq edəcək. “Neftçi”nin baş məşqçiliyinə qayıdan Böyükağa Hacıyev də ənənəsinə sadiq qalaraq böyük oyun ərəfəsində açıq-açığına bostanımıza daş atmağa başlayıb. Bu xoşagələn hal olmasa da Böyükağa bəyin açıq-açığına daş tullaması əslində yaxşı haldır. Kişi mərdi-mərdanə özü sözün deyir və gizlənib, muzdla kiməsə dedirtmir. Yəqin Lənkərandan məğlub ayrılacağı təqdirdə də kişi kimi “”Xəzər Lənkəran” bizdən güclü olduğuna görə, məğlub olduq, deyəcək. Onda Böyükağa qağadan heç kim də inciməyəcək. Yox əgər bəhanələr axtarsa, onda atdığı daşlar özünə qayıdacaq.

Hə, XIX turda qazandığımız qələbə sayəsində, uzun müddət səkkizinci yerdə lövbər atan gəmimiz, saya oturduğu yerdən nəhayət dənizdəki qabarma nəticəsində ağır-ağır tərpənib, altıncı yerə qalxdı. Cəmi bir qələbə ilə əldə edilən üç xal, iki pillə komandamızı irəli apardı. Bu oyunda itirdiyi üç xal isə “Qarabağ”ı suyun dibinə doğru iki pillə gerilətdi.  Cəmi bir oyun, qazanılan və itirilən üç xal, əslində belə hallarda altı xala bərabər hesablanır. Çünki, biz hələ yuxarılara iddiamızı itirməmişik və yuxarıdakıları xalsız qoya-qoya onları taxtdan salmaq, onlardan aldığımız üç xallarla isə zirvəyə doğru irəliləmək istəyirik. İki pillə “Qarabağ” gerilədisə, biz iki pillə irəli gedə bildiksə, bu elə dörd pillə irəliləməyə bərabər bir şeydir. yetər ki, qarşıdakı oyunlarda da bunun davamı gəlsin. Turnir cədvəlinə nəzər salaq və bunu bir daha riyazi olaraq, nəzərdən keçirək:

XIX_tur_Cedvel

 

“Qarabağ” lider, “Xəzər Lənkəran” səkkizinci pillədə ikən, aramızda altı komanda lövbər salmışdı. Bizim qazandığımız üç, “Qarabağ”ın isə itirdiyi üç xal, bizi iki pillə irəli apardısa, onları iki pillə aşağı saldı. Belədə turnir cədvəlinə baxdıqda da görürük ki, daha “Qarabağ”la aramızda altı komanda yox, cəmi iki komanda yer alıb. Bu bir oyundan sonra baş verən haldırsa, növbəti onyeddi turlarda görün nələr ola bilər.

İndi də növbəti XX turun oyunlarına nəzər salsaq, görün necə də münbit şərait var. Beləliklə, XX turda görüşəcək komandalara nəzər salaq:

“Rəvan” – “İnter”

AZAL – “Sumqayıt”

“Qəbələ” – “Qarabağ”

“Simurq” – “Bakı”

“Xəzər Lənkəran” – “Neftçi”

Bu matçlardan ilk üçü 08. 02. 2014 tarixində, qalan iki matç isə bir gün sonra, yəni 09. 02. 2014 tarixində keçiriləcək. XX turun ilk oyun günündə, bizə çox lazım olan oyun “Qəbələ” – “Qarabağ” arasındadır ki, bu matçın heç-heçə bitəcəyi, ikinci oyun günündə isə “Simurq” – “Bakı” oyununda ev sahiblərinin qələbə və ya heç-heçə şansı, təbii ki, “Xəzər Lənkəran” – “Neftçi” matçında komandamızın vacib qələbəsi sayəsində yuxarılarla aradakı buzun xeyli dərəcədə əriməsinə səbəb olacaq ki, sonra da biz XXI turun təhlilini apararıq İnşallah! Hamımız komandamızın qələbəsinə inanır və bizi zirvəyə daşıması üçün dəstəyimizi əsirgəməyəcəyik, deyirik! Siz necə düşünürsüz, əziz “Xəzər Lənkəran” azarkeşləri?

