İkinci dünya çempionatı. 1934-cü il. İtaliya (VİDEO və Sxematik)

İkinci çempionatda da meydan sahibləri qalib gəldi. Birinci çempionatda Avropa təmsilçilərinin sayı 4 idi. Bu dəfə isə əksinə, Cənubi Amerikanı cəmi iki ölkə təmsil edirdi. Bunlar
Braziliya və Argentina komandaları idi. İlk dünya çempionları-uruqvaylılar bu çempionatda iştirakdan imtina etmişdilər. Şimali Amerikadan ABŞ komandası yenə də çempionatda iştirak edirdi.
İkinci çempionatda otuza yaxın ölkənin komandası iştirak etmək istəsə də çempionatın final mərhələsi üçün 16 iştirakçı seçild. Final turnirinə aşağıdakı komandalar buraxılmışdılar:
İtaliya, ABŞ, İspaniya, Braziliya, Avstriya, Fransa, Macarıstan, Misir, Çexoslovakiya, Rumıniya, İsveçrə, Hollandiya, Almaniya, Belçika, İsveç, Argentina. Yarışlar olimpiya prinsipi ilə keçirildi-uduzan çıxır.
1/8 final oyunlarında İtaliya komandası ABŞ futbolçularını (7:1), Almanlar Belçika komandasını böyük hesabla məğlub etdi (5:2). Cənubi Amerika təmsilçiləri elə bu mərhələdə mübarizəni dayandırdılar:
Braziliya 1- 3 İspaniya, Argentina 2 -3 İsveç. Avstriya komandası Fransanı, İsveçrə isə Hollandiyanı müvafiq olaraq 3:2 hesabı ilə məğlub etdi. Macarlar Misir komandasını (4:2), çexoslovakiyalılar isə rumınları (2:1) uddular.
¼ finalda İtaliya və İspaniya komandaları arasında iki görüş keçirildi. Birinci görüşdə heç-heçə qeydə alındığından, ikinci oyun keçirildi və italyanlar minimal hesabla qalib gəldilər 1:0. Qalan üç yarımfinal oyununda belə nəticələr qeydə alındı:
Avstriya 1 – 0 Macarıstan;
Çexoslavakiya 3 – 2 İsveçrə;
Almaniya 2 – 1 İsveç.
Yarımfinalda o zamanların güclü komandalarından hesab olunan Avstriya İtaliyaya uduzdu (1:0). Digər yarımfinalda Çexoslovakiya və Almaniya komandaları qarşılaşdılar. Çexoslovakiya futbolçuları 3:1 hesabı ilə üstün gələrək finala çıxdılar.
İtaliya – Çexoslovakiya oyunu dünya 
çempionatları tarixində ən gərgin final oyunlarından biri sayılır. 90 dəqiqəlik
mübarizədə qalib müəyyən olunmadı(1:1). Əlavə vaxtda İtaliya
komandası həlledici qol vuraraq, 2:1 hesabı ilə qələbə qazandı və dünya çempionu adını aldı.  

********************************
Daha sxematik olaraq bax
********************************
Videonu izlə

 
Arxiv: Bosman.at.ua