Futbol üzrə 19-cu Dünya Çempionatının qrupları , Cənubi Afrika Respublikası 2010 (VİDEO və Sxematik)

Avropada və dünyada bir çox ölkələrin, həmçinin Azərbaycanda daxili çempionatların bitməsindən sonra, hələ Avrokuboka vəsiqəni bir müddət əvvəl əldə etmiş olan doğma komandamız “Xəzər Lənkəran”ın Avroliqadakı rəqibləri hələ ki, müəyyənləşmədiyindən, yaranmış vaxtdan istifadə edib, bu il Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə 19-cu Dünya Çempionatı və ümumiyyətlə Futbol üzrə Dünya Çempionatları tarixindən maraqlı məqamlarla sizləri tanış edəcəyimizi bildirmək istəyirik.
Bu il sayca 19-cu olan və ilk dəfə Afrika qitəsində keçiriləcək Futbol üzrə Dünya Çempionatında 8 qrupda olmaqla 32 milli komanda mübarizə aparacaq. Bunlardan 13 milli komanda Avropanı, 8 milli komanda ümumiyyətlə şimali və cənubi olmaqla Amerika qitəsini, 6 milli komanda Afrika qitəsini, 3milli komanda Asiya qitəsini, 1 milli komanda Avstraliya qitəsinı, 1 milli komanda isə Okeaniya ölkələrini təmsil edəcək. Artıq, püşkatmadan sonra komandaların qruplar üzrə tərkibləri də müəyyən olunub. 8 qrupda yarışan komandalar, öz qruplarında I və II yerləri tutandan sonra yarışların növbəti mərhələsinə vəsiqə qazanaraq dünya birincisi olmaq uğrunda mübarizəni davam etdirdilər. Qruplar aşağıdakı tərkibdə idi ki, bunu da püşk vasitəsi ilə müəyyən etmişdilər. Ev sahibi və son dünya çempionuna birbaşa vəsiqə verilmişdi. Qrupların tərkibi aşağıdakı kimi idi:
A qrupu:                B qrupu:                                                
1.CAR                   1.Argentina
2.Meksika             2.Nigeriya
3.Uruqvay             3.C.Koreya
4.Fransa                4.Yunanıstan
 
C qrupu:                 D qrupu:
1.İngiltərə               1.Almaniya
2.ABŞ                     2.Avstraliya
3.Əlcəzair               3.Serbiya
4.Sloveniya             4.Qana
 
E qrupu:                F qrupu:                           
1.Hollandiya           1.İtaliya
2.Danimarka          2.Paraqvay
3.Yaponiya             3.Y.Zelandiya
4.Kamerun             4.Slovakiya
 
G qrupu:                 H qrupu:                                                                                                                                                                                                                                          
1.Braziliya             1.İspaniya
2.KXDR                 2.Honduras
3.Kot-divuar           3.İsveçrə
4.Portuqaliya          4.Çili
Son illərin fantastik oyun sərgiləyən komandası olan İspaniya yığması heç kimə şans tanımadan Çempionluğu bayram etdi.
****************************
Daha sxematik olaraq izlə
****************************
Video izlə:

Arxiv: Bosman.at.ua
 

1 thought on “Futbol üzrə 19-cu Dünya Çempionatının qrupları , Cənubi Afrika Respublikası 2010 (VİDEO və Sxematik)”

Comments are closed.