Buradasınız Əsas » Xarici Futbol » Avropa Çempionatı » Fransa-2016; Finalın adı, Portuqaliya-Fransa və Portuqaliya Çempion!
  • Bookmark and Share

Fransa-2016; Finalın adı, Portuqaliya-Fransa və Portuqaliya Çempion! 

Fransa-2016

Bu gün futbolsevərlərin daha bir futbol bayramı başlayır. Fransa-2016 sayca 15-ci Avropa çempionatıdır. 2016-cı il Avropa Futbol Çempionatı əvvəlkilərdən fərqli olaraq ümumi sayı 16 deyil, 24 milli komanda arasında keçiriləcək. Bu qitənin 53 futbol federasiyasının qərarı ilə yeni formatda keçirilir.

Fransa-2016 dediyimiz kimi tarixdə ilk dəfə olaraq 24 komanda arasında keçiriləcək ki, bu da final mərhələsi olaraq, hər qrupda 4 komanda olmaq şərti ilə 6 qrupdan ibarətdir. Hər qrupda ilk iki yeri tutan komanda və ən yaxşı nəticə göstərmiş üçüncü yerin sahibləri arasından 4 komanda mübarizənin sonrakı mərhələsinə vəsiqə qazanacaqlar. Nəticədə 16 komanda, sonrakı mərhələdə bir-biri ilə görüşəcək və bu cütlüklərdən qalib ayrılan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

15-ci Avropa çempionatı bütövlükdə Fransada keçiriləcək. Bu futbol bayramını Fransanın 10 şəhəri və bu şəhərlərdəki stadionlar qəbul edəcək. Belə ki, Sen-Deni şəhəri, “Stad de Frans” tutumu-81.338 nəfər; Marsel şəhəri “Velodrom” stadionu, tutumu-67.000 nəfər; Lion şəhəri “Lyumer” stadionu, tutumu-61.556 nəfər; Paris şəhəri “Park de Prens” stadionu, tutumu-50.186 nəfər; Vilnev-d`Ask şəhəri “Pyer Mopua” stadionu, tutumu 50.186 nəfər; Lans şəhəri “Bollar-Delelis” stadionu, tutumu-45.000 nəfər; Bordo şəhəri “Matmyu Atlantik” stadionu, tutumu-42.566 nəfər; Sent-Etyen şəhəri “Joffrua Qişar” stadionu, tutumu-42.000 nəfər; Tuluza şəhərinin eyni adlı “Tuluza” stadionu, tutumu-40.000 nəfər və nəhayət Nitssa şəhəri “Alyans Rivera” stadionu”, tutumu-35.624 nəfər.

Fikrimiz var ki, qrup mərhələsini bütünlüklə bu səhifədə tamamlayaq. Hər oyun vaxtı canlı olaraq hesablar və qruplardakı vəziyyətləri burada təsbit edək. Yazının başlığını daim yeniləməklə diqqəti cəlb etməyə çalışacağıq.

Oyunların müzakirəsinə şərh bölməsində qoşula bilərsiniz.

 

Qrup mərhələsi I tur

10. 06. 16  Bu gün açılış matçında həm ev sahibliyi faktorunun üstünlüyü və həm də oyuna daha yaxşı hazırlaşmaq, Fransanı açılış matçının qalibi etdi. Turnirin ilk sarı vərəqəsi oyunun 32-ci dəqiqəsində qeydə alındı ki, bu da rumıniyalı Vlad Çirçesə göstərildi və turnirin ilk qolu isə 57-ci dəqiqədə fransız Oliver Giroud tərəfindən vuruldu. Bundan başqa elə açılış matçında da turnirin ilk penaltisi də tə`yin olundu ki, bunu da rumıniyalı Boqdan Stanku 65-ci dəqiqədə qola çevirə bildi. 89-cu dəqiqədə Dmitri Payet Fransa millisinin ikinci qolunu vuraraq komandasının qələbəsini tə`min etdi.

11. 06. 16

A qrupu 17:00 Albaniya 0-1 İsveçrə;   Turnirin ilk qırmızı vərəqəsi də bu oyunun 36 dəqiqəsində albaniyalı futbolçu Lorik Canaya göstərildi. Belə ki, Lorik Cana qarşılaşmanın 23-cü dəqiqəsində artıq ilk sarı vərəqəsini almışdı.

B qrupu  20:00 Uels 2-1 Slovakiya

B qrupu  23:00 İngiltərə 1-1 Rusiya  Bu oyun turnirin ən sürətli və qarşılıqlı hücumlarla, bol qol epizodlarıyla zəngin matçı oldu. Həm də ilk heç-heçə qeydə alındı.

12. 06. 16

D qrupu  17:00  Türkiyə 0-1 Xorvatiya 

İndiyə qədər azı 2, 3 top vurmalı olan Xorvatiya millisi fürsətləri qaçırsa da, hesabda 1:0 öndədir. Hücumlar və müxtəlif kombinasiyalar quraraq üstünlüyünü saxlamaqdadır. Amma Türkiyə millisinin isə heç futbol fəlsəfəsi yoxdur. Topun dalıyca qaçmaqdan savayı bu millidə heç nə yoxdur. Azarkeşlərin möhtəşəm dəstəyinə baxmayaraq nə komanda, nə də Fatih Terim ayılmır. Nə futbolçuların fərdi oyunu, nə də komanda oyunu var. Topu götürüb nə etməli olduğunu belə bilmirlər və qapının harada olmasını sanki onlara başa salan olmayıb.

Turnirdə bu oyuna qədər bu dərəcədə möhtəşəm azarkeş dəstəyi olmayıb. Ətalətdə olan komanda və məşqçilər he`yəti sanki bu dünyanın adamı deyillər kimi hissiz ora-bura qaçıb, göz döyməklə məşğuldurlar. Türkiyənin bəxti minimal hesabla məğlub olmasına xidmət etdi və oyun bu hesabla da bitti.

C qrupu  20:00  Polşa 1-0 Şimali İrlandiya 

Polşa çox gözəl oyun nümayiş etdirir bu oyunda. Görünür hədəfləri çox yüksəkdir. Sür`ətli, çox kombinasiyalı oyunda həm də fərdi qabiliyyət yüksək səviyyədədir. Şimali İrlandiyaya göz açmağa imkan verməyən polşalılar hələki rəqibi məyus etməsələr də buna bir neçə dəfə çox yaxın olublar. Bu komandadan futbol adına gözləntilər çoxdur. Yəqin ikinci hissədə biz daha gözəl oyunun və qolların şahidi olacağıq.

