Buradasınız Əsas » Təqvim » Ölkə kuboku » “Qarabağ” – “Xəzər Lənkəran”. ¼ finala doğru
  • Bookmark and Share

“Qarabağ” – “Xəzər Lənkəran”. ¼ finala doğru 

kubok

“Bosman” fanklubunun əldə etdiyi informasiyaya görə, “Xəzər Lənkəran”ın və millinin əsas qapıçısı K.Ağayev 03.03.2010-cu il tarixində Lüksemburqla yoldaşlıq oyununda dizindən aldığı zədəyə görə 15 gün yaşıl meydanlara çıxa bilməyəcək. Bunu millinin və klubumuzun həkimləri təsdiq etmişlər

Belədə Azərbaycan kubokunu ¼ final mərhələsinin “Qarabağ”la keçiriləcək hər 2 oyununu K.Ağayev buraxmış olacaq.

Sabah, oyun öncəsi məşqlərini davam etdirmək üçün Mingəçevirə yola düşəcək komandamızın baş məşqçisi Ağasəlim Mircavadov “Qarabağ”la oyunda yalnız qələbə haqqında düşündüklərini deyib.

“Qarabağ” Azərbaycanın güclü klublarındandır və hesab edirəm ki, oyun çətin,gərgin və maraqlı alınacaq. Baxmayaraq ki, cavab oyununu doğma meydanda keçirəcəyik, biz elə ilk matçda rəqib meydanında qələbə qazanmaq istəyirik, inşallah buna nail olacağıq. “Xəzər Lənkəran” Quzanlıya yalnız qələbə ardınca gedir”

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


3 + dörd =