Buradasınız Əsas » Xəzər Lənkəran » "Xəzər Lənkəran"ın əfsanələri » Möcüzələr Ustası-Rednik! (Video)
  • Bookmark and Share

Möcüzələr Ustası-Rednik! (Video) 

Mircea Rednic

Nəhayət, “Xəzər Lənkəran” azarkeşlərinin mütləq əksəriyyətinin çox sevdiyi və hələ də unuda bilmədiyi, yaxın keçmişdə komandada demək olar ki, qısa müddət işləyəyək, azarkeşlərin qəlbində, eyni zamanda komandanın tarixində parlaq və silinməz izlər buraxmış rumın mütəxəssis, Mirça Rednik Belçikanın yüksək liqası, yəni Jupiler Liqa təmsilçisi “Gent” klubu ilə rəsmi müqavilə bağladı və komandanın sükanı arxasına keçdi. Bu bizi niyə sevindirir və bu dahi mütəxəssisi niyə belə diqqətdə saxlayırıq. Çünki “Xəzər Lənkəran” azarkeşinin özünəməxsus dəyərləri var və bu dəyərlər içərisində yaxşını unutmamaq kimi müsbət bir keyyfiyyət də həmişə baş rolda özünü göstərir. Əlbəttə burda azarkeşlərin mütləq əksəriyyətindən söhbət gedir.

“Bosman.az” saytının belə bir bölməsi var, “ “Xəzər Lənkəran” Əfsanələri”! Bu adı qazanmaq əlbəttə asan məsələ deyil. Bunun üçün ən azı komandanın tarixinə düşəcək işlər görmək lazımdır ki, bu da mütləq əksəriyyət tərəfindən qəbul olunsun. Bura ilk çempionluq sevincini bizə yaşatmış olan hörmətli yerli mütəxəssisimiz Ağasəlim Mircavadov da daxildir. Bundan başqa da müəyyən isimlər vardır ki, onlar da “Xəzər Lənkəran”ın tarixinə yaxşı mənada düşmüş şəxslərdir.

Ümumiyyətlə “Bosman” fanklubu olaraq komandamızın bərpasının 10 illiyində belə şəxsləri bütün camiənin fikri ilə müəyyənləşdirib elan etmək fikrindəyik. Belə şəxsləri sizinlə birgə müəyyən edib hamısı ilə müsahibə təşkil edəcəyik. Qoy heç nə yaddan çıxmasın. Bu missiyanı öz üzərimizə götürürük və yaxınlarda həyata keçirilmə yollarını saytımız vasitəsi ilə sizlərə çatdıracağıq.

Bu gün söhbət açdığımiz dahi mütəxəssis Mirça Rednik nəhayət bildirildiyi kimi Belçikanın “Gent” klubu ilə müqavilə imzaladı. Təxminən  keçən ilin bu vaxtları o, birvaxtlar futbolçusu olmuş Belçikanın “Standard” Liege klubunun sükanı arxasına keçmişdi. Bu komandaya çox yeniliklər bəxş edən Mirça Rednik həm də komandanın ölmüş ruhunu diriltmişdi. Bu mənada bu ilki postunda da ona uğurlar arzu edirik və qəribə də olsa, ötənilki oxşar məqamları yada salmaq istəyirik.

Beləliklə, ötən il Rednik, “Standard”ı 12-ci turda qəbul edmişdi. O zaman “Standard” 8-ci pillədə idi. Üç gün əvvəl müqavilə bağladığı komanda ilə iki gün məşq keçib növbəti oyuna çıxarmışdı. Rəqib “Rasing Genk” klubu idi ki, 11 turda nə səfərdə və nə də  evdə məğlubiyyət acısı yaşamamışdı. Yadınıza gəlirsə, biz ötən il bütün bunları diqqətdə saxlayırdıq və mütəmadi olaraq saytımız olan “Bosman.at.ua” vasitəsi ilə sizlərə təqdim edirdik. Hətta Rednikli “Standard”ın oyunlarını izləmək üçün link də təqdim edirdik. Beləliklə, ruhu ölmüş komanda ilə Rednik, iki gün məşq keçdikdən sonra, məğlubolunmaz Mario Beenin komandası olan “Rasing Genk” klubunu onun meydanında 0:2 hesabı ilə məglub etməyi bacardı. Bu möcüzəli adam bundan sonra komandanın ölmüş inamını diriltdi və ardıcıl qələbələr qazanmağa başladı.