Bəli, gözləntilər artıq öz nəticəsini verdi. Çox gözəl və sür`ətli kombinasiyalı hücumların birində, artıq 50-ci dəqiqədə polşalılar hesabı açmağa nail oldular. 70-ci dəqiqələrdən sonra Polşa millisi ümumi aqressivliyi aşağı salaraq, gücünü növbəti oyunlara saxlamağı düşündü və ələ düşəcək fürsətlərdə qol arayışını davam etdirirdi. Belədə Şimali İrlandiya millisi azca fəallaşmış görünməyə başladı. Lakin oyunun final fiti polşalılara 3 xalı rəsmiləşdirməyə imkan verdi.

C qrupu  23:00  Almaniya 2-0 Ukrayna  

Sözsüz ki, Almaniya millisi nə ki, bu oyunun, həm də turnirin favoritlərindən biri hesab olunur. Budur artıq 20-ci dəqiqədə almanlar ukraynalıları mə`yus etməyi bacarır. Buna qədər ukraynalıların da qol vurmaq şansları iki dəfə olmuşdu. Lakin bunu dəyərləndirə bilmədilər.İlk hissənin ortalarından sonra Ukrayna millisi xeyli fəallaşdı və hissənin sonuna doğru üstünlüyü ələ alıb bir neçə dəfə 100%-li qol imkanı əldə etsə də bunu reallaşdıra bilmədi. Beləliklə ilk hissəni almanlar 1:0 üstün başa vurdular. İkinci hissədə almanlar ilk hissənin sonlarından nəticə çıxara bilməsələr, yəqin ki, Ukrayna hesabda dəyişikliyə nail olacaq.

İkinci hissə almanların ərazi üstünlüyü ilə keçsə də heç cür qola yaxınlaşa bilmirdilər. Əvəzində ukraynalılar gah fəallaşıb, gah da əks hücumlar təşkil edib, yenə bir neçə dəfə qol vurmaq imkanı əldə etdilər. Lakin bu şansların heç biri reallığa çevrilmədi. Əvəzində 90+3 dəqiqədə ukraynalılar hücumda olsalar da ani əks-hücum momentindən almanlar yararlandı və hesab 2:0 almanların xeyrinə başa çatdı.

13. 06. 16

D qrupu 17:00  İspaniya 1–0 Çexiya 

Bu oyun turnirin ən maraqlı oyunlarından biridir. Bir tərəfdə həm sür`ətli, həm də çox texnikalı ispanlar, bir tərəfdə isə çox sür`ətli həm də atletik futbola üstünlük verən Çexiya yığması. Oyun çexlərin sür`ətli hücumları ilə başladı və bir neçə maraqlı epizodlarla yadda qaldı. Hissənin ortalarına doğru isə ispanlar öz futbollarını oynamağa başladılar və ərazi üstünlüyünü davam etdirirlər. Nəticədə qol epizodları olsa da hələ ki, reallığa çevrilmir. Birinci hissədə hesab açılmadı.

İkinci hissəyə ispanlar aqressiv və məqsədli şəkildə başlayıblar. Sanki mütləq qol vuracağıq, demək istəyirlər. Amma buna başları qarışmışkən, hərdən top çexlərin də ayağına düşür və sür`ətli Çexiya futbolunda bu əks-hücumlar çox təhlükəli alına bilir. Onu da deyək ki, belə oyunlarda bir top, oyunun taleyini həll edə bilir. Çünki qolu vurmuş komanda, hesabı saxlamağı çox gözəl bilir və risk etmədən oyunun vaxtını “yeməyə” başlayır. Nəhayət 87-ci dəqiqədə “Barselona”lı İnyesta elə klub yoldaşı Pikeyə gözəl asma verir və Pike də başla gözəl qolun müəllifi olur.

E qrupu  20:00  İrlandiya 1–1 İsveç

Bu oyunda İsveçdən qələbə gözlənilsə də onlar məğlubiyyətdən güclə qurtuldular. Düzdü, oyun üstünlüyü İsveçlilərin əlində olsa da onlar ikinci hissənin əvvəllərində qapılarında qol görəndən sonra, oyun intizamını bir qədər itirdilər. İbrahimoviçin ötürməsindən sonra irlandiyalı müdafiəçi avtoqola səbəb olmasaydı, çətin ki isveçlilər məğlubiyyətdən yaxa qurtara biləcəkdilər.

E qrupu  23:00  Belçika 0–2 İtaliya

İtaliya oyuna çox sür`ətlə başladı. Bu ən`ənəyə uyğun olmasa da, nədənsə italiyanlar bu çempionata fərqli başlamağı düşünüblər. Ancaq bu 10-15 dəqiqə davam etdi. Təşəbbüs yavaş-yavaş belçikalıların tərəfinə keçir. Ara-sıra hücumlar təşkil etməyə başlayan İtaliya nəhayən 32-ci dəqiqədə hesabı açmağa müvəffəq oldu. Bundan sonra oyu daha da maraqlı xarakter almağa başladı. Sür`ətli oyun göstərən hər iki komanda, qarşılıqlı hücumlar təşkil edir və qola çox yaxın olsalar da hələ ki, hesab dəyişməz qalıb.

Belçikalılar bütün oyunu əldə saxlayıb hücumlar təşkil edirlər. İtaliya belə məqamda isə başqa bir ən`ənəsinə sadiq qalır. Bütün bu dəqiqələr boyu sıx müdafiə yaradaraq belçikalılara qol imkanı vermir. Arabir isə belçikalıların topu itirməsindən istifadə etməyə çalışaraq, əks-hücumlarda daha bir qol vurmaq istəyini ortaya qoyur. Artıq əsas vaxt da bitti və hakim oyuna 3 dəqiqə əlavə etdi. Belçika yığması sıx hücumlar təşkil edir, amma İtaliya müdafiədə çox sıx qapanıb. Artırılan dəqiqələrin sonuncusunda belçikalılar hücumda topu itirərkən, anidən topa yiyələnən İtaliya yığmasının futbolçuları, son dəqiqədə müdafiəsi boş qalmış belçikalıların qapısından daha bir top keçirirlər. Adəti üzrə nəticəyə oynayan İtaliya yığması görünür heç özü də qələbəyə çox da ümidli deyildi. Çünki ikinci qoldan sonra ehtiyat skamya oyunçuları və digər texniki he`yət bütövlükdə meydana axışıb bir-birini qucaqlayıb, təbrik etməyə başladılar.

