Buradasınız Əsas » Rəylər » M. Denizli: “Azarkeşlərin bizdən razı olduğunu gördüm…”
  • Bookmark and Share

M. Denizli: “Azarkeşlərin bizdən razı olduğunu gördüm…” 

Mustafa Denizli-6

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin  müsahibəsi.

– Azərbaycan Premyer Liqasında ilk oyununuzu “İnter”ə qarşı oynadınız. Bu oyunu necə dəyərləndirə bilərsiz?

– “İnter” son 5 oyunda çox yaxşı çıxış edib. Bunun nəticəsidi ki, 4 qələbələri var. Biz isə daha pis oynamışıq. Oyunda qalib olmaq üçün hər şeyi etdik. 90 dəqiqə daha yaxşı olduq. Amma bu, 3 xal üçün yetmədi. Ən pis halda səfərdə ilk oyunum olduğu üçün 1 xal da yaxşıdı. Hələ qarşıda oynayacağımız 20 matç var. Bu oyunlar bizim üçün çox önəmlidi. Həmin matçların hamısında meydana ancaq 3 xal üçün çıxacağıq. Kuboka da yaxşı başladıq. Oyun baxımından komandamdan razıyam. “İnter” çox yaxşı müdafiə olunan komandadı. Buna baxmayaraq bizim həmin oyunda qol şanslarımız oldu. Sadəcə, 3 xal qazana bilmədik.

– “Rəvan”ı analiz etmisiniz?

– Onları bu gün analiz edəcəyik. “Rəvan”ın son turda və ondan öncə oynadığı oyunlara baxacağıq. Bugündən sonra artıq bütün çalışmalarımız onlar üçün olacaq.

– Ağabala Ramazanov artıq heyətə qayıdıb. Halbuki, “İnter”lə oyundan əvvəl məşqlərdə belə yox idi…

– O, cəzalı idi. Əvəzedici heyətdə idi.

– Amma “Neftçala” ilə kubok oyununda cəzalı olmadığı halda ilk “18-lik”də yox idi…

– Mən kubok oyununda da, məşqlərdə də daha çox “İnter”ə qarşı oynaya biləcək futbolçuları yoxladım. Ramazanov “İnter”ə qarşı meydana çıxa bilməyəcəkdi.

– Son turda çempionatda liderlər qrupunda qərarlaşan “Qarabağ”la “Neftçi” qarşılaşdı. Derbinin videoyazısını izləmisiz?

– Yox. Amma hamısının oyunlarına baxacam. Zamanımız çoxdu. Bütün komandaların oyunlarını izləyəcəm. Rəqiblərimizi qış fasiləsində daha çox analiz edəcəm. Hazırda daha çox etməli olduğumuz şey komandanı düzəltməkdi. Biz yaxşı oynadıqdan sonra qalan işləri görəcəyik.

– “Rəvan”la oyunu doğma meydanda keçirəcəksiz. Azarkeşlər önündəki ilk Premyer Liqa matçında qələbə sözü verirsiz?

– İnanırıq ki, qalib gələcəyik. Mən azarkeşlərin bizdən razı olduğunu gördüm. “İnter”lə oyunda bunu daha qabarıq şəkildə hiss etdim. Biz onlardan razıyıq, onlar da bizdən. Hər keçən gün komanda daha yaxşı olacaq. Onlara qələbələr gətirəcəyik.

 Orxan Sadıqlının müqaviləsinin müddəti dekabr ayında bitir. Onu komandada saxlamaq fikriniz varmı?

– Biz Orxandan razıyıq. O da yəqin ki, klubundan narazı deyil. Bu məsələləri qış fasiləsində həll edəcəyik.

