Buradasınız Əsas » Rəylər » Oğuz Çetin də vəzir qismində payını aldı
  • Bookmark and Share

Oğuz Çetin də vəzir qismində payını aldı 

Oguz Cetin-1

“Xəzər Lənkəran”la iki illik müqavilə bağlayacaq Mustafa Dənizlinin köməkçiləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın sabiq çalışdırıcısı Con Toşakın yardımçıları – Emin Quliyevlə Covanni Melkiorre, eləcə də, qapıçılarla işləyən Hafiz Əliyev işini davam etdirəcək.

Cənub klubunun yeni baş məşqçisi özü ilə yalnız bir köməkçi gətirir ki, bu da Türkiyə millisinin sabiq məşqçisi Oğuz Çətindir. Son olaraq “Boluspor”a rəhbərlik edən 50 yaşlı mütəxəssis Topaz Premyer Liqasının sonuncu turu çərçivəsində keçirilən “Bakı” – “Xəzər Lənkəran” görüşünü (3:0) tribunadan izləyənlər arasında idi.

Qeyd edək ki, Con Toşakın istefasından sonra “Xəzər Lənkəran”ın məşqçilər korpusunda yalnız bir dəyişiklik olub. Uelsli çalışdırıcı oğlu və eyni zamanda köməkçisi olan Aleksis Plazanı da özü ilə aparıb.

Mənbə: apasport.az

3 Şərh yazıya: Oğuz Çetin də vəzir qismində payını aldı

  1. Zefer Lerikli

    Kişiler işleyiblermiş!-Yaziq Toşak!.Hec inana bilmirem ki, hele Mustafaya istefa 6 ay ceke biler.

     
  2. R.S.

    7 sualı bilmirəm kimin ideyası idi .7 sual yiğılan kimi , o boyda dağ kimi kişi getdi ,İslam Cabbarlı 6 rəqəmindən yox .bundan sonra 7 rəqəmindən yazsın gərək .Çoxlu mövzular ,var.

     
  3. R.S.

    Balaca bir sirr deyim ki .bəlkə də insan pisxologiyasın da bu var .”Bosman” da məskən salmışam .12-cu oyunçuda da şərh yaza bilmirəm .ya mövzulara görədi ya da İslam bəy çalışdıranda sanlı ünsiyyət olurdu Vaqif .R. çox da maraqlı olmur azrkeşlərlə cavab verməyə bəlkə bu üzdən .2-3 dəfə yazdım orda nəsə yad gəldi. Həkim olduğunuz üçün bunları siz daha yaxşı bilərsiniz.
    *****
    Düz qeyd etmisiniz. Vaqif bəyi də qınamalı deyil. Onun öz işləri də var ki, onları güclə çatdırır.

     

Şərh əlavə et


4 + üç =