14. 06. 16

F qrupu  20:00  Avstriya 0–2 Macarıstan 

Çoxları bu oyunda Avstriyanı favorit hesab edirdi. İlk hissədə hər iki komanda istər Avstriya olsun, istərsə də Macarıstan yığması sanki riskli hərəkətlərdən çəkinirdi. İlk hissə kəşfiyyat xarakterli idi desək, yanılmarıq. Qarşılıqlı ehtiyat və səhvlər üxündən oyun o qədər də maraqlı keçmirdi. Lakin II hissədə oyunun xarakteri dəyişməyə başladı. Macarıstan üzərindən basqını atmış və irəliləməyə başlamışdı. Sanki Macarıstanın bu rəftarı favorit sayılan Avstriyanın planlarını və təmkinini pozmağa başlamışdı. Yüngül, sür`ətli futbol oynayan Macarıstan çox cəld müdafiədən hücuma keçməyi bacarır və bu təşəbbüslər kifayət qədər təhlükəli alınırdı. Məhz belə epizodların birini macarlar çox gözəl qolla tamamladı. Bu qoldan sonra Macarıstan yığmasında özünəinam hissi onları oyunun hakimiyyətini ələ almağa səbəb oldu. Əksinə Avstriya millisində isə əsəb və oyun intizamı xeyli dərəcədə pozuldu ki, nəticədə avstriyalılar hətta qırmızı vərəqə alaraq azlıqda qalmış oldu.

Bundan sonra isə ruhlanan macarlar, intizamı itirmiş avstriyalılar qarşısında daha rahat futbol oynamağa başladılar. Bir çox qol epizodları yaradan macarlar oyunun sonlarına qədər daha bir gözəl qol vuraraq qələbələrini rəsmiləşdirdilər. Onu da deyək ki, Macarıstan yığması bu günki oyunla çoxlarına dərs vermiş sayılmalıdırlar.

F qrupu  23:00 Portuqaliya 1–1 İslandiya  

Maraqlı və gərgin başlayan matçda Portuqaliyadan çox şey gözlənilsə də hələ ki, İslandiya başa-baş mübarizə aparır. Qapı ağzında epizodlara gəlincə isə 19 dəqiqə ərzində İslandiya daha çox buna nail ola bilib. Amma vaxt ötdükcə isə Portuqaliya oyunu ələ almağa çalışır. Sıxlaşan hücumlar sonrası 31-ci dəqiqədə Nani hesabı açdı ki, bununla hələ ki, Portuqaliya 1:0 öndədir.

İkinci hissə Portuqaliya millisinin üstünlüyü ilə başlasa da, epizodları sağa-sola xərcləməyə başladılar. Bundan istifadə edən islandlar 50-ci dəqiqədə hesabı gözəl qolla bərabərləşdirdilər. Portuqaliya millisi açıq-aşkar təcrübəsinə arxayınlaşıb deyə bir qədər epizodları sağa-sola xərcləyir. Amma vaxtın axıcı olduğunu da yaddan çıxarmamaları lazımdır. Məhz bundan İslandiya millisi istifadə edə bilsə, çox çətin bir rəqibindən xal qoparmağı bacara bilər. Düşündüyümüz kimi də oldu. Portuqaliya oyunun vaxtının başa çatmasına az qalmış, sanki bunu anladı və Kuarejmanın oyuna girməsi ilə xüsusən sağ cinahda fəallığını artıran portuqaliyalılar, artıq tələsməyəyə başlasalar da bu qol vurmaq üçün yetərli deyildi. Əvəzində isə islandiyalılar ələ düşən əks-hücum cəhdlərində az qala iki dəfə hesabda önə keçəcəkdilər.

 

Qrup mərhələsi II tur

15. 06. 16

B qrupu 17:00  Rusiya 1–2 Slovakiya 

Qrup mərhələsinin ilk turunda Uelsə 2:1 hesabı ilə məğlub olan Slovakiya millisi üçün bu oyunun əhəmiyyəti daha böyükdür. Əgər bu oyunu da məğlub olarsa, onda Slovakiya millisinin ümidləri böyük ölçüdə puç olacaq. Onu da qeyd edək ki, Uelsə məğlub olmasına baxmayaraq Slovakiya yığması heç də zəif oyun göstərməmişdi. Ona görə də bu oyunun gərgin keçəcəyi əvvəlcədən mə`lumdur. Hər iki komandanın oyunçularında gərginlik hiss olunur.

Rusiya da işini riskə atmamaq üçün bu oyundan maksimum xal götürmək istəyir. Hissənin ortası olmasına baxmayaraq, hələ ki, hər iki komanda kəşfiyyatı davam etdirir. Yalnız ələ düşən fürsətlərdən istifadə etmək niyyətindədirlər. Güclü hücuma aludə olub müdafiələrini boş buraxmaq istəmirlər. Belə axtarılan momentlərin birində Slovakiya yaxşı şans əldə edib onu yaxın məsafədən dəyərləndirməyi bacardı və hesabda önə keçdi ki, bu da oyunun 31-ci dəqiqəsinə təsadüf etdi. Rusiya bir az basqını artırsa da hələlik keyfiyyətli bir şey əldə edə bilmir. Keyfiyyətsiz həmlələrə başı qarışan Rusiya topu itirərək slovaklara əks-hücum şansı verdi və hissənin son dəqiqəsində sol cinahda olan slovak futbolçu uzaqdan dioqonal zərbə ilə topu 9-luğa vurdu. Lakin qol bundan da gözəl alındı. Belə ki, 9-luğun iç tərəfinə dioqonaldan dəyən zərbə əks dirəyə tərəf istiqamət alaraq sür`ətlə digər dirəyin yanından tora daxil oldu.

