Mirça Rednikin uğurları davam edir

“Xəzər Lənkəran”lı azarkeşlərin sevimlisi, unudulmaz dahi baş məşqçi, Mirça Rednik Belçikanın “KAA Gent” klubunda öz heyətini formalaşdırdıqdan sonra uğurlarını davam etdirir. İki tur əvvəl “Standard” Liege kimi öz əvvəlki klubuna və heyətcə üç dəfəyə yaxın baha qiymətli futbolçulardan qurulmuş bir komanda ilə dramatik səfər görüşündən sonra meydandan 2:3-lük bir qələbə ilə ayrıldıqdan sonra, ötən həftə və bu həftə də qələbələrini sıralamaqda davam edir. Yuxarılarla xal fərqini xeli azaldan dahi mütəxəssisin başçılıq etdiyi “KAA Gent” klubunun oyunları da təsadüfdən bizim “Xəzər Lənkəran”la eyni günlərə təsadüf edir.
“Standard” liege üzərindəki səfər qələbəsindən sonra, evdə “Charlerue” üzərində 2:1-lik qələbə qazanan Rednik, bu gün də səfərdə “Serkl Brügge” ilə görüşməli idi. “Rəvan” -.”Xəzər Lənkəran” oyunu bitəndən saatlar sonra Rednikin komandası da səfərdə oyuna çıxdı. Çox həyəcanlı keçən bu oyunda Mirça Rednikin komandası daha bir səfər qələbəsini bayram etdi, 1:4.
Rednik haqqında xoş xəbərlərdən bəziləri narahat olur ki, bunu biz keçən dəfə uyğun materialımız gedərkən hiss etmişdik. Biz belə düşünənlərə narahat olmamağı məsləhət görürük. Bizim burada heç bir başqa məqsədimiz də yoxdur. Onu demək istəyirik ki, indi Avropada uğurlar qazanan bu dahi mütəxəssis, bir vaxtlar doğma “Xəzər Lənkəran”ımızın da baş məşqçisi olub və biz bundan qürur duyuruq. Bununla da biz nə vaxtsa bizimlə birgə, uğurlarımız üçün tər tökən insanlara qiymət verməyin nümunəsini göstərmiş oluruq.
KAA Gent Tablo_1     KAA Gent Tablo_2
 

18 thoughts on “Mirça Rednikin uğurları davam edir”

  1. Salam, Mirhafiz müəllim! Şəxsən mən Mirça Rednikin hansı klubda olur-olsun, qazandığı qələbələrini “Xəzər Lənkəran”ın qələbələri hesab edirəm. Mənim üçün M.Rednik komandamızda çalışmış baş məşqçilər arasında ilk yeri tutur. Çünki onun vaxtında qurduğu heyətlə “Xəzər Lənkəran” ölkə çempionatında istənilən komandadan xallar almağa qadir idi. Zaman keçdikcə bu daha da aydın görünməkdədir.
    *****
    Allah ölənlərinizə rəhmət eləsin, ay Qabil bəy! Məhz biz də bu düşüncə ilə cənab Rednikin uğurlarından söz açırıq. Onun hər uğurunu, “Xəzər Lənkəran”ın uğuru, hər qələbəsini də “Xəzər Lənkəran”ın qələbəsi hesab edirik! Harada olmasından asılı olmayaraq. Axı o bizim üçün də ürəkdən çalışmış və “Xəzər Lənkəran”a böyüklük, əzəmət gətirmişdi. Heç belə bir mütəxəssisi unutmaq olarmı?
    Bu məsələyə qısqanclıqla yanaşanlara demək istəyirəm ki, bir vaxtlar “Tvente”nin heyətinə təsadüf ucbatından düşə bilən Vaqif Cavadov haqqında qəzet və saytlar nələr yazmırdı. Halbuki Vaqif Cavadovun “Tvente”nin bir oyununda belə iştirak etməsinə təsadüf olunmamışdı. O, heç əsas heyətin tərkibində yoxlama oyunlarına belə çıxa bilməyə layiq görülmürdü. Demək olar ki, Vaqif Cavadov haqqında məlumatlar, o zaman medianın gündəlik işi olmaqla, onların manşetlərini bəzəyirdi. Başlıqlarında dərc olunan və ən böyük uğur kimi, bizim media belə işıqlandırmışdı: “Vaqif Cavadov “Tvente”nin əvəzedici heyəti ilə bu dəfə 15-dəqiqə məşq etdi!” Sanki Avropa futbolunda nə isə dəhşətli bir uğur qazanmışdıq.
    İndi heç insafdır ki, “Xəzər Lənkəran”ın tarixi bir məşqçisi olmuş cənab Mirça Rednikin bu böyüklükdə uğurlarını görməyəsən?

