Buradasınız Əsas » Rəylər » Mustafa da “dənizdə batmasın…”
  • Bookmark and Share

Mustafa da “dənizdə batmasın…” 

Anar Memmedli

“Xəzər Lənkəran”da  Dənizlinin gəlişindən sonra işlərin rahat gedəcəyini düşünmək məncə hələ tezdi. Bunun üçün zamana ehtiyac var. Həmin zaman kəsiyində isə çox şeyə aydınlıq gələ bilər. Bölgənin həssas futbol azarkeşləri məni daha yaxşı başa düşərlər. 10 yaşında olan cənub klubunun başına gələnləri bir-bir sadalasaq, 100 yaşlı klubun yaşadıqlarına bərabər olar. Özü də bu bərabərlik daha çox problemlərdə özünü göstərər. Dənizlinin gəlişi bütün dərdlərin dərmanı olsaydı nə vardı ki. Amma nə yazıq ki,  belə deyil.       Problemlərdən ən çətini və təcili həll olunması vacib olan isə stadionun başı bəlalı ot örtüyüdür. Dəfələrlə meydançanın pis vəziyyəti mediada qabardılsa da, “Xəzər Lənkəran” rəhbərliyi ot örtüyünün probleminin köklü olaraq həllinə cəhd etmir ki, etmir.  Daim rəngini və formasını dəyişən bu “xameleon” ot örtüyünə baxanda  hər mövsümöncəsi  otun fəsillərə uyğun olaraq  nə şəkilə düşəcəyini anlamaq olur. Bahar aylarında yaxşılaşmaq əvəzinə meydançanın muxtəlif yerlərində seyrəklik yaranır, yayda sarı zolaqlara boyanıb rəngini dəyişir, qışda isə gölməçəli və palçıqlı olur .  Hazırda ehtiyat meydança da əsas arenanın kökünə düşüb və yararsız durumdadı. Bu meydançaları qaydasına salmaq  isə tez bir zamanda görüləsi və ya “el təbabəti” üsuli ilə həll ediləsi iş deyil. Oyunları burada keçirməyərək, pozulmuş  drenaj  sistemini yenidən yaradıb, yeni ot örtüyünün sərilməsi işinə başlamağın vaxtıdır. Komanda doğma arenadan bir müddət uzaq düşsə belə bu işə başlamaq lazımdı. Bu məsələdə klub rəhbərliyinin yenidən xeyli xərcə düşəcəyi bəllidi, amma anlamaq lazımdır ki, komandanın gələcəkdə uğur qazanması  üçün  vacib amildi. Hər mövsüm baş məşqçi və oyunçuları vaqon-vaqon dəyişib,  gəlib-getmələrinə xərclədiyi pullar bu xərcdən azdı ?  Qışın qarı-çovğunu hələ sərtləşməmiş komanda özünə məxsus olmayan Lənkəranın inşaatçılar məhəlləsindəki qapalı süni-örtüklü meydançaya üz tutur. Hər il belə problemlər olanda komandanın istifadə etdiyi Lənkəran Olimpya İdman Kompleksi isə yerli dibli sökülüb,  yenisi tikildiyinə görə “Xəzər Lənkəran”  bu addımı atmaq məcburiyyətində qalıb və həvəskarların məşq edib, oynadığı məkana üz tutur. Bunun günahı görən, kimdədir ? Oyunçu deyil ki, deyəsən “ən yaxşısını gətirdim oynamadı”. Hazırda  möhtac qaldığınız o idman zalını bu 10 ildə gərək özünüz quraydız,  ay klub rəhbərliyi.

“Qafqazın Çelsi”si adını, görəsən,  Lənkəran klubuna  kim verib? Onu tanısaydım bir iki kəlmə sözümü deyib ürəyimi boşaldardım: “Sənin “Çelsi”n Türkiyə nəhəngi sayılan Mustafa Dənizlini komandasına gətirib, amma saat hesabı götürülən,  həvəskarlar üçün tikilmiş idman zalında məşq edir”.

