Buradasınız Əsas » Bosman » Premyer Liqanın yeni üzvü (Video)
  • Bookmark and Share

Premyer Liqanın yeni üzvü (Video) 

Araz Naxcivan-loqo

Bildiyimiz kimi Naxçıvanın “Araz-Naxçıvan” komandası bu il birinci divizionda demək olar ki, rəqib tanımadı. Artıq bu divizionda da yarışlar bu gün nöqtələnir. Hələ yekuna bir neçə tur qalmış “Araz-Naxçıvan” çempionluğunu rəsmiləşdirmişdi. Artıq “Araz-Naxçıvan” bu mövsümü böyük sıçrayışla başa vurdu və Premyer Liqaya adını yazdıraraq, ölkənin elit futbol klubları ilə eyni divizionda yarışacaq. Bu məqsədlə “Araz-Naxçıvan”a könül vermiş bütün azarkeşləri ürəkdən təbrik edir, onlara bu uğurlu çıxışlarını davam etdirməyi Premyer Liqada da arzu edirik.

Bizim “Araz-Naxxçıvan” azarkeşləri ilə də əlaqələrimiz bu mövsüm daha da yaxınlaşıb. Belə ki, bu il uzun fasilədən sonra Azərbaycan Superkubokunun finalı İbrahimXəlil Axundlu adına Naxçıvan şəhər stadionunda keçirilmişdi. Məkanın uzaqlığı və transportun çətinliyi kimi müəyyən səbəblərdən azarkeşlərimizin böyük qismi bu final oyununda iştirak edə bilməmişdi. Buna baxmayaraq “Xəzər Lənkəran”ın Naxçıvanda olan azarkeşləri və “Araz-Naxçıvan” azarkeşlərinin bir hissəsi ilə komandamızı Naxçıvanda coşqu ilə qarşılamış və matç zamanı da stadiondan dəstək vermişdilər ki, “Xəzər Lənkəran” klubu bu məkanda özünü doğma azarkeşləri arasında olduğu kimi hiss etmişdi və sonda gülən tərəf olub Naxçıvanlı azarkeşlərlə bu sevinci yaşamışdı.

Bundan başqa yenə bu mövsüm “Araz-Naxçıvan” komandası ilə yollarımız kəsişməli olmuşdu ki, bu da ölkə kubokunun 1/4 final mərhələsinə təsadüf etmişdi. Bu mərhələdə hər iki komanda yaxşı oyun göstərib, sağlam mübarizə aparmışdı. Hər iki komandanın azarkeşləri  bu dəfə rəqib olsalar da sivil davranış çərçivəsində münasibətlə görüşüb, ayrılmışdılar.

“Xəzər Lənkəran” azarkeşləri adından bir daha “Araz-Naxçıvan”ın bu nailliyyəti münasibəti ilə komandanın azarkeşlərini təbrik edir və sevinclərini bölüşürük. “Araz-Naxçıvan”ın birinci divizion  turnir cədvəli yekununu təqdim edir, çempionluq sevincinin və medalların təqdim olunması mərasiminin videosunu da sizlərlə paylaşırıq.

1-ci divizion Tur_ced

 

6 Şərh yazıya: Premyer Liqanın yeni üzvü (Video)

  1. Qabil

    Salam, Müəllim! Məncə “Araz-Naxçıvan”ın Premyer Liqaya vəsiqə qazanması çempionata əlavə rəng qatacaq. Naxçıvanlı azarkeşlər də bir xeyli vaxt idi ki, böyük futbolun həsrətindəydi və arzuladıqlarına nail oldular. Mən də bir “Xəzər Lənkəran” azarkeşi olaraq, qəlbində “Araz-Naxçıvan” sevgisi olan bütün azarkeşləri səmimi qəlbdən təbrik edir, “Araz-Naxçıvan”a Premyer Liqada sağlam rəqabət arzulayıram!
    *****
    Salam, Qabil bəy! Siz əsl yanaşma nümayiş etdirmisiniz.

     
  2. TELMAN

    SALAM ARAZ NAXCIVAN KLUBUNU MEN DE TEBRIK EDIREM. YAXSI CAVANLARDAN IBARET EZMKARLIG NUMAYIS ETDIREN KOMANDADIR. BUNU XL LA OYUNDA GORMUSEM. GELEN IL INSALLAH AFFA NIN KOMEYI ILE CEMPION OLACAG. DAHA ONLAR OLMASA BES KIMLER OLAR?
    *****
    Telman bəy, gəlin şübhə ilə yanaşmayaq və arzu edək ki, çempionatda daha bir sağlam komanda mübarizəyə başlayacaq.

     
  3. Zəfər Lerikli

    Naxçivan klubunun premier liqada olmamasi indiyə kimi Azərbaycan futbolunun minuslarindan sayilmalidir.Bu il “Araz Naxçivan” kamandasi bu vəsiqəni aldi.Bununla yanaşi qeyd etməliyəm ki ,bu fakt heçdə sari mətbuatin xoşuna gəlməyib.Söz yox ki, bu uğurun əldə edilməsində Naxçivan rəhbərliyin işi qiymətləndirilməlidir.Əgər belə bir təklif yuxarilarda dəstəyini tapa bilməsəydi , heç şubhə yox idi ki , bu yukun altina girməyə heç kim curət edə bilməzdi.Bir halda ki ,Naxçivani təmsil edən “Araz” bu vəsiqəni təmin edib.Onda yalniz bu kamandaya uğur arzulamaq qalir.Təki futbolumuz inkişaf eləsin və futbolumuza təmiz adla yeni-yeni kamandalar gəlsinlər.Təki “Araz Naxçivan”-nin adi təmiz futbolda şöhrətlənsin və ona “ləkə” yapişmasin.