Görünür ingilislərlə yaxşı oyun göstərib, heç-heçəyə nail olan Rusiya millisi bu oyunu çox da ciddiyə almayıb. Elə ikinci hissədə oyunu xilas etmək üçün meydana çıxmalı olan Rusiya psixoloji ovqatdan hazırlıqlı görünmür. Demək ki, əvvəlcədən oyuna düzgün köklənməyiblər. Buna baxmayaraq 66-cı dəqiqədə ruslar qarışıqlıqdan gözəl moment əldə etsələr də bu real qola çevrilmədi. Basqını davam etdirəcəyi təqdirdə Rusiya nə isə əldə edə bilər. Bundan həm özü psixoloji vəziyyətdən çıxar və həm də rəqibi sıxışdıra bilər ki, elə xoşbəxtliyi də bunda axtarmalıdırlar, ruslar. Belə basqılar sonu, nəhayət 80-cı dəqiqədə ruslar hesab arasındakı fərqi azaltdılar. Artıq Rusiya hazırlıq psixoloji mənfiliyindən çıxaraq ardıcıl hücumlar təşkil edir ki, bunlar da kəsərli alınmağa başlayıb. 90 dəqiqə tamamlandı və artırılan 3 dəqiqə…      Və bu da son!

 

A qrupu  20:00  Rumıniya 1–1 İsveçrə  

Rumıniya ilk turda çox gözəl tə`sir bağışlasa da, təəssüf ki məğlub oldu. Ona görədə mütləq bu oyundan qələbə ilə yaxud da ən azı bərabərliklə ayrılmalıdır. İsveçrə isə ilk turda qalib gələrək, artıq 3 xala malikdir. İsveçrə daha çox hücum edən tərəfdir. Amma Rumıniya 18-ci dəqiqədə penalti zərbəsi qazandı və Stanku keçən oyunda olduğu kimi bu zərbəni də dəqiq tamamladı. Əsas hücum edən tərəf İsveçrədir. Amma buna baxmayaraq ilk hissəni Rumıniya 1:0 öndə tamamladı. Qələbəni qorumaq üçün II hissə Rumıniya keyfiyyət dəyişikliyi etməlidir.

İkinci hissə də ikl hissənin davamıdır, demək olar. İsveçrənin ardıcıl hücumları nəhayət ki, 56-cı dəqiqədə öz məntiqi nəticəsini verdi 1:1. Oyun bu hesabla da bitti. Rumıniya işini xeyli çətinə salmış oldu. Amma burda bir başqa məqam da var. Qrupda rumıniyalıların son oyunu Albaniya millisinə qarşı keçiriləcək. Bu günki Rumıniyaya xas olmayan zəif oyun isə, sanki gücün növbəti oyuna qorunması idi. Çünki Albaniya millisi nisbətən zəif rəqib hesab olunur.

A qrupu  23:00  Fransa 2–0 Albaniya

İki komanda da çox gözəl və çox sür`ətli oyun nümayiş etdirdilər. Amma 90-cı dəqiqəyə qədər hər iki komanda rəqib qapılara yol tapa bilməsələr də Fransa təcrübə olaraq, futbolda bir deyimi də sübut etdi. Yəni futbol 90 dəqiqə oynanılır. Belə ki məhz 90-cı dəqiqədə Fransa dalbadal iki qol vuraraq oyunu 2:0 öz xeyrinə tamamladı və Albaniya millisini sanki şoka saldı.

 

16. 06. 16

B qrupu 17:00  İngiltərə 2–1 Uels 

Matç gərginliyi və ehtiyatlılığı ilə seçilir. Uels millisinin oyunçusu Qaret Beyl 42-ci dəqiqədə komandasını önə keçirdi. İngilislər hesabı bərabərləşdirdilər ki, bu da 56-cı dəqiqəyə təsadüf etdi. Bundan sonra oyuna maraq daha da artıb. İngilislər daha da fəallaşıblar. İlk turda heç-heçə edərək 1 xala malik olduqlarından, qələbə qazanıb növbəti turu risksiz başa vurmaq niyyətindədirlər. Ərazi üstünlüyü və topa nəzarət hələ ki, İngiltərə yığmasına məxsusdur. Uelslilər isə əks-hücum imkanı tapan kimi fəqllıq göstərirlər. Əlbəttəki bu da təhlükəlidir rəqib üçün. Uelslilər matçın bu hesabla bitişini fikirləşərkən, müdafiədə kobud səhvə yol verdilər və artırılmış dəqiqələrdə 1 xalı da əldən verdilər.

C qrupu  20:00  Ukrayna 0–2 Şimali İrlandiya

Ukrayna 49-cu dəqiqədə qapısında qol görüncə işini çox çətinə salmış oldu. Çünki ilk turda da məğlub olmuşdu və bu oyunda da məğlub olarsa, son tura xalsız girəcək. Baxmayaraq ki, bu oyunda Ukrayna xeyli üstün oyun nümayiş etdirir. Lakin hələ də qolu vura bilmir. Artıq əlavə olunmuş 6-dəqiqəlik zaman başlayıb və Ukrayna tələsir deyə qol imkanlarını qaçırır. Çox təəssüf ki, hücuma aludə olmuş Ukrayna millisi artırılmış dəqiqələrin lap sonuncusunda daha bir ani momentdən qol buraxdı.

C qrupu  23:00  Almaniya 0–0 Polşa

Gözlənildiyi kimi çox gərgin matç alındı. Birinci hissəni Polşa millisi üstün oyun sərgilədi. İkinci hissədə isə ərazi üstünlüyü almanların tərəfində idi. Bütün oyun qarşılıqlı sür`ətli hücumlar şəraitində keçsə də hər iki komanda qol vəziyyətlərindən yararlana bilmədi.

 

17. 06. 16

E Qrupu  17:00  İtaliya 1–0 İsveç 

İsveç və İtaliya oyunu maraqla gözlənilən oyundu. İsveç yüngül və hücum futbolu oynayır. Amma İtaliya müdafiədə sıxlıq yaradıb, əks-hücumlarda xoşbəxtlik axtaran bir komandadır. Hələlik ilk 15-dəqiqə də bunu təsdiq edir. Əslində İsveçin sür`ətli oyun təklifini italyanlar qəbul etmir və hər vəchlə tempi aşağı salmağa çalışırlar. İlk hissə dediyimiz formada davam etdi və qolsuz birinci yarı artıq bitti.

Görək II yarıda nələr baş verəcək. İlk turda İtaliya millisi elə bu oyunla Belçika millisinə iki cavabsız topla qalib gəlmiş və 3 xala malikdir. İsveç isə İrlandiya millisi ilə heç-heçə başa vurmuşdu, ilk tur oyununu. İkinci yarıda İtaliya millisi dafa fəal görünürdü. Bu da onunla əlaqədar idi ki, İsveç özü onlara oynamağa şans vermişdi ki, müdafiə düyününü bir az boşaltmış olsunlar. Lakin yaranmış fürsətlərdən İsveç millisi istifadə edə bilməyincə, İtaliya hücumların birində 88-ci dəqiqədə İsveçi cəzalandıra bildi.

