Buradasınız Əsas » Transferlər » Kiyev “Dinamo”sunun sabiq müdafiəçisi Davit İmedaşvili “Xəzər Lənkəran”da!
  • Bookmark and Share

Kiyev “Dinamo”sunun sabiq müdafiəçisi Davit İmedaşvili “Xəzər Lənkəran”da! 

david_imedashvili

Almaniyada hazırlığını davam etdirən komandamız, mövsümlərarası fasilədə bir legioner futbolçu transfer edib. Bu barədə komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Onun sözlərinə görə, gürcüstanlı müdafiəçi Davit İmedaşvilinin keçidi həll olunub. Belə ki, komanda hələ Bakıda olarkən baxışa gələn Kiyev “Dinamo”sunun 26 yaşlı sabiq futbolçusu ilə müqavilə bağlanılıb.

“Artıq gürcü futbolçu ilə anlaşma imzalamışıq. İmedaşvili ilə müqavilə iki illik nəzərdə tutulub. Onun adını UEFA-ya göndərdiyimiz sifariş vərəqəsinə də daxil etmişik, deyə klubun vitse-prezidenti bildirib.

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


bir + 6 =