Buradasınız Əsas » Bosman » Hüseyn Cəbrayıloğlu-38! Təbrik edirik!
  • Bookmark and Share

Hüseyn Cəbrayıloğlu-38! Təbrik edirik! 

Huseyn Cerayiloglu Superkubokda

Noyabrın 27-də Hüseyn Cəbrayıloğlunun 38- yaşı tamam olur. Hələ “Futbol +” qəzetinin cənub bölgəsi üzrə müxbiri kimi çalışarkən Cəbrayıloğlu cənublu azarkeşlərin rəğbətini qazana bilmişdi. Köşə yazılarında ölkə futbolunun problemlərini aşkar şəkildə göstərir, “Xəzər Lənkəran” klubunu axsadan məqamları analiz edib konkret mövqe nümayiş etdirir, futbolumuzda baş verən hadisələrə özünəməxsus yanaşma tərzi ilə və qeyri adi lakin yerində bildirilən fikirlərlərlə azarkeşlərin belə demək mümkünsə ürəyindən xəbər verirdi. “Dostuma məktub” silsilə köşə yazılarında isə incə satirası ilə Hüseyn bəy hadisələrə baxış nöqtəsini dəyişsə də son nəticədə verilən qiymətin mahiyyətini dəyişmir, ədalətli mövqeyini qoruyurdu. Ölkənin futbol qurumlarının rəhbərlərindən tamamilə uzaqda duraraq haqlı tənqidlərini səngitməyirdi ki, bu da futbol baş bilənlərinin heç də xoşuna gəlmirdi və beləcə əks tərəfdən ona qarşı müxtəlif yollara əl atılırdı. Amma bütün cəhdlər boşuna idi, çünki Hüseyn bəy əqidəni hər şeydən uca tuturdu. O bir çox həmkarlarından fərqli olaraq futbol qurumlarının qonaqlıqlarından və xərcliklərindən imtina edirdi. Həmçinin “Xəzər Lənkəran” klubu ilə də münasibətləri rəsmiçilik çərçivəsindən kənara çıxmağa imkan vermirdi. Elinə obasına bağlılığı və cənub futbolunun tarixinin ortaya çıxarılması həvəsiylə Hüseyn Cəbrayıloğlu CRFF-nın prezidenti Sakin Məmmədzadə ilə birlikdə “Cənub bölgəsində futbolun inkişaf tarixi” adlı kitabı yazaraq dərc etdirmişdir. Uzun əziyyətlərdən sonra nəhayət ki, işıq üzü görən bu kitabda cənub futbolun tarixi bütün incəlikləri ilə göstərilmişdir. Qeyd edək ki, “Futbol +” qəzetindəki bir neçə illik fəaliyyətini sona verən Hüseyn Cəbrayıloğlu hazırda “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinə rəhbərlik edir. Yuxarıda da bildirdiyimiz kimi bu gün, noyabrın 27-də Hüseyn bəy 38-ci doğum gününü qeyd edir. Saytımızın ənənəsinə sadiq qalaraq biz də “Bosman” fanklubu və “Bosman.az” saytının idarəçiləri və sayt istifadəçiləri adından doğum günündə Hüseyn Cəbrayıloğlunu təbrik edir, ona can sağlığı və uğurlu ömür yolu arzulayırıq.

Huseyn Cebrayiloglu-Superkubokla

3 Şərh yazıya: Hüseyn Cəbrayıloğlu-38! Təbrik edirik!

  1. van persi

    tebrikler

     
  2. R.S.

    Təbrik edirik ,ad günüüz düşərli olsun .daha da irəli gedə bilsiniz.

     
  3. Qabil

    “Xəzər Lənkəran”lı Hüseyn Cəbrayıloğluna ən əziz nemət olan can sağlığı arsulayıram! Arzu edirəm Hüseyn həmişə sap-sağlam öz ailəsinin başında dursun!

     

Reply to Qabil


3 + = on