Yusif HÜSEYN

Mənbə: Sportal.az

8 Şərh yazıya: M. Denizli: “Azarkeşlərin bizdən razı olduğunu gördüm…”

  1. van persi

    super oyun lazimdir

     
  2. Qabil

    hər vaxtınız xeyir, Mirhafiz müəllim! Elə indicə bu mövzuda, bu səpgidə “12-ci oyunçu”ya öz fikrimi yazdım. Bizim ölkə azarkeşlərinin özünəməxsus bir tərifi var. Tərif belədir; “Azarkeş sayının futbolçu sayına bərabər olduğu futbola Azərbaycan futbolu deyilir”. Bura “Xəzər Lənkəran” azarkeşi şamil olunmur və edilə də bilməz. Mustafa hoca da bunu bilməmiş deyil. Bizim “İnter”lə oyunda 3500-azarkeşin ən azı 2500-nəfəri “Xəzər Lənkəran”lı idi. Yoxsa bir tur əvvəl adına paytaxt derbisi dedikləri “Neftçi”-“Bakı” oyununa vur-tut 450- tamaşaçı gəlmişdi. Müqayisəni ona görə aparıram ki, həm saytımızı rəqiblərimiz də oxuyur həm də yuxarıda yazdığım tərif birbaşa elə onlara aiddir. Mustafa bəyin isə əvvəllər çalışdığı Türkiyənin üç nəhəng klubunun hər bir oyununa arenadan 60-70 min tamaşaçı izləyirdi və Mustafa bəy azarkeşin nəyə qadir olduğunu çox gözəl bilir. Və elə bilirəm Mustafa bəy “Xəzər Lənkəran” azarkeşiylə də orta məxrəcə gələcək.
    *****
    Yeni tərifiniz bir tapıntıdır, Qabil bəy!

     
  3. Zefer Lerikli

    Mirhafiz muəllim salam!.Mustafa Dənizli barədə -daha doğrusu işlədiyi kamandalar haqda mətbuatdan cox yazilar oxumaq olur.Bir muddət Necati Atəşin Lənkərana gəlməməyi barədə xəbərlər mətbuati bəzəyirdisə, indisə sözugedən futbolcunun sevə-sevə kamandamizda oynamaq istədiyi haqda yazilar idman portallarinda yer almaqdadir.Mustafa bəy işlədiyi butun kamandalarinda öz heyətini yiğan və uğur qazanan məşqcilərdən sayilir.Cox guman ki, yaxşi transferlər olacaq amma mətbuatin hər yazisinada inanmaq olmur.Fəxri prezidentin birbaşa qayği və diqqəti sayəsində yəqin ki, kamandamiz istəyinə catar.Ən azi buna əmin olmaq istəyərdim amma kecən transferlərin boş söz olmasi və nəticənin olmamasi məni qayğilandirir.İndisə ,yalniz umid edirəm.
    *****
    Çox sağ olun fikirlərinizə görə. Keçən yazıda da həqiqəti ortaya qoymaqla transferqabağı ərəfədə klub rəhbərliyini sayıqlığa çağırmışdıq. “Göz gördüyündən qorxar”, deyiblər. Keçən zamanları transfer laqeydliyini görmüşük deyə, indidən həyəcan təbilini vurmaqda məqsəd də elə bu idi.

     
  4. Qabil

    Mirhafiz müəllim, Salam! Zəfər qardaşımı salamlayıram. Dünən saytda şərhlərinə rast gəlmədiyimə görə bir qədər narahat oldum.
    *****
    Qabil bəy, sizin kimi Zəfər bəy də saytımızın aktiv üzvlərindəndir.

     
    • Zefer Lerikli

      Qabil bəy! Salam!-Cox sağ olun!-Elə bir problem yoxdur, sadəcə bəzən məndə izləmə mövqeyində qaliram.İnşallah Xəzərimiz arzularimizin xəzəri olar.Buna inanmaq istəyirəm.

       
  5. Qabil

    Bütün “Qalatasaray”lıları “Yuventus” üzərində çətin qələbəyə görə təbrik edirəm və arzu edirəm, gün o gün olsun ki, “Xəzər Lənkəran”ımızın da səsi “Qalatasaray”ın qalxdığı zirvələrdən gəlsin!

     
  6. Qabil

    Premyer Liqanin noyabr ayınin ən yaxşı qolu nominasiyası üzrə səsvermədə komandamızın futbolçusu Elnur Abdullayev “Azal” komandasının qapısına vurduğu gözəl qolla 2308-səs toplayaraq birinci yeri qazandı. Elnur Abdullayevi təbrik edirəm. Ardı gəlsin.

     
  7. Zefer Lerikli

    *****
    Çox sağ olun Zəfər bəy.

     

Şərh əlavə et


8 + = doqquz