28 Şərh yazıya: Siz necə düşünürsüz, əziz “Xəzər Lənkəran” azarkeşləri?

  1. Tənqidci

    Qabil qardaş, salam!-Salyana catmamiş kiminsə, böyrəkləri “otqaz” edib. Yəni qoca kişidi də (xasiyyətcə “zəif”di də), bəhanədən çox qorxuya oxşayir.
    *****
    Bəsdir! bu bəhanə,
    Yığdın, bizi canə.
    Sən, zatən uduzdun,
    Çəkil də, o yanə!

     
    • Zəfər Lerikli

      Saman altdan su yeridən “zəifəm”
      Dayimin mən sözlərini deyirəm.
      İkimizdə qorxu icindəyik biz,
      Ona görə kulək kimi əsirəm.
      *****
      Mənə niyə “zəif” deyirsiniz?-siz,
      Mən ki, Avropanı “fəth eləmişəm!”
      “İnter”lə, heç-heçə etdiyim anda,
      Lənkəranda “ölüm”, qət eləmişəm.

       
      • Tənqidci

        Qorxu canima
        Duşubdu yenə
        “Zəif” uşağam
        Getmirəm ora!

        Orda guzəşt yox!
        Dərk eyləmişəm.
        Sərsəm sözumlə,
        Özum-özumu,
        Dəfn eyləmişəm.

         
    • Tənqidci

      Bilirsənmi mən,
      Dururam subhdən.
      Banlamasam mən,
      Gedərəm burdan!?
      *****
      “Xəzər Lənkəran”a məğlubiyyətindən sonra, M. Ə. Sabirin bu şeirini oxuyacaq:
      Öylə bilirdim ki, dəxi sübh olub,
      Mürği-səhərtək bir ağız banladım.
      Səngi-şikəst eylədi balü-pərim,
      Banlamağın hasilini, anladım.

       
      • Tənqidci

        Arxi atilmamiş hop deyən oğlan
        İsgəndər kababi dərs olmadimi!?
        Vaxtsiz banlamağin aqibətini
        İsti qazandami hec görmədinmi.

         
  2. Zəfər Lerikli

    Muəllim!.Duşunurəm ki,kamandamizin növbəti qələbəsindən sonra təhlil aparmaq yerinə duşər. Cunki, nəticəsi bizə maraqli olan “Qəbələ”-“Qarabağ” oynudur ki,birincilərin qələbəsi turnir cədvəlində aşağilarda cixiş edən kamandalarla xal fərqini artacağina səbəb olar.Kamandamizin növbəti qələbəsi rəqiblərimizin duşərgəsinə vəlvələ salacaqdir ki ,bir daha özlərinə gəlməsi ucun uzun vaxta ehtiyaclari olar. Beləliklə,biz “Qarabağ”dan sonra nöyutculəri də cətin duruma salmiş oluruq. Ondan sonra növbə “Qəbələ” yə duşur. Hər şey bu nöyutculərlə oyundan sonra bilinər məncə.
    *****
    İnşallah bundan sonrakı proseslər “Xəzər Lənkəran”ın xeyrinə cərəyan etməklə, bizi də çoxdan bəri susadığımız qələbələrə, eyni zamanda qələbələrin gətirdiyi uğurlara daşıyar.

     
  3. Coşqun

    Bütün analizlər düzgün aparılıb məncə. Bununla bərabər nəzəri tələskənliyə yol verməmək lazımdır. Bəzən biz azarkeşlərin xəyali irəliləyiş sürəti komandanın inkişaf sürətindən xeyli ölçüdə böyük olur. Gəlin etiraf edək ki, “Xəzər Lənkəra” Rednikin dönəmindən bəri stabil oyun anlayışını tam olaraq itirib. Ta o zamandan bu günə kimi statistik hesablama aparsaq görərik ki, ortalama olaraq bir qələbəyə bir neçə məğlubiyyət və heç-heçə düşür. Bəli, yaxşı başa düşürük ki, bu yazı daha çox azarkeşlər üçün stimul doğuracaq bir yazıdır və belə stimullaşdırıcı yazılar da lazım və təqdirə layiq hesab olunur. Amma yenə də nə transferlərə, nə də komanda da ki yüksək əhval-ruhiyyəyə etibar etmək olmaz.
    Yoxa lənət! deməklə yanaşı mərdiməzara da lənət deməyi unutmayaq.
    *****
    Fikirlərinizi qəbul edirik. Zatən yazı yazılarkən bu düşüncələr hər tərəfli nəzərə alınıb. Burda yaxşı tərəfi düşündükdə yazıda göstərildiyi kimi yüksəliş bir növ, necə deyərlər, komandanın öz əlindədir. Yəni göstərəcəyi nəticələrdən asılıdır. Həm komandaya, həm də azarkeşlərimizə bu reallığı hiss etdirməklə, motivasiya nəzərə alınıb ki, mümkün olan gücü səfərbər edib sonda böyük uğurlara imza ata bilək! Yazının məramı budur və buna səfərbər olmaq üçün bütün potensialımızı əsirgəməməliyik.

