Buradasınız Əsas » Aktual » Güzəşt olmayacaq!
  • Bookmark and Share

Güzəşt olmayacaq! 

Adalet olcusu

Yadınızdadırsa bir müddət əvvəl, birinci dövrə bitərkən, yəni 9 turun nəticələrindən sonra, birinci dövrənin yekunlarına dair “Birinci dövrə yekunlaşarkən”, araşdırma xarakterli yazı ilə çıxış etmişdik. Həmin yazıda son turlar komandanın özünə gəlməsi nəticəsində göstərdiyi oyun stabilliyinə qədəm qoyması sayəsində, əldə etdiyi nəticələr, sonadək mübarizə əzmi və sair müsbət dəyişikliklərə qədəm qoyması, həm də o vaxtdakı turnir cədvəlində xal fərqlərinin az olması, yəni cədvəlin sürüşkən olması nəticəsində, uğurlu çıxışını davam etdirərsə, tez bir zamanda yüksək yerlərə yaxınlaşmanın mümkünlüyündən yazmışdıq.

O zaman birinci dövrədən, yəni 9 turdan sonra vəziyyət belə idii:

N  Klublar                 O  Q  H  M   T-F    X

1  Qarabağ                 9   5   3   1   14-4   18

2  Neftçi                     9   5   3   1   12-6   18

3  Qəbələ                    9   5   1   3   14-9   16

4  AZAL                     9   4   2   3   9-11   14

5  Bakı                        9   4   1   4  16-10  13

6  Simurq                    9   3   4   2    8-7    13

7  İnter                        9   3   1   5   16-15  10

8  Xəzər Lənkəran      9   2   4   3   7-9     10

9  Rəvan                      9   1   3   5   4-19    6

10  Sumqayıt               9   1   2   6   5-15    5

Göründüyü kimi “Xəzər Lənkəran” 9 turdan sonra da  8-ci pillədə qərar tutub. Lakin lap yuxarı pillələrlə xal fərqi cəmi 8-dir.

İkinci dövrə başladı və cəmi 4 tur oynanılıb. Amma gözləntilərimizin əksinə olaraq bu 4 turda komandamız xal hesabına 4-ünü yazdıra bilibsə, rəqiblərdən bəziləri bu ərəfədə hesablarındakı xallarının üstünə daha 10-unu əlavə ediblər.

turnir cedveli

 

Belədə xal ehtiyatı toplamada əks nəticə olsaydı indi komandamız 3-4-cü yerləri bölüşdürə bilərdi. Nə yazıq ki, bu belə deyil. Düzdür bu müddətdə heç bir komandanın azarkeşlərinə bəxş edə bilmədiyi uğuru “Xəzər Lənkəran” öz azarkeşlərinə yaşadıb ki, bu da ölkə Superkubokudur ki, özü də əzəli rəqiblə matçda. Lakin biz tələbkar azarkeşlərin istəyi bununla bitən deyil, əlbəttəki. Bizə daim yetərincə mübarizə gücü olan möhkəm və stabil bir “Xəzər Lənkəran” lazımdır. İndiki baş məşqçimizə zəifdir deyə bilmərik. Lakin o qədər tanınmış məşqçilər var ki, heç də işi hər yerdə uğurlu alınmır. Bununçün Toşaka daha bir imkan olan, qış transfer dönəmini güzəştə getmək lazımdır. Bu həm də klub rəhbərliyinə güzəşt hesab olunmalıdır. Qış transfer dövründə komanda lazımi futbolçuları heyətinə qata bilməsə rəhbərliyə, yox əgər lazımi transferlər olacağı təqdirdə komanda stabil oyun sərgiləməsə Toşaka güzəşt yoxdur! İtiriləsi bir şeyimiz qalmayıb daha!

18 Şərh yazıya: Güzəşt olmayacaq!

  1. Zefer Lerikli

    Men hemişe bu fikirlerle cixiş etmişem.Toşaka ise iradim olub.Oda ondan ibaretdir ki, bir defe cixsin ve desin ki, klub menim dediyimi elemir.Duzdur,aqilli meşqci bunu etmez amma yaritmaz işler bezi azarkeşleri caş-baş salib.Qişda her şey biliner ve guzeşt olmayacaq.İndiki halda klub gunahkardir.
    *****
    Rəyinizlə razılaşmamaq olmur.

