Buradasınız Əsas » Təqvim » Ölkə kuboku » “Neftçi”nin prezidenti və kapitanı bu dəfə centlmenlik etsə də, Mahir Şükürov hazırın, naziri olmaq istədi
  • Bookmark and Share

“Neftçi”nin prezidenti və kapitanı bu dəfə centlmenlik etsə də, Mahir Şükürov hazırın, naziri olmaq istədi 

Sadiq-Sadiqov

Bu gün Azərbaycan Superkubokunda “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” 1:2 hesabı ilə məğlub oldu. Oyundan sonra paytaxt klubunun prezienti Sadıq Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

– Oyunla bağlı nə deyə bilərsiniz? 
– Hər şey super idi. Ölkə başçısına, AFFA rəhbərliyinə, Naxçıvan rəhbərliyinə belə bir oyunu müqəddəs torpağımızda keçirdiklərinə görə təşəkkür edirəm. Mən də bu torpağın bir övladıyam. Burda doğulub, böyümüşəm. Oyunda çox gözəl keçdi. İdman ab-havası vardı. Güclü də qalib gəldi. Bu günkü oyunda güclü kim idi? “Xəzər Lənkəran”.

– Qələbə münasibəti ilə rəqibi təbrik etdinizmi? 
– Bəli, öz təbriklərimi çatdırdım.

– Rəqibin oyunçusu qırmızı vərəqə aldı. Onlar meydanda azlıqda qaldıqdan sonra komandanızın qələbə qazanacağına inanırdınızmı? 
– Bu futboldur. Oyun zamanı hər dəqiqənin öz hökmü var. Hər şey mümkündür. Məğlubiyyəti də gərək kişi kimi qəbul edəsən. Mən bunu qəbul edirəm və “Xəzər Lənkəran”a uğurlar arzulayıram. “Xəzər Lənkəranda bizim öndə gedən, çempionluğa layiq olan klublarımızdan biridir.

– Üç ardıcıl çempionluq və ölkə kubokunu qazandıqdan sonra məğlubiyyət çətin deyil? 
– Komanda o qədər kubok, medal qazanıb ki, bir qədər arxayınlaşıb. Fikirləşdilər ki, yenə kuboku qazanacaqlar.

– Deyəsən, məğlubiyyət əhvalınıza təsir etməyib? 
– Niyə təsir etmir? Sadəcə, sizinlə gülə-gülə danışıram.

Reshad-Sadiiiqov-flash-231013

“Neftçi” klubunun kapitanı Rəşad Sadiqov Superkubokda “Xəzər Lənkəran”a 1:2 hesablı məğlubiyyətdən sonra bir neçə suallarını cavablandırıb.

 

– Gərgin görüşün sonunda məğlub oldunuz. Oyunla bağlı fikirlərinizi bilmək istərdik… 
– Bu cür görüşü belə bərbad meydanda oynamazlar. İki ardıcıl ötürmə vermək olmurdu. Futbolçular çox əziyyət çəkirdi. Bəlkə “Xəzər Lənkəran” Lənkəranda belə meydanda oynayır, amma biz “Bakcell Arena” kimi düz meydanda çıxış edirik. Heyətimizdə texnikalı futbolçular çox olduğundan həqiqətən də əziyyət çəkdilər. Bu da hardasa psixoloji baxımdan təzyiq yaratmışdı. Uşaqların oyunu alınmadı.

– İkinci hissədə daha istəkli idiniz. Fasilədə nə dəyişdi? 
– Bəli, ikinci hissədə daha yaxşı oynadıq. Sadəcə, gərginlik həddindən artıq idi. Tez-tez mübahisələr olurdu. Bu cür hallar isə oyunun marağını azaldır. Hər iki komandanın üzvləri yıxılıb, yerdə qalırdılar. İstər-istəməz oyunun tempi aşağı düşmüşdü. Hər şeyə rəğmən, rəqibi qələbə münasibəti ilə təbrik edirəm.

– Meydan amili hər iki komanda üçün eyni idi. Buna görə şikayətlənməyə dəyərmi? 
– Lənkəran təmsilçisi də hansısa yaradıcı hücum sonunda qol vurmadı. Onlar da hava ötürməsi ilə qol vurdular. Bu cür yerdə kombinasiyalı futbol oynamaq çox çətindir. Biz də udsaydıq, onlar deyəcəkdi ki, meydan amili həlledici oldu. Burda söhbət təkcə bizdən getmir. Hər iki tərəf üçün futbol oynamaq çətin idi.

