Mirça Rednik rəsmən "Qent" komandasının başında!

Bir müddət əvvəl Belçikanın “Mons” klubundan gələn təklifi rədd edərək daha iddialı komandada çalışmaq niyyətini bildirən Mirça Rednik oktyabrın 1-də “Qent” klubu ilə münasibətlərini rəsmiləşdirib. Müqavilə imzalanandan sonra təşkil olunan mətbuat konfransında Mirça Rednik “Mons” klubundan gələn təklifin maddi cəhətdən böyük olmasına rəğmən Qent şəhərinin eyni adlı klubunu seçdiyinin səbəblərini bildirib:
“Burada komandanın oyununda dönüş edərək uğur qazanmaq üçün hər cür şərait var. Elə yeni stadion da dediklərimə sübutdur. Komandanın heyətində güclü futbolçular var və “Qent”in möhtşəm azarkeşlərini də mütləq vurğulamalıyam. Bütün bunlar varsa deməli uğur qazanmaq mümkündür və lazımdır. Ona görə də “Mons” klubundan gələn böyük məbləğli müqavilə şərtlərini qəbul etməyib gözləyirdim. İndi burada olduğum üçün çox şadam.”
Rumıniyalı çalışdırıcı yeni klubunda bütün köməkçilərini yerində saxlayacağını bildirib.
“Qent” kubunun prezidenti İvan De Vitte yeni baş məşqçi ilə bağlı bunları deyib: “Biz seçim edərkən bir çox məsələrə üstünlük verdik və bütün kateqoriyalarda Mirça Rednikin namizədliyi uyğun gəldi. Ilk növbədə qeyd edim ki, bizim klubun uzun illərdən gələn nizam-intizam ənənəsinin tarixçəsi vardır ki, Rednikin intizam sevər bir mütəxəssis olduğu isə bizim üçün çox önəmli fakt oldu. Onun ötən mövsüm “Standard” komandasında çalışdığı müddətdə gördüyü işləri də diqqətə aldıq. Biz düzgün seçim etdiyimizə əminik. İnanırıq ki, “Qent” komandası Mirça Rednikin rəhbərliyində ənənələrinə sadiq qalaraq uğurlu çıxışlarını davam etdirəcək.”
Xatırladaq ki, 2012/13 mövsümünün sonuncu turunda Mirça Rednikin rəhbərliyində “Standard”  məhz “Qent” klubunun 7:0-hesabı ilə məğlub edərək Avropa Liqasına vəsiqə qazanmışdı.
rednic-Gent
 
Mənbə: 12cioyuncu.info

2 thoughts on “Mirça Rednik rəsmən "Qent" komandasının başında!”

  1. Hörmətli Doktor! Sizin Zəfər bəyə yazdığınız şərhi oxuyurdumki, sayta “Mirça Rednik rəsmən “Qent” komandasının başında” yazısı daxil oldu. Çox heyfsləndım, hətta paxıllığım tutdu, “Qent”ə qiptə elədim. Ona görə ki bir vaxtlar Bizim olan, dünənə qədər qayıdışına az da olsa ümid yeri qalan Rednik artıq özgə kluba məxsusdur. Və nə vaxta qədər məxsus olacağını Tanrıdan başqa kimsə bilə bilməz. Zaman ötdükcə komandamızda Rednikin yeri daha aydın görünür. Çox təssüf,qəlbən həmişə bizimlə olan o gözəl İnsanı bir zamanlar Bizdən asılı olmayan səbəblərdən qoruya bilmədik. Qorumağa gücümüz catmadı…

Comments are closed.