Buradasınız Əsas » Xəbər » İslam bəy hamıya salam göndərib (YENİLƏNİB)
  • Bookmark and Share

İslam bəy hamıya salam göndərib (YENİLƏNİB) 

Mirhafiz-Islam

Bu gün “Bosman” fanklubunun rəhbəri,  Novxanı 2-saylı xəstəxanasında yerləşdirilmiş, “12ci Oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlını qısa ziyarət etmişdir. Qısa ziyarətdən dönən Mirhafiz Babayev bizə bunları dedi: “Novxanı 2-saylı xəstəxanasının Reanimasiya şöbəsində yerləşdirilmiş İslam Cabbarlını axşam saatlarında ziyarət etməyə getmişdim. Əvvəlcə müalicə həkimi ilə görüşüb söhbət etdim. Müalicə həkimi, İslam bəyin durumunu ağır olaraq qiymətləndirdi. Dünən səhər 7 radələrində evdə sinə nahiyyəsində güclü ağrılar hiss edən Cabbarlı bir müddətdən sonra özündən getmiş və yalnız Təcili Tibbi Yardım gələndən və lazımi tibbi tədbirlər görəndən sonra özünə gəlmiş, bundan dərhal sonra adıçəkilən tibb müəssisəsinə gətirilərək reanimasiya şöbəsinə yerləşdirilmişdir. Əlavə olaraq həm ürək astmasına əvvəllər olan xroniki ağciyər astması da qoşulduğundan vəziyyəti bir qədər də mürəkkəbləşdirmişdir.

Mənim də həkim olduğumu bilən müalicə həkimi qısa görüşə icazə verdi. Astmatik vəziyyətinə görə uzana bilməyən İslam bəyi çarpayıda oturaq vəziyyətdə gördüm. Nəfəs almada çətinliyi var idi. Şüuru yerində olan İslam bəylə bir iki kəlmə söhbət edib ürək-dirək verdim. Ağrıları əsasən keçmiş və taxikardiyası azalaraq normaya düşmüşdü. Bu da böhranlı vəziyyətin dayanmasına işarədir. Lakin əsas 3-7 gün müddətində vəziyyət yenidən kəskinləşməsə, İnşAllah yavaş-yavaş sağalma dövrünə qədəm qoyacaq. Azarkeşlərin dostların və bütün camiənin onun üçün dua etdiyini çatdırdım. O da minnətdarlığını bildirdi. Hamıya təşəkkür etdi.

Dostumuz, Vaqif Rəşidovun Lənkərandan gələrək onu ziyarət etdiyini, lakin klubdan hələ heç kimin ziyarət etmədiyini bildirdi. Mən onsuzda hələ bir neçə gün  heç yerə tərpənməyin məsləhət olmadığını bildirdim. Başqa daha uyğun tibb müəssisəsinə bir neçə gündən sonra köçürülməsinin məsləhət olduğunu, ruhdan düşməməyini və nikbin olmağını tapşırdım. Şəraiti çox da yaxşı olmayan həmin xəstəxanada indiki an üçün lazım olan müalicənin getdiyini öyrəndim. Müalicə həkiminin isə təcrübəli olduğunu başqa dostlarımdan öyrənmişdim. Bircə qalır ki, Allahdan ona şəfa diləmək və tezliklə sağalıb aramıza dönməsini arzulamaq. Allah şəfa versin İslam bəy!”

13. 10. 2013 axşama olan məlumat.

Bu gün günorta saatlarında, təxminən 14:30 radələrində İslam bəyin durumu ilə maraqlanan fanklubumuzun rəhbəri onun vəziyyətinin dünənkindən fərqlənmədiyini öyrənib. Uzanmasına mane olan ağ ciyər astması ona səhərə qədər yaxşı yata bilməsinə mane olub. Səhərə qədər çarpayıda oturaq vəziyyətdə, qarşısındakı stola dirsəklənərək keçirdiyini bildirildi. Daha sonra Pulmonoloqlarlın dəvət olunması və onların məsləhətləşmələri ilə ürək müalicəsində uyğun dəyişikliklər edilib. Bu məsləhətləşmələrdən və müalicə kursunna əlavələrdən sonra axşam saatlarına yaxın vəziyyətdə yüngülləşmə əmələ gəlib və artıq İslam bəy çarpayıda rahat uzana bilir. Həmçinin ümumi vəziyyətin yüngülləşməsi, eyni zamanda ürək nahiyyəsində və irradiasiya verən ağrılarda yüngülləşmə də xəstənin vəziyyətində nisbətən rahatlıq əmələ gətirib. Bu saat 23:45-ə olan məlumat idi. Yaxın bir neçə günü də böhran vəziyyəti özünü göstərməsə İnşaallah yaxşılığa doğru dönüş dövrü olacaq. Dualarımız səninlədir İslam bəy. Allah kömək olsun və tez sağal! 

