Buradasınız Əsas » Xarici Futbol » Avropa Liqası » ”Olimpiya” – “Xəzər Lənkəran” matçının hakimi məlum oldu
  • Bookmark and Share

”Olimpiya” – “Xəzər Lənkəran” matçının hakimi məlum oldu 

Hakim_mucerred

UEFA, ”Olimpiya” – “Xəzər Lənkəran” matçını bizlərə az-çox tanış olan bir hakimə etibar edib. 35 yaşlı çernoqoriyalı Pavle Radovanoviç 21 yaşlılardan və böyüklərdən ibarət milli komandalarımızın görüşündə fit çalıb.

Radovanoviç 2 ildir ki, FİFA referisidir. Onun idarə etdiyi matçların birində yığmamız qalib gəldiyi halda, digərində məğlub olub. Belə ki, 2009-cu ildə Azərbaycan millisinin səfərdə Lixtenşteyn üzərində 2:0 hesabı ilə qələbə qazandığı qarşılaşmada baş hakim funksiyasını çernoqoriyalı həyata keçirib.

35 yaşlı hakim 21 yaşlılardan ibarət millimizin İtaliyaya (2008-ci il) 0:2 hesabı ilə uduzduğu matçı da idarə etməklə yanaşı, səfərdə keçirilən həmin qarşılaşmada hətta qapımıza penalti də təyin edib

 

Arxiv: Bosman.at.ua.

Şərh əlavə et


− 2 = yeddi