Buradasınız Əsas » Rəylər » Ramin Musayev PFL-i biabır etdi
  • Bookmark and Share

Ramin Musayev PFL-i biabır etdi 

Ramin Musayev
Sabiq FİFA referisi Fariz Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoyulub.
Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlama verib.
Musayev bildirib ki, klub prezidenti Mais Mənsimov ondan Yusifovun bir daha “ağ-yaşıllar”ın oyunlarına təyinat almamasını istəyib.
Mənsimov istəyini təcrübəli referinin “Xəzər Lənkəran”ın oyunları zamanı səhvlərə yol verməsi ilə əsaslandırıb. PFL prezidenti də Mənsimovun dəlillərini əsaslı sayaraq, bu xahişi yerinə yetirib: “Düzdü, hakim təyinatlarını AFFA Hakimlər Komitəsi verir.
Amma PFL rəhbəri kimi ixtiyarım var ki, onlardan hansınısa oyunlarımızı idarə etməyə buraxmayım. Mən də bu hüququmdan yararlanaraq, Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoymuşam. Çünki o, həqiqətən də Lənkəran komandasının oyunlarından birində kobud səhvə yol vermişdi”.
Qeyd edək ki, Fariz Yusifov bu mövsüm Azərbaycan Premyer Liqasında “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilmiş 18 matçdan cəmi 2-nin baş hakimi olub.
Bunlar 2-ci turda “Simurq”la səfər, 4-cü turda isə “Neftçi” ilə ev oyunlarına təsadüf edib. Hər 2 qarşılaşma qolsuz yekunlaşıb – 0:0.
Əslində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin bu açıqlaması tamamilə ziddiyyətlidi. Bu açıqlama onu göstərir ki, Hakimlər Komitəsinin müstəqilliyi formal xarakter daşıyır.
PFL prezidenti zaman-zaman hakimlərin təyinatı məsələsinə müdaxilə edir. Mətbuatda Musayevin belə müdaxilələri ilə bağlı dəfələrlə məlumat yer alsa da, PFL prezidenti hər dəfə bunları təkzib edirdi. İndi isə özü etiraf edib.
Musayevin açıqlamasından daha bir sual doğur-PFL prezidenti “Xəzər Lənkəran” rəhbərliyinin xahişi ilə hansısa hakimin  komandanın oyununa təyinat almasına qadağa qoyursa, deməli, bunu digər klub rəsmilərinin xahişi ilə də edə bilər. Təbii ki, bu da yolverilməz, qeyri-peşəkar addımdı.
Ancaq düşünmürük ki, Ramin Musayev rəhbərlik etdiyi qurumun qeyri-peşəkar fəaliyyətini faş edən açıqlamanı bilməyərəkdən verib. Yox, bunun arxasında  pərdəarxası oyunların cizgiləri görünür.
Publika.az Azərbaycan futbolunda sirli hakim təyinatları ilə bağlı yazını yaxın günlərdə təqdim edəcək.
Elə Musayevin PFL-in imicinə zərər vuran açıqlamasının arxasında hansı məqsədin dayandığını da araşdırmağa çalışacağıq. Bizi izləyin…

5 Şərh yazıya: Ramin Musayev PFL-i biabır etdi

  1. Qabil

    Axşamınız xeyirli olsun,müəllim! PFL prezidenti R.Musayev PFL-ə tabe olmayan digər bir qurumun işinə kobud müdaxilə etməklə bir daha ölkə futbolunun hansı vəziyyətdə olduğunu açıq-aşkar göstərdi. Budur bizim futbolun iç üzü. Ağız dolusu futbolun inkişafından danışırlar. Mən Musayevdə heç bir günah görmürəm, günah onu belə məsul vəzifəyə təyin edəndədir.
    *****
    Öz aramızdır, Qabil bəy, bu məsələni ilk dəfə bizim saytın şərh bölməsində qabartmışdıq. Hərdən gərək idman mediasını ayıldasan ki,.. Deyəsən, bu da bizim öhtəmizə düşür…

     
  2. R.S.

    Bizim analoqu olayan PFL-miz var .Kimsə hansı bir ölkədən sitat gətirə bilərmi belə hadisələrdən?
    *****
    Bu bədbəxt “analoq” sözü bilsə idi ki, Azərbaycanda pis mənada, istiqamətdə işlənəcək, yəqin heç yaranmazdı!

     
  3. Qabil

    Hörmətli DOKTOR! Ölkəmizdə idman mediasının nüfuzu ildən-ilə mənfi istiqamət üzrə inkişafdadır. Misal üçün 5-10 il əvvəl idman qəzetlərini əldə etmək bir problem idisə (oxunaqlı olduğundan köşklərdə tapmaq olmurdu) indi qəzet köşklərində qalır. Bu o deməkdir ki, köşklərdə yatıb qalan həmin qəzetlərin səhifələrindəki yazılar artıq oxucu üçün maraq kəsb etmir. Əvvəllər mediada futbol demokratiyası mövcud idisə indi yox dərəcəsindədir. Qəzet səhifələrində, müxtəlif idman saytlarında yazılan yazıların əksəriyyəti elə bil ki, bir mənbədən idarə olunur. Köşə yazılarını oxuyanda istər-istəməz bir fikir formalaşır, bu yazı sifarişlə yazılıb. Əgər futbolumuzda bu gün baş verənlərin üstündən sakit keçirlərsə, media hər hansı bir futbol olayının həqiqətlərini işıqlandırmaq əvəzinə malalamaqla məşğuldursa, belə idman mediasının olmağındansa olmamağı yaxşıdır.
    *****
    Özü yıxılan ağlamaz!-deyiblər, ağıllı adamlar.

     
  4. Azərbaycanlı

    R.M. sağlamlığında “şəxsiyyət natarazlığı” kimi ciddi problemi olan adamdır, onun hərəkətlərinə qiymət verəndə şikəstliyi nəzərə alınmalıdır.

     

Şərh əlavə et


9 − = beş