Növbəti yubiley müsabiqəsinə start verildi

“Xəzər Lənkəran” Futbol Klubunun 10 illik yubileyi ilə əlaqədar İdman Araşdırmalar Mərkəzi klubumuzla birgə yeni bir lahiyəyə start verib. İAM klubla birgə “ Xəzər Lənkəran” futbol klubunun tarixi və  inkişaf perspektivləri”mövzusunda yazı müsabiqəsini aşağıdakı formada  elan edib:
Müsabiqənin şərtləri:
1. Yazı elan edilmiş mövzuya uyğun olmalıdır (Elan olunmuş mövzunun sərlövhəsinin dəyişdirilməsinə yol verilmir);
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;
3. Yazı qəzetlərdə və ya saytlarda dərc edilməlidir;
4. Yazıda “İdman Araşdırmalar Mərkəzinin “Xəzər Lənkəran” futbol klubunun 10 illik yubileyi münasibətilə elan etdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir;
5. Yazının dərc olunduğu mətbu orqan (qəzetdirsə 1 nüsxə, saytdırsa, linki), A4 formatda çap (3 nüsxə – müəllifin imzası göstərilməməlidir) variantları İAM-ın Ekspert və Qiymətləndirmə Qrupuna təqdim olunmalıdır;
6. Yazılar A3 formatda 1 səhifədən (9 – 11 min işarə) çox olmamalıdır.
7. İAM-ın Ekspert və Qiymətləndirmə Qrupuna yazıların son təqdim edilmə tarixi 30 aprel 2014-cü ildir.
Qiymətləndirmə meyarları:
– mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
– materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
– dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
– jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:
I yer – 800 manat;
II yer – 600 manat;
III yer – 400 manat;
Həvəsləndirici mükafat – (3 nəfər) hərəyə 200 manat.
Mənbə: Lankaranfc.com