     
  4. R.S.

    Stadiona gedə biləcək bölgədə yaşayan azakeşlərimizə üzümüzü tutub ,deyirik ki.komandanı tək qoymasınlar .Biz kənarda yaşayan azrkeşlər də öz dualarımızı da komandaya kömək edəcəyinə inanırıq .Qarabağla oyunda ,bunun nəticəsində gördüm .
    Bircə Orxan Sadıqlı yersiz yerə topu tutmaq üçün irəli atılmalarını tərgidə bilsəydi ,93-cü dəqiqə də az qalmışdı onun səhvi ,hesab bərabərlişdirəcəkdi .Neftçinin futbolçukları belə səhvləri bağışlamayacaq .Amma ümumilikdə .Orxanın oyunu çox yaxşıdı .
    Qarabağla oyunun ikinci hissədə olduğu kimi oynasalar .Neftçi heç nə edə bilməz.Neftçinin müdafiə xətti elə də möhkəm deyil .Birdə Nildo ehtiyyatda qalsa heç də pis olmaz.
    *****
    “Sənin bircə səhvinin ucbatından,
    Rəzil oldum, nədir günahım mənim?”-mahnısını bir daha oxumaq istəmirik. Möhkəm ol, Orxan!

     
  5. R.S.

    Mirhfiz bəy biz gəlin ancaq qələbə qazanaq və ancaq bunu əldə edək .qonşuların cücələrin saymayaq . Birdə gördün ,quş qiripi tutub bir-bir sayları azldı .Necə söhbətdi.?
    *****
    Daha o boyda qələbələrdən sonra quş qripinə ehtiyac qalmayacaq!

     
    • R.S.

      İNŞALLAH!!

       
  6. Demir Agaci

    Gozel yaziya gore tesekkurler. Her sey hemise oldugu kimi gozel ve yerinde deyiilib. Menim de kicik bir xahisim olacaq. Komanda eger Bakidadirsa Bakidaki azarkeslerimiz, yox eger komanda Lenkerandadirsa onda Lenkerandaki azarkesler komandaya bas ceksinler. Hemise tem teraqla hediyyelerle yeni oyunculari qarsiilama bizde olub. Bunu etmek lazimdir ki onlar da ruhlansinlar. Bu oyun ucun ne lazimdirsa etmeliyik. Komandani tam motivasiya etmeliyik. Yeqin ki bu oyunda esas qapici qalacaq. Bu haqqda melumat var?
    *****
    Əla təkliflə çıxış etmisiniz. Zatən azarkeşlərimiz komandalarını məşqdə də dəstəksiz qoymurlar. Qaldı qapıçı və heyət məsələsinə bunu məşqçilərimiz müəyyən edəcək. Amma bu oyuna motivasiyada inanmırıq ki, hər hansı bir heyət üzvündə çatmamazlıq olsun.

