Buradasınız Əsas » Xəbər » Məhəmməd Əmin Rəsulzadə 133!
  • Bookmark and Share

Məhəmməd Əmin Rəsulzadə 133! 

Resulzade-1

Məhəmməd Əmin Rəsulzadə-Tam adı, Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakı şəhəri Novxanı kəndində doğulmuş, 6 mart 1955-ci ildə mühacirətdə, Ankarada vəfat etmişdir. Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

Məhəmməd Əmin Rəsulzadə haqqında çox söz demək olar və xüsusən onun bir vətən övladı kimi Azərbaycan üçün etdikləri bu dövrdə onun həyatı və müstəqil respublika olmaq naminə ətrafında olan silahdaşları haqqında cild-cild kitablar yazılıb və yazılsa da qurtarmaz. Bu gün, 31 yanvar 2017-ci il tarixi bu dahi şəxsiyyətin 133-cü doğum günüdür. Bu gündə özü şəxsən aramızda olmasa da onun ideyaları ilə yaranan Müstəqil Azərbaycan qiyamətə qədər var olacaq!

Şərh əlavə et


− 6 = bir