Buradasınız Əsas » Xəzər Lənkəran » Qəbələdən qələbə yükü ilə – (1:2)
  • Bookmark and Share

Qəbələdən qələbə yükü ilə – (1:2) 

xezer-lenkeran-avtobus-fl

Qebele-loqoXezer kicik emblem

Əvvəlki yazımızda da Qəbələ səfərinin demək olar ki, “Xəzər Lənkəran” üçün düşərli olduğunu qeyd etmişdik. Amma bu səfər bir az fərqli əlamətlər ortaya çıxmışdı. Belə ki,orta sahəmizin aparıcı oyunçularından olan Juninyonun zədələnərək meydana çıxa bilməyəcəyi, baş məşqçimiz Ağasəlim Mircavadovun cəzalı olub, texniki zonadan uzaq qalacağı, Devranın və Kalinkovun yüngül zədələrlə əlaqədar oynama ehtimallarının az olduğu, həmçinin keçən oyunu “Bakı” ilə zəif keçirərək minimal hesabla məğlub olmağımız, bununla əlaqədar komandanın “Qəbələ” ilə oyuna motivasiya olma çətinliyi, həmçinin “Qəbələ”nin də əvvəlki vaxtlara nisbətən xeyli güclənib fərqli oyun göstərməsi, meydançanın kiçik standartlara uyğun olan süni örtüklü olması və s. kimi faktlar əvvəlcədən məlum idi.

 

İrəliyə baxdıqda isə başqa məlum məsələlər var idi. Bu məlum məsələlərdən biri, xal itkisinə yol verməmək idi ki, sona 5 tur qalmış vəziyyət əleyhimizə xeyli dəyişə bilərdi. Belə ki, turnir cədvəlinə nəzər saldıqda görürdük ki, cədvələ başçılıq edən “İnter”in 24-xalı, komandamızın ondan iki xal geri qalmaqla 22-xalı, üçüncü yerdə isə qərarlaşan  “Bakı”nın 20-xalı vardır. Komandamızın xal itirəcəyi təqdirdə, “Bakı”nın isə “Qarabağ” üzərində mümkün ola biləcək qələbəsi nəticəsində, biz üçüncü pilləyə yuvarlana bilərdik. Belədə “Bakı” 23-xalla bizi qabaqlaya bilərdi. Hələ onu demirəm ki, “İnter” “Neftçi”ni məğlub edəcəyi təqdirdə, xallarını 27-yə yüksəldərək sona dörd tur qalmış komandamızdan xeyli uzaqlaşa bilməsi ehtimalının çempionluq yolunda bizim üçün nə qədər çətinlik, bəlkə də əlçatmazlıq yarada bilərdi.

 

“Qəbələ” – “Xəzər Lənkəran” oyunu ilə paralel Quzanlıdan da gələn xəbərlər bizi çox diqqətli olmağa çağırırdı. Çünki Quzanlıda məğlub olmayan “Qarabağ” həmin günü “Bakı”ya yeniləcəyi matçın əvvəllərindən hiss olunmağa başlamışdı. Bir az da irəli getsək, ”Bakı” “Qarabağ” üzərində 1:4 hesablı qələbəni bayram edəcəkdi. Beləliklə, “Bakı” xallarını 23-ə çatdiracaqdı. “Xəzər Lənkəran” “Qəbələ” ilə oyunda 9-cu dəqiqədə Allan Lalinin vurduğu topla hesabı açsa da, hissənin ortalarında “Qəbələ” nin vurduğu bərabərlik topu çox həyacan yaratdı.