D Qrupu  20:00  Çexiya 2–2 Xorvatiya  

Bu komandalar hər ikisi şərqi Avropa coğrafiyasında yerləşir və futbol oynama üslubları da demək olar ki, yaxındır. Yəni hər iki komanda atletik, yüngül, adətən birtoxunuşlu və çoxşaxəli kombinasiyalar qurmaqla oyun sərgiləyir. Amma Xorvatiya millisi bütün cəhətlərdə daha fəal və daha istəklidir. Elə bunun nəticəsi olaraq, yaratmış olduqları çoxsaylı hücumların birində, artıq 37-ci dəqiqədə hesabı açdılar. Ustalıq səviyyəsi Xorvatiya millisində daha çox hiss olunur. İlk hissə bu hesabla da bitti.

İkinci hissənin start fiti çalındı. Çexiya ikinci hissədə hər hansı keyfiyyət dəyişikliyi etməyi bacarmazsa, yəqin sahədən xalsız ayrılmaq məcburiyyətində qalacaq. Budur Xorvatiya ikinci qolunu da 59-cu dəqiqədə vurur. Qolların hər ikisinin müəllifi İvan Rakitiçdir və bununla Rakitiç bu çempionatın ilk dublunu rəsmiləşdirir. 62-ci dəqiqədə məsələnin böyük ölçüdə həll olunduğunu görən xorvat məşqçi sanki, Luka Modriçə sən növbəti oyunlarda lazımsan deyib, onu əvəzləyir. Hissənin ortalarında nisbətən özünü ələ alan Çexiya 76-cı dəqiqədə Şkodanın gözəl başla vurulan qolu ilə hesab arasındakı fərqi azalda bildi. Qarşılıqlı hücumlar davam edir, hər an hesab dəyişə bilər və bunu hər iki komanda edə bilər.

85-ci dəqiqə, azarkeşlər tərəfindən meydançaya tüstü və yanan, bir də səs partlayışı verən əşyalar atılır. Hakim hələ ki, oyunu saxlayıb. Bütün bunlar Peter Çexin qoruduğu qapının sol tərəfində və meydanın içərisində baş verdi. Nəhayət 4 dəqiqə sonra oyun bərpa olundu. Artırılmış dəqiqələr və xorvat  futbolçu topa əllə toxununca çexlər penalti qazanır. Budur qüvvətli zərbə ilə penalti qola çevrilir 2:2. Sonuncu dəqiqələrdə çexlər daha da qələbəyə yaxın olsalar da oyunda hesab dəyişmədi.

 

D Qrupu  23:00  İspaniya 3–0 Türkiyə

Tamaşaçılar tribunalarda yerlərini alıblar və müxtəlif şüarlar səsləndirirlər. Futbolçular çıxışda medana atılmaq üçün gözləyirlər. İlk hissədə artıq Türkiyə iki qol yedi. İkinci hissə başlayar-başlamaz İspaniya millisi daha bir qol vurdu. Turnirin ilk böyükhesablı məğlubiyyətini Türkiyə millisi almaq üzrədir. Çempionatın ən baha üç məşqçisindən biri imPARAtor buna layiq olmadığını sübut edir. Zatən ilk turdan sonra bildirmişdik ki, Fatih Terimli Türkiyə millisinin futbol fəlsəfəsi yoxdur.

18. 06. 16

E Qrupu  17:00  Belçika 3–0 İrlandiya  

İlk turda Belçika İtaliyaya məğlub olmuşdu. Ona görə də bu gün onlardan çox şey gözlənilirdi. Açığı bunun üçün Belçikanın potensialı da böyükdür. Lakin matçın ilk hissəsində Belçika gözlənilən oyunu və gözlənilən qol epizodlarını yaratmadı. Təşkil elədiyi hücumlar sanki məs`uliyyətsiz qurulur və heç bir gərginlik yaratmadan sönüb gedirdi. Hər halda ilk hissə haqqında bundan artığını demək olmaz. Sanki kim isə gəlib onlar üçün qol vuracaq. Xalsız Belçika bu oyunda da qələbə qazanmasa, işini çox çətinə salacaq. Eyni sözlərin oxşarını İrlandiya millisi üçün də söyləmək olar. İlk turda onların da bərabərlikdən bir xalları var.

Deyəsən məs`uliyyəti anlayan Belçika ikinci yarı başlayar-başlamaz hücum təşkil edib hesabı açdı. Hər iki komandada ötürmələr, xüsusən həlledici ötürmələrdə səhvlər var. Elə qapıya zərbələrdə də. Belçikalılar 61-ci dəqiqədə ikinci qollarını da vurdular. Daha diqqətli oyunun nəticəsi oldu bu. Məs`uliyyət artdıqca 3-cü qol da gəldi ki, bu da 70-ci dəqiqədə baş verir. Lukaku komadasının üçüncü, ozünün isə ikinci qolunu vurur. Matç bu hesabla da bitir.

F Qrupu  20:00  İslandiya 1–1 Macarıstan

Macarıstan yığması bundan əvvəlki oyunu çox yüksək səviyyədə keçirmişdi və haqlı olaraq qələbə qazanmışdı. Bu oyunda da macarlardan çox şey gözləyirik. Amma onu da qeyd etməliyik ki, ötən tur Portuqaliya kimi güclü rəqibə qarşı gözəl oyun sərgiləyib, meydandan 1:1 bərabərliklə ayrılmağı bacaran İslandiya yığması da heç də asan rəqib deyil. Hələ ki, hər iki komandanın ifasında çox gözəl və sür`ətli oyunun şahidi oluruq.

F Qrupu  23:00  Portuqaliya 0–0 Avstriya

Portuqaliya da ümidləri doğrutmur hələ ki. İki tur ötsə də hələki, bu komanda qələbə qazana bilməyib. Hətta bir penalti zərbəsini də K. Ronaldo qola çevirə bilmədi.

