Saytımız Haqqında

Bosman.at.ua
Bosman.az
 
Artıq bildiyiniz kimi 09. 02. 09 tarixində təsis olunan “Bosman” fanklubu fəaliyyətini daha da genişləndirmək məqsədi ilə müvafiq saytının olmasını zəruri hesab etdi. Bunun üçün fanklubun 1 illik yubileyi ərəfəsində UGOZ sisteminin xidmətindən yararlanaraq və bu sistemin verdiyi imkanlar çərçivəsində öz Web səhifəsi olan “Bosman.at.ua” saytını quraraq təşkil etdi. Bu günümüzdə də fəaliyyətini bu saytda imkanlarını sistemin verdiyi həddə genişləndirərək davam etdirdi. Bütün bu saytın qurulmasının təşkilini fanklubumuzun gənc üzvü Mircavid Babayev həyata keçirdi. Mircavid Babayev həmçinin bu ilin fevralında fanklubumuzun 4 yaşına hədiyyə olaraq “Facebook” sosial şəbəkəsində “Bosman Fanklubu” adlı səhifınin açılışını vı fəaliyyətini uğurla həyata keçirdi. Bu səhifə də üzvlərinin sayını bu gün də artırmaqda davam edir.
Müasir tələblərə uyğun olaraq “Bosman” fanklubu saytımızın yenilənməsini zəruri hesab etdiyindən “Bosman.az” domenini əldə edərək, yeni, daha professional tərtibatda izləyicilərinin ixtiyarına verir. Bunun üçün Lənkəran şəhərində yerləşən “Zəka” kompyuter və tədris mərkəzində yeni saytı qurmaq fanklubumuz tərəfindən uyğun bilindi. “Zəka” kompyuter və tədris mərkəzinin rəhbəri Natiq Əsədovun başçılığı altında yeni tərtibatda olan “Bosman.az” saytı 01. 09. 2013 tarixindən istifadəyə hazır vəziyyətə gətirilərək bizə təhvil verilib. Yaxın bir neçə gündə isə bütün bölmələrinin tam gücü ilə çalışacağı bu sayt vasitəsi ilə bundan sonrakı fəaliyyətimizi davam etdirmək əzmindəyik.
“Bosman” fanklubunun idarə heyəti
“Bosman.az” redaksiyası 

2 thoughts on “Saytımız Haqqında”

  1. yeni sayitiniz olmag Munasibetiyle haminizi tebrik edirem inwalah bu sayit hamimiza xezerimize duwerli xeyirli olar hemiwe xow sozler xezerimiz hakta wat xeberler ewiderik inwalah yeni sayitimiz Xeyirli ve Mubarek olsun
    *****
    Xoş sözlərinizə görə təşəkkürlər!

  2. Saytinizin qedemleri uqurlu olsun! Oxucularinizin sayi minlerle olsn! Size uqurlar!
    *****
    Çox sağ olun Elmar bəy!

Comments are closed.