– Hakim penalti təyin etsə də, sonra fikrini dəyişdi. Bunu “Neftçi”nin xeyrinə dəyərləndirmək olarmı? 
– Qərarını dəyişmək hakimin səhvi idi.

– Bəs qırmızı vərəqə epizodu? 
– Qırmızı vərəqəni hələ bir qədər tez verməli idi. Çünki biz cərimə zərbəsi başlayan vaxt Sadio Tounkara Stamenkoviçə dirsək atdı. Amma hakim vərəqə göstərmədi. Tounkara yetənə ayaq, yetməyə daş atır. Belə futbol oynamazlar. Düzdür, futbolda sərt oyun var.

– Rəqibin layiqli qələbə qazandığını düşünürsüz? 
– İkinci hissədə bizim də epizodlar çox oldu. Sadəcə, istifadə edə bilmədik. Ədalətli nəticə heç-heçə idi. Qələbə qazandılar, təbrik edirəm.

– Bu nəticənin çempionat oyunlarına mənfi təsiri olacaqmı? 
– Xeyr, çempionat oyunları tam fərqlidir. Həm də çempionatda belə meydanda oynamırıq. Futbolçular üçün daha rahat olacaq. Çalışacağıq ki, hər şey qaydasında olsun.

– Hakimliklə bağlı nə deyə bilərsiz? 
– Hər iki komanda tərəfindən hakimlərə təzyiq oldu. Mən öz oyunçularımıza qışqırırdım ki, hakimə yaxınlaşmayın. Bu cür oyunları idarə etmək çox çətindir.

Mahir-Shukurov

“Çox gözəl futbol ab-havası yaratmışdılar”. Bu sözləri “Neftçi” klubunun müdafiəçisi Mahir Şükürov deyib.

Bu gün keçirilən Superkubok oyununda “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” meydanı məğlubiyyətlə tərk edib.

Paytaxt təmsilçisi fasilədən sonra bərabərlik qolunu vursa da, sona yaxın yenilgidən qaça bilməyib. Üstəlik, rəqib meydanda azlıqda qalmışdı. Matçla bağlı fikrini bildirən “Neftçi”nin təcrübəli cinah oyunçusu fikrini belə yekunlaşdırıb: “Biz son mövsümdə həm çempion olmuşuq, həm də ölkə kubokunu qazanmışıq. Superkubok isə çempionla kubokun qalibi arasında keçirilir. Belə çıxır ki, özümüz özümüzlə oynamışıq”.

Şükürovun fikrincə, hazırkı vəziyyətdə bu oyun keçirilməməli idi: “Həm çempion olan, həm də kuboku qazanan komanda üçün bu cür oyunu keçirmək lazım deyildi”.

Mənbə: apasport.az

7 Şərh yazıya: “Neftçi”nin prezidenti və kapitanı bu dəfə centlmenlik etsə də, Mahir Şükürov hazırın, naziri olmaq istədi

  1. Məmmədov.Q

    Belə qələbələr tarixi qələbələrdir.
    *****
    18 ildən sonra yenidən keçirilən Superkubokun qalibi olmaq, əlbəttə ki, tarixi qələbədir.

     
  2. Qabil

    Axşamınız xeyir, Doktor! Məncə S.S-in dedikləri bütünlüklə boğazdan yuxarı deyilən sözlərdir. kapitan Rəşad isə yenə yalan danışdı. Ot örtüyünü bəhanə gətirib, bizim stadionun qazonunu pislədi. Bir neçə il əvvələ qədər rəqib komandalar “Fırtınalar meydanı”nda oynamaqdan həzz alarkən,Rəşad özü qotur qazonda top qovardı. İndi AFFA-nin hesabına stadion sahibi olublar deyə, deyəsən qudurub. Mahirə isə normal bir insan kimi baxan, elə özü anormal adamdır. Mahirin son cümlələri onun anormal olmasının sübutudur. Biz Superkubokun qələbəsini azlıqda qazandıq və bir daha sübut etdik ki, rəqibimiz çempionluğu da kuboku da haramlıqla əldə edib.

     
    • Zefer Lerikli

      Mahir yolunu azmiş adamdir, futbolcu yox .Ona yolun nece olduqunu tanitdiran heyat olacaq.cox zile cixir e e eeeee.Bemini duşunsunse faydasi var
      *****
      Əsl futbolçu heç vaxt belə açıqlama verməz. Bu acizliyin göstəricisi, rəqabətdən qorxmanın bariz nümunəsidir.