 

Qrup mərhələsi III tur

Bildiyimiz kimi bu gündən e`tibarən qrup mərhələsində son tur oyunları başlayır və komandaların taleyinə hər iki mə`nada aydınlıq gəlir. Əvvəlki iki turdan, sonuncu turda bir fərq olacaq. Belə ki, əvvəlki turlarda müxtəlif qruplarda oyun saatları və hətta oyun günləri belə fərqli olurdu. Amma III yə`ni sonuncu turda bu belə olmayacaq. Hər hansı qrupda qalan son iki matç eyni gündə, eyni saatda keçiriləcək. Bu da ona görədir ki, hər hansı oyunlarda ya, danışıq və ya hiylənin qarşısı alınsın. Çünki həlledici tur olduğundan bir oyunun nəticəsindən asılı olaraq, digər oyunda danışıqlar ola bilər ki, bu da ədalətsizliyə və obyektiv mübarizənin pozulmasına gətirib çıxara bilər. Bu əvvəlki çempionatlarda da tətbiq olunmuş və özünü doğrultmuş bir sistemdir. Amma bundan qabaq isə ayrı günlərdə və ayrı saatlarda keçirilən belə həlledici oyunlar zamanı mütləq danışıqlar olurdu.

Hər gün keçirilən bütün oyunlara canlı baxa bilirdik. Amma son turda iki oyunun eyni vaxtda keçirilməsi qismən bu imkanı əlimizdən alır. Amma oyunun birinin canlı izlənməsi mümkünsə, digər oyunun da videoyazısına baxa bilmək imkanımız olacaq. Bugün A qrupunda iki oyun olacaq.

19. 06. 16

A Qrupu  23:00   İsveçrə 0-0 Fransa  

Fransa millisi iki turdan 6 xal toplayaraq, artıq növbəti mərhələyə vəsiqəni tə`min edib. İsveçrənin də 4 xalı olduğunu bilirik və bu komanda da bu gün qalib gələcəyi ya da heç-heçə edəcəyi təqdirdə birinci və ya da ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqəni tə`min edəcək. Yalnız məğlub olacağı təqdirdə və Rumıniya millisinin Albaniya üzərində qələbə qazanacağı təqdirdə hər ikisinin 4 xalı olacaq. Bu halda digər göstəriciləri nəzərə almaqla ikinci, üçüncü yerləri bölüşəcəklər. Bu halda da növbəti mərhələyə yüksəlmə şanslarını böyük ölçüdə saxlayacaqlar. Çünki mövcud qaydalara görə nəticələr hər iki komanda üçün ümidvericidir. Bu oyunda birinci hissə hesab açılmadan bitdi. Elə ikinci hissədə də hesab dəyişmədi və hər iki komanda davam edəcək.

A Qrupu  23:00  Rumıniya 0-1 Albaniya  

Rumıniya Albaniya görüşündə də Rumıniya millisi daha çox istəkli görünür. Ağıllı hücumlar təşkil edən Rumıniya təzyiqi daha da artırarsa, qol imkanı əldə edəcək. Hal hazırda Rumıniya millisi ərazi və topa sahib olma üstünlüyünü qoruyur. Əks-hücumdan ani şans əldə edən Albaniya millisi 23-cü dəqiqədə demək olar ki, boş qapıdan topu keçirə bilmədi. Son dəqiqələrdə Albaniya millisi xeyli fəallaşıb. Yəqin təqdim etdiyimiz linkdən bu anları da canlı izləyə bilirsiniz. Çox təəssüf ki, Albaniya millisi 43-cü dəqiqədə ani hücumların birində hasabı aça bildi. İlk hissə Albaniyanın 1:0 üstünlüyü ilə bitdi.

Rumıniya məğlub olacağı təqdirdə qrupda sonuncu yerə düşmüş olacaq ki, bu da turnirə vida deməkdir. Belədə Albaniya 3-cü yeri əldə edəcək və 3 xalla digər qruplarda 6 üçüncülərdən 4 xoşbəxtdən biri olmağa dua edəcək ki, mübarizəni növbəti mərhələdə davam etdirə bilsin. Rumıniya daha istəkli olsa da artıq vaxtın daralmasından tələskənlik hiss olunur ki, bu da ələ düşən fürsətləri dəyərləndirməkdə onlara çətinlik yaradır.

20. 06. 16

B qrupu 23:00  Slovakiya 0–0 İngiltərə      

Bu qrupda hər 4 komandanın növbəti mərhələyə çıxmaq şansı var. Ən az xal toplamış Rusiya millisi bu gün Uels üzərində qələbə qazanarsa, xalını 4-ə çatdırar  və ən azı 3-cü yer tutmaqla növbəti 4 xoşbəxtdən biri ola bilər. Bildiyiniz kimi 6 qrupda 6 üçüncü yerin sahibi olacaq ki, bunların da içərisindən bir-birinə nisbətən ən yaxşı nəticə göstərmiş 4 komanda növbəti mərhələyə yüksələcək. Həmin dediyimiz 4 xoşbəxt ifadəsini də bunun üçün işlədirik. Hər iki oyunda da ilk hissə sona çatmaq üzrədir.

ikinci hissə başladı və davam edir. Hələ ki, eyni hesab qalmaqdadır.

B qrupu 23:00  Rusiya 0-3 Uels   

Bu oyun daha maraqlı və sür`ətli başladı və nəticə olaraq Uels millisi Ramsonla qol atıb önə keçdi. Rusiya millisi nisbətən fəallaşaraq təşəbbüsü ələ almağa çalışır. Lakin hücuma aludə olmaq Rusiyaya baha başa gəlir və 20-ci dəqiqədə əks-hücumdan qapısında ikinci qolu görür. Qol elə birinci qolun sanki təkrarı oldu. Qapısında ilk hissədə iki qol görən Rusiyanın növbəti mərhələyə deyəsən qapısı bağlanacaq. Hər iki oyunda da ilk hissə sona çatmaq üzrədir.

ikinci hissə başladı və davam edir. Hələ ki, eyni hesab qalmaqdadır. Rusiyanın bir tərəfdən qapısı açılıb, amma digər tərəfdən də qapısı bağlandı. 67-ci dəqiqədə Beyl rusiyanın qapısını bağladə 0:3.

21. 06. 16

C qrupu 20:00  Şimali İrlandiya 0-1 Almaniya

C qrupu 20:00  Ukrayna 0-1 Polşa

D qrupu 23:00  Çexiya 0–2 Türkiyə 

Qolları 10-cu dəqiqədə Burak Yilmaz  və 65-ci dəqiqədə Ozan Tufan çexlərin qapısından keçirməyə müvəffəq olmuşlar. Türkiyə bu qələbəsi ilə qrup üçüncüsü olacaq və bununla da 4 xoşbəxtdən biri olmaq şansını saxlayır. Çexiyanın isə bu oyuna qədər cəmi 1 xalı var ki, onu da Xorvariya millisi ilə 2:2 bərabərə qalmaqla qazanıb. Bu da o deməkdir ki, Çexlər 1 xalla qrup sonuncusu olaraq, turniri tərk edirlər.

