Buradasınız Əsas » Azarkeşlər » Qaytarın, azarkeş borcunu!
  • Bookmark and Share

Qaytarın, azarkeş borcunu! 

Mektub

Borc deyilən bir məfhum var. Bu borc heç də o borcdan deyil. Bu mənəvi borcdur. Maddi borcları demirəm necə ki “kişinin kişiyə borcu olar”. Borcu olarda sözdur heç ,ola bilməz ki, kişinin heç bir kişiyə borcu olmasın. Nə isə…

Həyatda elə bir insan olmaz ki, onun borcu olmasın. Bu vətən sevgisindən qabaq ana-ata məhəbbətinə olan bir borcdur ki, bir saf duyğudur ki, ömür boyu bizlərin qəlbində yanaraq gunəş kimi ufuqlərdədir. Bu günün aydınlığında gözlərimizlə üzünə baxanda, gözlərimizdə saf su kimi axan yaşlarimizla yenə baxmaq istədiyimiz gunəşdir .Bu anadir ,bu vətəndir.

Ay buludların arxasında yenə işıq saçmaq istəyir. Sürətlə üzünü qapamağa çalışan qara buludlara gücünü göstərməklə, heç olmasa son sözünü demək üçün bir şüasını gücləndirərək, gecənin qaranlığına işıq salmağa çalışan bu atadır, bu torpaqdır.

Bəli! VƏTƏN və TORPAQ!
Vətəni bölgələrə bölmək şərtidir. Əslində bir vətənimiz var. Bu AZƏRBAYCANDİR.
Bəlkə də sözümü çatdıra bilmək üçün hey çapalayıram. Əslində heç sözümü deməyə çətinlik də çəkmirəm. Hara sözümü aparsam da o məhəbbətlə elə “XL” görürdum. Deməli, mövzuya çatdiq, əvvəl-axir, ey əziz oxucu!

Borc deməklə heç də yanıldığımı düşünmürəm. Düşünməmişəm ki, soyuq qış axşamı niyə ayaq üstə 90-dəqiqə durub, həsrətlə sizi gözləmişəm. Heç fikirləşməmişəm ki, niyə bu soyuqda üşüyüb, nəfəsimlə sizi qızdırmağa çalışmışam. Heç ağlima gəlməyib ki, sənə görə, kimlərəsə görə qürurumu tapdalamağa çalişanlara qarşi dilim lal olsun, qulağım kar. Əgər bu gün bir sadə azarkeşin başını aşağı salıb öz zəhməti ilə ailəsinə çörək qazanirsa, niyə sənin adın gələndə dikilib, “kəsə-kəsə” sözlərini deyərək, sevgisini deməyə özundə ilahi qüvvə hiss edərək, başını yuxarı qaldıraraq, fərəhlə danışır!? Onda qaytarın azarkeş kimi borcumuzu….

Müəllif: Zəfər Lerikli

5 Şərh yazıya: Qaytarın, azarkeş borcunu!

  1. Qabil

    Salam,Mirhafiz müəllim! Salam, Zəfər qardaşım! Çox dərin bir mövzuya toxunmusan. Mövzunun sujet xətti borcdur və bu borcların içərisində hər kəs üçün ən önəmlisi valideyn və vətən qarşısında olan borcdur. Mənim də bir övlad, bir vətəndaş kimi borcumdur ki, Ata-Ana, Vətən borcunu zaman-zaman qaytarım.
    Və nəhayət qəlbən sevdiyim “Xəzər Lənkəran”a olan borcum. Məni tanıyanlar bilirlər ki, 40-ildən çoxdur “Xəzər”liyəm. Komanda yenidən yaranandan mən də bir azarkeş kimi isti, soyuq, qar, yağış bilmədən komandama azarkeşlik etmişəm. Elə bilirəm ki, komandam çempionluğ, kuboklar qazanmaqla məni sevindirib və azarkeşlik borcumu qaytarıb. Ayağım yer tutana qədər bundan sonra da
    Xəzər”imizə azarkeşlik edəcəyəm. Bundan sonrakı azarkeşlik borcumun qaytarıb-qaytarmamasını isə “Xəzər”imin insafına buraxıram…
    *****
    Salam, Qabil bəy! Mənəvi borc çox böyük mövzudur…

