Buradasınız Əsas » Xəzər Lənkəran » "Xəzər Lənkəran"ın əfsanələri » Mirça Rednik “Qent” klubunda baş məşqçi ola bilər
  • Bookmark and Share

Mirça Rednik “Qent” klubunda baş məşqçi ola bilər 

rednik=pasaport1

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednikin adı ətrafında Belçika mətbuatında yeni xəbərlər yayılmaqdadır. Hazırda bu ölkədə yaşayan mütəxəssis bu dəfə də “Qent” klubunun maraq dairəsinə düşüb. Sentyabrın 30-da “Qent” klubunun rəsmi internet səhifəsi baş məşqçi Viktor Fernandesinin istefaya göndərilməsi barədə informasiya yayıb. Bir gün sonra, oktyabrın 1-də isə klubun idman direktoru Mişel Lougie media nümayəndələrinə açıqlamasında Mirça Redniklə danışıqlara başlandığını təsdiq edib:“Düzdür biz onunla danışıqlar aparmaq niyyətindəyik və artıq fəaliyyətə də başlamışıq. Amma bu hələ o demək deyil ki, Rednik klubumuzda baş məşqçidir. Güman var ki, bu gün də olmasa sabah tam aydınlıq gələcək.”

Belçika mətbuatında yayılan xəbərlərə görə mövsümü uğursuz başlayan “Qent” klubunun 9-turdan sonra cəmi 13-xal toplayaraq turnir cədvəlinin  8-ci pillədə qərarlaşması və azarkeşlərin son oyunlara marağının azalması klubun direktorlar şurasını narahat etməyə başlayıb. Məhz bu səbəbdən də baş məşqçi  Viktor Fernandes istefaya göndərilmiş və komandaya yeni ruh gətirilməsi üçün Mirça Redniklə danışıqlara başlanmışdır.

Mənbə: 12cioyuncu.info

4 Şərh yazıya: Mirça Rednik “Qent” klubunda baş məşqçi ola bilər

  1. Zefer Lerikli

    Hormetli Mirhafiz muellim!.Men cox duşundum ve qerara geldim ki, fikirlerimi sizin saytda deyim.Sozumun evvelinde onu deyim ki, sizin saytinizi oxuyan coxdur.Eger yanilirimsa,bunu mendende cox siz bilirsiniz.Meni duşunduren Rednikin ona teklif olunan butun muracietlere konulsuz yanaşmasi ve hemin tekliflere yox demesidir.Soz yox ki ,Rednikin biznesi olmaqindan coxunun xeberi var.Bele gorunur ki ,bu insanin maliyye baximindan cetinliyi yoxdur.Onda birici sualim beledir:Rednik niye bu kamandalardan gelen teklife soyuq yanaşir?. Hamimiz bilirik ki,Lenkeran azarkeşleri Redniki cox sevir.Onda ikinci sualim:Sizce Rednik boyuk qayidiş teklifini gozlemirmi?.Eger beledirse,Butun camiye Rednik deye yuxuda onu bele gorurse ;(ucuncu sualim) bes kamandasini yuksekde gormek isteyenler niye susur?. Ve axirda onu deyim ki, şerh yazan azarkeşi men adi azarkeşden cox eziyyet cekdiyini duşunurem.Bes Sizin fikriniz necedir?-Teşekkur edirem!
    *****
    Zefer bəy, saytımız barədə olan fikirlərinizə görə təşəkkür edirəm. Rednik barəsində də fikirləriniz həqiqətdir. Qaldı ki, suallarınıza ilk suala belə cavab verərdim:-Rednik təcrübəli mütəxəssis olduğu kimi, həm də təcrübəli insandır. Xüsusən futbol aləmində. Təkliflərə soyuq yanaşmasının səbəbi də buradan irəli gəlir. Məsələn, onu dəvət edən komandanın şərtləri belə olursa ki, əldə olan oyunçularla komandadakı işinə davam etsin və ya bir-iki futbolçu transferinə şərait yaradılsın, əlbəttəki, Rednik kimi bir məşqçi bununla razılaşa bilməz. Çünki onun oyun fəlsəfəsi var və futbolçular da onun sisteminə uyğun olmalıdır. Əgər hazırki heyət bu sistemə uyğun gəlmirsə, onda uğursuzluq olacaq ki, bu da onun məşqçi kimi nüfuzuna xələl gətirə bilər deyə qəbul etmir. Və yaxud digər belə səbəblər. Bizdə olduğu kimi xarici klubların da hamısında rəhbərlik ideal deyil. Məsələn, “Standard” Liege-dən onun ayrılma səbəbi, klub prezidentinin transferlərə birbaşa nəzarət etmək istəməsi səbəb olmuşdu. Yəni mən kimi istəyirəmsə, onu da al! Buna görə komandanın azarkeşləri prezidenti quşbeyin adlandırmışdılar və uzun müddət ona müqavimət göstərdilər. İkinci sualınıza cavab olaraq onu demək istəyirəm ki, hələlik böyük qayıdış planlaşdırılmır məncə. Çünki Toşakın komandamızla müqaviləsi var və bu müqavilə şərtlərinin klub tərəfindən pozulması həm maddi və həm də mənəvi mənada böyük əhəmiyyət kəsb edir. Onun komandamıza gəlişi üçün hörmətli Mübariz müəllim, bunu öz çevrəsindəki hörmətli dostlarının vasitəsi ilə həyata keçirib. Dostun qonağına isə hörmətsizlik nə deməkdir, bunu deməyə artıq ehtiyac qalmır. Qaldı ki, azarkeşlik məsələsinə, söhbət əsl azarkeşlikdən gedir, bu bir sevgi məsələsidir. Yəni mənəvi məsələdir. Sevgi məsələsi də heç vaxt bütün mənalarda asan olmur. Bura Allah sevgisindən tutmuş, vətən, ata-ana, bacı-qardaş, övlad və sair daxildir ki, bunların da hərəsinin öz tələbatı var. Bu tələbatlara cavab vermək üçün görün nələrə dözməli oluruq. Ancaq kimisindəsə bu digərlərinə nisbətən fərqli ola bilir ki, bununla razıyam. Amma hamımız “Xəzər Lənkəran” kimi bir sevgiyə görə əziyyət çəkirik, heç uf da demirik. Mən beləcə düşündüklərimi qeyd etdim. Sizi razı salıb-salmayacağına isə yəqin bir münasibət bildirərsiz. Təşəkkürlər!