 

Bu görüşdən 1 xal yox, 3xalla ayrilib, xallarımızı 25 çatdırmaq lazim olduğu halda 1:1 lik bərabərlik heç də bizi qane etmirdi. Bu görüşdən qazanılan üç xal  komandamızı liderliyə yüksəldəcəkdi. Çox sağ olsun ki, “Xəzər Lənkəran” ikinci hissədə bunun öhtəsindən gəlməyi bacardı. Yəni 53-cü dəqiqədə Emeka Opara ustalıqla vurduğu topla komandamızı yenə hesabda önə çıxardı və oyun elə bu hesabla da bitdi. Emeka Opara “əlinə düsən” təkbətək imkanından yararlana bilsəydi hesab 1:3-də ola bilərdi. Digəl ki, çox çətin vəziyyətlərdə qol vurmağı bacaran forvardımız belə asan qol epizodundan yararlana bilmədi, amma qələbə topunu vurduğu üçün onun bu epizodu qaçırması o qədər də peşmançılıq yaratmadı.

 

“Qəbələ” də öz ağıllı oyunu ilə diqqət çəkirdi və bir sıra epizodlarda hesabı bərabərləşdirmə imkanlarını da vurğulamaq lazımdır. Hakimin final fiti, uzatma dəqiqələri də daxil olmaqla çox uzun çəkdi. Bəlkə də həyəcanlı olduğumuzdan bu bizə belə gəlirdi.

 

“Xəzər Lənkəran” lazım olan 3 xalı bu oyunda qazandı və 25 xalla turnir cədvəlinin lideri oldu. Bu liderliyi bir az sürüşkən hesab etmək olardı. Çünki ertəsi gün “Neftçi” – “İnter” oyununda “İnter” qələbəni bayram edə bilərdi və yenidən 27 xal toplayıb liderliyini “Xəzər Lənkəran” dan geri ala bilərdi. Həmin oyunu “İnter” və “Neftçi” azarkeşləri ilə bərabər, “Xəzər Lənkəran” azarkeşləri də nigarançılıqla gözləyirdi. Bu matçı isə “Neftçi” qazandı və beləliklə “İnter” 24 xalla ikinci pillədə qərarlaşdı.

 

Turnir cədvəlinin lideri olmaq şansını “Xəzər Lənkəran” öz əlin də onsuz da saxlayırdı ki, bu da növbəti turda doğma divarlar arasında komandamız “İnter”i qəbul edəcəkdi və qazanılacaq qələbə “Xəzər Lənkəran”ı şəriksiz lider edəcəkdi. Buna baxmayaraq ” Xəzər Lənkəran” buna bir tur əvvəl nail ola bildi. Növbəti turda “İnter” üzərindəki qələbə isə onlarla xal fərqini daha da artıraraq 4-ə çatdıracaq. Bu şansı da qaçırmamalıyıq. Çünki bu turdan sonra sona daha 3 tur qalacaq və belə gərgin vəziyyətdə mövqeyi heç cür əldən vermək olmaz. Çempionluğa daha inamla irəliləmək üçün “Xəzər Lənkəran” qalan dörd turda bütün oyunları qələbə ilə bitirsə, onda demək mümkündür ki, şansı öz əlində saxlayır. Allah qoysa, bu belə də olacaq.

 

Qəbələdən qayıdarkən isə önümüzdə gedən “Xəzər Lənkəran” avtobusu, dağ yolları ilə gah şütüyür gah da kəskin döngələrdə sürətini azaldaraq irəliləyirdi. Yolların eniş-yoxuşlu olması, yaz  fəsli ilə əlaqədar ətrafın yaşıllaşması, hərdən enişdən yoxuşa qalxarkən isə yaşıl rəngli avtobusun arxadan baxdıqda ağ buludlar fonunda görünərək irəliləməsi sanki, bu yaşıl-ağ məvhumun ağır-ağır çempionluğa doğru gedişinin görüntüsü idi. Ona gorə ağır-ağır gedirdi ki, çünki onun daşıdığı yük, bir dəfə çempion olmuş “Xəzər Lənkəran”ın şirləri və Qəbələdən apardığı qələbə yükü idi.

 

  • Müəllif:   Mirhafiz M. Babayev.                                                  17.04.2010

 

Arxiv: Bosman.at.ua

 

Şərh əlavə et


4 + altı =