Buradasınız Əsas » Foto qalereya » “Rahat yat, Tito. Əbədi olaraq səninlə!”
  • Bookmark and Share

“Rahat yat, Tito. Əbədi olaraq səninlə!” 

Tito Vilanova

“Barselona” futbol klubunun keçmiş baş məşqçisi Tito Vilanovanın ölümü futbol dünyasında böyük hüznlə qarşılanıb. Məşhur futbolçular və məşqçilər “Facebook” və “Twetter”dəki səhifələrində ürək sözlərini paylaşırlar… Onlardan bir neçəsini diqqətinizə çatdırır.

Coui Barton: “Rahat yat, Tito. Sən çox tez getdin”.

Sesk Fabreqas: “Tito, dünya futboluna və “Barsa”ya verdiklərinə görə çox sağ ol”.

Luis Suares: “Rahat yat, Tito. Ailəsinə və yaxınlarına güclü olmağı diləyirəm. Sizinləyəm”.

David Vilya: “Tito Vilanovanın yaxınları və dostlarına başsağlığı verirəm. O, əsl döyüşçünün rəmzi olacaq. Biz səni unutmayacağıq”.

Xavi: “Biz həmişə səninlə olacağıq, Tito. Rahat yat”.

İker Kasilyas: “Vilanovanın ölümü bütün dünya futbolu üçün kədərli hadisədir. O bizim hamımız üçün güc və mərdlik nümunəsidir”.

Lionel Messi: “Titonu heç bir zaman unutmayacağam. Əbədi olaraq səninlə”.

Joze Mourinyo: “Tito Vilanovanın ölümü futbol dünyası, “Barselona”, xüsusən də onun ailəsi və dostları üçün kədərli gündür. “Çelsi” klubu adından bu ağır dəqiqələrdə dərin hüznümüzü bildirirəm”.

Mənbə: Apasport.az

Tito Vilanova kim idi?!…

Tito Vilanova şəkillərin yaddaşında…

 

2 Şərh yazıya: “Rahat yat, Tito. Əbədi olaraq səninlə!”

  1. Azərbaycanlı

    Onu sevənlərə səbir diləyək.
    *****
    Əslində, bu unudulmaz simanın ölümü ilə əlaqədar olaraq, Avropa futbol birliyinin üzvü kimi “Xəzər Lənkəran” klubunun adından, “Barselona” klubuna başsağlığı məktubunun göndərilməsini arzu edərdik. Həm İspaniya futbolu mütəxəssisləri və həm də futbolçuları baxımından bizim bu ölkə ilə sıx əlaqələrimiz mövcuddur. Bu həm də “Xəzər Lənkəran”ın dünya futboluna nə qədər sayğı ilə yanaşmasının göstəricisi olardı.

     
  2. Zəfər Lerikli

    Futbol sərhəd tanimir.Yaxşi məşqçidə həmçinin.Yaxşilar elə yaxşi kimi qalar, vay pislərin halina.

     

Şərh əlavə et


− 4 = üç