Gecikmiş yazı və ya müzakirələrin başlama vaxtı

“Xəzər Lənkəran” Avropa liqası 2010 mövsümünü yenə uğursuz başa vurdu. Bu yazı cavab oyunundan bir neçə gün sonra yazılmasına baxmayaraq əslində həmin günün təəssüratlarını özündə əks etdirir. Cavab qarşılaşmasından dörd gün əvvəl yəni iyul ayının 4-də, mən və “Bosman” fanklubunun bir neçə üzvü Lənkərana getmişdik. Bir neçə gün əvvəldən getməyimizin isə məqsədi var idi.
Çünki oyun ərəfəsində matçı stadiondan izləmək baxımından fikir ayrılıqları var idi. Oyunu stadiondan izləməmək üçün bəziləri təbliğat aparırdı. Bizim isə məqsədimiz azarkeşlərin stadiona gələrək oyunu canlı izləməyə və bu tarixi gündə komandamıza dəstək olmağa hesablanmışdı. Bunun üçün oyunöncəsi hər gün komandanın məşqlərini izləyir, məşqdən fotolar çəkib uyğun yazılarla saytımızda çıxış edirdik ki, artıq bunlarla tanışsınız. Eyni zamanda məşqləri izləyənlərlə söhbətlərimiz olurdu və şəhərin müxtəlif yerlərində onlarla birlikdə bu tarixi oyunun təbliğatını aparırdıq. Təbliğatda məqsəd isə son uğursuz mövsümdən sonra azarkeşlərin incikliyini aradan qaldırıb, zəif düşmüş komandamıza həmin oyunda güclü dəstək hesabına qələbə qazanmaqda kömək etmək idi. Soğolsun ki, azarkeşlər əvvəlki aktivlikdə olmasa da komandanı dəstəkləməyə gəlmişdilər. Məğlub olmasaq da, əfsus ki, mərhələni keçə bilmədik.
Buna bir çox səbəblər vardı. A. Mircavadovun ikinci gəlişindən sonra ona demək olar ki, daimi təzyiqlər vardı, daha sonra UEFA-dakı ilk rəqibimiz olan Atakinin “Nistru” klubu ilə oyunöncəsi bu Moldova klublarının mətbuat tərəfindən çox kasıb və zəif kənd komandalarına bənzədilməklə, rəqibə düzgün qiymət verə bilməməyimizə gətirib çıxaran səbəblər və s.
Sonra bu il hazırlıq dönəmində yetərincə transfer məsələlərinə fikir verilməməsi, bunun nəticəsi olaraq A. Mircavadovun “transfer məsələləri ilə bağlı sualları rəhbərliyə verin” deməsinin altında nələrin gizləndiyi də çoxlarımız eşitmişik.
Nə isə ölkə çempionatının uğursuz bir formada qapanması, ölkə kubokunun uğursuz şəkildə əldən getməsi, ardınca uğursuz bir Avroliqa oyunları… və məşqçi istefası… və hələlik qeyri-müəyyən bir dövrün davam etməsi…
Növbəti yazımızda izlənəcək bəzi məqamlar olacaq.
Mirhafiz M. Babayev
 
Arxiv: Bosman.at.ua