Buradasınız Əsas » Video qalereya » Mustafa Denizli iştirakçısı olduğu ilk “Böyuk Oyun”u belə şərh etdi (Video)
  • Bookmark and Share

Mustafa Denizli iştirakçısı olduğu ilk “Böyuk Oyun”u belə şərh etdi (Video) 

Mustafa Denizli-9

Bildiyimiz kimi hamının maraqla gözlədiyi “Böyük Oyun” bu gün Lənkəranda baş tutdu. Komandaya gəlişindən bəri ilk dəfə “Böyük Oyunu”un tərəfinə çevrilən Mustafa Denizli bu oyunu, oyun sonrası keçirilən mətbuat konfransında aşağıdakı kimi şərh edib. Qeyd edək ki, gərgin keçən bu oyunda ilk qolu “Neftçi” komandası birinci hissənin əvvəllərində vuraraq, həyəcanı bir qədər də artırmış oldu. Bu hesab hissənin sonuna qədər dəyişmədi. İkinci hissənin əvvəllərində daha bir qol vuran rəqib, vəziyyəti demək olar ki, tam öz xeyrinə dəyişə bildi.

Buna baxmayaraq özünü toparlamağı bacaran “Xəzər Lənkəran” son on dəqiqəni və artırma dəqiqələrini dəyərləndirərək iki qol vurub hesabı bərabərləşdirdi. Matç haqqında təfərrüatlı yazı hazırladığımızdan sözümüzü qısa edir və Denizlinin mətbuat konfransında dediklərini təqdim edirik.

12 Şərh yazıya: Mustafa Denizli iştirakçısı olduğu ilk “Böyuk Oyun”u belə şərh etdi (Video)

  1. Qabil

    Axşamınız xeyir DOKTOR! M.Dənizli əzəli rəqiblərimizin necə, nəcür, hansı(feli bütün suallarında) sifətdə olduqlarından hələ tam xəbərdar deyil.

     
  2. R.S.

    Musdtafa Dənizlini dinləyərkən ,əsəblər sakitləşir .Böygağa əsəb sandığıdır.Bax səviyyə burda hiss olnur .Oxudum ki Böygağa Höccət H -ə deyib ki Bakıda Mustafaya 5 top vurmasam istefa verəcəyəm .Mirhafiz bəy siz stadiondanmı izlədiniz oyunu?.

     
  3. R.S.

    Hamı deyir ki çox gözəl Böyük oyun oldu ,Böyük ağa müəllim isə deyir ki ,belə deyil .Oyun böyük hesablı qələbə ilə bitsə idi o vaxt Böyük oyun olcadı ?
    Bu əla Böyük oyun oldu .hələki Fitınalar meydanında Neftçi qalib gələ bilməyib .İnşAllah Bakıda böyük hesablı qələıbə qazanarıq .

     
  4. Demir Agaci

    Sebrsizlikle sizin yazini gozleyirik. Hormetle

     
  5. Qabil

    Əlbəttə M.Dənisli danışanda həm savadlı və zövqlü həm də real vəziyyəti analiz edib danışır. Yaxsa “Zəif” kimi ağzına gələni danışmır ki. M.Dənizlinin futbol savadını hesaba almadan deyə bilərəm ki, təkcə intellekt baxımından ən azı “Zəif”dən iki baş yüksəkdədir. Savadlı danışığı, mədəni davranışı, az vaxt ərzində komandasında yaratdığı nizam-intizam bunu deməyə əsas verir.

     
  6. van persi

    son deqiqelerde oyun cox maraqli olsada biz bunu duana gore gore bilmedik

     
  7. Tənqidci

    TƏRS_MAYALLAQ OLAN FUTBOL!

    Bu dunyanin qəribə işləri var.Bizim duşuncə və dərketmə qabiliyyətimiz o dərəcədə inkişaf etməyib ki,biz o hadisələri analiz edək.Bakida bu saatlar yer titrədi və zəlzələ baş verdi.Hami özunu bir anliqda olsa aciz və gucsuz hiss elədi.Allahi yadina salan və ona şukur edənlərin sayi artdi.Axi,tanri dərgahinda hamimiz acizik amma köməksiz deyilik.Mənim fikrim nə zəlzələ,nədə onun səbəblərini araşdirmaq deyil.Onsuzda bəndənin buna ağli və gucu catmaz.Fikrim bu tərs-mayallaq gedən futbolda baş verənlərdir.

