Buradasınız Əsas » Xəzər Lənkəran » "Xəzər Lənkəran"ın əfsanələri » Mirça Rednik, Viktor Pasulko və Ağasəlim Mircavadov kimi!
  • Bookmark and Share

Mirça Rednik, Viktor Pasulko və Ağasəlim Mircavadov kimi! 

Mirca_Rednik el eleyir
Azərbaycan Premyer Liqasının I turunun “Qəbələ” ilə oyunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, avqustun 7-də keçiriləcək qarşılaşma rumıniyalı mütəxəssisin komandamızda debüt matçı olacaq.  Klubumuzun tarixi ərzində 6-cı baş məşqçi olan Rednik startda qələbə qazanmaq əzmindədir. Ona qədər “Xəzər Lənkəran”ın heç bir baş məşqçisi debüt matçında uduzmayıb. Lakin qələbə də hər mütəxəssisə nəsib olmayıb. Yalnız Viktor Pasulko və Ağasəlim Mircavadov ilk matçlarında qələbə sevinci yaşayıb. Onların hər ikisi Lənkəranda minimal fərqli qələbəyə seviniblər. Digər 3 çalışdırıcı isə komandamızdakı fəaliyyətini heç-heçə ilə başlayıb.
          Qeyd edək ki, Nazim Süleymanov, Rasim Kara və Mircavadov komandaya iki dəfə baş məşqçi təyin olunub. Onların qayıdışdan sonrakı ilk görüşləri debüt matçı sayılmır. Həmçinin bu vəzifəni müvəqqəti icra edənlərin də “Xəzər Lənkəran”ı meydana çıxarması şərti xarakter daşıyıb.
Baş məşqçilərin debüt oyunları
Baş məşqçi                            Tarix                                 Oyun                                    Hesab
Nazim Süleymanov        07.08.2004                 “Turan” – “Xəzər Lənkəran”           1:1
Rasim Kara                     30.10.2004                 “MKT-Araz” – “Xəzər Lənkəran”      0:0
Viktor Pasulko                 12.02.2006                 “Xəzər Lənkəran” – “Olimpik”         1:0
Ağasəlim Mircavadov     11.08.2006                 “Xəzər Lənkəran” – “Neftçi”            2:1
İqor Ponomaryov             15.02.2009                “Xəzər Lənkəran” – “Karvan”           0:0
Mirça Rednik                    07.08.2010                “Xəzər Lənkəran” – “Qəbələ”
 Mənbə: Lankaranfc.com
Arxiv: Bosman.at.ua

Şərh əlavə et


altı − 5 =