14. 10. 2013

 “Futbol+” qəzetinin bu günki sayında “”Xəzər Lənkəran” İslam Cabbarlının taleyinə biganə qalmadı” başlıqlı yazı dərc edilib. Yazıda da göstərilir ki, klub da bu barədə xəbərdardır və lazımi köməkliyi göstərmək niyyətindədir. Qəzetin Hüseyn Cəbrayıloğludan aldığı informasiyaya görə bu gün klub İslam Cabbarlını Kardiologiya İnstitutuna köçürməkdə köməklik göstərəcək və bütün müalicə xərclərini qarşılayacaq.

Bu barədə fanklubumuzun rəhbəri Mirhafiz Babayev Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb, Hüseyn bəy həqiqətən də bu fikirdə olduqlarını və artıq özünün bu məqsədlə yolda olduğunu deyib. Axşam saatlarında bunu reallaşdıracaqlarını dilə gətirib. Biz də bütün azarkeşlər adından bu hərəkətinə görə klubu alqışlayırıq.

Daha sonra Mirhafiz bəy bu gün saat 13:00 radələrində İslam bəyin özü ilə qısa əlaqə saxlayıb. İslam bəy əvvəlki günlərə nisbətən özünü rahat hiss elədiyini deyib. Klubun onun  barəsində fikrindən xəbərdar olduğunu da diqqətə çatdırıb. Həm də onu deyib ki, klubun artıq xərcə düşməməsi üçün və tərpənməyə həkimlərin icazə vermədiyi, o cümlədən indiki tibb müəssisəsində aldığı müalicənin yavaş-yavaş nəticələrini hiss etdiyi üçün elə burada müalicəsini davam etdirmək istəyini klub nümayəndələrinin diqqətinə çatdırıb. “Sağ olsunlar ki, belə təşəbbüs göstərirlər. Müalicəmə elə burda da kömək etsələr təşəkkür edərəm.”- deyib.

 

15. 10. 2013

Bu gün günorta saatlarında, təxminən 12:30 radələrində İslam bəyin durumu ilə bağlı maraqlanan fanklubumuzun rəhbəri onun bir qədər narahat duruma düşməsi ilə bağlı məlumat alıb. Belə ki, bronxial astma səbəbindən səhərə qədər narahat, oturaq vəziyyətdə yatan İslam bəyin durumu səhər saatlarında ürək ağrıları və uyğun nahiyyələrdə irradiasiya ağrıları ilə müşayiət olunub. Bu barədə növbətçi həkimi xəbərdar edən İslam bəyə lazımi yardım edilib. Məhz bu xəbəri azarkeşlərimizə çatdırıb, onların da narahat olmasını istəmədiyimizdən bu barədə məlumat verməmişdik.

Mirhafiz bəyin son məlumatına görə, indilərdə yəni 16:30 radələrində İslam bəyin özü ilə əlaqə saxlayaraq onun nisbətən rahatlaşdığını öyrənib. İslam bəyin dediyinə görə müalicə həkiminin gəlişindən sonra onunla söhbətdə həkim, heç bir narahatçılığın olmadığını və belə halların xəstəliyin gedişatına uyğun hallar olduğunu deyib. Müayinədən sonra həkim belə gedərsə, sabah yox, birisi gün onun reanimasiya şöbəsindən palataya köçürməyin mümkün olduğunu da deyib.

Dünən “12-ci Oyunçu” azarkeş qrupunun fəallarından olan Ramiz Xamiyev Lənkərandan gələrək İslam bəyi ziyarət edib. Sabah isə fanklubumuzun rəhbəri Mirhafiz Babayev Xəstəxanaya gedərək İslam bəyi Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edəcək və təbii ki, onun durumu ilə ətraflı və yaxından tanış olacaq.

 

16. 10. 2013

Bu gün əvvəlcədən məlumat verdiyimiz kimi “Bosman” fanklubunun rəhbəri Babayev Mirhafiz Müqəddəs Qurban Bayramı münasibəti ilə “12-ci Oyunçu” azarkeş qrupunun rəhbəri  İslam Cabbarlını Novxanı 2-saylı xəstəxanasının Reanimasiya şöbəsində ziyarət edib. Ziyarətdə məqsəd İslam Cabbarlının durumu ilə yaxından maraqlanmaq və Qurban Bayramı münasibəti ilə onu təbrik etmək, həmçinin çoxsaylı azarkeşlərin bayram təbriklərini çatdırmaq olub. Mirhafiz bəyin özünü dinləyək:- “Saat 14:30 radələrində Novxanı 2-saylı xəstəxanasında oldum. İslam bəyi bayram münasibəti ilə təbrik etdim. Azarkeşlərin də bayram təbriklərini çatdırdım. Onu deyim ki, əvvəlki günlərdən fərqli olaraq İslam bəyi xeyli yaxşı gördüm. Hətta mən içəri daxil olanda, o mənimlə görüşmək üçün ayağa da qalxdı. Düzü mən buna razı olmasam da “Ağa indi xeyli yaxşıyam, narahat olma!”-dedi.

