Buradasınız Əsas » Muzey » Futbolun tarixini və qaydalarını bilirikmi? İlk matç oynanılan “Parkers Piece” meydançası
  • Bookmark and Share

Futbolun tarixini və qaydalarını bilirikmi? İlk matç oynanılan “Parkers Piece” meydançası 

parkers piece cricket3

Bütün dünyanı özündə birləşdirən və dostluq sayılan idmanın ən kütləviləşmiş növü futboldur. Əbəs yerə bu oyunu “İdmanın Şahı” adlandırmırlar. Bu oyun o qədər sevilir və həyəcana səbəb olur ki, artıq insanların gündəlik ruhi qidalarından birinə çevrilib. Hamımız bu oyun haqda müəyyən təfəkkürə sahib olsaq da hələ bəzi təməl qaydalarını tam bilmirik.

Belə ki, eramızdan əvvəl 2000-3000-ci illərdə Çində oynanılan və bu günki futbola çox bənzəyən Cuju oyunu, futbolun atası olaraq qəbul edilir.

Avropada ilk olaraq, İngiltərənin qədim Kembric universitetində müasir futbolun qaydaları hazırlanmış və reqlament olaraq qəbul edilmişdir. Müasir qaydaların eyni olan bu reqlamentlə ilk futbol oyunu da məhz Kembric universitetinin ərazisi olan “Parkers Piece” parkında 1848-ci ildə oynanılmışdır.

Aerial Photographs by Webb Aviation Aerial Photographyparkers piece_2parkers piece cricket3

Sonradan isə 1863-cü ildə təsis olunmuş İngiltərə Futbol Federasiyası tərəfindən sistemləşdirilərək, bu günə bəzi dəyişikliklər olunmaqla gəlib çıxmışdır. 1863-cü ildə Ebenezer Kobb Morli tərəfindən yazılmış “Oyun Qaydaları” əlyazması, hazırda Mançester şəhərində “Milli Futbol Muzeyi”ndə saxlanılır.

1863 de qebul olun_futbol qayda_elyazmasi

Beynəlxalq futbol təşkilatı və dünyanın rəsmi futbol idarəsi olan FİFA tərəfindən getdikcə qismən dəyişikliklərə uğramış bu reqlament Futbolda Oyun Qaydaları kimi əksini tapır və bütün dünya futbolunda oyunlar bu qaydalarla keçirilir. Bu qaydalar isə futbol oyununu oynamaq üçün zəruri olub, “17 ana qayda” şəklində qəbul olunub və tətbiq edilir.

“Futbolun 17 ana qaydası” aşağıdakılardır.

1-ci Qayda: Oyun Meydanı

2-ci Qayda: Top

3-cü Qayda: Oyunçuların sayı

4-cü Qayda: Oyunçuların geyim və vasitələri

5-ci Qayda: Hakim

6-cı Qayda: Yardımçı Hakimlər

7-ci Qayda: Matçın oynanma vaxtı

8-ci Qayda: Oyunun başlaması və təkrar başlaması

9-cu Qayda: Topun oyunda və oyundan xaric olması

10-cu Qayda: Qol qeydə alma əsasları

11-ci Qayda: Ofsayt- Oyundankənar vəziyyət

12-ci Qayda: Qayda pozuntuları və yolverilməz hərəkətlər

13-cü Qayda: Sərbəst vuruşlar (Birbaşa və birbaşa olmayan)

14-cü Qayda: Penalti vuruşu

15-ci Qayda: Topu yan xəttən daxiletmə

16-cı: Qapıdan zərbə

17-ci Qayda: Korner-Künc zərbəsi

Bu qaydalar haqqında ümumi anlayışdır. Hər bir qayda ilə sizi növbəti yazılarımızda tanış edəcəyik. Futbolu seviriksə, bəzən mübahisə ediriksə, onda bunları bilməyimiz vacibdir. Bizi izləməkdə davam etsəniz, bütün bunlara aydınlıq gətirəcəyik. Sizin suallarınız da maraqlı olub, bəzi nüansların aydınlaşdırılmasında bizə kömək edə bilər.

Şərh yazıya: Futbolun tarixini və qaydalarını bilirikmi? İlk matç oynanılan “Parkers Piece” meydançası

  1. Zəfər Lerikli

    Muəllim salam! Sizin yazdiğiniz axi duz deyil.(Alma almaya bənzər(film)).Bizdə belə deyil axi?.

    Axi belədir!

    1-ci Qayda: Oyun Meydanı—–Pfl bilər.

    2-ci Qayda: Top—-rəngini özum muəyyən edərəm.

    3-cü Qayda: Oyunçuların sayı—vəziyyətə baxir.(tapşiriğa görə)

    4-cü Qayda: Oyunçuların geyim və vasitələri—–Hər tərəf ağ-qara olsa yaşayaram.

    5-ci Qayda: Hakim—–Xəqani Məmmədov

    6-cı Qayda: Yardımçı Hakimlər—Mən bilərəm.

    7-ci Qayda: Matçın oynanma vaxtı—-özum vəziyyətə baxaram.

    8-ci Qayda: Oyunun başlaması və təkrar başlaması—göz-gözu görməsədə olar.
    (ƏGƏR SƏRF EDİRSƏ)
    9-cu Qayda: Topun oyunda və oyundan xaric olması–Görmək məndəndir.

    10-cu Qayda: Qol qeydə alma əsasları–İstədiyimi edərəm.

    11-ci Qayda: Ofsayt- Oyundankənar vəziyyət—baxir vəziyyətə

    12-ci Qayda: Qayda pozuntuları və yolverilməz hərəkətlər–ağ-qaraya göz yummaram

    13-cü Qayda: Sərbəst vuruşlar (Birbaşa və birbaşa olmayan)-Birtətəfli olar

    14-cü Qayda: Penalti vuruşu—Hər oyunda tapşiriqnan olar.

    15-ci Qayda: Topu yan xəttən daxiletmə—-bekar qalmisiniz e.

    16-cı: Qapıdan zərbə—kimə lazimdir ki…

    17-ci Qayda: Korner-Künc zərbəsi—Bunun ləzəti başqadir.(Penalti uçun)

    Muəllim!–Vallah siz demirsiniz e……..
    *****
    Zəfər bəy, təəssüf ki, sizin qeyd etdiyiniz qaydalarda dəyişiklik formasına bizim futbolda rast gəlinir.

     

Şərh əlavə et


beş − = 0