D qrupu 23:00  Xorvatiya 2-1 İspaniya

Qolları 7-ci qəqiqədə İspaniyadan Alvaro morata vurmuş və 45-ci dəqiqədə Nikola Kaliniç Xorvatiyanın cavab topunu vurmuşdur. Oyunda bir də 72-ci dəqiqədə Serxio Ramosun penalti zərbəsini qola çevirə bilmədiyi önəmli an baş verdi. İvan Persiç 87-ci dəqiqədə Xorvatiya millisini önə çıxarmağı bacardı.

22. 06. 16

F qrupu  20:00  İslandiya 2-1 Avstriya              

Bu oyundakı indiki hesablar Türkiyənin növbəti tura yolunu bağlayır. Oyunun sonunda İslandiya qalib gələcəksə və Portuqaliya heç-heçə və ya qalib olarsa, Türkiyə turnirə əlvida deyəcək. Yalnız Portuqaliyanın məğlub olacağı halda türklərin bəxti gətirə bilər ki, ba da çox müşkül görünür. Çünki macarlar uduzsa belə vəsiqəni tə`min edirlər.

F qrupu  20:00  Macarıstan 3-3 Portuqaliya      

Portuqaliya məğlub olacağı və İslandiya-Avstriya oyununun istənilən nəticəsindən asılı olmayaraq, növbəti mərhələyə Türkiyə yığması çıxacaq. Bu oyunda acarlara qələbə lazım deyildi. Amma özləri tam qələbə istəyi ilə oynayırlarsa, burda türklərin macarlarla işbirliyindən söhbət gedə bilər. Türklər macarları stimullaşdırma işini yaxşı görüblər deyəsən. Qələbə əvəzində yüksək mükafat yəqin türklərdən olacaq.

E qrupu 23:00  İtaliya 0-1 İrlandiya       

E qrupu 23:00  İsveç 0-1 Belçika    

 

1/8 Final mərhələsi   

Artıq bildiyimiz kimi Fransa-2016-da qruplar mərhələsi başa çatdı. 6 qrupun hərəsində 4 komanda olmaqla cəmi 24 komanda mübarizə aparırdı ki, bunlardan da hər qrupda ilk iki yeri tutan komanda birbaşa növbəti 1/8 mərhələyə vəsiqə qazanırdı. 12 komanda belə müəyyənləşdi. Bunlara qoşulacaq qalan 4 komanda isə 6 qrupda 3-cü yerlərin sahibləri arasından ən yaxşı nəticələrə görə seçiləcəkdi. Onu deyək ki, “A”qrupunun üçüncüsü Albaniya və “D” qrupunun 3-sü olan Türkiyə millisi digərlərindən pis nəticə göstərdikləri üçün turnirin qabaqcadan müəyyən olunmuş şərtlərinə mübarizəni dayandırmalı oldu.

Mübarizəni davam etdirməli olan 16 komanda tam iki gün fasilədən sonra mübarizənin ikinci mərhələsi olan və “play-off” (uduzan-çıxır) şərtləri ilə keçiriləcək 1/8 final mərhələsinə başlayacaqlar. 1/8 final mərhələsinin oyunları ümumən üç gün ərzində keçiriləcək ki, bunlar da 25, 26, 27 iyun günlərini əhatə edəcək. Oyun saatları isə əvvəlki günlərdə olduğu kimi əvvəlcədən tərtib olunub.

25. 06. 16

1/8 Final 17:00  İsveçrə 1-1 Polşa   (Penaltilərlə 4:5) 

Əsal 1/8 final mərhələsinə layiq bir oyun gedir. Qarşılıqlı yaradılan hücum cəhdləri oyuna gözəllik verir. Amma Polşa millisi hazırladığı məqamlarda daha dəqiq hərəkət edir. İsveçrənin hücumda topu itirməsindən ani istifadə edən polşalılar, müdafiədən hücuma çox sür`ətlə keçə bildilər və rəqəbi 3-ə, 3 yaxaladılar ki, bu da matçın 39 dəqiqəsində baş verdi. Lakin hücumda olan polşalı üçlük bir-birini o qədər gözəl anladı ki, nə müdafiəçilərin nə də qapıçının edəcəyi bir şey qalmadı. Birinci hissə elə bu hesabla da bitir.

İkinci hissə başladı. Birinci hissəyə nisbətən daha gərgin və əsəbi keçən ikinci hissədə daha çox qayda pozuntusu və vaxt itkisi qeydə alınır. Son dəqiqələrdə fəallaşan isveçrəlilər dalbadal təhlükəli vəziyyətlər yaratmaqla yadda qalırdılar ki, nəhayət 82-ci dəqiqədə hesabı bərabərləşdirdilər. Əsas vaxt bu hesabla bitərsə, uzatma dəqiqələrinə və nəhayət penaltilərə ehtiyac duyula bilər. Çünki qalib mütləq müəyyənləşməlidir.

1/8 Final 20:00  Uels 1-0 Şimali İrlandiya

Qol: 75 dəq. Qaret Mc Auley (ö.q)

1/8 Final 23:00  Xorvatiya 0-1 Portuqaliya 

1/8 final mərhələsinin ilk gününün son matçı da çox maraqla gözlənilir. Həm Xorvatiya millisi öz oyunu ilə sübut edib ki, bu cütün qalibi olmağa layiqdir, həm də Portuqaliya ismi də bu oyun üçün çox şey deyir. Qol ikinci ekstrataymın 117-ci dəqiqəsində R. Kuarejma tərəfindən vuruldu.

26. 06.16

1/8 Final  17:00  Fransa 2-1 İrlandiya   

Ev sahibi fransızlar bu oyunda favorit hesab olunur. İnsafən üstün oynayan fransızlar 2-ci dəqiqədə penaltiyə səbəb oldular və bu zərbədən irlandiyalı Robert Bradi onları cəzalandırdı. Bundan sonra fransızlar ilk hissənin böyük bir hissəsini həm üstünlükdə və həm də qol epizodları yaratmaqla məqsədlərinə nail olmaq istəsələr də irlandiyalılar da hissənin sonunda məsələnin elə də asan olmadığını onlara başa saldı və fransızlar geri çəkilməyə məcbur oldular.

