Buradasınız Əsas » Xəbər » Lənkəran Futbolunun Tarixindən Səhifələr
  • Bookmark and Share

Lənkəran Futbolunun Tarixindən Səhifələr 

Camal-Kelenterli

1949-cu ildə Lənkaran yığması respublika birincilyinin final mərhələsinə adlayır və ikinci yeri qazanır. Bu bizim Lənkaran futbolunun ilk mükafatı olur.

1951-ci ildə Qubada  yerli  komanda ilə matçdan sonra futbolu çox sevən rayon rəhbəri xəbər göndərir ki , “Lənkəranlıların  6-nömrəsi qalsın burada, ona ev də verəcəyəm, bundan sonra bizim rayonun komandasında oynasın “. Amma Camal kişi imtina edir. Sonrakı il Xankəndi onu heyətində görmək üçün təklif irəli sürür . Bu təklifdən də boyun qaçıran futboçumuza iki il sonra daha iddialı paytaxt klubları “elçi düşür”. 1954-cü ildə Camal Kələntərlinin oyununun sədası Bakıya gedib çıxır.

“ 1954 -cü ildə məni rəsmi teleqramla Bakıya çağırdılar. Səhv etmirəmsə, Basin (indiki M. Fizuli) küçəsi 47 ünvanında Alixan adlı məşqçi ilə görüşməliydim. Bakını tanımırdım. Dostum Sabir aparıb məni bu ünvana yetişdirdi. “Spartak” stadionunda, məşqdə yoxladılar və bəyəndilər. O vaxt “Spartak”, “Temp” kimi güclü kollektivlərin adını eşıtmışdim. Bu klublardan başqa “Pişşevik” adlı klub çox güclü heyətə malik idi. Məni adını sonuncu çəkdiyim kluba dəvət etmişdilər. Amma ortaya ev problemi çıxdı. Bir gün, beş gün dost evində qalsam da alınmadı. Məni dəvət edənlər özləri də Biləcəridə və digər yerlərdə ev axtarırdılar, nəsə düzəlmədi. Beləcə gizlincə qayıtdım Lənkərana. Sonradan komandanın idman dəstlərini dostum Sabirlə geri göndərdim. Bir-iki gün evdən bayıra çıxmadım. Nəhayət, Aslan Əzimov mənim qaytdığımı bilib, çal-çağırla həyətimizə gəldi. Bir də gördüm həyət adamla doludur. Beləcə yenidən öz yiğmamızın məşqlərinə qatıldım və 1960-cı ilə kimi “6 nömrəli” futbolkanı şərəflə daşıdım. Sonrakı illər az müddət olsa da yeniyetmə futbolçuların hazırlığı ilə məşğul oldum. Sonra zədələr imkan vermədi. O günlərə nə çatar. Xanoğlanın qapdıa inamla oynaması, Orucun başçılığı ilə dəmir kimi müdafiə xəttimiz Aslanın aşırma vuruşunu, Şirəlinin sürətli qaçışını, Fəyazın gözəl oyununu unutmaq olmur .”

Beləcə Lənkaran  futbolunu 1948 -1960-cı illər aralığında respublikada təmsil etmiş fədakar heyətin yeganə sağ qalan, həyatda olan üzvünün sonralar qapısını döyən, onunla maraqlanan bir kəs tapılmır.

Ta ki, əlli ilə sığışan sükutdan sonra bizim də iştirakımızla Lənkaranda fəaliyyət göstərən “12-ci oyuncu” müstəqil fanklubunun fəalları veteran futbolçumuzu doğum günündə ziyarət edir, ona üzərində “79” yazılmış “Xəzər Lənkaran” köynəyi hədiyyə edir. Bu görüş “Futbol +” qəzetinin 25 mart 2008-ci il 43 sayında işıqlandırılıb.

MƏNBƏ: “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabı.

Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.

Camal-Kelenterli

 

SAYT RƏHBƏRLİYİNDƏNÖtən əsrin ortalarında Lənkəran futbolunun şanlı tarixini yazanlardan sonuncusu olan Camal Kələntərli 2011-ci ildə dünyasını dəyişib. 

Tariximizi və qəhrəmanlarımızı unutmayaq!

 

Mənbə: 12cioyuncu.info

Biz də “Bosman.az” olaraq, bu araşdırma işində təmənnasız əməyi olmuş həmin kitabın həmmüəlliflərinə və “12-ci Oyunçu” azarkeş qrupunun fəallarına, həmçinin bu işdə xüsusi tarixi xidməti olan azarkeş qrupunun rəhbəri İslam Cabbarlıya təşəkkür edir, uzun, sağlam ömür arzulayırıq. Dünyasını dəyişmiş Lənkəran futbolunun əfsanələrinə Allahdan rəhmət diləyirik. Onlar heç vaxt unudulmayacaq və bu yöndə biz də fəaliyyətimizi davam etdirəcəyik!

