Buradasınız Əsas » Xəbər » Mais Mənsimovun “Araz-Naxçıvan”la bağlı göstərişi
  • Bookmark and Share

Mais Mənsimovun “Araz-Naxçıvan”la bağlı göstərişi 

mais

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda Muxtar Respublikanın “Araz Naxçıvan” komandasını qəbul edəcək “Xəzər Lənkəran” klubu rəqib komandaya əsl dostluğunu göstərmiş olacaq.

Əslində, bu “Araz Naxçıvan”ın ilk matçda lənkəranlılara göstərdiyi böyük diqqət və qonaqpərvərliyin cavabsız qalmaması üçün atılan addımdır. Ölkə xaricindən vətənə qayıdan klub prezidenti Mais Mənsimov “Araz Naxçıvan”ın Lənkərandakı bütün ehtiyaclarının ödənməsi üçün göstəriş verib. Bu kimi hallar, komandalarımızın bir -biri ilə daim dostluq münasibətində olması təqdirəlayiqdir. Xatırladaq ki, ilk matçda “Araz Naxçıvan” – “Xəzər Lənkəran” görüşü 1-1 hesabı ilə yekunlaşmışdı. Cavab oyunu isə martın 19-da baş tutacaq.

Mənbə: Futbol11.az

 

 

Şərh yazıya: Mais Mənsimovun “Araz-Naxçıvan”la bağlı göstərişi

  1. MALIK

    Butun XL-azerkeslerinin cersenbe bayrami munasibetiile tebrik edirem..
    *****
    Biz də sizə qoşuluruq, Malik bəy!

     

Şərh əlavə et


altı + = 9