Lənkəran şəhərinin Avropa futbolunda ilk tarixi addımları (Fotolar)

Bu gün 06 iyul 2010 tarixində “Xəzər Lənkəran” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa Lənkəran şəhərində hazırlıqlarını davam etdirir. Keçən iki gündən fərqli olaraq, bugünki axşama hesablanan məşq prosesi eyni vaxtda yəni saat19-da başlasa da, lakin əsas meydanda keçirildi. İki saatdan bir qədər artıq davam edən məşq fərqli formada başladı.

Əvvəlcə isinmə hərəkətləri ilə başlayan məşq prosesi sonradan bütün komanda üzvlərinin iki ayrı hissəyə bölünərək topu əllə birbirlərinə ötürməsi ilə, sanki həndbolu xatırladan formada davam etdi.

Daha sonra ikitərəfli oyun üzərində çalışan komanda üzvlərinin göstərdiyi səylər diqqət çəkirdi. Əhval ruhiyyə qaydasında olsa da sanki qabaqda gözlənilən matçın məsuliyyəti hiss olunurdu. Baş məşqçi futbolçularla əsl döyüsqabağı əsgərlərlə təlim keçən sərkərdəni xatırladırdı. Heyətdə Avropa təcrübəsi olmayan cavan futbolçuların daha çox məşqçidən əsəbi göstərişlər almasını da qeyd etməyə dəyər. Əlbəttə bütün bunlar qarşıdakı oyuna yəni “Olimpiya” Beltsı ilə cavab matçına ciddi və məsuliyyətli yanaşmanın göstəriciləri idi.

“Olimpiya” Beltsıdan söz düşmüşkən onu da qeyd edək ki, bu gün artıq şəhərimizə gəlmiş rəqib komanda ilk məşqinə də çıxdı. “Xəzər Lənkəran” əsas meydanda təxminən yarım saat idi ki, məşqinə başlamışdı və bu zaman “Olimpiya” Beltsı komandasını gətirən avtobus stadionun köməkçi meydançası tərəfdə göründü. Elə gələn kimi də məşqlərinə başlayan “Olimpiya”komandası tam qapalı şəraitdə məşqlərini davam etdirirdilər. Lakin buna baxmayaraq saytımız üçün çox çətin də olsa bir neçə fotoşəkil kameranın yaddaşına köçürə bildik.

Onu da deməliyik ki, əsasən kütləvi informasiya vasitələrində yaradılmış zəif “Olimpiya” Beltsı fikri heç də reallığa bənzəmirdi. Cəld və ortaboylu futbolçuları olan rəqib komandanın oyunçuları kifayət qədər sərbəst görünür və məşqçiləri tərəfindən bir-ikinci ötürmə, ardınca zərbə mövqeyinə çıxma tapşırıqlarını həvəs və ustalıqla yerinə yetirirdilər.

Görünür öz meydanlarında 0-0 hesablı nəticə, onları burda tam müdafiə və imkan düşdükcə isə bir-iki ötürmə ilə əks hücum taktikası seçərək qol vurmaqla ən azı qollu heç-heçəyə nail olmaq niyyətlərindən irəli gəlir ki, belə nəticə onlara mərhələ adlamağa kömək etsin. Hər halda bizim təcrübəli məşqçilər heyətimiz bunları bilir və nəzərə almamış deyillər.

            Komandamıza uğurlar arzu edirik!

Əsas meydan: “Xəzər Lənkəran”ın məşqindən fotolar

Xl-olimpiya mesq-1Xl-olimpiya mesq-2

“Olimpiya” Beltsı Yardımçı meydançada

Xl olimpiya mesq-4Xl olimpiya müsq-3

Arxiv: Bosman.at.ua