Yenə əvvəlki günlərində olduğu kimi şux təsir bağışlayırdı. Hətta Reanimasiya şöbəsində olduğum müddətdə digər xəstələrlə zarafat edir və özü demişkən, “bunların fikrini mən saxlayıram” Kiminə yeməyini vaxtında yeməyə tələsdirirdi, kimini dərmanlarını qəbul etməyə çağırırdı, tibb personalı ilə də elə davranırdı ki, onlar məcbur olub onun zarafatlarına reaksiya verməli olrdular və gərgin iş rejimində sanki yüngülləşirdilər.

Beləcə hərdən nəfəsini dərən İslam bəylə 20-25 dəqiqə söhbət əsnasında o bildirdi ki, sabah palataya köçürülməyi planlaşdırırlar. “Lap həkim icazə versə idi evə də gedərəm. Çünki burda palataların şəraiti heç də yaxşı deyil.” Budan başqa o bildirdi ki, bu gün səhər Etibar Cəbrayıloğlu, Əfqan bəy və bir neçə yaxınlar onu ziyarət etməyə gəliblər. Dünən isə komandadan Hüseyn Cəbrayıloğlu, Elvar Quliyev və Rəşad Əzizli axşam saatlarında onu ziyarət ediblər. Hüseyn Cəbrayıloğlu bildirib ki, komanda müəyyən məbləğ ona kömək etməyə hazırdır. Lakin İslam bəy hələ öz hesabına və dost və qohumların hesabına xəstaxana xərclərinin ödəndiyini deyib. Komandanı isə artıq xərcə salmamağını istəyib.  Son qərar belə olub ki, xəstaxana xərclərini İslam bəy qeyd etsin və sonda bu xərclərin müəyyən hissəsini və ya hamısını klub qarşılayacaq.” Bu barədə azarkeşlərimizə ona görə məlumat verirəm ki, onlar heç bir məsələdə heç kəsdən bədgüman olmasınlar. Həmçinin onun öz əvəzindən bütün azarkeşlərimizi bayram münasibəti ilə təbrik etməyi məndən xahiş etdi və sağollaşanda da yenə İslam bəy məni ayağa qalxaraq görüşüb, sağollaşdı”-deyə Mirhafiz bəy bildirib.

 

17. 10. 2013

Bu gün İslam bəy, Reanimasiya şöbəsindən palataya köçürülməli idi.  Dünən Mihafiz bəylə söhbətində İslam Cabbarlı bildirmişdi ki, burda palataların vəziyyəti heç də yaxşı deyil. Ona görə də həkimlər icazə versələr elə birbaşa evə getməyim mənim üçün daha yaxşı olar. Yaxınlarından aldığımız məlumata görə İslam bəy dilindən iltizamnamə yazaraq həkimin onu evə buraxmasına nail olmuşdur. Həkim yalnız bundan sonra ona evə aparılmağa razılıq verib. Qarşıdakı günlərdə həkimin evdə vaxtaşırı  gələrək onu nəzarətdə saxlayacaq və bir də müalicəsinin davam etməsi üçün də tibb bacısı ilə danışılmışdır. Əlbəttə bütün bunlar İslam bəyin kritik dövrü adlamasından sonra həyata keçirilmişdir və o özünü əvvəlki günlərə nisbətən daha yaxşı hiss elədiyini bir daha vurğulamışdır. Noyabr ayının əvvəllərinə qədər sürəcək müalicədən sonra ehtiyac olarsa, operativ əməliyyat da yerinə yetirilməlidir.

Biz, “Bosman” olaraq İslam bəy kimi dəyərli bir insanın, “Xəzər Lənkəran” camiəsində həmişə yeri olan və onun durumu ilə yaxından maraqlanan azarkeşlərimizin narahatlığını nəzərə alaraq, gündə bir və ya iki dəfə saytımız vasitəsi ilə onun sağlıq durumu haqqında operativ məlumat verərək, bu məsələni gündəmdə saxladıq. İslam bəyin yenidən ailəsinə qovuşması münasibəti ilə camiəmizi təbrik edirik və ona bundan sonrakı həyatında sağlamləq arzulayiriq. Həm də onu arzulayırıq ki, səhhəti tezliklə tam qaydaya düşsün və “12cioyuncu.info” saytının fəaliyyətini tam bərpa edib azarkeşlərimizlə yenə ünsiyyətini bərpa etsin, doğma “Xəzər Lənkəran”ımız haqqıda xoş xəbərləri bütün oxucularına çatdırsın.

Həmişə evdə-eşikdə İslam bəy!