6 Şərh yazıya: Lənkəran Futbolunun Tarixindən Səhifələr

  1. R..S

    Allah rəhmət etsin dünyasını dəyişmişfutboıçulara .Onlar indikilər kimi pula gedən deyillər.Çətinliklərə sinə gələrək ,komandanın yolunda can qoymuşlar.Keçmişini unudanın gələcəyi olmaz.
    Mirhafiz bəy axşamkı oyunda penalti var idi ya yox? Bunu bilmək istəyirəm.Bir nəfər var o penalti olduğunu deyir.
    *****
    Bildim kimi deyirsiz… Baxır o hansı komandaya azarkeşlik edir. Amma bu səfər qərar vermək onlara qalmayıb ki, olmayan şeyə desinlər “o burdan gəlirdi, bu da ordan gələ bilər, belədə komandanın rəhbərliyi və oyunçuların israrla penalti istəyini nəzərə aldıqda, bəli, bu qərar doğrudur”-desinlər ya da “Top əli tapdı, əl topu tapdı” meyxanasını oxusunlar. Həm də artıq dünyada yumora çevrilmiş bu penaltiyə elə dünyanın gözü ilə də baxa bilərik: http://www.ajansspor.com/video/v/20140613/brezilyanin_penaltisi_ile_boyle_dalga_gectiler.html

     
    • R..S

      Allah köməyiniz olsun. O qədər gülmüşəm ki, Neymarın vuruşu da çox gözəl ifadə olunmaqla çəkilib. Bəli, orda penalti yox idi. Amma artıq düz deyirsiniz ki, onlalıq deyil!

       
  2. R..S

    Persinin qolunun gözəlliyini gördünüzmü?
    *****
    Ümumiyyətlə DÇ-2014 çox rəngarəng başlayıb…

     
  3. Tənqidci

    Mənəviyyatca təmiz, qəlbən saf olan və meydanda qurur naminə sözun hər mənasinda vuruşan “Xəzər”in keçmiş futbolçularinin yeri urəklərdə sehrli bir aləmə çevrilmişdir.İndi Oğuz Biçərlər dövranidir.Biz nə qədər anlatsaqda artiq bu əcnəbilər uçun pul birinci mustəvidədir.Bizlər uçun həmin illər və futbolumuz qurur mənbəyimiz olduğu halda bu biveclər uçun:

    Çİ FAYDƏ ???

     
  4. Zəfər Lerikli

    http://www.myvideo.az/?act=dvr&chan=ntvspor&seekTime=14-06-2014%2023:00

    Görəsən niyə “Xəzər Lənkəran” köynəyi!?
    *****
    Zəfər bəy, bu Rıdvan Dilmen və onun kimi bir neçəsi yaxşı futbolşu olub, lakin məşqçi kimi özünü doğrultmayan, Türkiyə futbolunda orda-burda eşələnən elə öz kateqoriyalarından olan Oğuz Çetin Biçeroğluna dəstək kompaniyası keçirirlər. Yəqin bilmirlər ki, bizdə də onlara bələd olanlar var. Bunlar Türkiyənin Ponomoryovlarıdır… Belələrinin dəstəyi dəstək yox, daha da nüfuzdan salma xidməti edir. Bir də bu siyasətlə görülən eybəcər işdir ki, görün Oğuz Çetin Biçeroğlu və onun kimilər nələrə əl atır və hansı məqsədlə nə işlər görür. Rıdvan Dilmən bəs Mustafa Denizliyə niyə belə dəstək olmurdu? Çünki Denizlinin nüfuzu var idi və belə uşaq reklamlarına ehtiyacı yox idi. Bu nüfuzsuzların hamısına para lazımdır, para. Futbolun künc-bucağında eşələnənlər toplusu…

     
    • R..S

      Çox sağ olun insanların gözlərini açdığınıza görə .Görün necə dəhşətli insanladı Xəzər rəhbərliyi cətinki siyapır Çətin canlarını qurtara bilsinlər.Onların təbliğatı güclü olub ki , fəxri prezdenti aldada biliblər.
      *****
      Düzgün və ədalətli qərar vermək istəyənlər aldanmamalıdırlar. Əks halda ədalətsizlik baş verir!

       

Şərh əlavə et


7 + = onbir