Rednikin ikinci yadigarı onluğa daxil oldu

Topaz Premyer Liqasının XIX turu “Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Adrian Skarlatake üçün əlamətdar olub. “Qarabağ”ın qapısına vurduğu qolla komandamıza 1:0 hesablı qələbə qazandıran arxa xətt oyunçusu “ağ-yaşıllar”ın heyətində 10-cu dəfə fərqlənib. Yubiley qolu müdafiəçini klub tarixinin ən yaxşı 17 bombardiri sırasına daxil olmasına imkan verib. Belə ki, Skarlatakeyədək klub tarixində 16 futbolçu 10 və daha çox qol vurmuşdu.
Rumıniyalı 10 qoldan yarısını ötən mövsüm çempionatda vurub. Cari mövsüm Premyer Liqada 2-ci dəfə fərqlənən müdafiəçi 2011/12 mövsümündə çempionat və kubok, 2012/13 mövsümündə isə Avropa Liqasında 1 dəfə fərqlənmişdi.
 
“Xəzər Lənkəran”da 10 və daha çox qol vuranlar

1.

Zaur Ramazanov

44

2.

Samir Əliyev

34

3.

Rahid Əmirquliyev

27

4.

Mario Souza

26

5.

İvan Tsvetkov

24

6-8.

Rəşad Abdullayev

18

Vüqar Nadirov

18

Oqtay Dərəlioğlu

18

9-10.

Allan Lalin

14

Branimir Subaşiç

14

11.

Edmond N’Tiamoa

13

12-14.

Alim Qurbanov

12

Emin Quliyev

12

Uinston Parks

12

15-17.

Junior Osvaldo

11

Emeka Opara

11

Adrian Manuel Skarlataçe

10

 
Mənbə: Lankaranfc.com

11 thoughts on “Rednikin ikinci yadigarı onluğa daxil oldu”

  1. Fikrimcə bu siyahıya düşənlər həm də “Xəzər Lənkəran”ın tarixinə düşmüş olurlar. Kaş “Xəzər Lənkəran”ın futbolçularının hər biri Adrian Manuel Skarlatake kimi ürəkli olaydı.

  2. “Xəzər Lənkəran” Bas məşqçisi Mustafa Dənizli səhhəti haqda açıqlama verib. Təcrübəli mütəxəssis Ağır qrip infeskiyasına yoluxduğu Uçun təcili xəstəxanaya aparılması ilə Bagli yayılan iddiaları təkzib Edib. Türkiyəyə Ambulans təyyarə ilə getmədiyini deyən Dənizli bildirib ki, sadəcə müayinədən keçmək Uçun ÖZ ölkəsindədir:
    “…. Xəbərləri görəndə Cox güldüm Mən Azərbaycandan İstanbula həmişə Eyni təyyarə ilə gedirəm Gəlmişkən qrip Uçun də müalicə olundum Bu Gün Azərbaycan qayıdıram Səhhətim yaxşıdır, istirahət etməyə Davam edirəm”.
    Qeyd edək ki, Dənizli necə Bir Gün “Gömrük” hospitalında Qalib.

  3. Lənkəran şəhər mərkəzi stadionu tamamilə qar altında qalıb. Bu barədə arenanın direktoru Höccət Hacıyev məlumat verib. Hacıyev bildirib ki, əsas meydançada qarın təmizlənməsi işinə hələ başlanmayıb:
    “Lənkərana hələ də qar yağır. Stadion tamamilə qar altındadır. Qarın qalınlığı yarım metrə çatıb. Qar dayanmadığından arenanı təmizləməyin də bir mənası yoxdur. Bundan əlavə, güclü şaxtalarda müşahidə olunur. Qarı təmizləsək, şaxta otu yandıracaq. Belə olan halda, stadionda yaşıllıqdan heç bir əsər əlamət qalmayacaq. Amma ümid edirik ki, fevralın 9-dək arena tamamilə təmizlənəcək. “Xəzər Lənkəran” – “Neftçi” matçı üçün ciddi təhlükənin olmadığını düşünürəm. Lakin hazırda qarın qalınlığı yarım metrə çatıb, vəziyyət yaxşı deyil”
    Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu 9 fevralda Lənkəranda keçirilməlidir.