43 Şərh yazıya: İslam bəy hamıya salam göndərib (YENİLƏNİB)

  1. Qabil

    Mirhafiz bəyə dolğun məlumat verdiyinə görə minnətdaram. Allahın köməyiylə İslam qardaşımız tezliklə bu xəstəliyi dəf edib sağalar və ailəsinə qovuşar. ALLAH TEZLİKLƏ ŞƏFA VERSİN!

     
  2. Demir Agaci

    Bu gozel xebere gore Dr.Mirhafiz bey, size tesekkur edirik. Sad xeber olasiniz. Inshaallah Islam bey tezlikle sagalar.

     
  3. R.S.

    Hörmətli Mirhafiz bəy .bu xəbərə görə sizə minnətdarıq ,Saytlar kulub rəhbərliyinin təqdirə layiq addımından danışırlar .Bu doğrudurmu ?.Biz 12ci oyuncu ,və sizn saytın yazdıqlarına inanırq,Xahiş edirik ,Çox hormətli İsalm Cabbarlının səhhəti haqda mütamadı məlumat verəsiniz ,Məlumarsız qalmışdıq ,bu bizi çox narahat edirdi ,Allahdan İslam bəyə şəfa diləyir,sizə isə ürəkdən təşəkkür edirik.
    *****
    Hər şeyi olduğu kimi sayta açıqlamamda demişəm. Qaldı ki, mütəmadi məlumata bunu etmək bizim mənəvi borcumuzdur.

     
  4. xezer lenkeran

    tesekurler dr mirhafiz bey

     
  5. R.S.

    Xahik edirik onun ziyarət etməli olsanız ,bizim ,şəxsən “R.S” nikli istigadəçisinin .Salamını ,və Onu sağalması üçün ,hər gün Allaha dua etdiyimizi çatırarsınız ,Telfonla danışığa icazə verilmədiyi üçün ,özü ilə əlaqə saxlamaq mümükün deyil.
    Mirhafiz bəy siz də bizlər üçün çox dəyərlisiniz ,İnanın ki bu xəbər bizi çox məyus etdi ,,xəbərsizlik də lap pisdr Bu üzdən sizdən başqa müraciət edəcəyimiz.inasan yoxdur ,Əgər buna görə iradınız ,olsa Əvvəlcədən üzr istəyirəm,
    *****
    Onun üçün dua edənlərin çox olduğunu ona çatdırmışam. Sizin də istəyinizi çatdıraram. İslam bəy elə insan və elə dostdur ki,.. Nəyinsə əziyyət olduğunu söyləmək günah olardı!

     
  6. R.S.

    Əvvəlcədən Təşəkkür edirəm! .Allah köməyiniz olsun ,Nə yaxşı kimi Sizin kim dostları var. ,.Biz azarkeşlər də ,sizə ümid edirik ,Yaxşı ki Sizlər varsınız .

     
  7. R.S.

    Salam .Məlumata görƏ təşəkkür edirəm .İnşallah ki bundan sonra yaxşılığa doğru dəyişiliklər olar .Buna çox ümid edirik ,
    Allah köməyiniz olsun Mirhafiz bəy .həqiqətən də İsalam bəyin sözün əsl mənasında ,dostu varimiş .Allah sizə də cansağlığı versin.
    Tanrıdan ona şəfa diləyir, dualar edirik .
    *****
    Hamının salamını İslam bəyə çatdırmışam. Sizin xahişinizlə salamınızı xüsusi olaraq çatdırmışam

    Mirhafiz Babayev

     
  8. MALIK

    ISLAM-beyin tezlikle sagalmasi ucun gece gunduz-ALLAHA dua edirik. Mirhafiz-bey sizede derin tesekkurumuzu bildiririk..

     
  9. MALIK

    Biz azerkesler umud edirikki Xezer-Lenkeran kulubu, ISLAM-beye oz komeklerini esirgemeyecekler, biz bunu gozleyirik.. Mence onu Merkezi-klinikada tez sagaldarlar..

     
  10. Qabil

    İslam bəyin sağlıq durumu barədə dolğun məlumata görə Mirhafiz bəyə öz təşəkkürümü bildirirəm. İslam bəylə yanaşı Mirhafiz bəyə də ALLAHDAN can sağlığı diləyirəm. ALLAH onların hər ikisini biz azarkeşlərdən ayrı salmasın. Axı biz azarkeşlərin dərdlərinə şərik olan İslam qardaşımızla Mirhafiz qardaşımızdan başqa kimimiz var ki?
    *****
    Allah sizin kimi qədirbilən qardaşları və o cümlədən sizin simanızda bütün azarkeşlərimizi qorusun! Belə hallarda arada kiçik narazılıqlar olsa da, bütün camiəmizin birliyi görünür. Allah camiəmizin bu mehribanlığını əlimizdən almasın. Təşəkkür edirəm!