       
  3. Zefer Lerikli

    Mirhafiz muellim!-Men oyunndan sonra oz şexsi işlerimle meşqul olduquma gore sayta yenice daxil olmuşam ve saytdaki fikirlere baxmadan movzunu oxuyub fikrimi demek isteyirem:Mene kimin ne demeyi maraqli deyil.Oyun her şeyi gorsetdi.Bu gun meydanda bir kamanda var idi oda XEZER LENKERAN!.Oynun ilk deqiqeleri gorsetdi ki Xezer Neftci deyilen bir kamanda tanimir.İslam muellim hemişe kamandani motivasiya eden tercumeci qardaşimizi one cekir.Bu oyun ele oyundur ki buna motivasiya yaratmaq lazim deyil.Bu oyunda hami ne etmeyi bizden yaxşi bilir.

     
  4. R.S.

    mahirin yaxşı ləqəbi var Toyuq Mahir .İndi onların nə deməsinin əhəmiyyəti yoxdur ,Xəzər Neftçidən güclü idi .İnanın rəqibdən belə oyun gözləmirdim onlar nə təhər 21 xal yığıblar ,çox təccüblüdür. İnşallah Xəzər daha geriyə getməz ,Bütün komndaların kürküünə birə salmalıdır . Bir də ki Nildo oynamasa daha yaxşıdır,
    *****
    Mən deyəndə ki, “Xəzər Lənkəran” güclənib, inamlı təsir bağışlayır. daha üç Etame və Sacconi kimi futbolçu alsə, qarşısında duran tapılmaz! Bəziləri guya çox bildiklərindən, ikrahla “sizin yazdıqlarınızı oxuyandan sonra adamın cədvəldə yuxarı yerdə olan komandalara yazığı gəlir” və ya “yaxşı düzüb qoşublar” kimi reaksiyalar gəldi. Guya biz yalandan nəyinsə xatirinə bu yazıları yazmışdıq. İndi belələrinə demək istəyirəm ki, “Xəzər Lənkəran” burunci dövrəni 8-ci pillədə başa vurduğu zaman biz bu fikirlərin müəllifiydik. İndi isə yenə deyirəm biz hələ futbolçu almadan bir tur qələbəsinə görə iki komandanı “yazıq” edib 6-cı pilləyə qalxmışıq. Hələ mövsümün yekununa 3 dövrə var. Bir də ki, arxalı komandanı 9-10 futbolçu ilə, hər tərəfdən yaradılan maneələrə baxmayaraq ilk pillə sahibini, yəni bizdən yuxarıda olan daha bir komandanı, bəzi adamların təbiri ilə desək “yazıq etmişik” daha nə qaldı, bizdən yuxarıda 1-2 komanda, onları da “yazıq” edərik. Bunu da “Yaxşı düzüb qoşduq?”

     
  5. R.S.

    Bundan sonra Neftçi azrkeşlərinin danışmağa sözü də olmaayacaq .Çünki Ölkədə 1 nörəli komanda Xəzərdir ,Artıq Toşak komandasın yaradır ,Mirhafiz bəy sizn uzaqgörənliyiz tam təsdiqini tapdı ,Ardıcıl xal itkiləri… ümüdimiz itirmişdik ,Sizn yazdıqlarınız o vaxt oxumuşdum .İndi artıq nə demək istədiyinizi başa düşürəm .Biz ancaq komandaya dəstək olmalıyıq .
    *****
    Təşəkkür edirəm. Bəli, düz deyirsiz dəstək və yenə də dəstək!

     
  6. Qabil

    Hamınızı Salamlayıram! Biz dünən ikiqat qələbə qazandıq. Həm Superkuboku qazandıq həm də “neftçi”lərin və onların havadarlarının üzündəki maskanı yırtdıq. Kimin kim olmasını futboldan bir azca anlayışı olan da gördü ki, “Xəzər Lənkəran” necə təklənib. Komandamız nə yaxşı ki, hətta azlıqda qalanda belə ruhdan düşmədi, qorxub çəkinmədi, döyüşdü, layiqli qələbəsini qazandı. İndi isə məğlub olmuşlar nə deyir-desin. Karvan yoluna davam edir!
    *****
    İcazənizlə şərhinizə, balaca redaktə ilə müdaxilə etdim.

     

Şərh əlavə et


3 − üç =