    • Yenə o bağ olaydı, yenə yığışaraq siz
      O bağa köçəydiz.
      Biz də muradımızca fələkdən kam alaydıq,
      Sizə qonşu olaydıq.
      Yenə o bağ olaydı,
      Səni tez-tez görəydim,
      Qələmə söz verəydim,
      Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham
      Yazaydım səhər-axşam.
      Arzuya bax sevgilim, tellərindən incə mi
      Söylə ürəyincə mi.
      Yenə o bağ olaydı.
      Yenə o bağ olaydı, yenə sizə gələydik,
      Danışaydıq, güləydik.
      Ürkək baxışlarınla ruhumu dindirəydin,
      Məni sevindirəydin.
      Yenə o bağ olaydı,
      Yenə o qum, o sahil, sular ötəydi dil-dil,
      Saçın kimi qıvrılan dalğalara dalaydım,
      Dalıb ilham alaydım.
      Arzuya bax sevgilim, tellərindən incə mi
      Söylə ürəyincə mi.
      Yenə o bağ olaydı.
      Yenə o bağ olaydı, sevdalar ölkəsində
      O söyüd kölgəsində,
      İnci qumlar üstündə yenə verib baş-başa
      Yayı vuraydıq başa.
      Arzuya bax sevgilim, tellərindən incə mi
      Söylə ürəyincə mi.
      Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham
      Yazaydım səhər-axşam, yazaydım səhər-axşam.
      Yenə o bağ olaydı, yenə o bağ olaydı.
      *****
      Dahi Mikayıl Müşfiq!

      • Bəli!-Bu şeri ilə oxucunu azadliq arzulariyla sabaha səsləyir.Bu şeri yazmaqda məqsədim Rednikli “XL”-i yada salmaq idi.Əzmkarliq və sinmamaq,həmcinin gələcəyə umid işiğinin yanacağina olan əminlik idi.Məhşur bu şer ilə..
        *****
        Çox sağ olun, Zəfər bəy! Mən də sizi keçmişin şirin günlərini, sızıltı ilə yad eləməyin ən təsirli nümunələrindən biri olan, dahi şair MəhəmmədHüseyn Şəhriyarın, “Heydərbabaya salam!” şeirini öz səsi ilə dinləməklə, şirin keçmişə qaytarmaq istəyirəm.

        • Mən təşəkkur edirəm!
          *****
          Əslində, təşəkkür sizə düşür ki, mövzunu siz açdınız.

  2. Müəllim, elə indinin özündə də M.Rednikin uğurlarını görməyənlərə, qiymətləndirməyənlərə rast gəlmək olur. Belələrinə mən futboldan bixəbər adamlar deyirəm. V.Cavadov haqda dediklərinizlə şərikəm. Haqqında yazılanları o zamanlar mən də oxuyurdum. Eyniylə o formalı təbliğat indi də Ruslan Abışov haqqında aparılır.
    *****
    Amma həyat və zaman elə şeydir ki, əvvəl axır hər şey öz real qiymətini alır. Necə ki, sizin və bizim çəkdiyimiz misallarda olduğu kimi!

  3. Mirca Rednikin fəaliyyətin həmişə gündəmdə saxladığınıza görə sizə minnətdarıq.
    *****
    Hörmətli, Vaqif bəy! Bu bizim “Xəzər Lənkəran”a olan sevgimizdən və onun tarixinə olan sayğımızdan əmələ gələn, diqqət borcumuzdur! Mirça Rednik isə adını bu tarixə qızıl hərflərlə yazdırıb. Təşəkkürlər!

    • Əgər anlamasaydı Tuyqun bəy onunla əlaqə saxlamazdı.Necə deyərlər sonrakı peşmançılıq fayda verməz.
      *****
      Anlamaq, hələ işin, tamamı demək deyil,
      Anlamağın mabədi, hələ tam bilmək deyil,
      Çox şeylərin itkisi, hələ tam itmək deyil,
      Yetər ki, səhv əməli, düz əməllə qaytara,
      Bu da nəsib olmayır, çox zaman insanlara!