     
  11. Qabil

    Hörmətli Doktorumuzu Salamlayıram! Hüseyn Cəbrayıloğlunun dediyi kimi həqiqətən də kiub rəhbərliyi İslam bəyin müalicəsinə yaxından köməklik göstərəcəksə, bu onlar tərəfindən humanist bir addım olar. Mən də bir azarkeş kimi bu addıma görə “Xəzər Lənkəran” klubunun rəhbərliyini alqışlayıram.

     
  12. R.S.

    Çox sağ olun Mirahiz bəy .Allah köməyiniz olsun .!Sizə böyük təşəkkürlər ! Belə savab işlər gördüyünüzə görə Allah sizi mükafatlandıar .Siz iki böyük İnsan , sizə qarşı böyük də azerkeş istəyi var.Allah hər ikinizi qorusun ,
    Yəqin ki telfonla danışığa icazə vermirlər? Bidə müalicəsini tamam olmamış ,xəstəxanadan çıxmasın ,Həmişə belə insanlar ,öz sağlıqlarının qayğısına az qalırlar ,Yəqin ki dostlarının sözünü eşidər .Əsas can sağlığıdır ,iş həmişə var .
    Qoy onu istəməyənlər sevinməsinlər ,İslam Cabbarlı yenə də ,öz işində olacaq. Allahın köməkliyi ilə və dostlarının sayəsində sağalacaq.
    Bir daha sizə təşəkkür edir ,və yeni xəbərlər gözləyirik ,Bu 4 gündür ki ,gözlərimiz Bosman saytındadır Allah razı olsun .
    *****
    Bir həkim kimi mən də xəstəliklə necə davranmağı İslam bəyə tapşırmışam. Əsas da müalicə həkiminin tapşırıqlarına diqqətlə riayət etməsini tövsiyyə etmişəm. Təşəkkürə isə dəyməz, bu bizim mənəvi borcumuzdur, bəy əfəndi!

     
    • R.S.

      Mirhafiz bəy .başa düşürəm ,əgər nəsə düz olmadısa bağəşlayın.Sadəcə ,mənim xahişimi çatdirdiğınız üçün sizə təşəkkür etdim bu qəqər .dosluğdan əskik olmayasınlz .Sizlərə ümidliyik .Allah koməyiniz olsun.
      *****
      Düz olmayan bir şey yoxdu! Hər şey yaxşıdır. Sadəcə özüm belə taktika seçdim.

       
  13. Rəşidov Vaqif

    Mən başa düşə bilmirıəm nəyə görə klub İslam qardaşa kömək etməlidir?! Bəyəm ona borcu var? Əbəs yerə gözün yola dikib üç gündü kömək gözləməsin! Sabah klubun nümayəndələri yolları düşsə ona bəlkəm baş cəkdi,onsuzda sabah Bakıda təlim-məşq toplanışı başlanır.
    İSLAMA İNŞALLAH ALLAH KƏMƏK OLSUN!
    *****
    Vaqif bəy sizi salamlayırıq və bir az səbirli olmanızı istəyirik. Klub da var! Dostlar da var! Siz demişkən əsas Allah kömək olsun! Allah kömək olmasa heç milyonlar da adamın karına gəlməz! Allah kömək olsa dostların köməyi də bəs edər!

     
    • Zefer Lerikli

      Vaqif qardaşimiz!.-Bu gun İslam bey tek sizin yox,bizim hamimizin dostu ve qardaşidir.Biz hemişe şahidi olmuşuq ki,Islam beyin xidmeti XL-klubu ucun temannasiz olub.Eger bu maddiyatla olculseydi bu, milyonlar ederdi.Bir insan kimi mende Islam beyin yanindayam.Eger XL-klubu Islam beyin saqalmasina komek edirse ,bu alqişlanasi haldir.Biz hamimiz bilirik ki,Islam beyin bu deqiqe menevi desteye ehtiyaci var.Allah ozu ona şefa versin,biz kimik ki?.Bizim bu şerhlerimizde urekden gelir,ve her cur komeye haziram.Islam bey kimi adamlar coxdan XL-klubunda işlemeyi haqq edibler.Teşekkur edirem!

       
  14. mavrib322

    Her vaxtiniz xeyirli olsun.
    Shad xebere gore Doctor size minnetdariq.Insallah sag salamat geri doner.Her kes onun yolunu gozleyir.Dualarimiz esirgemiyek.Allah shefa versin!!! AMIN!

     
  15. emil917

    her weye gore cox sag olun allah islam beye can sagligi versin inwallah tezlikle siralarimiza qayidacaq!