     
  7. Qabil

    Salam, Mirhafiz müəllim! Komandamız qazandığı son oyunlardaki xallar hesabına yavaş-yavaş özünə gəlməkdədir. Həm əlavə güc kimi yeni futbolçuların gəlişi, həm də lider üzərindəki qələbədən sonra komandadakı əhvalı-ruhiyyənin yüksəlməsi bunu deməyə əsas verir. İnşallah əzəli rəqib üzərindəki qələbəmiz komandamız haqda bədbin rəydə olanların fikirlərini tamamiylə alt-üst edəcək. Mən bir rəyimdə yazmışdım ki, əgər qış fasiləsindən sonra “Qarabağ”dan və “Neftçi”dən maksimum nəticə qazansaq çoxlarına sübut edəcəyik ki, “Xəzər Lənkəran”ı siyahıdan silmək hələ tezdir. Biz əsas liderdən elə onun öz meydanında üç xalı qazandıq, qalır əzəli rəqibimizlə haqq-nesabımız. Fikrimcə, əgər hakimlər oyunu düzgün idarə etsələr “Neftçi”ni “Fırtınalar meydanı”ndan əliboş yola salarıq, İNŞALLAH!
    *****
    İNŞALLAH!

     
    • Zəfər Lerikli

      Salam Qabil qardaş!-Necəsiniz?

       
  8. Qabil

    Açdıq yeni səhifə,
    Qarşımızda vəzifə,
    Hədiyyədir “Zəif”ə!
    Göndərək əli yalın,
    Doqquzunda fevralın!
    *****
    Qoltuğunda qarpızı,
    Saçlarında, pırpızı,
    Danışmadı, heç düzü,
    Əsəbdən gülməz üzü,
    Dönərsə, əli yalın,
    Doqquzunda fevralın!

     
  9. Qabil

    Təşəkkür edirəm, Mirhafiz müəllim!
    *****
    Mən də təşəkkür edirəm, Qabil bəy!

     
  10. Qabil

    ZƏFƏR qardaş, çox sağolun,mən də Sizi salamlayıram.

     
  11. van persi

    insallah xezer duzeler

     
  12. R.S.

    Neftçi azarkeşləri ,Böyükaga və Dənizlinin fotolarını qoyublar ,Bizimkilərdə bunun əvəzin versinlər .əla fotolarla.

     
  13. Qabil

    Azarkeş qalar razı,
    Vursaq üçün ən azı.
    Gedər “Zəif” narazı,
    Sönər hikkəsi, “qazı”.

     
  14. MALIK

    Bu defe o, biri gozunu cixaracagiq.

     
  15. Qabil

    TƏNQİDÇİ qardaş! Mən də Sizi salamlayıram.
    “Ağ-qara”dır köynəyi,
    Diz üstədir çörəyi,
    Çathaçatda Salyana
    “Otkaz” edib böyrəyi.
    Sizin sözlərinizə nəzirə yazdım, lap tapmaca kimi alındı.

     
    • Zəfər Lerikli

      Təşəkkurlər!!!

       
  16. R.S.

    Hörmətli Mirhafiz bəy və Bosman saytının istifədəçiləri ,sizlər Böygağanı yaxşı motivasiya edirsiniz ayın 9-na .Birdə gördün Gəmiyə əldəqayırma bomba qoydu .Bu bomba Rəhim H.və digərləri ola bilər.
    *****
    Biz də dərvişə deyərik, Parisi partlatsın.

     
    • Zəfər Lerikli

      Bu oyuna artiq motivasiya görmurəm.Motivasiya iki həftə əvvəldən özu-özunə yaranir,özudə artiq dərəcədə.

       
    • Tənqidci

      Bu oyuna artiq motivasiya görmurəm.Motivasiya iki həftə əvvəldən özu-özunə yaranir,özudə artiq dərəcədə.

       
  17. Qabil

    ******
    Salam Qabil bəy! Düz tapmısınız. Amma saytın qaydalarına uyğun olaraq, tərəfimizdən bu gizli saxlanılmalıdır!

     
  18. Qabil

    Hörmətli DOKTOR! Hər hansı bir sirrin qorunmasına elə mən tərəfdən də tam arxayın ola bilərsiniz.

     
  19. R.S

    Mirhafiz bəy nəsə bura təzədən nəzər salmaq istədim .qəribə də olsa Tənqidçi niki ilə yazanın Zəfər lerikli niklinin eyni adam olduğunu yəqin etdim .
    Əvvələr bunun kim olduğun tapa bilmirdim. Əvvəllər bunu niyə başa düşməmişdim ?

     

Reply to Qabil


beş + 4 =