     
  2. Qabil

    Salam, Mirhafiz müəllim! Hər dəfə “Xəzər Lənkəran”ın heyyəti barədə söhbət düşəndə məndən asılı olmayan səbəbdən yadıma həmişə 5-6 il öncəki heyyət düşür. Kimlər vardı bu heyyətdə. Zaur Ramazanov, Emin Quliyev, Kamran Ağayev, Mahmud Qurbanov, Alim Qurbanov, Rəşad Abdullayev, Ceyhun Sultanov hər biri də Milli komandanın üzvü. İstənilən vaxt bu oyunçular oyunda dönüş yaratmaq gücündəydilər. Bugün isə komandamızda yerli oyunçu qıtlığı hökm sürməkdədir. Komandamıza güclü heyyət qurmaqdan ötrü birinci növbədə heç olmasa 3-4 səviyyəli yerli oyunçu gərəkdir. Limitə görə məcburi oynayan 4-yerli oyunçuya qarşı rəqabət yoxdursa onlarda artım olmayacaq. Legioner futbolçulara gəldikdə isə problemi tez həll etmək olar. Bu qış transferində 2-3 səviyyəli oyunçu almaq kifayət edər. Onu da deyim ki, komanda yenidən yarandığı gündən heç vaxt indiki qədər yerli oyunçu qıtlığı keçirməyib.
    *****
    Göstərdiyiniz heyət həqiqətən də komandanın yaddaqalan heyəti olub. Onu da nəzərə almaq lazımdır ki, rəqiblər də yetərincə güclənib.

     
  3. R.S.

    Toşak heç vaxt günahı özündə görmür .yerli kulublardan ligeoner almaq lazım deyi ,Bir vaxtlar Tuyqun deyirdi ki ,biz heç vaxt öz komandalarımızdan igeoner transfer etməyəcəyik .Amma indi əksini görürük .Xəzər artıq ilk 3 yerdən gözünü çəkməlidir . artıq bu qeyri mümkündür .İNdi ancaq 1divizyona düşməmək üçün mübarizə aparmalıdır .

     
  4. R.S.

    Mirhfiz bəy İnşallah ki deəsən yavaş-yavaş işlər qaydasına düşür ,12-ci oyunçuda tanış imzaya rast gəldim ,movzu şərh yazmağa məcbur etdi ,Bu yaxşılığa bir işarədir ,İnşallah siz də yazılar vermisiniz ,Qoy pis günlərimizn ömrü az olsun .Allah sizlərə öz şəfasını əskik etməsin.
    *****
    Çox sağ olun, minnətdaram. İnşallah qaydasına düşürük tədricən. Təbii ki, azarkeşlərimiz də duaların əskik etmirlər. Allah hamımızı hifz eləsin!

     
  5. Rakif

    Bu yazının şərhə ehtiyacı yoxdur.Tam mətni dəstəkləyirəm.

     
  6. R.S.

    Mirhafiz bəy şükür ki iş babaşındasınız .7 sual doğurdanmı Toşaka veriləcək .və ya verilsə belə bunun nə əhəmiyyəti olacaq .? Sualları kim hazırlayıb möhtərəm Təşak cənablarına catdıracaq ,Ən böyük sual isə Nildo və Benauhun nəyinə və aşiq olub ,transfer edib və xahiş edirik ki .yerli bazardan mal almasın.
    *****
    Hələ bu barədə dəqiq məlumata malik deyiləm. Səbəbini siz də bilirsiniz. Amma Vaqif Rəşidovun bir azarkeş şərhinə cavabından bilirəm ki, bugülərdə cavab olmalıdır. Qaldı ki, transfer bazarına, bu barədə əvvəllər də bizim yazımız, yəni münasibətimiz olub. Nə yazıq ki, komandada klub siyasəti deyilən bir şey qalmayıb. Əslində bir klub olmaq üçün strategiya və ya dəyişməz xətti olan möhkəm bir camiə lazımdır ki, bunun olmaması səbəbindən bu gün “Xəzər Lənkəran” özünə gələ bilmir. Klubun bəlli bir strategiyası olmasa, o klubun qüruru ola bilməz. Təəssüf ki, dediyim qürur məsələsi heç bir Azərbaycan klubunda rast gəlinmir.