     
  16. Qabil

    Hər vaxtınız xeyir! Vaqif qardaşımızın İslam bəylə çox yaxın dost olmasından məlumatlıyam. ALLAH onları həmişə dostluqda, qardaşlıqda layiq olduqları səviyyədə saxlasın. Vaqif bəyin yazdığı şərhində bir balaca inciklik gördüm və bilirəm ki, bu küskünlüyün səbəbi hardandır, nədəndir. Vaqif bəyin fikriylə razılaşardım, amma bu gün İslam bəy xəstəxanada olmasaydı. Açıq deyirəm, klub rəhbərliyi tərəfindən İslam bəyə istər maddi istərsədə mənəvi dəstək sözsüz olmalıdır. Ona görə ki, bu neçə illər ərzində İslam qardaşımızın heç bir təmənna güdmədən klub üçün çəkdiyi əziyyəti nəzərə alınmalıdır. Məgər İslam qardaşımız öz sağlamlığının, səhətinin bir hissəsini bu komandanın yolunda qoymayıbmı?

     
    • Zefer Lerikli

      Sizinle tam raziyam.İslam beyin xidmetini danmaq olmaz.Saqlamliqinin cox hissesini kamanda yolunda qoymaqinin hec bir subuta ehtiyaci yoxdur.Allah ozu İslam beye şefa versin.Amin!

       
      • Rəşidov Vaqif

        Əgər bilsəniz bu bir neçə gün nələr baş verdi,…

        İNŞALLAH ƏLİMİZDƏN GƏLƏN KÖMƏYİ EDƏCƏYİK!

         
        • Zefer Lerikli

          Vaqif qardaşimiz!Bele veziyyetleri yaşayan insanlarin bunu bilmeyi, texmin etmeyi cetin deyil.Islam bey barede cox narahatciliq kecirdirik.Xahiş edirik ki,Islam beyin bu gunku saqliq durumu haqqinda bir melumat veresiniz.”İslam bey hamiya salam gonderib”-serlohveli yaziya defelerle baxir ve sehifenin yenilenmesini gozleyirik. Bunun ucun muxtelif saytlara baxmali olsaq da, bir melumat tapa bilmirik.İslam beye lutfen salamimizi catdirin.-Teşekkurler!
          *****
          Təbii, Zəfər bəy!

           
        • R.S.

          Vaqif bəy ,İ Cabbarılın vəziyyət döğurdan pisdir .? Siz ilk olaraq onun yanında olmusunuz .Əgər bir kömək lazımdırsa ,onun sağalması üçün biz hazırıq ,Belə bir insanı ,təək qoymaq olmaz ,O qeyri -adı insanlardan biridir .Bizin onu qorumaq borcumuzdur ,Sizin şərhiniz,vəziyyətin heçdə yaxşı olmadığından xəbər verir.
          *****
          Vaqif bəy haqsızlıqdan və biganəlik üzündən əsəbidir. Biz onu başa düşürük. Amma qaldı ki, sağlıq durumu barədə məlumatlar saytımız vasitəsilə dəqiq çatdılılır. Sağlıq durumu barədə saytımızda gedən məlumatlar Mirhafiz bəydən alınır ki, buna da hər hansı bir şübhə yeri ola bilməz!

           
  17. Zefer Lerikli

    Indiye kimi melumatin olmamaqi cox narahatciliq yaradirdi.Şukurler olsun Allaha!-yenice yayilan melumatlarsa bizi sevindirdi.İslam bey!-İnşallah yaradanimizin şefaeti ile tezlikle saqalib,bizleri sevindireceksiniz.Dualarimiz sizinledir!

     
  18. van persi

    allaha sukur insallah tez bir zamanda sagalar

     
  19. R.S.

    Allah özü köməyinə çatsın ,İsalm Cabbarlının.Çox narahtıq ,İnşallah ,Mirhafiz Babayev ,Onun yanından qayıdandan sonra .xəzbərlər gözləyəcəyik .Həkim olduğu üçün , xəstəliyin gedişi haqda daha yaxşı məlumata sahib olacaq ,
    Bu arada bütün müsəlman bacı-qardaşlarımızın Qurban bayramını təbrik ediriəm .
    Bu gözəl gündə daha çox dualar edək ,Allah bizim səsimizi eşidər İnşallah , ,
    *****
    Amin!

     
  20. Qabil

    “Xəzər Lənkəran”lıları Salamlayıram! Mirhafiz qardaşımızın İslam bəyin son durumu haqda səhih məlumatı oxuyub bir az təskinlik tapdım. ALLAH bu müqəddəs günlərdə İslam bəydən öz nəzərlərini əskik etməsin, tezliklə o layiqli insana şəfa versin!

