Buradasınız Əsas » Muzey » LFT: Əlisahib Heydərov
  • Bookmark and Share

LFT: Əlisahib Heydərov 

LFT 1919

Hələ kitabın hazırlanmasına yeni başlayarkən Lənkəran futbolunu uzun illər yaxından izləyən azarkeşlər və 60-ci illərdə top qovan bəzi futbolçularla fikir mübadiləsi apardıqda hamı mənə bir adamı, bir ünvanı nişan verdı.

-Əlsahibi mütləq tap! O Micinin, Vaqif Abbasovun yanında yetişib, adını Azərbaycana gənc yaşında tanıtdıra bilən oyunçu olub.

“-Mən uşaq ikən xatırlayıram ki, stadionda futbol zamanı Əlisahibin vurduğu topu, top daşıyan uşaqlar çayın o biri üzündən tapıb gətirərdi.”

“-Çox gənc yaşında bacarığı, qüvvətli zərbələri və gözəl oyunu ilə bütün Azərbaycana səs salmışdı. Əgər qarşısını almasaydılar səs-sorağı haradan gələrdi bir Allah bilər …”

Bu ifadələr onun haqqında mənə deyilən fikirlərin bir hissəsi idi. Qocaman azarkeşlərdən olan Hamlet  dayının köməyi ilə Əlisahib Heydərovun ünvanını əldə etdikdən bir gün sonra Lənkəranda tez-tez rastlaşmadığımız qarlı günlərin birində, şəhərin qədim məhəllələrindən biri–Kiçik bazarın İçəri şəhəri xatırladan dolanbac küçələrini axtara-axtara mənə deyilən ünvanın dəmir darvazasını döysəm də qapını açan olmadı. Ətrafı dolanıram və bu saatlarda yaşlı nəslin çayxanaya meyl etdiyini nəzərə alıb qonşulardan soruşuram.

-Bəlkə, məscidin yanındaki çayxanada olar?

Aldığım cavab bir Lənkəranlı kimi məni təccübləndirir.

-Əlisahib kişi  çayxanaya getmir. Gedəndə də dəniz qırağına gedir, gəzişir özü üçün. Nəhayət ev telefonunu əldə edib günün axşam saatlarında evlərinə zəng vururam. Məqsədimi öyrənib, onun haqqında da yazmaq istədiyimi eşidib, gümrah və zabitəli səslə etiraz edir.

“-Yox, bala mən kiməm ki? Lənkəranda Mici kimi Vaqif Abbasov, Vaqif Əliyev kimi futbolçular olub…”

Sözünü kəsirəm.

-Əlsahib dayı, çox üzr istəyirəm. Dediyiniz futbolçular da sizin haqqınızda yüksək fikrlər söyləyib, sizinlə fəxr etdiklərini açıqca bəyan ediblər axı…

Nə isə, uzun söhbətdən sonra sabah üçün göruş təyin edirik. Amma şərtini deyir:

-Veteran futbolçuları gətirəcəyəm. Onlarla da görüş xatirələrini dinlə.

Ümumiyyətlə, bir az irəli gedib deyim ki, onunla bir neçə dəfə görüşdüm, telofonla məsləhətlər aldım, amma bu yaşıma qədər onun qədər təvazökar, özü haqqında yox, digər yoldaşlarının zəhmətini, uğurunu önə çəkən iknci bir insanı xatirlaya bilmədim. Təsadüfi deyil ki, kitab üçün onun şəklini almaq və ya özümün çəkməsi də mənə nəsib olmadı. Bu gün də yaraşığına, gözəl çöhrəsini itirməyən mərd kişinin, Lənkəran futbolunun mayakı sayılan futbolçunun şəklini kitab nəşrə gedərkən əldə edə bildik.

Mənbə: “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabı.

Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.

“12cioyuncu.info” saytından

3 Şərh yazıya: LFT: Əlisahib Heydərov

  1. R.S

    Salam Mirhagiz bəy. Çox gözəl bir mundial izlədik. Yalnız final qalıb. İnşallah Messi dünya çempıonu da oıar.
    Bir sualım var, Xəzər Lənkaran haqda soruşmaq və ya yazmaq olarmı?
    *****
    Salam, “R.S” bəy! Mundial rəngarəng olsa da heyif ki, Messi çempion ola bilmədi. Amma bu onun futbol tarixinə layiq bir zəfər olardı. Qaldı ki, fikrinizin ikinci hissəsinə, hər hansı mövzuda yazmaq hüququ isə sizdədir. Bizim buna müdaxilə etməmiz düzgün olmazdı.

     
  2. Zəfər Lerikli

    Ağa!- Allahin salami olsun sizə.

    Nə qədər dözsəmdə, lakin səbr və mərhəmət ayinda səbrimi cilovlaya bilməyib, “Xəzər Lənkəran” haqda nəsə bilmək istəyirəm. Və bilirəm ki, sizdə hər gun kamandamiz barədə informasiyalari izləyirsiniz. Ona görə ki, biganəlik bizə yaddir.
    Bizim iki il dediklərimizi klub indi həyata keçirtməyə başlayibsa, bu gunku istək və təkliflərimizə neçə il lazim gələcək?.Bunu fikirləşəndə inamimi bərpa edə bilmirəm.Təşəkkur edirəm!
    *****
    Zəfər bəy, sizə də Allahın salamı olsun! Bu Ramazan günlərində!

    Futbol barədə danışanda, açığı Braziliya-2014, hamı kimi bizim də diqqətimizdə idi. Qaldı ki, yerli futbola bu əsla yadımızda olmayıb, bir şey ki, yoxdur.

     
  3. Zəfər Lerikli

    Tənqidci 11.06.2014
    Hər vaxtiniz xeyir!.Dunya çempianatinin başlanmasi munasibətilə butun futbolla maraqlanan sayt istifadəçilərini təbrik edirəm.Mənim fovaritim Almaniyadir.Amma musəlman ölkələrin oyunlarina maraq görsədirəm.
    Kaş Azərbaycanda dunya çempianatinda iştirak edəydi.Heyətdədə “Xəzər Lənkəran” kamandasinin oyunçulari olaydi.Kaş!-Ona görə kaş ki ,maddiyyatina görə dost olanlarla bu mumkun olmayacaq.

     

Şərh əlavə et


4 + iki =