     
  7. van persi

    el yazdi twk

     
  8. Qabil

    Salam, Mirhafiz müəllim! Sizi iş başında görmək sevindiricidir, həmişə əliniz işdə olsun İNŞALLAH! “Güzəşt olmayacaq”da hər şey yerli-yerində, qısa və konkret fikirlə yığcam yazılıb. Turnir cədvəlindən də açıq-aydın görünür ki, birinci dövrənin əvvəlindən “Xəzər Lənkəran” hansı templə gedirdisə elə o templə də gedir. Yaxşılığa doğru heç bir irəliləyiş görünmür və əgər mister Toşak da etiraf edir ki, çıxılmaz vəziyyətdədir, deməli durum son dərəcə kritikdir. Bir sözlə “Xəzər Lənkəran” qalıb ALLAHIN ümidinə, nə Rəhbərlik nə də Toşak komandanı bu vəziyyətdən çıxarmaqda acizdir. Belə getsə birinci dövrənin yekununda ən yaxşı halda 7-ci yerlə kifayətlənməli olacağıq. ALLAH DADIMIZA ÇATSIN!
    *****
    Hər halda məsələni diqqətdə saxlayacağıq. Sizin kimi azarkeşlərin də fəal dəstəyinə ehtiyac olacaq! Yəqin əsirgəməzsiz.

     
  9. Zefer Lerikli

    Mirhafiz muellim !.Allahin salami var size!-Duşunurem ki ,Vaqif qardaşimiz cetin durumda qalib.V”ede verilen vaxt tamam olsada suallarin tertibati ve verilmesi barede melumat yubanir.Vaqif bey cox calişsada ,12cioyuncunun nefesinden bilirem ki ,nese alinmir.Belke siz Vaqif beye muraciet edesiniz ve lutfen olanlari bize paylaşmaqda kömek edesiniz.Her halda sayti idare etmek asan iş deyil.Bir evi idare etmekdede cetinlikler cixir,o ki ,qala muxtelif xasiyyete malik insanlarla dil tapib ,unsiyyet qurmaqa…..Her halda men muraciet etmişem ve xahiş etmişem ki ,heqiqet gizledilmesin.Islam muellimin xatirine ,-Vaqif qardaşimiza heqiqetin azarkeşlerden gizletmeyinizi demeyinizi sizdende xahiş edirem!-Bu barede sizede sual oluna biler.Ona gore ki ….yeqin her şey aydindir.
    *****
    Zəfər bəy sizi Allahın adıyla salamlayıram! Düz buyurursunuz ki, saytı idarə etməyin öz çətinlikləri var. Amma Vaqif bəy, yapışdığı işi boş buraxan deyil. İşdə inadkar biridir. Güman edirəm ki, o öz öhtəsinə düşəni edib. Yubanma ondan sonrakı mərhələdə ola bilər ki, artıq bu laqeydliyə bələdik. Ya da cənab Toşak hələ bu iş üçün saat xoşlaya bilmir. Biz məsuliyyətimizi dərk edirik. Təbii ki, bu işi aparan Vaqif Rəşidov daha dərindən. Onu da deyim ki, Vaqif bəyin əlindən qurtarmaq çətin məsələdir, lap Toşak olsa belə.

     
    • Zefer Lerikli

      Baxir yene Tuyqunun kefine!-Meni qinamayin,Baki ile oyundan sonraya qalib cavab.Buda peşekarliq!.Vaqif beyi qinamiram amma borcudur ki ,saytda yazmalidir ki,bu 7 sual meselesi hardan cixdi?!-İslam bey kimi taninan adam kamandadan melumati yaxin menbelerden alirdi.Niye bele qucaq acildi ve tikanli oldu!?-Bakida uduzsaq kim 7 suala 7 cavab verer?.Demeli,Vaqif bey!-Sizde ehtiyatli olun,ona göre yox ki,PalSud reklami saytda yoxdur.Sportal .az sayti 24 sutka baqlanmişdi-yeqin Turkiyede xerclenen pullardan yazmişdi.Her halda reklam daşiyicisi idi a…