     
  21. R.S.

    Bəs niyə kodioloji İnustuta köçmək istəmir .?
    Hüseym Cəbrayıloğlu hələ də onu ziyarət etməyib ? Axl onunyanına gedirdi ,Əgər getməyibsə …..,bu bizi düşünməyə vadar edir ki ..,Nə isə gözləyək ,
    Sağ olsun əsl dostlar .Bax bu dar gün də onlar bilinir. ,

     
  22. Qabil

    *****
    Qabil bəy sorğunuza cavab olaraq onu demək istəyirəm ki, indicə aldığım məlumata görə Hüseyn bəy, artıq İslam bəyi xəstəxanada ziyarət edib. Yəqin ki, ətraflı sabah mənim İslam bəylə görüşümdə bu barədə bilgim olacaq.

     
  23. Qabil

    Məlumata görə təşəkkür edirəm.

     
  24. Ali

    Mirhafiz doktora 2 sualim var.
    1 – tenginefeslik sebebi bronxial astmadi yoxsa urek catishmamazligi neticesinden yaranan ag ciyer odemidir?
    2 – Maddi yardima ehtiyac varmi? Eger varsa onda yolunu gosterin bizde komeklik edek.
    *****
    Orqanizmdə oksigen çatmamazlığının bir çox səbəbləri olur. Burda ürək astması deyilən və ağ ciyər astması deyilən səbəblərdən söhbət gedir. Təəssüf ki, bunların hər ikisi İslam bəydə var.
    İkinci məsələyə gəldikdə isə təklifiniz bir insanpərvər təklifdir. Buna görə sağ olun. Sabah mən hamısını dəqiq öyrənəcəyəm. Lazım gələrsə, bunu dostlar vasitəsi ilə yoluna qoymağa çalışacağıq.

     
  25. R.S.

    Mirhafiz bəy bu yəqin ki hava dəyişməsi ilə əlaqədar olan vəziyyədtir ,və bunun tam olaraq müalicəsi yoxdur ,elədirmi? mütləqdir ki müalicəni axıra qədər ,alsin . Ola bilsin xaricdə mümkün olsun .,Xaricdə isə böyük vəsait lazımdır ,Hərdən elə haqsızılıqlar olur ki …Sabah İnşallah xoş xəbər gözləyəcəyik .

     
  26. R.S.

    Bir xahişim də var Qurban bayramına görə təbrik edə bilməmişik məlum səbəbəbə görə .Beləliklə ,Bizm adımızdan Onu və ailəsin Qurban bayramını təbrik emənizi istərdim .və Allahadan ona şəfa diləyrik ,

     
  27. Qabil

    Axşamınız xeyir, Doktor! İslam bəyin sağlıq durumu barəsində verdiyiniz şad xəbərə görə Sizə minnətdaram. Çox sağolun ki, bu müqəddəs günlərdə şad xəbərlə bizləri sevindirdiniz.

     
  28. Zefer Lerikli

    Allaha cox şukurler olsun!-Şukurler onun meslehetine!.Duzu bu gun evde olanda komputerle,evden kenarda ise telefonla defelerle bu sayta daxil olub,Islam bey barede yeni melumatlar almaq meqsedile ziyaret etmişem.Her defe yeni melumat gormeyende narahatciliqim birazda artirdi.İndice bu xeberi oxudum ve cox sevindim.Allah sizin kimi dostlari var elesin,inşallah.Menim şexsen bu saytda hec bir insanla şexsi tanişliqim olmasada ,burda cetin gunde bir-birine dayaq olan dostlarin ne qeder saf duyqulariyla baqliliqinin şahidi oldum.Birdeki bu bizim dostcanliqindan ireli gelir.İslam bey!-Sizi cox sevirik ve sizin nece insan olduqunuzuda bilirik.İslam bey hec kimin zehmet cekmeyini istemir -amma emin olun ki,maddi cehetden her hansi komek lazim olsa bunu hami eder.Klubun artiq zerere duşmeyini istemeyen bu şexsiyyetin kamandasina ne qeder baqliliqini hiss etmemek olmur.İslam bey!-Biz bilirik ki,sizin butun xidmetleriniz temannasiz olub.Eger bele bir anda klub sizin yaniniza gelirse-bu artiq klubdaki dostlarinizin qayqisi ve sayqisidir.Bunu başqa cur başa duşmekse insanliqdan uzaqdir.Size mohkem can-saqliqi bu eziz Qurban bayrami gununde tanridan dualarimizla isteyirik.Cenabi Haqq sizi ve Seyid Mirhafiz Babayevi -hemcinin butun camiemizi qorusun.-Amin!

     
  29. Demir Agaci

    Son xeberleri oxuyub sevinmemek olmaz. Islam beyin zarafatlari meshurdur. Allah razi olsun ki, ziyaret edib bizleri xeberdar edirsiz. Allah butun dostlari mehriban etsin. Allah butun xestelere shafa versin. Amin.
    *****
    İdrak bəy, arzularınıza qoşulur və uzaq Polşada olan sizi və bütün dostlarınızı, həmçinin Polşadakı müsəlmanları da Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edirik!