     
  2. Qabil

    Hər vaxtınız xeyir! Allahın köməyiylə Rednikin “QENT” komandasıyla da müqaviləsi baş tutmaz. Xahiş edirəm ki, bunu Rednikə qarşı qarğış kimi qəbul etməyin. Çünki Mirça “Xəzər Lənkəran”ın həqiqi azarkeşlərinə məxsusdur və gec-tez komandamıza qayıdacaq.

     
  3. Zefer Lerikli

    Size bir daha teşekkur edib- bildirmek isteyirem ki, fikirlerinizle umumen raziyam.Ikinci sualima geldikde ise,duşunurem ki,Rednik istenilen an bu teklifi gozleyir.Cunki,Rednike xeyal etdiyi ve bu sadiq azarkeşe vere bileceyi kamandani qurub-yaratmaqa bir sira xainler imkan vermedi.Ucuncu sualima gelende ise burda tamam başqa menzere acilir.Burda ilk baxişdan muqavilede maddi ziyan esas tutulsada ,bu inandirici deyil.Eger butun camiyye bu uqursuz neticeni bir neferin adina yazirsa,dost dediyin adam hec lenkerandaki qonaqini ve onun neticeleri ile maraqlanmirsa ,ve bu camiyye eziyyet cekirse,onda bu dostluqun semimiliyine inanmaq bele cetindir.Qalatasarayda baş veren son olaylar buna numune ola biler.Her halda Terim kamandaya uqur getirmişdi,aci bir meqlubiyyet turk demişken nerelere getirdi.Menim fikrimce Toşakin kamandada qalmasi klub resmilerin oz gunahlarini, fexri prezident seviyyesine cixartmaqdan qorxmaqlari ile izah olunmalidir.Saq olun!

     
    • Zefer Lerikli

      Adi azarke. futbola baxir ve olaylari analiz ede bilmir.Sayt azarkei ise maariflenmiş olur.Ve cox zaman pere arxasindaki olaylarla maraqlanir.Sevgi ise birdir-bir amal ucun!.

       

Şərh əlavə et


+ 2 = səkkiz