Buradasınız Əsas » Rəylər » Görəsən Mirça Luçesku bizim idman mətbuatı haqqında nə deyərdi?
  • Bookmark and Share

Görəsən Mirça Luçesku bizim idman mətbuatı haqqında nə deyərdi? 

Lucesku

“Qalatasaray”ın sükanı arxasına keçəcəyi iddia edilən Mirça Luçesku qəti sözünü deyib. Məlumatlara görə, rumıniyalı mütəxəssis Ukraynanı tərk etməyəcəyini bildirib.

Rusiya mətbuatına müsahibə verən Luçesku “Qalatasaray”a keçəcəyi ilə bağlı yazılanları qəti təkzib edib: “Sizə Türkiyə və Rumıniya mətbuatını oxumamağı tövsiyə edirəm. Mən “Şaxtyor”u tərk etməyi qəti şəkildə düşünmürəm. Ayrılmaq qərarını ancaq bir halda qəbul edə bilərəm – Ukrayna liqası və “Şaxtyor” klubuna təhlükə olduğu halda. Bu zaman professional məşqçi kimi karyeramı davam etdirmək üçün rasional qərar qəbul etməliyəm”.

Mənbə: Apasport.az

Şərh yazıya: Görəsən Mirça Luçesku bizim idman mətbuatı haqqında nə deyərdi?

  1. Zəfər Lerili

    Bizim idman mətbuatımız bərbad günlərini yaşamaqla keçmişin miras qaldığı ən gözəl obyektivliyinə kölgə salmaqdadır.Xəbər yeniləmə xətrinə əsasl olmayan dezinformasiya şəraitində bizim idman mediamız tənəzzül dövrünü yaşayır və profesional jürnalistlərə ehtiyacını yaşamaqdadır.TƏƏSSÜFlər olsun ki,indi qeyri-peşəkarların savadsız yazıları gundəmi işıqlandırmaqdadır.Bu kimi hallar faciə yaşadacaq.Artıq hörmət deyilən məhfum idman jurnalistləri arasıda itib və həya-abır aradan qalxmaqdadır.Həya edənlərsə qırağa çəkilməklə abırını gözləməkdədir.Amma nə vaxtadək?.
    *****
    Düzgün qeyd etmisiniz.

     

Şərh əlavə et


səkkiz + 9 =