Buradasınız Əsas » Xəbər » “Sənin bircə səhvinin ucbatından…” (Video)
  • Bookmark and Share

“Sənin bircə səhvinin ucbatından…” (Video) 

Odlu top

VIII tur, doğma meydan, “İnter” kimi çətin rəqib! Bu gün ardıcıl xallar itirməklə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmış və nəhayət “Xəzər Lənkəran” kimi mövsümə uğursuz başlamış “İnter” komandası qonağımız idi.  İki tur əvvəl biz uğursuzluq zolağından çıxmaq yolunu tutmuşduqsa, “İnter” bu oyunda dönüş etmək niyyətindəydi. Onu da bilirik ki, “İnter” zəif heyətə malik deyil və xüsusən də bizimlə oyunu “Xəzər Lənkəran” üçün çətin keçir. Bunun belə olduğunu, statistikaya da müraciət etsək aydın görmək olar. Adətən aramızdakı oyunlar minimal top fərqi ilə ya bu, ya da digər komandanın xeyrinə bitib, ya da heç-heçə qurtarıb. Buradan izlə. 

Bu günki oyunu da bura daxil etsək 0:1. Adətən belə matçlarda oyunun taleyini bir qol həll edir ki, bu gün də belə oldu. Belə oyunlarda xüsusən müdafiə xətti və qapıçı çox diqqətli olmalıdır. Düşünülməli olan birinci məsələ qapıdan top buraxmamaq olmalıdır. Bu mənada Toşak qapını Orxan Sadıqlıya deyil, daha təcrübəli Duqlas Leyteyə etibar etməliydi. Məhz Orxanın bircə səhvi oyunun taleyini həll etdi. İndi Toşak, Orxana bir mahnıda olduğu kimi,

“Sənin bircə səhvinin ucbatından,

Rəzil oldum, nədir günahım mənim?”

Desə də artıq bu heç nəyi dəyişmir. Çünki final fiti belə demək mümkünsə, artıq səslənib. Qapımıza gedən topa Orxan Sadıqlı tullanmışdısa və əli ilə topa toxuna bilmişdisə, ya topu tutmalı idi, ya da kornerə çıxarmalı idi. Daha onu “odlu nöqtə”yə niyə atırdı ki, oradan da rəqib oyunçu qapımıza od vursun? Videogörüntünü buradan izləyə bilərsiniz.. Bununla məğlubiyyəti tam olaraq gənc və az təctübəli Orxanın üstünə yıxmaq fikrində deyilik ki, onu ruhdan salaq. Bəzən biz azarkeşlərin də səhvləri çox olur. Hansısa legioner kiçicik səhv buraxanda, ilk dediyimiz söz bu olur:-əşşi onlar bura pul qazanmağa gəliblər. Ondansa yerli filankəsi buraxsaydı, o daha canla-başla oynayardı! Əmin deyilən məntiqsiz fikir. Bu belə deyil. Bunu deyən hər hansı bir azarkeş ozü öz sənətində hər hansı bir xidmət göstərəndə pulsuzmu göstərir? Bunun yolu pul üçün gəldiyi deyilən futbolçularla yanaşı oynamaqla yerlilərin təcrübə toplamasından keçir. Bəzən belə oyunlarda isə önəmli nöqtəni “pul üçün gələn təcrübəli legionerə” tapşırmaq daha ağıllı iş olardı. Hər şeyə məntiqlə yanaşmaq lazımdır. Bəlkə də belə məntiqsiz ittihamlara tuş gəlməmək üçün Toşak bu gün Leyteni qapıda qoymamışdı.

Komandanın müdafiə xətti yaxşı oynadı deyə bilərik. Orta xətti də, elə hücum xətti də pis oynamadı. Əzmkarlıq 80-85 dəqiqə yüksək səviyyədə idi. Xeyli qol epizodları yaradılsa da heç biri qola çevrilmədi. Hətta sona yaxın boş qapıya gedən topu rəqib müdafiəçi xəttin üzərindən çıxarmağa müvəffəq oldu.

Meydanda “Xəzər Lənkəran”ın futbolçuları daha aktiv və hərəkətli idilər. Oyun adətən meydanın “İnter”ə aid olan hissəsində gedirdi. Rəqib isə güclü müdafiə olunmaqla əks hücum şanslarına bel bağlamışdı. Bir də görünən o idi ki, komandamızda yüksək səviyyəli futbolçuların defisiti var. Məsələn, Etame və Sacconi ancaq öz mövqelərində işləsəydilər rəqib müdafiəsini pozmağa müvəffəq ola bilərdilər. Ortanın sağına, soluna, arxasına, hətta bəzən müdafiəyə köməyə gələn bu iki futbolçu lazımi anda bəzən öz yerlərində ola bilmirdilər ki, topu qapıya göndərə bilsinlər.

