Buradasınız Əsas » Transferlər » Kaloğlu “Xəzər Lənkəran”a gələ bilər
  • Bookmark and Share

Kaloğlu “Xəzər Lənkəran”a gələ bilər 

Kaloglu Sinan_Transfermarkt

“Xəzər Lənkəran”ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı məlum olub. Alınan bilgilərə görə, türkiyəli baş məşqçi Mustafa Dənizli komandasına gətirmək istədiyi ilk həmyerlisini seçib.

Bu, “Ərciyyəspor”un yollarını ayırdığı Sinan Kaloğludur.

Vaxtilə Türkiyə yığmasında 2 oyun keçirən 33 yaşlı hücumçu millidə debütünü Bakıda edib. Sinan 2006-cı il aprelin 12-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisi ilə yoxlama oyununda meydana çıxıb.

Vətənində “Boluspor”, “Altay”, “Marmaris Bələdiyyəspor”, “Beşiktaş”, “Diyarbəkirspor”, “Manisaspor”, “Busaspor”, “Karabükspor”, “Antalyaspor”, “Elaziğspor” klublarında forma geyən forvard Almaniya və Hollandiyada legioner həyatı yaşayıb. Sinan bu ölkələrdə “Bohum” və “Vitess”in şərəfini qoruyub.

Ötən il Kayseri təmsilçisinə keçən hücumçu bu klubda işləri yaxşı getmədiyindən rəhbərlik ona yeni komanda axtarmağı məsləhət bilib. Çox güman ki, o, yeni klubuna azad agent statusu ilə keçəcək.

Qeyd edək ki, Sinanın xidmətində daha bir Azərbaycan klubu da maraqlıdır. Onu “Rəvan”ı çalışdıran həmyerlisi Güvənc Kurtar da komandasında görmək istəyir.

Mənbə: Apasport.az

3 Şərh yazıya: Kaloğlu “Xəzər Lənkəran”a gələ bilər

  1. R.S.

    Əşşı bundan oyunşu olmaz
    .*****
    Xəbəri yayan mənbə, indi də xəbəri təkzib edir.

     
  2. van persi

    mwlumata gore twk

     
  3. Qabil

    Salam Mirhafiz müəllim! Təqribən 4-5 il əvvəl Sinan Kaloğlunun oyununu (səhv etmirəmsə “Antalyaspor” ya “Bursaspor”da oynayanda) izləmişəm. 4-5 il əvvəl Sinan normal oyunçu idi. İndi onun haqqında fikir bildirmək bir qədər çətindir.
    *****
    Qabil bəy, onsuz da bu xəbəri yayan mənbə, Oğuz Çetinin dili ilə xəbəri təkzib elədi. Bu transfer xəbərləri real olmayıb, azarkeşləri sakitləşdirmək üçün, klub tərəfindən həmişəki kimi yayılır.

     

Şərh əlavə et


beş + = 10