Məşqdən öncə Xocalı faciəsi anıldı

Premyer Liqanın XXIV turunda doğma meydanda “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Məlumata görə komandamız bu gün, fevralın 26-da saat 11:00-da stadionun ehtiyat meydançasında  məşqə çıxıb. Öncədən xəbər verdiyimiz kimi hazırlıq prosesindən əvvəl komandanın toplantısı keçirilib. Toplantıda Xocalı faciəsi anılıb. Baş məşqçi Mustafa Dənizlinin Xocalı soyqırımı haqqında ətraflı çıxışı və komandanın tərcüməçisi Elvar Quliyevin də baş məşqçinin dediklərinə bəzi tarixi faktları əlavə etməsi legioner futbolçuları çox təsirləndirib. Eyni zamanda stadion əməkdaşlarını isə baş məşqçi Mustafa Dənizlinin Xocalı soyqırımı barədə bu qədər geniş informasiyaya malik olması heyrətləndirib. Toplantı bitdikdən sonra isinmə hərəkətləri ilə futbolçular məşqə başlayıblar. Qeyd edək ki, dünən olduğu kimi bu gün də zədəli futbolçular,  Rasim Ramaldanov, Rahid Əmirquliyev və Etame Mbilla məşqdə iştirak edə bilməyiblər.
Mənbə: “12cioyuncu.info”

1 thought on “Məşqdən öncə Xocalı faciəsi anıldı”

  1. ALLAH Xocalı şəhidlərini rəhmət eləsin! “Xəzər Lənkəran”ın heyətində müxtəlif millətlərdən olmasını nəzərə alan M.Dənizli onlara Xocalı soyqırımı barədə məlumat verməsi alqışa layiqdir. Çünki, birvaxtlar onlar öz ölkələrinə qayıtdıqda sonra Xocalı həqiqətlərini heç olmasa yaxın ətrafına, ailə üzvlərinə danışacaq.

Comments are closed.