Buradasınız Əsas » Xarici Futbol » Çempionlar Liqası » “Qoca Senyora” oteldən, otelə…
  • Bookmark and Share

“Qoca Senyora” oteldən, otelə… 

edition-otel

İtaliyanın “Yuventus” klubu Türkiyə “Qalatasaray”ına qarşı Çempionlar Liqasının oyunu üçün etdiyi səfər müddətində İstanbuldakı otellərə təqribən 45 min avro qazandırıb.

Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, dekabrın 10-da keçirilməli olan oyuna “Yuventus” 2 gün öncədən gəlib.

Turinlilər azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Edition” otelində qalıblar. Onlar otelə 3 gün üçün 35 min avro ödəyiblər. Matç günü stadiona gedən klub oyundan sonra birbaşa İtaliyaya uçmaq istəyib. Lakin matç dekabrın 11-ə təxirə salındığından, “ağ-qaralar” gecələmək üçün yeni otel axtarışına çıxıblar. “Edition”da yer olmadığından, “Qoca Sinyora”ya adambaşı 183 avroya “Qalatasaray”ın sabiq prezidenti Adnan Polata məxsus “Polat Renaissance Bosphorus” otelində yer tapılıb. Burada isə qonaq komanda üst-üstə 8500 avro ödəyib.

“Yuventus” üçün yeməkləri isə İtaliyanın məşhur “Cipriani” restoranlar şəbəkəsinin İstanbul bölməsi hazırlayıb. 3 günlük yemək isə kluba 40 min lirəyə (təqribən 15 min avroya) başa gəlib. Beləliklə, Turin komandası Türkiyədə 0:1 hesabı ilə uduzduğu “Qalatasaray”la matçda Çempionlar Liqasının 1/8 finalına vəsiqədən əlavə, 60 min avro itirib.

Şərh əlavə et


1 + səkkiz =