Niyə Lənkəran klubu planlı  iş görmür ? Bu illər ərzində stadionun ot örtüyünə əlac edə bilməmisiniz, uşaq futbolu hələ də bərbad durumdadır, əsas komandada stabil heyyət qurulmayıb, hər mövsüm biri gedib ikisi gələn məşqçi dəyişikliyi, avro kuboklarda uğursuz çıxış, və s. və ilaxır. Deməli,  bahalı oyunçu almaqla və ya tanınmış məşqçini gətirməklə iş bitmir. Klubda  köklü və planlı iş görmək lazımdır.

Cənub klununun yaxın gələcəyini çözmək üçün Nostradamus olmağa ehtiyac yoxdur. Bu inadkarlıqla Maurinyonu gətirsən belə işlərinin düzəni və planı olmasa, uğur gəlməyəcək. 2008-ci ildə “Ötən həftə“ adlı bir yazı yazmışdım. Həmin yazıda Azərbaycan klublarının əksəriyyətinin tərsinə yol aldığını bildirmişdim. “Bizim ölkədə əvvəl komandanı, sonra isə baza və strukturu yaradırlar” demişdim. “Xəzər Lənkəran”ın isə hər şeyi və bütün imkanları var amma yararsız və plansız yaratdığından sərfəli istifadə edə bilmir bu imkanlardan. İnanmıram ki, klub rəhbərliyi özü-özünə problem yaratmağa can atsın. Sadəcə bir çox şeylər var ki, cənub klubunda keçərli deyil. Bunlardan biri də “başqasının sözü” dü. Yəni “öz bildiyimiz yetər, məsləhətlərə və məşvərətlərə ehtiyacımız yoxdur” deyib durublar. Bu prinsiplə bir çox problemlərin yaratdığı çətinliklərə və ya çətinliklərin yaratdığı problemlərə duruş gətirə bilmirlər. Klubun gerçəyi görmək bacarığı da zəifdi. Azarkeşlərlə əlaqə düzgün qurulmur. Tərafdarlar tez-tez klubdan incik düşüb,  sevimli komandalarının uğursuzluğu fonunda günahkar axtarışına çıxırlar. Anlamaq və qəbul etmək lazımdır ki, bu bir ordudur – azarkeş ordusu, anlamırlar və ya qəbul etmirlər. Halbuki diğər klublar bu cür azarkeşi yuxularında belə görmür. Uzun müddətdi  biletlərin qiymətini 2 manat ediblər. Başa düşürəm,  beynalxaq standartlara baxanda və klubun mövsüm ərzində çəkdiyi xərci ilə müqayisə edəndə yüksək məbləğ deyil. Onsuz da Azərbaycanda bilet satışına qazanc imkanı kimi baxmaq yersizdi.  Bununla belə,  irad bildirməyə yeri var. İlk irad belədir ki, biletin qiymətinin bahalaşması hesabına klub rəhbərliyi stadiona gələn çoxlu azarkeşi komandaya 90 dəqiqə ərzində verəcəyi dəstəkdən məhrum edir. Yəni komanda dəstəksiz qalır. Bu  komanda adına itkidi. Yəqin ki, daha ikinci və üçüncü iradı yazmağa ehtiyac qalmadı…

Mustafa Dənizlinin Azərbaycanın bölgəsində gəlib çalışması böyük işdir.  Onu hansısa problemlərlə çətinliyə salmaq komandanın ziyanına olacaq.  Deyək ki, Dənizli “Xəzər Lənkəran”ı  yuxarı sıralara qaldırmaq üçün heyyəti  düzəltdi və komandada lazımı işləri gördü. Ancaq bununla hara getmək olar ki, əgər klubun daxilində peşəkar idarə etmə və lazımı şərait yoxdursa?