     
  2. Zəfər Lerikli

    Salam Qabil qardaşim!-Əslində bu yazimla elə sizin dediyiniz kimi çox fikirlər ifadə etməyə çalişmişam.Buna necə nail olmağimi deyə bilmərəm.Bu fikirlərimlə “XL” kamandasinin mənəvi cəhətdən bizə ana torpaq qədər yaxin olduğunu çatdirmaq istəyimlə yanaşi,uduzanda göz yaşini belə saxlaya bilməyən azarkeşlərin yenədə onu tənha buraxmaq istəmədiyini,ata kimi qaranliq yolda ona dəstək verməklə aydinliğa çixartmaq istəyini ifadə etməyə çalişmişam.

    Çox təəssuf olsun ki,bu gunlərdə “XL”-la yanaşi elə futbolumuzunda maraği azalib.Bunun başlica səbəbini “XL” kimi bir kamandanin çempianatda maraği olmamasinda görurəm.Hansi mövqesindən asili olmayaraq biz həqiqi “XL” görmək istəyirik.Bu bizim haqqimizdir.Kamanda formasini geyinən hər oyunçu bu haqqimizi bilməli və bizim mənəvi borclarimizi qaytarmalidirlar.Bu yazimla həmdə kamandamizi oyunlara motivasiya etməkdə istəmişəm.
    Fikirlərinizə görə sizə minnətdaram ,Qabil bəy!

     
  3. MALIK

    Oyuna bir gun ve yaxud 1-saat qalmis ya isdesen ya mehellede ya basqa yerde deyirsen men getmeliyem XL-oyununa qiraqdan bir coxlari-deyir ele sen yene gedirsen XL- oyununa essi besdir get isinle mesqul ol, komanda oyunu kafcente atir sende gedirsen avam muselman.Bu sozlerden sonra belin sinir Aaxi qelbindeki XL-sevgisi basqadir, bu soz belkede heqiqetdir amma inanmaq istemirsen,
    *****
    Nə olaydı, komanda bir az yaxşı nəticələr əldə edəydi, bu söhbətlər yığışaydı. Azarkeşlərin ruhunu qorumaq lazımdır. Axı bu nə bəladır düşmüşük?

     
    • Zəfər Lerikli

      Malik bəy!-Topaz barədə muəyyən fikirlərlə tanişam amma 100 faiz bu deyilənlərlə razilaşa bilmirəm.Bu kim hallari “XL”-a aid etmək heçdə real görunmur amma biz həqiqəti bilmədikcə belə sözlərin yaranmasinida normal qəbul etmək olar.

       
  4. Qabil

    MÜƏLLİM,axşamınız xeyir! Malik qardaşın şərhinə yazdığınız qeydi oxuyub təsirləndim. Amma, məndə vəziyyət tamam başqa cürdür. “Xəzər Lənkəran”ın düşdüyü vəziyyətdən asılı olmayaraq ətrafımdakılar, dost-tanışlar heç vaxt mənə deyə bilməzlər ki, stadiona getmə, onsuzda üdüzacaq. Hamı bilir ki, belə sözlərlə məni yoldan çıxarmaq qeyri-mümkündür. 40-ildən çox azarkeşlik etdiyim “Xəzər”imizin enişli-yoxuşlu vaxtlarını çox görmüşəm və yenə də nikbinəm. İnanıram ki, yenə yüksəlişimiz olacaq. Sadəcə, indi müəyyən səbəblər sayəsində enişdəyik…
    *****
    Əslində Malik bəy də bir oyundan belə qalan deyil. O deyilən sözlərdən gileylənir. Siz kimi əsl azarkeş nümunəsi göstərənlərimiz az da olsa var. Yəni, yaxşı gündə məsələn, 15000 pis gündə komandanın yanında onların 4-5 mini həmişə vardır. Eşq olsun əsl “Xəzər Lənkəran” azarkeşlərinə!

     

Şərh əlavə et


1 + = səkkiz