    Guloğlan Cabbarovu artiq cox adam taniyir.İdmancidi və idmanda zəhməti ilə birtəhər bu “Neftci” klubunda işə duzəlmişdi.Zamanmi,vaxtmi yoxsa futbolmu tərs-mayallaq “aşdi” və bu bu adam “qurban” oldu.Vallah duz deyirəm!-Bu adami xərclədilər.Ona görə ki ,bu adam zahirən hecdə qəddar adama oxşamir.Sadə və təvəzökar təsirini görsədir.Axi,nə oldu ki ,bu adami butun idman aləminə “duşmən” kimi tanitdirdilar?.

    Məsələ ondadir ki,bu adam idman aləmində hecdə cox taninmirdi.Onu cəmiyyətə tanitdirmaq lazim idi.Bununda “zəhmətini” öz uzərinə “halalliqla neftdən mayalanan “Neftci” etdi”.Kubok oynunda bu adami aldadib və “qocu” etdilər.Bu “qocu”luqlada butun ölkədə tanindi.Bu taninmaq hecdə yaxşi “zad” deyilmiş.Cunki,indi sayilmir və hörmət edilmir.İnanmirsiz!?-Buyurun oxuyun.

    Onun fikirlərini (qocunun) diqqətinizə çatdırırıq: “Xaqani Məmmədov kimi baş hakim 2002-ci ildə Azərbaycanı necə 2 il futbolsuz qoymuşdusa, indi də həmin vəziyyətdir. Necə ki, şərəfli, namuslu futbol adamları, hakimlər kənarda qalıb, belə də olacaq. Kimlər ki, bunların “zakaz”larını yerinə yetirmirlər, onları ləkələyib, futboldan silirlər. Necə ki, Hakimlər Komitəsi ayrıca bir qurum olmayıb, PFL-dən asılıdır, necə ki, hakimlərin başında özünə hörmət qoymayan, puldan ötrü hər şeyini satan insanlar duracaq, həmişə də belə olacaq”.

    Ay qardaşlar!-Vaxt vardi bu adamin qilincinin qəbzəsidə kəsirdi.Tərsə mayallaq nə oldu ki ,indi vaxtiynan şərəfini qoruduğu klubun adamlarinin əlindən yaniqlidir?.-Mən savadsiz biriyəm,səbəbini bilmirəm.Bəlkə məndə “tərs-mayallaq” danişiram.Onu bilirəm ki,özumdən hecnə icad etmədim.Onda siz deyin.
    *****
    Düz buyurursuz. Məncə azarkeşlər sizin sualınızı cavabsız qoymayacaq.

     
  8. Zəfər Lerikli

    Muəllim salam!-Sayta baxmaq cətinləşib.Bu saytin internetlə əlaqəsindəndirmi?.-Halbuki digər saytlarda problem yoxdur.Bu problem 12cioyuncu.info saytindada var.
    *****
    “12cioyuncu.info” və “Bosman.az” saytı eyni serverdə yerləşir. Əvvəllər hər hansı belə prolem olduqda, bu hər iki saytda özünü göstərirdi. Amma son zamanlarda rast gəlməmişik.

     
  9. Tənqidci

    Muəllim!-Saytda problemlə uzləşirəm!-Bu sərverlə bağlidirmi?.
    *****
    Konkret hansı problemlə üzləşdiyinizi deyərdiz. Çünki hər hansı problemin olduğu bizə rast gəlməyib.

     
    • Tənqidci

      Muəllim!.İndi hər qaydasindadir,bir sərvərlə bağli olduğundan ola bilsin ki ,12cioyuncu.info saytinda texniki işlərlə bağli olub.Xatirlayim ki, həmin vaxt sayta daxil olmaq mumkun deyildi.Təşəkkur edirəm!
      *****
      Dəyməz, Zəfər bəy.

       
  10. Qabil

    Gecəniz xeyir, DOKTOR! Sizin “Xəzər Lənkəran”-“Neftçi” oyunu haqda yazınız olacaqmı? Sizin fikirləri bilmək mənim üçün maraqlı olardı.
    *****
    İnşallah olacaq.

     
  11. Qabil

    TƏNQİDÇİ qardaşımızın “Tərs-mayallaq olan futbol” yazısına “12-ci oyunçu”da cavab yazmşam.

     

Şərh əlavə et


3 − = sıfır