     
  30. R.S.

    Salam ,Bu xöş xəbərlərə görə ,sizə minnətarlığımızı bidirırık .İnşallah .tezliklə .işinə davamç edər ,Mirhafiz bəy ,sizndə saölığınıda problem olduğunu oxudum ,Allah özü siznidə köməyiniz .olsun . Özünüzü qoruyun ,
    Bir də İslam Cabbarlı işə başalayanacan ,narahtçılıq olmaz ki şəhrhlərimi burda davam etdirim .? Daha futbol ,komanda haqda ,şəhrlər yazmaq olar ,çünki İ Cabbarlının səhhəti artıq normalaşmaq üzrədi .ona görə futbol barədə fikir mübadiləsi aparmaq ,olar ,İnsan faktoru ,futboldan üstündür bizim üçün .Təşəkkür istəməsəniz ,də ,bunsuz mümükün deyil,Təşəkkür edirəm ,bizi məlumatsız qoymadığınıza görə ,
    *****
    Heç bir narahatçılıq ola bilməz! İnşallah həyat normal məcrasında yenə də davam edir və edəcək!.. Allah hamımıza kömək olsun! Onsuz da məsuliyyət hiss edən bütün insanlar problemlərdən xali deyil. İstər monitorun bu başında, istərsə də o başında oturmağından asılı olmayaraq.

     
  31. R.S.

    Çox sağ olun Mirhafiz bəy . bu xəbərə görə. ,Şükürlər olsun ku pis günlər arxada qaldı .
    Əməliyyat deyəndə ,Cərahiyyə nəzərdə tutursunuz .? Amma evdə ,müalicə nə dərəcədə effekli olacaq ,Bir məsəl var ,xəstəxananın ,boş divarlarıda müalicədi.
    *****
    Yox, elə insan tipləri var ki, evin doğmalığında daha yaxşı müalicə ala bilirlər. Təbii ki, müəyyən mərhələdən sonra. Belə insanlar hər şeyə çox həssas və psixoloji rahatlıq axtaran insanlar olur ki, İslam bəyi də mən elə tanıyıram.

     
  32. R.S.

    Bir sual da yaddan çıxdı ,İsalm bəy hələ saytı idarə edə bilməyəcək ,? Zəhmət verdiyimə görə üzürlü sayn
    *****
    İslam bəyin evə dönməsi, hələ o demək deyil ki, o saytı çalışdıracaq. Sayt çalışdırmaq çox çətin və ağır əsəb gərilmələri verən bir işdir. İslam bəyə isə adi əsəb gərginliyi belə olmaz. O bir müddət fiziki və zehni işlərdən uzaq qalmalıdır.

     
  33. R.S.

    Çox istərdim ki ,İslam Cabbarli .”İslam bəy hamiya salam göndərir” mövzusunda öz şərhi ilə ,biz SALAMLASIN .İnşallah ki bu arzum yerinə yetər ,

     
  34. Demir Agaci

    Sukurler olsun ki Islam bey evine qayidib. Inshaallah tezlikle sehheti tam duzeler. Dr.Mirhafiz bey size de her seye gore tesekkur edirik. Allah butun sizlerden razi olsun.

     
  35. R.S.

    kulubun göstərəcəyi həkim ,türkdü yoxsa yerli ,helə hey uzanır bu həkim məsələsi ,Birdə Həkim olduğunuz üçün verirəm bu sualı ,Bu xəstəliyin müalicəsi 6 aydır ,və həmişə də pəhrizdə qalmalıdır ?,Sayt işlətmək də tam əsəbdir .Bu xəstəlikdə hardan gəldi .Yaxşı ki bu sayt var.
    *****
    Ürəkdəki qidalanması pozulan nahiyyə, nekroza uğrayır. Və tam çapıqlaşma dövrü 6-ay çəkir. Bundan sonra xəstənin işlərinə davam etməsi və ya nə dərəcədə davam etməsi müayinədən sonra həkimin nə deyəcəyindən asılıdır.

     
  36. 5R..S

    Mirhafiz bəy İslam bəy yenidən pisləşıb.Pulsuzluq xəstəxanaya imkan vermir.Dağılsın belə dünya ki göz görə -görə böyük bir insan əziyyet çekir.
    *****
    Mən axşamüstü, saat 8-də danışdım xeyli yaxşılaşmışdı. Ürək əlamətlərindən çox, qarın pozulma əlamətlərinə bənzəyir. Amma lap dəqiqi müayinə olunmalıdır.

     
    • R.S

      Allah köməyiniz olsun .Mədəsindən ola bilər ? Ürəyindən olmasın .Yaxşı insanlar təmiz insanlar ,düz insanlar həmişə əziyyət çəkirlər
      *****
      İnşaallah, narahatçılığa heç bir əsas yoxdur.

       

Şərh əlavə et


yeddi + 6 =