      • Yetər ki ,səhv əməli, düz əməllə qaytara
        Bu da nəsib olmayır, çox zaman insanlara
        Oxuyan arif olub öz dərsini ala biləydi kaş ki.Amma nə yazıq ki cahillik tutub gözlərin.
        *****
        Amma indi bunların, cahillik tutub gözün,
        Maddiyat təsirindən, itiribdir lap, özün.
        Lazım olani deməz, vacib olanı etməz,
        Nə gəldisə, danışar, söyləməz sözün düzün.

  4. BU yazı sizə aiddirsə digər sayt isə öz adıynan verib.
    *****
    Bu yazını mən saytımız üçün dünən “Xəzər Lənkəran”nın acı məğlubiyyətini həzm edə-edə gecə yarısı yuxuma haram qataraq, lakin bir təsəlli alaraq ruhlanıb yazmışam. Artıq dərəcədə xahiş edirəm ki, həmin saytı mənə deyəsiniz.

    • Sportarena .az saytl;
      *****
      Ünvanı göstərdiyinizə görə çox sağ olun. Bunu verməklə tərbiyəvi iş görmüş oldunuz.

  5. Müəllim! Əgər bizim klub rəhbərliyi M.Rednikə qarşı etdikləri səhvi buvaxtacan anlamış olsaydılar onda, indi M.Dənizli kimi futbol nəhəngi çarəsiz qalıb “Araz Naxçıvan”a məglub olsaq komandadan gedəcəyəm” deməzdi ki?!
    *****
    Eh, zalım fələk,
    Qurdun, min kələk.
    Sonra dənlədin,
    Onları tək, tək!

  6. Mirca gelde gel qurtar qelebeye hesret qalan azerkesleri.. Goresen o, gun olacaq? Mirca-emimiz qayidacaq?

    • Bu peşakarlıq deyil ,Bu oğurluq sayılır.Mənbə göstərilməliydi .Halalıq lazımdır .Sən əziyyət çək yuxusuz qalıb yazı hazırla başqası ,hazırın götürüb öz adı ilə dərc etsin .Bunun başqa adı yox .OĞURLUQDUR !

  7. Deyəsən Bosman saytı təkcə futbol deyil,məclisi -ünsə bənzər.Mirzə Şəfi Vazehdən də mümkün olsa yazın.
    *****
    “Məclisi üns” Bakıda yerləşir və Bakı-Abşeron şairlərinin məclisidir. Allah Hacı Mail, Həkim Qəni, Ələmdar Mahirə min rəhmət eləsin! Biz, onlarla sıx əlaqədə olan, Lənkəran şairlərinin “Fövcül Füsəha” məclisinin davamçıları olmalıyıq. Allah, Şəkər Aslana, Mirsalam Müasirə min rəhmət eləsin! Qalanlardan, Mirhaşım Talışlının (Müsafir), Əlisəfanın, Ağamir Cavadın simasında uzun ömür, can sağlığı versin.

  8. Böyük Şəhriyarı, Mikayıl Müşfiqi, “Fövcül- Füsəha” məclisinin aydınlarını yad edib xatırlatdığınıza görə Sizlərə sonsuz minnətdaram.

  9. Her vaxtiniz xeyirli olsun.
    Doctor size coxlu coxlu minnetdariq.Bele bir movzuya tez tez muraciet etdiyinize gore.Inanin men Xezerin ugursuzlugunun qelbime vurdugu yaralari Rednikin ugurlu melhemleri ile sagaldiram.Rednikle bagli xatirelerimiz coxdu.Onun dahiliyi ilk defe olaraq onda gordum ki azerkeshlere qiymet verib 30 deq ye yaxin bizleri gozledi ve bizlerle cox xosh semi sohbet etdi.Bu dahiliyin bir nishanesi idi.Sonda onu deye bilerem—Qelbleri feth etmeyi bacaran bir insan dunyada her seyin en yaxshisina layiqdir–UGURLAR SEN Mr REDNIK!
    *****
    Bəy, yadıma o günləri bir də salıb, məni mütəəssir etdiniz.

Comments are closed.