Buradasınız Əsas » Video qalereya » “Qoja Qartal”ın cavanlığına bir səyahət (Video)
  • Bookmark and Share

“Qoja Qartal”ın cavanlığına bir səyahət (Video) 

Tosak cavanliq

Bilirsiniz ki, komandamızın hazırki baş məşqçisi Con Benjamin Toşak gənclik illərində həm də gözəl hücumçu olub. Futbolçu həyatını isə İngiltərənin və eyni zamanda dünyanın həmişə sayılıb-seçilən klublarından olan “Liverpul”da keçirib. İndi sizə təqdim edəcəyimiz videomaterialda özünüz baxıb tanış ola biləcəksiniz.

16 Şərh yazıya: “Qoja Qartal”ın cavanlığına bir səyahət (Video)

  1. R.S.

    Sağ ol Toşak! Xəzərdə göstər hünərini.!Bizə də belə bir hücumçu lazımdır Yəqin ki Xəzərə transfer olmaq istəməzdi.
    *****
    O vaxtı istəməzdi əlbəttə. “Ta qojalıf gəlif də…” Əlbəttə bu bir zarafatdır. “Şir nə qədər qocalsa da elə şirdir”

     
  2. Zefer Lerikli

    Liverpulda 10 nomre ile oynayan Toşak sayilan hucumcu olub.Onun hucumcu olduqunu hec bilmirdim,duzu.Ingilisce bilmesemde şerhcinin Toşek!-Toşek! seslerinin boyuk hormetle deyildiyini anlamaq olur.Oz aramizdi,cavanliqi yaxşi kecib a

     
  3. Zefer Lerikli

    Mirhafiz muellim!-Aciqi meni teccublendire bildiniz.Bu materiali hardan elde etmisinizse-yene halaldi!

     
  4. Qabil

    Axşamınız xeyir Doktor! Çox sağolun ki, mənə 80-ci illəri xatırlatdınız. Bildiyiniz kimi SSRİ dönəmində ingilis futboluna biz yalnız Dünya və Avropa çempionatlarında baxa bilirdik. Toşakın da üzvü olduğu Uels millisi mundiallara o vaxtlar vəsiqə qazana bilmədiyindən Toşakın oyununu görməmişdim. Amma haqqında oxuduğuma görə çox səviyyəli hücumçu olub. Saytda yerləşdirdiyiniz videomaterial bunu bir daha sübut edir. Kim nə deyir-desin, Toşak güclü futbolçu kimi həm də güclü məşqçidir. Toşakdan bir istəyim var, özünün futbolçu və məşqçi talantından istifadə edib komandamızın keçmiş şöhrətini özünə qaytarsın.

     
  5. Qabil

    Mirhafiz bəy, saytlar yazir ki, “Xəzər Lənkəran” məşqlərinə ciddi itkilərlə başlayıb. Bilmirəm nə dərəcədə dəqiqdir. Nildoyla yanaşı Rasim Ramaldanov, Duqlas Leyte və Vandercon Skarduelli zədə üzündən komandayla məşqə çıxmayıblar.
    *****
    Saytlarda “Xəzər Lənkəran”la bağlı məlumat olmayanda oxumurlar deyə, onlar da məcburdurlar belə şeylər yazmağa. Hətta “Xəzər Lənkəran”lı futbolçu dırnağını əyri qırxıb və ya sızanaq çıxardıb və sairə kimi məlumatlar “ŞOK!!!” və ya “YALNIZ BİZDƏ” yaxud da yevropeyski desək “EKSKLÜZİV” birdə, “FLAŞ!!! FLAŞ!!! FLAŞ!!! xəbərönü gücləndirici kəlmələrdən istifadə edirlər. Məqsəd nədi? Oxucum çoxdur, Reklam ver!
    Bütün mətbuat yavaş yavaş bulaşır bu iyrəncliklərə.
    Bayaq “Filankəs “Xəzər Lənkəran”dan təklif almışdı” kimi bir başlıqlı xəbərə rast gəldim, oxudum. Xəbərdə Azərbaycanda olan bütün komandaların adı çəkilmişdi, bircə komandamızın adı yox idi. Sual olunur, bəs onda başlıq niyə belə? Cavab məntiqi olaraq budur, oxunsun deyə! Məncə elə ciddi səbəblər yoxdur ki, hər hansı oyunçumuz zədəli olsun!

     
    • R.S.

      Və ya “Con Toşak iki ayağını bir başamağa dirədi ki 3 futbolçu ver .”
      dedim görən Toşakın ayaqqabısı yoxdur ,niyə belə deyib ,Futbolçu istəyən kimi göndərəcəklər də .,daha başmağın bir tayını niyə zay edirsən.
      *****
      Siz Allah Toşakın başmağından yazmayın. İndi görərsiz bütün mətbuat onun başmağının o biri tayını axtarır. Niyə belə zülm etmək qərarına gəldiz bilmirəm?!

       
      • R.S.

        Allah sizi həmişə güldürsün ,xeyli güldüm Daha heç sözüm yoxdur ,Dərya ki dərya .