Bu oyun bir daha göstərdi ki, “Xəzər Lənkəran” nə qədər inadkarlıq göstərsə də belə oyunların taleyini bir qol həll edir. Keçən mövsüm çempionlar liqasında “Barselona” hər iki oyunda nə qədər bir qapıya oynayıb “Çelsi”nin üstünə yüklənsə də mərhələni keçə bilmədi. Müdafiədə sıxlaşan “Çelsi” minimal və əkshücumda vurulan topla mərhələni keçməyi bacardı.

Bəzən böyük təcrübənin özü, təcrübəsizliyin qurbanı olur deyə bilərik.

Bir iki kəlmə də oyunun yayımı barədə deyiləsi söz var. Heç bir telekanalla yayımlanmayan bu oyunun yayımlanmama səbəbini başa düşdük. Belə olan halda internet vasitəsilə oyunun yayımlanmasına ümid bəslənilirdi və klub tərəfindən söz də verilmişdi. Bəs səbəb nə idi ki, internet yayımı zamanı kadr bir saniyə hərəkət edib 3-5-7 dəqiqə dururdu. Yenə sağ olsun ki, “İnter” klubunun bu işlə məşğul olan işçiləri ki, elə həmin stadiondan yayımı normal şəkildə təşkil edib azarkeşləri intizarda qoymadılar. İşə diqqətlə yanaşmağın nümunəsini bu gün nə isə “İnter”də gördük.

Ümid edək ki, həm komanda, həm də klub olanlardan nəticə çıxaracaq və azarkeşləri sevindirəcəklər.

Mirhafiz Babayev  

11 Şərh yazıya: “Sənin bircə səhvinin ucbatından…” (Video)

  1. Qabil

    Axşamınız xeyir! Doğurdanda Toşak bugün qapını təcrübəli Leyte Duqlasa tapşırsaydı, daha məqsədə uyğun olardı. Zatən mən Bakesin dövründən Orxanı bəyənməmişdım. Əvəzedıcılərdə qapıda qalanda Tərlan ondan üstün idi. Bugün məğlubiyyətimizə səbəb olan səhv, Orxanın nə birinci, nədə sonuncu səhvidir. Belə davam etsə o səhvlərdən hələ çox görəcəyik. Daha doğrusu Orxanla Fatıya tuman tikmək olmaz!

     
  2. xl

    bundan sonra duqlas leyte qapida qalmamidi

     
  3. xl

    duqlas leyte yaxsidir

     
  4. Rakif

    Salam.Mən bugün oyundan yazmaram və buna yuxarıda qeyd olunanlardan sonra təkrarçılıq olardı.Məni əsəbləşdirən və hədəqədən çıxaran bacarıqsız rəhbərliyin səviyəsiz təşkilati işləridir.Bacarmırsan ,qardaş,de ki,canlı yayım olmayacaq.Camaatın əsəbləri ilə niyə oynayırsız?Nə yaxşı ki,İnter kulubu öz sayıtında oyunu canlı yayımlayırdı.Bu Toşaq ,qoca kaftara demək lazımdır ki,o,Leyteni niyə almısan,almısansa niyə oyuna buraxmırsan.Edu niyə yoxdur?Mən bunu çox bilmək istərdim.Suallar çoxdur .onları kimə unvanlayasan,hansı ki,bu komandanın başbilənləri oyunçulardanda səviyəsizdirlər.Eqresivliyimə görə camiyədən yzr istəyirəm.İnanıram ki,heçkimin əsəbləri belə bərbad idaəçiliyə dözməz.

     
  5. Qabil

    Admin qardaş, Salam! Mən də Rakif qardaşimın fikriylə razıyam. Bugün rəhbərlikdən tələbimiz odurki, azarkeşlər tərəfindən səsləndirilən iradlara aydinlıq gətirsinlər. Heş olmasa mətbuat xidməti səviyyəsində H. Cəbrayıloğlu iradlarımızı Toşaka çatdırsın. Əgər peşəkar Leyte və Edu bugün komandaya kömək edə bilmirsə Toşak onları niyə bəyənib aldırıb. Bəyənib aldığı Benahu, Qliqoryev səkkiz turda heç bir oynuyla yadda qalmayıb. Yerli oyunçulardan bəyəndiyi Ağabala, Orxan peşəkar klub adına biyabırçılıqdan başqa bir şey deyil. Evimizdə sonuncu pillədə gedən komandaya uduzuruq, Toşak oyunçulardan razı qalır, bəs bu nə deməkdir. Cəbrayıloğlu özgə saytlara müsahibə verməkdənsə, özümüzün azarkeş saytlarına müsahibə verib aydınlıq gətirsin. Mən əsəbimdən elə hey ağlima gələni yazıram, bəlkə H.Cəbrayıloğlu azarkeş saytını heç açıb oxumur?

