Buradasınız Əsas » Video qalereya » “Rəvan” 1 – 1 “Xəzər Lənkəran” (Video)
  • Bookmark and Share

“Rəvan” 1 – 1 “Xəzər Lənkəran” (Video) 

Revan-XL

IX tur çərçivəsində keçirilən “Rəvan” – “Xəzər Lənkəran” oyununun ilk 20 dəqiqəsinin videosunu əldə etmişik. Burada “Rəvan hesabı açana qədərki dəqiqələr görüntülənir. “Xəzər Lənkəran” komandası bu 20 dəqiqəni ideal oynamasa da rəqibindən güclü görünür və əsasən oyun meydanın rəqibə aid hissəsində keçir. “Xəzər Lənkəran” isə bir neçə dəfə təhlükə yaratsa da bunlardan istifadə edə bilmir. Bir künc zərbəsi haqqı qazanan meydan sahibləri, müdafiəçilərimizin səhvindən yararlanıb hesabı açırlar.

Daha sonra komandamızın rəsmi saytında yerləşdirilmiş əsas momentlərin videoicmalını da təqdim edirik.


6 Şərh yazıya: “Rəvan” 1 – 1 “Xəzər Lənkəran” (Video)

  1. Qabil

    Admin qardaş, bu fraqmentlərə baxdıqdan sonra deməyə söz tapmaq da çətindir. Bunun yalnız bir adı var, çərçivəyə düşə bilməmək xəstəliyi. Toşaka təklif edərdimki, fasilədən istifadə edərək yalnız qapıya dəqiq zərbələr vurmağı məşq etdirsin. Bəlkə onda oyunçularımız bu çərçivəyə düşə bilməmək xəstəliyindən qurtula bildi.

     
    • Zefer Lerikli

      Qabil qardaş!-Bu oynu butovlukde videokameranin yaddaşina kocurtmuşem.Bele oyunlarda qol vura bilmemek cox teccubludur.

       
    • Zefer Lerikli

      Mirhafiz muellim!-İstifade huququnu size verirem.Heveskar cekilişimle bizi futbolsuz qoyanlara bir azarkeş iradimdi.
      *****
      Zəhmət çəkib videomaterial hazırlamısınız. Hüququnuzun özünüzdə olması tam ədalətli olar. Biz də saytımız vasitəsi ilə yayımlanmasında sizə və azarkeşlərimizə yardımçı olmaqdan qürur duyuruq. Utanmalı olanları öz vicdanları ilə baş-başa qoyub, sizin kimi komandasına sadiq azarkeşlərimizlə fəxr edirik. Yeri gəlmişkən saytımızın “Əlaqə” bölməsinə daxil olub bizimlə əlaqə saxlamanızı sizdən xahiş edirik.

       
  2. Qabil

    Zəfər qardaşım, həqiqətən bir belə imkanların qaçırılması təəcüb doğurmaya bilməz. Bunu tək biz yox hətta qapıçımız Leyte də deyirki, vurulan zərbələrin son anda qapiya getməməsi çox təəcüblüdür.Onu da qeyd edim ki, bu amil təkcə “Rəvan”la oyuna şamil edilməməlidir. Keçirdiyimiz 9 çempionat oyununun hər birində çoxlu qol imkanlarından istifadə olunmayıb. Təəcüblü olduğu qədər də müəmmalıdır. Video materiala görə minnətdaram, çox sağ ol!

     

Şərh əlavə et


+ 1 = yeddi