         
  6. Qabil

    Mirhafiz bəy, cavaba görə minnətdaram. “Xəzər Lənkəran”ın azarkeş ordusu olduğu kimi, oxucu ordusu da vardır. Saytlar bu oxucu ordusundan öz reytinqlərini qaldırmaqdan ötəri “Xəzər Lənkəran”ın adından gen-bol istifadə edirlər.
    *****
    Dediyiniz xəbərdə həmin qəbildəndir. Başlıq belədir: “Böyük oyuna” 4 ciddi itki ilə”. Baxaq içində nəymiş-Biri Nildodu bunu hamı bilir, təzə xəbər deyil. Qalan üç futbolçunun adını da çəkir və sonda belə deyir: ” Futbolçuların hər üçünün qarşıdakı günlərdə məşqlərə qoşulacağı ehtimal olunur.” Məşqlərə qoşulacağını deyən xəbər qaynağı bilmir ki, oyun bu məşqdən sonradı? sabahkı məşqdə iştirak edəcək futbolçular Oyunda oynaya bilməyəcək? Özü də əzələsində nəsə ağrı olub, yəni əzələ yorulub! Bu zədə, nə bilim itki deyil. Bu sadəcə gülməlidir.
    Gəl salaq haray-həşir,
    Bu yolla pulum gəlir.”

     
  7. R.S.

    Deyirəm görən ,Vəfa Qəlamdarın Ümilnisəsi Neftçi -Xəzər Lənkaran oyununa hansı diaqnoz verərdi ,Eh Vəfa vəy də yaman susur nəsə……?
    *****
    Vəfa bəy yəqin bir müddət hadisələri kənardan izləməyi qərara alıb ki, görsün bir xəbər mediada təkrar neçə dəfə dolaşır. Eşitdiyimizə görə bunu Ümbülnisə nənə özü ona məsləhət görüb.

     
    • R.S.

      Sağ ole Ümbilnisə nənə .İnşallah belə görürürəm Vəfa bəy çantası dolu gələcək ,Təki sağlıq olsun!
      *****
      Sən Ümbülnisə nənəni deyəsən yaxşı tanımırdın? Onun türk demişkən, daha nə numaraları var, nə numaraları…

       
      • R.S.

        Vallah necə deyim ,Vəfa bəyin .hesabına tanımışdım ,numarabaz olduğunu bilmirdim. Əgər Vəfa bəy oxuyarsa ,Ondan Ümilnisə nənəni əməlli başlı tanıtmağını istərdim ,.Türklər demiş şoka düşdüm başımıza xeyr,
        *****
        Şoka düşmüsünüzsə lap yaxşı. Ancaq xahiş edirəm şokdan çıxmayın, mən xəbəri verəndən sonra istəsəniz çıxarsız. Bu lap yerinə düşər. Onda mən xəbəri belə verim: “ŞOK!!! ŞOK!!!ŞOK!!! R.S. bəy Şoka düşdü!”

         
  8. R.S.

    Mənim şoka düşməyim keçərlidir.Vay ondan ki,Mətbuat Şoka düşsün bu Ümbilnisə nənənin əlindən.bir ay çıxa bilməzlər bu Şokdan . Hə… buna nə deyirsiniz ,?
    *****
    Ümbülnisə nənə yaşlı biri olsa da bekar qalan deyil. Elə ki ayağa durdu hər kəsin gününü qara edəcək. http://www.youtube.com/watch?v=TnBrG8YH4c0

     
  9. Qabil

    Hər vaxtınız xeyir, Mirhafiz bəy! Vəfa qardaşımızı Salamlayıram! Bildiyimə görə Ələsgər kişinin 78-yaşlı anası Ümbilnisə nənənin məhlədə falabaxmağı da var idi.örəsən Ümbilnisə nənə bizim Toşakın falına baxar? Deyirəm bəlkə, Ümbilnisə nənə artıq Toşakın falına baxıb və nəsə bir qarmaqarışıqlıq görüb ki, xeyli vaxtdır nənə susmağa üstünlük verir…
    *****
    Ümbülnisə nənənin yaxınlarından sızan məlumata görə, o, hələ susmağa üstünlük verir. Qarşıdakı “Böyük oyun”u gözləyir. Ondan sonra danışacağı da gələn xəbərlər arasındadır.

     
  10. R.S.

    Çox sağ olun keçidə görə ,Xeyli infarmasiyalı oldum .Heç Ramin Musayev də onun qədər hiyləgər ola bilməz ,
    *****
    Of… Ümbülnisə nənə, kimini pulnan almağı bacarır, kimisinə də çımxırmaqla istəyinə nail olur.

     
  11. R.S.

    ” Qoja Qatal”dan yeni xəbər yoxdurmu ?
    Bakı da Fatmanisə nənə peyda olub kartnan fala baxır ,Bu da Umbilnisə nənənin rəqibi hesab etmək olar .Deyir ki Xəzərin rəqibinin düşərgəsində gizli didişmələr gedir ,Umbilnisə nənənin susmağından istifadə edib .yaman fəaliyyət göstərir .Həmişə də ağ -qara geyinir ,deyir ağ -yaşıl mənə düşümür ,Bu da onun siyasətcil olmasına xəbər verir.
    *****
    Bizim “Qoja Qartal” sakit-sakit süzməklə öz işini görür. Ona görə də Ümbülnisə nənə susur. Fatmanisə nənə isə “Qoja Arı”dan narahatdı. “Qoja Arı” yenidən ağ-qara zolaqlı olandan, özü də cır arı olduğundan pətəyə heç bir xeyri dəymir. Sadəcə hamıdan çox vızıldayıb o biri arıların zəhləsini tökür deyə, Fatmanisə nənəyə ehtiyac duyublar ki, bəlkə bir əməl etsin ki, “Qoja Arı”nın vızıltısını kəssin.

     
  12. Qabil

    Mirhafiz bəy! Deyirəm Fatmanisə nənənin o “Qoja Arı”dan narahatçılığına səbəb, bəlkə “Qoja Arı”nın Eşşək arısı cinsindən olmasıdır.
    *****
    Vallah onu deyə bilmərəm, amma Fatmanisə nənə ehtiyatlı davranır hələki…

     

Şərh əlavə et


9 + = onbeş