     
  6. Zefer Lerikli

    Hormetli Mirhafiz muellim!.Xezer rehberliyin yarandiqi gunden indiye kimi artan nufuzu ve 0 dereceye duşen sehflerinden yazsaydiniz minnetdar olardim.Gunahi Lerik daqlarindan cox olan klub rehberliyinin getirdiyi Toşakin bir-iki sehfi ile ne olasidi ki?….Elbette ki, Lerik daqlarinin sucu bu işde yox!
    *****
    Zəfər bəy bu barədə çox yazılıb. Haqlı tənqidlər edilib, rəsmi görüşlərimizdə (qeyri-rəsmi görüşlərimiz olmayıb.Buna meylli deyilik) özlərinə də dəfələrlə demişik. Bilirsiniz nə qədər ki, klubun prezidenti Mübariz Mənsimov idi, klub yüksəliş dövrünü yaşayırdı. Günbəgün nüfuzunu artırırdı, o vaxtlar hər şey yolunda gedirdi. Ölkəyə səs salan bir “Xəzər Lənkəran” var idi. Mübariz müəllimin işlərinin çoxluğu ilə əlaqədar, fəxri prezident olduğu və “Xəzər Lənkəran”ın işlərini indiki rəhbərliyə tapşırandan sonra hər şey geriyə doğru dəyişməyə başladı. Biz uzun müddət mübarizə apardıq və sonda göründüyü kimi yenə də işləri Mübariz müəllimin müstəvisinə çıxarmağa nail olduq. İndi görürsünüz ki, bütün məsələlər Mübariz bəyin nəzarəti ilə həyata keçirilir. Bu şəxs isə təmənnasız milyonlarını xərcləyərək, qürurumuz olan “Xəzər Lənkəran”ı bizə bəxş edib. Məhz bu amilə görə səbr nümayiş etdiririk və inanırıq ki, onun nəzarətində olan bir klubda işlər normaya dönəcək. Rednikin uzaqlaşdırılmasından sonra biz qəti addımlar atmışdıq və nəhayət Mübariz bəyi inandırmağa nail olmuşuq.Qaldı ki, Lerik dağları böyüklükdə bunların günahına… Ümid edirik ki, bundan sonra o böyüklükdə günahlar yox, Lerikin təmiz havası, şəfalı suları kimi bu klubda hər şey düzəlməyə doğru gedəcək. Əlbəttə hər hansı nöqsana yenə də biganə qalmaq fikrimiz yoxdur. Vaxtında və sərt formada sözümüzü deməyə qadirik.

     
    • Zefer Lerikli

      Teşekkur edirem!Inanin ki, ureyim yanir bu veziyyete!Mende Xezerin geleceyine inaniram,haqsizliqlara qarşi ise doze bilmirem.
      *****
      Allah Məmmədhüseyn Əliyevə rəhmət eləsin! Yəqin ki tanımamış olmazsınız. Əslən Lerikli, Lənkəranda yaşamış bir yazıçı idi. SSRİ yazıçılar birliyinin üzvü və bir çox titulların sahibi istedadlı yazıçımız. Onun o vaxtı bir kitabı çıxmışdı “Dağlar Oğlu”. Əsl dağlar oğlu həqiqətən də mərd və haqsızlıqlarla barışmayan olur. Siz də yəqin o kateqoriyalı insansınız. Hər halda bu belə görünür.

       
      • Zefer Lerikli

        Sehf etmiremse 150-il omur surmuş Mahmud Mahmudovun heyatina aid maraqli bir kitab idi.41-yaşimin olmaqina baxmayaraq o kitabi o vaxtlar oxumuşam.

         
  7. xl

    admin xezerin en qedim fan klubu hansidi?
    *****
    Bu suala belə cavab verərdim. Ən birinci yaranan indiki “Rəsmi” fanklubdur. Rəhbəri də çox hörmətli, Samir Qasımovdur. İlk müstəqil fanklub isə, yəni klub tərəfindən yaradılmayan “12-ci Oyunçu” fanklubudur. Hansı ki, indi azarkeş qrupu kimi fəaliyyət göstərir. Rəhbəri isə çox hörmətli, İslam Cabbarlıdır.

     
  8. xl

    *****
    Heç bir əsası olmayan ittihamdır. Dünya praktikasında belə hallar istənilən qədərdir. Özü də özünü doğruldur. Bir az əvvəlki illərdə bu praktikadan daha çox istifadə olunurdu. Adi bir misal çəkim: Futbolçular oyundan bir gün qabaq məşq etmirlərmi? O düşüncəyə qalsa, oyundan bir gün qabaqkı məşq gərək ləğv oluna??? İstənilən əsas heyətin futbolçusu üçün bir gün qabaq əvəzedicilərin oyununda oynamaq oyunöncəsi məşq xarakteri daşıyır. Bəs buna nə deyirlər ki, əvəzedici futbolçu sabah əsas heyətin oyununa çıxır! Məntiq oldu, olmadı baş məşqçinin əleyhinə çıxmaq, bu sadəcə qərəzdir. İttihamın elmi-məntiqi əsası olmalıdır!

     
  9. MALIK

    Xazar-Lankeranin qelebe qazana bilmemesinin sebebi, Etame ve Sakkoni her movqede oynamasi oldu, yeni Etame mudafiyede, merkezde cinahlarda oynayirdi, amma o, oz movqeyide oynasaydi qolunuda vuracaqdi. ona gore oyunun balansi pozuldu.

     

Şərh əlavə et


beş − = 1