Buradasınız Əsas » Xarici Futbol » Dünya Çempionatı » Hollandiya millisinin 6 futbolçusu dopinqdən istifadə etdi, FİFA bu fakta göz yumdu
  • Bookmark and Share

Hollandiya millisinin 6 futbolçusu dopinqdən istifadə etdi, FİFA bu fakta göz yumdu 

Braziliya-2014_1

DÇ-2014-də dopinq qalmaqalı baş qaldırıb. Olimpiya.az xəbər verir ki, Hollandiyanın İspaniya üzərindəki 5:1 hesablı möhtəşəm qələbəsi ilə bağlı ortaya atılan iddia aləmi bir-birinə vurub.
ESPN-in iddiasına görə, qarşılaşmadan sonra Hollandiyanın 6 futbolçusundan alınan dopinq testlərinin pozitiv çıxdığı məlum olub və FİFA məsələyə nədənsə etinasız yanaşıb. FIFA-nın dopinq testləri üzrə cavabdeh həkimi Giorgio Bertoluççi məsələyə belə münasibət bildirib: “Əldə edilən testlərdən sonra Belçikadan 1, Hollandiyadan isə 6 futbolçunun testi pozitiv çıxdı. Bu oyunçularda fiziki vəziyyəti artıracaq dərmanlara rast gəlinib. Lakin sadəcə olaraq futbolçulara pul cəzaları verildi və onlar diqqət altına alındılar. Belçika və Hollandiyanın 2 həkimini komandalarından xaric etdirdik”.
Məsələylə bağlı İspaniya millisinin baş məşqçisi Visente del Boske də fikirlərini bildirib: “Bu iyrənc hekayə haqqında söylənəcək söz tapa bilmirəm. Steroidlərdən istifadə edən futbolçulara məğlub olmaq… Həyat həmişə ədalətli deyil, amma FIFA bu qərarından utanmalıdı. Bu vəziyyəti ört-basdır etmək üçün görəsən kimlər rüşvət verib”.

Mənbə: Olimpiya.az

2 Şərh yazıya: Hollandiya millisinin 6 futbolçusu dopinqdən istifadə etdi, FİFA bu fakta göz yumdu

  1. R.S

    Vay ,bunlar da belədir .Öözümüzünkülərdən cana gəlmişik . Deyirəm Futbolun başında Robot insanlar olsa daha yaxşıdı .Onlarda belə şeylər olmaz.Ramin Musayeviin əvəzinə Yaponyadan bir robot adam PFL-ə prezdent transfer edərdik .Canimiz qurtqrqrdı.
    *****
    Robotu gətirdilər, amma bu texnologiya da bizimkilərin insafsızlığına dözməyib iki turdan sonra proqramı qarışdı və xarab oldu.

     
    • Zəfər Lerikli

      Ay qardaşlar!. Ən yaxşisi R.Musayevdir.Elə ört-basdir edərdi ki səsi heç bir mil getməzdi.Yoxsa butun dunya agah oldu.Bu futbola az-çox maraği olanlarinda kefinə soğan doğradi.Bu kimə lazim idi ki…Yenə özumuzunkulər!

       

Şərh əlavə et


doqquz − 7 =