     
  4. Qabil

    Hörmətli Doktor! İlk öncə “Araz-Naxçıvan”ı təbrik etmək mənim üçün bir azarkeş borcu idi. Çünki, Naxçıvanda Superkubok oyununda naxçıvanlı azarkeşlər komandamızı layiqincə dəstəkləmişdi. Həm də “Araz-Naxçıvan” birinci dəstədə çıxış edəndən onların “Nəxşicahan” fanklubu “Xəzər Lənkəran” azarkeşlərinə isti münasibət bəsləyir və dostluq mesajları göndərirlər. Bizlər “Araz-Naxçıvan”la “Xəzər Lənkəran” görüşündə, kubokun hər iki oyununda bu dostluğun şahidi olduq. Bu dostluğun daha bir nümunəsi isə Lənkəranda “Neftçi”li Böyükağanın mətbuat konfransında buraxdığı siyasi səhvinə Naxçıvan idman rəhbərinin verdiyi tutarlı cavabıdır.
    *****
    Qabil bəy, təvazökarlıqdan uzaq da olsa, yaxşı əməl qeyd olunmalıdır. “Bosman” fanklubunun bu təşəbbüslərin başlanğıcını qoyub, sonra da davam etdirməsinin az rolu olmamışdı. Az əvvəlki Naxçıvan azarkeşlərinin saytımızla əlaqəsi və oradakı “Xəzər Lənkəran” azarkeşlərinin saytımıza göndərdiyi məktub və nəhayət onların arasında bu isti münasibətlərin qurulması kimi dəyərli işlərimizi vurğulamağa dəyər. Belə münasibətlər zatən “Bosman” fanklubunun siyasətinin əsas hissələrindəndir.

     
  5. Mubariz

    Axsaminiz xeyir.’Araz’-in Topaz primer liqasina yukselmesine men de terefdaram.Ne qeder bolge komandalari cox olsa cempionat daha da seffaf keciriler.Cempionati hormetden ancaq “Neftci’kulubu salir, ona gore ki,AFFA rehberliyinin balansindadir.Hec bir normal olkelerde dovletin balansinda komanda yoxdur.’Neftci’ancaq yuxaridakilarin vesait silmesine xidmet edir,ammafutbolumuzi inkisafdan saxlayir.’Sumqayit’-i da ona kicik qardas edibler.’Qarabag’ azarkeslerine sozun heqiqi menasinda hormetim var,gel komanda son turda adina yarasmayan hereket etdi.Bundan sonra saytlar ‘Xezer lenkeran’-la beraber ‘Araz’haqqinda da coxlu saieleryazacaqlar.Ona gore naxcivanlilar da komandalari ile cox maraqlanirlar.Maraqlidir ‘Baki’ kulubu da bi il zeif cixis etdi,ancaq Pantic haqqinda hec bir sey yazmirlar.Azarkeslerden xais edirem emosiyalarini cilovlasinlar.Bezi sayt rehberleri bizim tenqid ve tehqirlerden ilhamlanaraq komandamiz haqqinda olmayan saiyeler yazirlar.Meselen bu gun apasportda geden ‘namus’ yazisini butun saytlar qeyd edibler.Ancaq son turdan sonra hec bir sayt ‘Qarabag’-n satilmis oynunu qeyd etmeyibler.’Xezer Lenkeran’-in qapisina teyin olunan haqsiz penltilerden hec kim yazmayir.Ona gore sizden xahis edirem komandamizi bu qeder de asagilamayaq.

     
  6. Qabil

    Salam, Müəllim! Əlbəttə “Bosman” fanklubunun Naxçıvan azarkeşləri ilə əlaqələrin qurulmasında gördüyü işlər danılmaz faktdır. Yadımdadır,Superkubok oyunu ərəfəsində Naxçıvanda oxuyan həmyerlilərimiz “Bosman.az”a məktubla müraciət etmişdi və Siz də məktubu cavablandırmaqla bu dostluğun təməlini qoydunuz.Elə həmən vaxtdan bu əlaqələr inkişaf etməkdədir. Keçmişdə Lənkəranin “Xəzər” və Naxçıvanın “Araz” komandaları oxşar talelər yaşayıb. Futbola ürəkdən bağlı olan hər iki bölgənin azarkeşləri xeyli müddət böyük futboldan kənarda qaldı. “Xəzər Lənkəran” on il əvvəl böyük futbola yenidən qayıtsa da, “Araz-Naxçıvan”a isə qayıdış yalnız bu il nəsib oldu. Əminəm ki, “Xəzər Lənkəran” klubu və azarkeşləri kimi, “Araz-Naxçıvan”klubu və azarkeşləri də çempionata yeni rəng qatacaq, sağlam intriqanı daha da artıracaqlar.
    *****
    Təşəkkür edirəm, Qabil bəy! Hafizənizi Allah daha da geniş eləsin!

     

Şərh əlavə et


+ dörd = 7