  4. Bazar günü Lənkəran Şəhər Mərkəzi Stadionunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” oyunu televiziya vasitəsi ilə canlı yayımlanmayacaq.
    “Xəzər Lənkəran” tərəfi oyunun təmənnasız yayımında maraqlı deyil. Stadionun direktoru Höccət Hacıyev isə açıqlamasında məsələyə başqa şərh verib: “Bizim canlı yayım prinsipimiz hər kəsə bəllidir. Əvvəl necə idisə, indi də elə olacaq. Həm də bu hava şəraitində oyunu gəlib, çəkməzlər”.
    Qeyd edək ki, qarşılaşma “Xəzər Lənkəran tv” vasitəsi ilə azarkeşlərə təqdim olunacaq.

  5. “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 14:00-da
    08 fevral (şənbə)
    “Xəzər Lənkəran” – ”Neftci”
    (evezedici Komandalar)
    “Xəzər Lənkəran” mərkəzi stadionu, ehtiyat meydança, 14:00

  6. “Xəzər Lənkəran”ın supertransferi “Neftçi”yə qarşı oynaya bilər
    “Xəzər Lənkəran” yeni transferi Eliası sifariş edib. Braziliyalı futbolçunun adı PFL-dəki sifariş ərizəsinə salınıb.
    Qeyd edək ki, Xəzər Lənkəran” Eliası yanvarın 31-də Braziliyanın “Atletiko Paranaense” klubundan transfer edib. “Qarabağ”la matçı buraxan yarımüdafiəçi fevralın 9-da “Neftçi” ilə “Böyük oyun”da meydana çıxa biləcək.
    *****
    “Böyük Oyun”da və elə “Böyükağalı oyun”da, Elias qələbə topunu vurarsa, bu əsl cavab olar!

  7. “Xəzər Lənkəran” klubu Adrian Skarlatakeylə 2015-2016 mövsümünün sonuna kimi müqaviləni uzadıb. Yeni müqavilə həm “Xəzər Lənkəran”a həm də Skarlatakeyə xeyirli, uğurlu olsun.

  8. “Xəzər Lənkəran”ın yeni transferinin ilk seçimi: Təsadüflə ortaya çıxan reallıq
    “Xəzər Lənkəran”ın yeni transferi Eliasın geyinəcəyi formanın nömrəsi bəlli olub. Braziliyalı 30 nömrəlu futbolka geyinəcək. Əslində, bu nömrədə qeyri-adi bir şey yoxdur. Amma, “Xəzər Lənkəran” tarixinə nəzər yetirsək, bir neçə məqamı gözardı etmək olmur.
    Təsadüf, ya zərurətdən irəli gəlir, bunu deyə bilmərik, amma, cənubluların seleksiyaçı – məşqçisi, vaxtilə ağ-yaşıl formanı geyinmiş Mario Souza da 30 nömrəli formada çıxış etmişdi. Lənkəranlıların tarixində ən yaxşı braziliyalı olaraq qalmaqda olan Souza kimi, Eliasın da bu ümidləri doğruldacağına inanılır.
    Qeyd edək ki, Elias “Xəzər Lənkəran” tarixinin ən yüksəködənişli oyunçularından biridir.

  9. Xəzər Lənkəran” mərkəzi arenada: Dənizli gəlib çıxmadı, 3 futbolçu məşq etmədi
    Premyer Liqanın 19-cu turunda “Qarabağ”ı məğlub edən “Xəzər Lənkəran” “Neftçi” ilə oyunun hazırlığını Bakıda davam etdirir. Komanda oyundan sonra ilk məşqinə Tofiq Bəhramov adına Respublika Stadionunun süni meydançasında çıxıb. Bu gün isə hazırlıq mərkəzi arenanın əsas meydançasında reallaşıb.
    Mustafa Dənizlinin yoxluğunda hazırlığa onun əsas köməkçisi Oğuz Çətin və digər köməkçilər nəzarət ediblər.
    “Qarabağ”la oyunda zədə alan Etame Embilla məşqdə iştirak edib. Amma Adrian Pit, slavik Alxasov və Zohair Benuahi hazırlığa qatılmayıblar.

Comments are closed.