       
      • Zefer Lerikli

        Mənə klubdab bü günə söz vermişdirlər,bu gün dedilər ki qalsın “Bakı”yla oyundan sonraya.
        Bu ideyanı klubda “gülərüz” qarşılasalarda,belə hərəkəti mən 99% gözləyirdim.Yənə gözləyirəm…
        Amma hələlik onu deyə bilərəm ki TOŞAKI QINAMAĞA DƏYMƏZ!
        (Bu mühüt bundana da böyük “monstrları” yetişdirəcək.Dərinə getmək istəmirəm.Bu mənim subyektiv fikrimdi)—–Vaqif Reşidov

         
  10. Zefer Lerikli

    12cioyuncunui belkede men cetin duruma salmişam,amma Vaqif beyin ezmkarliqina ve Islam muellimin xeste yatdiği dövrde hemişe bir esger kimi saytiin qulluğunda şerefle durduğunu gğrmuşem.Halaldi,Vaqif qardaşimiza!-Onun ezmkarliğini unutmaq olmaz.! Qelblerde o yerini etdi-deye bilerik!.Kim nece anlasada…men bu muddet erzinde cox raziyam.
    *****
    Vaqif bəyi, biz yenidən kəşf etdik. Elə sizi, Qabil bəyi və bir sıra azarkeşlərimizi də bu sıraya yazmaq lazımdır!

     
  11. Qabil

    Əlbəttə “Xəzər Lənkəran” naminə hər hansı bir dəstəyin verilməsində iştiraka hazıram və buna hətta sevinərəm.
    *****
    Sizə inanırıq!

     
    • Zefer Lerikli

      Qabil qardaşim!-Men Bakida Xezerin qaldiqi otellerin qabaqina gedib ve her an kamandadan xeber toplamaqa calişiram.Baxmayaraq ki ,hec işim buna icaze vermir.Men tanidiqim adami Modern oteline gondermişdim amma yalniz otelin fotosunu telefonuna ceke bilmişdi.Bu ezmkarliqi Lenkeranda görsetmek cetin deyil.Vaqif qardaşimiza destek olun,lutfen!

       
  12. Zefer Lerikli

    Bizim bu kamandaya sevgimiz coxdur.Biz evvelce BÖYUK AZERBAYCANİ sonra Xezer lenkerani sevdik.Canimiz bu torpağa feda amma ne olur,idmani maddi maraqa vermeyin!-Bir canimiz var,oda Haqqin yolunda!-buna inanin,Affa,Pfl ve …..

     
  13. Qabil

    ZƏFƏR qardaşım, mən də “Gilan” inşaatin Cənub bölgəsindəki tikinti sahələrində çalışıram. Vaxt tapan kimi məşqləri (hərgün də olmasa iki üç gündən bir) izləyirəm. Vaqif bəyə hər hansi dəstək lazımdırsa mən həmişə hazıram, təki müraciət olunsun.

     
  14. R.S.

    Bu iki azarkeşimizin və Mirhafiz bəyin cavabların oxuyanda, hələ hər şeyin sona çatmadığına inam artır. Mən artıq Xəzərdən əlimi üzmüşəm. Hansı tərəfə fikirləşirsən ki, nəsə ola bilər, amma alınmir.
    *****
    Özləri hər şeyi yaxşı bilirlər. Təkcə bir şeyə düzgün yanaşmırlar ki, buna da M. Ə. Sabir sual ilə cavab verib, hələ o vaxtlar ki, bunu da biz tapıb, ortaya çıxarıb, təqdim etmişik. “Ümid sonda ölür”-deyiblər!

     
  15. R.S.

    Mən Toşaka heç sual vermirəm .Sualı ancaq İsalam Cabbarlı və Mirhafiz Babayevə verərəm .çünki Toşak və onun ətrafında olan insanlar elə cavab verər ki .özümü günahkar sayaram bu durumda . Sualı Aqillərə verərlər .

     

Şərh əlavə et


üç − 2 =