Buradasınız Əsas » Təqvim » Ölkə kuboku » Gərgin, çox gərgin 1:0
  • Bookmark and Share

Gərgin, çox gərgin 1:0 

agaselim2.gif

Yazının bir az gecikməsi oyunun yaratdığı gərginlikdən çıxa bilməməyimizə görə idi.

Bu gün 17 mart 2010-cu il saat 18:00da ölkə kubokunun ¼ final mərhələsinin cavab oyunu Lənkəranda “Xəzər Lənkəran” –la “Qarabağ” arasında keçiriləcəkdi. Əvvəlcədən də gərgin gözlənilən bu oyunun Quzanlıda keçirilən ilk qarşılaşması 2:1 meydan sahiblərinin xeyrinə bitmişdi.

Oyun “Qarabağ”ın hücumları ilə başladı. Bu bir qədər gözlənilməz taktika olsa da “Qarabağ” hücumlarını davam etdirirdi. Elə onların bu səhvindən yararlanan komandamız nəhayət təşəbbüsü ələ alıb hücumlara başladı ki, bunlardan biri Emekanın baş zərbəsindən sonra qapı dirəyindən döndü. Hücumlarımız davam etdikcə qolun yetişdiyi görünürdü. Nəhayət 16-cı dəqiqədə Kabralın dahiyanə künc zərbəsi birbaşa F.Vəliyevin qapısından keçdi. Hesab 1:0 komandamızın xeyrinə olunca, bu ümumiyyətlə ümumi qələbəni təmin edirdi.

Bundan sonra həqiqətən də xeyli zamandır ki, ölkə futbolunda görünməyən gərgin bir mübarizənin şahidi olduq. Bu gərginliyə “Qarabağ”in futbolçuları dözməyərək bir neçə sarı və sonra 2 qırmızı vərəqə alınca vəziyyət daha da gərginləşdi.

Burada komandamızın oyununun ümumi gərgin matçda çox da gözəl alınmamasını qeyd etməliyik. Bu da təbiidir. Lakin ayrı-ayrılıqda demək olar bütün futbolçularımız gözə dəyirdi. Xüsusilə E.Opara Drogbasayağı oyunu ilə diqqət çəkirdi. Kamran, Kabral, Devran, Pexa, Çvetkov, Lalin, Todorov və digər futbolçularımız yadda qaldılar.

Heyətinin 2/3-si milli komandamızda təmsil olunan “Qarabağ” “Xəzər Lənkəran” səddini keçə bilmədi. Milli komandada məşhur alman mütəxəssis B.Foqtsun oyun üslubunu mənimsəyən, gənc Q.Qurbanovun da komandası olan “Qarabağ”, Azərbaycanın ən təcrübəli mütəxəssislərindən olan baş məşqçimiz A.Mircavadovun “Xəzər Lənkəran”nına məğlub oldu.

Beləliklə ½ finala yüksələn tərəf biz olduq. Sonrakı mərhələdə və finalda “Xəzər Lənkəran”a müvəffəqiyyət arzulayır, həmçinin çempionatın da qalibi olmasını diləyirik

P.S. gün ərzində, bu günkü qələbəmizdə rolu az olmayan K.Ağayevin oynayıb oynamayacağı ilə bağlı fanklubumuzun dəqiqləşdirdiyi xəbərlərə görə də sevinməyə bilmərik. Bundan əvvəlki yazımızda bu barədə məlumat ala bilərsiniz.

 

Arxiv: Bosman.at.ua

 

Şərh əlavə et


2 + altı =