Və həmin o peşəkar idarə etmə və lazımı şərait olmadığından Mustafa hocanın da “Xəzər Lənkəran”  “dənizində  batıb”  gedəcəyi yəqindir. Daha  “hocam, çimmə, boğulma” deməyin də yeri yoxdur…

Anar Məmmədli   (“Futbol+” qəzeti)

2 Şərh yazıya: Mustafa da “dənizdə batmasın…”

  1. Zefer Lerikli

    Səhf etmirəmsə, bir dəfə saytda aparici futbol ölkələrinin infrastrukturu barədə yazmişdiniz.Həmin yazida klubda hansi dəyişiliklərin olmasindan asili olmayaraq ,klubun apardiği prinsiplər oz yerində qalirdi.Yəni, hami öz işinə cavabdehlik daşiyirdi.Stadionun bərbad olmasi və onillikdə qabaqcadan planlaşdirilmamiş işlər indi necədə özunu biruzə verir…Bu kimi hallar hələdə ölkə futbolumuzda qalir.Belə hallarin olmamasi ucun ilk addimi elə “XƏZƏR” atmalidir.Ən cox azarkeşi olan bir kamandanin layiqli stadionu olmalidir.Belə bir stadion “XL” azarkeşlərinə yaraşmirsa, bəs kimə yaraşar!?.Ona görədə klubda hərə öz işini profesionalliqla yerinə yetirməlidir.Klubda futboldan savadi olan insanlar calişmalidir.Elə kənd təsərufatinda da….
    *****
    Düz buyurursuz, Zəfər bəy! Ya aparıcı futbol ölkələrinin modeli tətbiq olunmalıdır, ya da ən azından Mirça Rednikin idarə üsulundan istifadə edilməlidir!

     
  2. Qabil

    Salam, hörmətli Mirhafiz müəllim! Anar Məmmədli qardaşımız “Xəzər Lənkəran” azarkeşlərinin ürəyindən keçənlərin hamısını qələmə alıb. Hətta Anar bəy məni ən çox düşündürən bir fikri ideal bir cümləylə qələmə alıb. “10 YAŞINDA OLAN CƏNUB KLUBUNUN BAŞINA GƏLƏNLƏRİ BİR-BİR SADALASAQ, 100 YAŞLI KLUBUN YAŞADIQLARINA BƏRABƏR OLAR”. “Xəzər Lənkəran”dan söz düşəndə həmişə deyirəm , niyə rəngarəng problemlər məhz bizim komandanin başına gəlir. Kənardan baxana elə gəlir ki, klubda bütün işlər qaydasındadır amma, əslində komandamız xirtdəyə kimi bataqlıqdadır. Böyük ümidlər bəslədiyimiz M.Dənizlini görün necə ovsunlayıblarli, o da Toşak kimi “Azal”ın, “Sumqayıt”ın azyaşlı oyunçularına elçi düşüb. Məgər bizə “Sumqayıt”da icarədə olan “Neftçi” tör-töküntüsü Slavik Alxasov lazımdır? Düzü komandamızın adı ətrafında dolaşan müxtəlif fikirlər hələlik təsdiqini tapmayıb amma, bəzən hətta inanmadığın şaiyələr də gerçək olur.
    *****
    Düz buyurursuz, Qabil bəy! Klub təzə bərpa olunanda özünəməxsus transfer siyasəti var idi. Çox da düzgün, alqışalayiq idi. Xüsusən legioner transferləri siyasətinda. Bütün klublara nümunə idi. Gətirdiyi legionerlər başqa komandaların gətirdiyindən qat-qat güclü olurdu. Daxildə digər komandaların legionerlərinə göz dikmirdi. İndi isə bu təməl prinsiplər Mirça Rednikin dönəmindən sonra demək olar ki, alt-üst olub. Klub bu barədə əvvəlki illərdə olduğu kimi düzgün transfer siyasətinə qayıtmalıdır.

     

Şərh əlavə et


3 + = dörd