Buradasınız Əsas » Xarici Futbol » Dünya Çempionatı » Rahid və Rasim millinin qələbəsində iştirak etdilər
  • Bookmark and Share

Rahid və Rasim millinin qələbəsində iştirak etdilər 

Rahid millide
Dünən 2014-cü il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində futbol üzrə Azərbaycan yığma komandası Şimali İrlandiyanı qəbul etdi. Millinin tərkibində start heyətində meydana çıxan iki futbolçumuz – kapitan Rahid Əmirquliyev və Rasim Ramaldanov – 90 dəqiqə meydanda mübarizə aparmaqla, Azərbaycanın hazırkı seçmə mərhələdə qazandığı ilk qələbədə pay sahibi oldular. Belə ki, qarşılaşma 2:0 hesabı ilə millinin xeyrinə başa çatdı.
Yığma komandamız seçmə mərhələdə son oyununu 15 oktyabr tarixində Bakıda Rusiya millisinə qarşı keçirəcək. Qeyd edək ki, son oyunda sarı vərəqə alan Ramaldanov bu matçda iştirak edə bilməyəcək.
Digər qrupda Nikola Qliqorovun çıxış etdiyi Makedoniya yığması Uelsin qonağı oldu. Britaniyalıların 1:0 hesabı ilə qalib gəldiyi və baş məşqçimiz Con Toşakın da izlədiyi oyunda yarımmüdafiəçimiz meydana çıxmayıb.
Mənbə: Lankaranfc.com

16 Şərh yazıya: Rahid və Rasim millinin qələbəsində iştirak etdilər

  1. Qabil

    Axşamınız xeyir, Doktor! Milli komandanın Şimali İrlandiya üzərində qazandığı qələbədə kapitanımız Rahidin və müdafiəçimiz Rasimin payı danılmazdır. Komandamızın hər iki üzvü 90-dəqiqə yüksək səviyyədə çıxış etdi. Mən bir azarkeş kimi öz doğma komandamızın oyunlarında da Rahiddən və Rasimdən bu cür əzmkar oyun göstərmələrini istəyirəm.
    *****
    Bu hamımızın arzusudur.

     
  2. xezer lenkeran

    kim burda riyaziyyati yaxsi bilir
    *****
    Türk demişkən, sorun nə idi ki?

     
  3. xezer lenkeran

    bir misalda
    *****
    Hansı bir misalda?

     
    • xezer lenkeran

      admin siz riyaziyati bilirsiniz?
      *****
      Buyurun sorunuzu deyin. Sizə yardım etməyə çalışarıq.

       
      • xezer lenkeran

        bilmirsiz?
        *****
        Sizə kömək etməyə çalışarıq.

         
  4. xezer lenkeran

    16x-21y=16vur moterize menfi 2 de bir -21 vur 3de 2 ye=?
    *****
    Siz adi riyazi misalın yazılışını belə bilmirsiniz. Əvvəlcə misalı düzgün yazmağı gərək öyrənəsiz, sonra daha çətin mərhələdə biz sizə kömək edə bilərik!

     
  5. xezer lenkeran

    16x-21y=16.(-2de bir)21.3de 2ye=?
    *****
    Riyazi probleminizi kağıza yazib, sonra onu printerlə scan edib əldə etdiyiniz informasiyanı (300Dpi-lik formatda scan lazımdır) bizə ünvanlayın.

     
    • Zefer Lerikli

      Senin riyazi misalin cavabi 0-dir.Size 0 cavabi bele cetin gelir?.Men birinci yazdiqinizdan riyazi misal duzeltdim ve hamsinin ixtisar olub 0 cavabini aldim. Bele cixir ki , Rahid ve Rasimin cixişini o -la qiymetlendirirsiniz. Belese,riyaziyyatin bura aidiyyati yoxdur ve unutma ki ,bu sayta riyaziyat uzre mutexesislerden tutmuş muxtelif peşe sahibleri ziyaret edir.Size hormetle yanaşiram ve bu sayqini gozleyirem.

       
  6. Qabil

    Hörmətli Doktor! Saytımıza xəzər lənkəran niki ilə yazan istifadəçini həqiqi “Xəzər Lənkəran” azarkeşi hesab etmirəm. Ona görəki, öz nikini komandamızın adıyla adlandıran istifadəçi iki xüsusi isimdən ibarət olan Xəzər Lənkəran sözlərinin baş hərflərini kiçik hərflərlə yazıb. Qrammatikanın adi elementar yazı nümunəsini bilməyən birisi hələ üstəlik riyaziyyatdan sual göndərir. Üstəlik bilə-biləki, saytımız azarkeş saytıdır.
    *****
    Əksinə bu adam o qədər də savadsız deyil. Hələ onun çox şərhlərini silmişəm. Hansı ki, sayta buraxılası deyildi. Fikirləşirəm ki, mənasız və məntiqsiz suallarıyla bizə sataşmaqdan əl çəkər. Bir az düşünər ki, bizimlə bu cür rəftar yaramaz. Hələ bir az səbr nümayiş etdirirəm.

     
  7. Qabil

    Doktor, mən belə qənaətə gəldim ki, əslində bu heç “Xəzər Lənkəran” azarkeşi deyil.

     
  8. emil917

    bu nece riyazi emeldirse hecne bawa duwulmur, eger bu tenlikdirse sol teref sag terefe beraberdirse sonuncu beraberlik iwarwsi nwyw lazim? bunu 100% bu ilki qebuliyyet imtahaninda 1-ci ixtisas qrupuna salmaq lazimdir!!!!!!!!!!
    *****
    Bu dırnaqarası riyazi əməllə bu adamın əslində nə demək istədiyi bəllidir. Aid olmayan yerdə başqa mövzunun sualını vermək və sair. Adam bizə rişxəndlə yanaşır. Daha bilmir ki, Allah adamı gicəldəndə elə gicəldir ki, bu yollara əl atır. Yəqin həyatın ağrı-acısını görməyib. Bir sözlə Allahın sınağı bir zaman onunçün də gələr və onda dərk edər ki, mən belə həyat yaşamaqnan nə etmişəm??? Onda heç bir şey onun köməyinə çatmayanda, yalvarsa da çatmayanda başa düşər… Onu Allahına tapşıraq! Allah bilən məsləhətdir!

     
    • xezer lenkeran

      siz meni basa dusmediz admin bey men size boyuk hormetim var
      *****
      Hörmətiniz artıq olsun. Hörməti bütün variantlarda gözləmək yaxşı olardı məncə.

       

Şərh əlavə et


+ 9 = on