LFT: Lənkəran “Xəzər”inin Bolqarıstan səfəri …

Lənkəran “Xəzər”inin Bolqarıstan səfəri və İordaniya yığması ilə görüş.
Yəqin bu başlığı oxuyanda təəccüblənəcəksiniz. Məncə təəccüblənməyə dəyməz. Sovet İttifaqının ən tanınımış müğənniləri, şair və yazıçılarını hətta 2-3 ay sonra kosmosa uçacaq kosmonavt, Sovet İttifaqı Qəhrəmanı German Titovu Lənkərana qonaq gətirən və az sonra kosmik peyklə fəzada olarkən , Titovu:- “Biz indi Lənkəran üzərindən uçuruq” kəlməsin dedirdə bilən Lənkəran partiya komitəsinin 1-ci katibi mərhum İsa Məmmədov üçün “Xəzər”i o dövr üçün çox çətin olan xarici səfərlərə göndərmək nə idi ki?
“Xəzər” Bolqarıstanda 3-dəfə olub. Sofiyada ən yadda qalan xatirələrdən biri də “Çerno More” klubu ilə keçrilən yoldaşlıq matçıdır.  2008/09 mövsümünün UEFA kuboku yarışında uğurla çıxış edib qrup mərhələsinə çox yaxın olan bu klubla ilk matç Lənkəran Sovet İttifaqının sərhəd rayonu olduğudan paytaxt Bakıda keçirilir və qalib müəyyən olunmur – 1:1.
”Xəzər”in yeganə qolunu Nadir Vahidov vurur. Təkrar matç yanvar ayında rəqib meydançasında 2:2 hesabı ilə başa çatır. “Xəzər”in hər iki qolunun müəllifi Ruslan Həbibov olur.
“Xəzər”- İordaniya yıgması 1:0.
1979 -cu ilin növbəti sürprizi bu matç olur. Bakıya səfərə gələn krallıq yığması ilə görüşən komandamız 1:0 hesabı ilə qalb gəlir.
Mənbə: “Cənub Bolgəsində Futbolun İnkişaf Tarixi” kitabı.
Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.

2 thoughts on “LFT: Lənkəran “Xəzər”inin Bolqarıstan səfəri …”

  1. Mərhum İsa Məmmədov barədə yaşli nəsildən az-çox eşitmişdim.Amma German Titova -“Biz indi Lənkəran uzərindən uçuruq” kəlməsini dedirdə bildiyindən xəbərsiz idim. Allah İsa Məmmədovu rəhmət eləsin. Vəzifəsini xalqina sərf edənlər unudulmur və zaman keçdigcə daha da çox xatirlanir. “Xəzər” kamandasinin o vaxtlardaki uğurlari fədakər rəhbərlərin duzgun siyasətinin nəticəsi olub. Ona görədə keçmiş fərəhlə xatirlanir.
    *****
    Nə yazıq ki, adından bəhs etdiyiniz şəxsin xalqa zülm və pisliyi də az olmayıb.

Comments are closed.