Maraqlıdır ki, bu il də qəbul etdiyi “Gent” klubu hazıda, yəni Rednikin onu qəbul etdiyi məqamda 8-ci yerdə qərarlaşır. Keçən il “Standard”ı qəbul etdiyi kimi. İndi də növbəti tura az bir zaman qalıb. Yəni Belçika Jupiler Liqasının növnəti 10-cu turu Oktyabrın 5-6 tarixlərində keçiriləcək. Bir məqam da maraqlıdır ki, ilk rəqib yenə Mario Been in çalışdırdığı “Rasing Genk” klubudur. Arzu edirik ki, Mirça Rednik yenə işinə qələbə ilə başlasın və sonra ardıcıl qələbələrlə layiq olduğu yüksəkliyə qalxsın. Onu da qeyd edək ki, ötən il “Standard” komandasında gördüyü işlər sayəsində bu mövsüm həmin “Standard” 9 turda məğlubiyyətin və heç-heçənin nə olduğunu bilmir və göstərdiyi maksimum nəticə ilə turnir cədvəlinin şəriksiz lideridir. Bu ana olan 9 turdan sonra Jupiler Liqanın turnir cədvəlini də təqdim edirik:

1. Standard                        9   9   0   0  23 – 3       27

2. Bryügge                          9   7   2   0  19 – 6       23

3. Zulte Varegem                9   6   2   1  21 – 15      20

4. Аnderlext                        9   6   0   3  28 – 14      18

5. Genk                              9   5   2   2  16 – 9       17

6. Lokeren                          9   5   1   3  19 – 15      16

7. Коrtriyk                           9   4   1   4  12 – 12      13

8. Gent                               9   3   4   2  10 – 13      13

9. Şarlerua                         9   2   3   4   9 – 13       9

10. Мехеlen                       9   2   2   5   8 – 15       8

11. Lyors                            9   2   2   5   7 – 14       8

12. Heverle Leuven              9   1   4   4   8 – 14       7

13. Оstende                       9   1   3   5   7 – 15       6

14. Serkl Bryugge               9   1   3   5   5 – 18       6

15. Vaasland                      9   0   5   4   5 – 11       5

16. Моns                            9   0   2   7   6 – 16       2

Növbəti turun oyunları isə belədir:

  05.10.2013   Мехelen – Serkl Bryugge                              

  05.10.2013   Vaasland – Оstende                                   

  05.10.2013   Şarlerua – Lokeren                                   

  05.10.2013   Lyors – Мons                                         

  05.10.2013   Bryugge – Hеvеrlе Lеuvеn                              

  06.10.2013   Zultе-Vаrеgеm – Standard                             

  06.10.2013   Аndеrlехt – Коrtriyк                                 

  06.10.2013   Gent – Genk

Ötən mövsüm Rednikli “Standard”ın ilk qarşılaşdığı səfər oyununun, “Rasing Genk” klubu ilə olan videogörüntülərini təqdim edirik. İkinci qoldan sonra hətta ehtiyat oturacaqdakı oyunçuların yerdə uzanaraq və necə sevinərək Qool-Qool! qışqırdıqlarının şahidi oluruq. Bu da onu aydın göstırir ki, buna qədər komandanın özünə inamı necə də sarsılmış olub. Rednikin gəlişi ilə isə onlar sanki ölmüş vəziyyətdə ikən dirilirlər. Xahiş edirik ki, həmin ana diqqətlə baxasınız.  İZLƏYİN!

3 Şərh yazıya: Möcüzələr Ustası-Rednik! (Video)

  1. Qabil

    Hörmətli Doktor, Salam! Doğrusu, video materiala baxarkən Rednikin və ehtiyyat oyunçuların əsasən ikinci qoldan sonrakı qələbə sevincini gördükcə bir anlığa mənə elə gəldiki, qələbə qazanan öz doğma komandamızdı. Yadıma Rednikli “Xəzər Lənkəran”ın parlaq qələbələri düşdü. Mən deyərdimki, Azərbaycanda işləmiş və işləyən baş məşqçilər arasında Rednik bir fenomendir. Gələcəkdə komandamızın tarixinə düşəcək isimlərdən biri də elə Rednik olmalıdır.

     
  2. Zefer Lerikli

    Bu video ve sizin yazilarinizdan sonra elave etmeye bir soz qalmir.Bizse Xezerin uqurunu arzu etmekden başqa hecne ede bilmerik.Allah elesin ki, bizde ele sevine bilek.En azi umidle yaşamaliyiq.

     
  3. Qabil

    Salam , axşamınız xeyir Doktor! Hər dəfə kompüterimdə “Bosman.az” saytının səhifəsini açarkən təəsüflənirəm. Az-çox məlumata malikəm ki, bir ihternet saytının ərsəyə gəlməsi üçün nə qədər zəhmət tələb olunur. Hələ saytı mütəmadi işlək vəziyyətdə saxlamaq üçün güclü savad və bacarıq, yüksək intellektual səviyyə gərəkdir. Bütün bunlara rəğmən çox şükür ki, “Bosman.az”da qeyd etdiklərimin hər biri çox yüksək səviyyədədir. Çatışmayan bircə odur ki, azarkeş istifadəçilərimizin saytda aktivliyi zəifdir. Elə ona görə də təəsüflənirəm.
    *****
    Diqqətə görə təşəkkür edirik! Narahat olmayın saytda aktivlik kifayət qədərdir. Hər zaman 5-10 hətta 20-dən çox izləyici eyni anda saytda müşahidə edirik.

     

Reply to Qabil


− 8 = bir