İkinci hissəyə daha fəal başlayan fransızlar 58-ci dəqiqədə hesabı bərabərləşdirə bildilər. Bundan ruhlanmış fransızlar və nisbətən pozulmuş irlandlar 61-ci dəqiqədə daha bir qol buraxdılar. Fransızların daha bir kəskin hücumu zamanı irlandiyalı oyunçu Şane Duffi rəqibi kobudluqla yıxaraq 66-cı dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoydu. Fransızlar gözlənildiyi kimi adlarını 1/4 finala yazdıran tərəf oldu.

1/8 Final  20:00  Almaniya 3-0 Slovakiya         

Qollar: 8-ci dəqiqə Boatenq; 43-cü dəqiqə Mario Gomez; 63-cü dəqiqə Julian Draxler. Hələ 13-cü dəqiqədə Məsud Özil bir penalti zərbəsindən yararlana bilmədi.

1/8 final mərhələsində hələ Slovakiya kimi təslimçi və zəif oynayan komanda görülməmişdi. Slovakiya 1/8 final mərhələsinə layiq olmayan bir komanda kimi bu turnirin tarixinə yazıldı.

1/8 Final  23:00  Macarıstan 0-4 Belçika     

Bu oyun da çox maraqla gözlənilirdi. Həm macarlar və həm də belçikalılar çox sür`ətli, rəngarəng oyun sərgiləyə bilən komandalardandı. Amma biz macarların son qrup oyunlarında Portuqaliya yığmasına qarşı hətta xal lazım olmamasına rəğmən niyə özlərini bu qədər yordular və hətta portuqallar üzərində açıq qələbə istəklərini ortaya qoymalarına tənqidlə yanaşmışdıq. Bu səhv addımları ilə həm özlərini yoracaq və həm də oyun sirrlərini faş etmiş olmalarından narahat idik. Portuqaliyanı udmaqla, Türkiyəyə yol açacaqdılar və bunun qarşısında nə əldə edəcəkdilərsə, onda da oldular və dediyimiz kimi özlərini yorub, sirrlərini də faş etdilər. Bu oyunda dediklərimizin nə qədər həqiqət olduğu ortaya çıxdı. Yə`ni, it də getdi, ip də…

Bu oyunda macarlar fiziki cəhətdən çatdıra bilmədilər, çünki portuqallarla oyunda qüvvələrini çox itirmişdilər. İlk hissədə 1 qol buraxan macarlar ikinci hissədə bir az fəallaşsalar da Rednikli “Standard”ın oyunçusu olmuş Batşuayi oyuna girər-girməz daha bir gözəl qolla macarların bütün istəklərinin üstündən xətt çəkdi və oyunun bitişində artıq hesan 4:0 kimi biabırçı həddə gəlib çatdı. Macarlara əcəb oldu demək acı olsa da bunu “qazandılar”.

27. 06. 16

1/8 Final  20:00  İtaliya 2-0 İspaniya     

Bu oyun çəkisinə görə final oyununa bərabər tutulan bir oyundur. Maraqlıdır ki, İtaliya hücumameylli oyun nümayiş etdirmək istəyir. 20-ci dəqiqənin getməsinə baxmayaraq, tək halları çıxmaq şərti ilə komandalar bir-birinə çox ehtiyatla yanaşırlar. Oyunun gedişində tez-tez fasilələr yaranır. Görünür baş hakim Cüneyt Çakır oyunun potensial gərginliyini nəzərə alıb axara buraxmaqdan çəkinir. Hələlik ümumi fonda italyanlar daha fəal təsir bağışlayır. 33-cü dəqiqədə Giorgio Çellininin vurduğu qolla italyanlar önə keçə bildilər. İkinci hissə təbii ki, böyük maraqla gözlənilir.

İkinci hissə ispanların fəallığı ilə başlasa da hələ ki, qol yoxdur. Amma buna baxmayaraq, qol vəziyyətlərinin yaradılması ispanlar tərəfindən davam etdirilir. Ötürmələrdə azca dəqiqlik çatmır ki, bu da tələskənliyin və nisbətən həyəcanın nəticəsindədir. Amma ərazi üstünlüyü və topa sahibolmadakı üstünlük ispanlara məxsusdur. Hesabı açdıqdan sonra müdafiədə oturmaq xəstəliyi, İtaliyanın xronik xəstəliyidir. Bunu bilən ispanlar gərək qol fürsətini italyanlara tanımayaydılar. Oyunun marağı da bu üzdən öləziyir, desək yanılmarıq. Oyunun tempini aşağı salmaq üçün italyanlar əllərindən gələni edirlər. Hətta qayda pozuntuları hesabına olsa, belə. Təsəvvür edin ki, topa sahibolma ispanların xeyrinə 75%-25%-dir.

Rəqibin yeyib doyduğu futbolun artıqları ilə özünü doydurmağa çalışan İtaliya daha bir qabaqdan qalan artıqla hesabı 2:0-a çatdırdı. Yalandan yıxılmalar, yerdə “qovrulmalar”la vaxtı yeyən İtaliya 2:0 sümsündü.

 

1/8 Final  23:00  İngiltərə 1-2 İslandiya   

Maraqlıdır ki, İslandiya yığması da gözlənildiyindən artıq futbol sərgiləyir. Belə halda ingilislər nə qədər favorit sayılsalar da bu oyunda axsama ehtimalları da böyükdür. 4-cü dəqiqədə Ueyn Runi penalti zərbəsindən hesabı açsa da, 6-cı dəqiqədə Raqnar Siqurdsson gözəl qolla hesabı bərabərləşdirdi. Ümumiyyətlə ingilislər çox aqressiv oyun oynayırlar. Bu dəqiqələri islandlar dözüm göstərib ingilisləri yora bilsələr nəticə başqa cür ola bilər. Budur, 19-cu dəqiqədə islandiya daha bir hücumda Kolbeinn Siqthorssonla hesabda önə keçməyi bacardı. Ehtimallarımız özünü doğrultmağa başlayır. Bu arada ingilislərin əsəbləri də yavaş-yavaş pozulmağa başlamış kimidir. İslandlar bir az da belə əsəb pozuntusu verə bilsələr oyunu götürə bilərlər. İkinci hissənin əvvəllərində İslandiya qapısını qoruya bilsə, yəqin ki, ingilislərin oyun intizamını pozmağa nail olacaq.

İkinci hissə başladı və hələlik ilk hissənin davamı kimi cərəyan edən hadisələr ingilislərin toparlanmağına mane olur. İslandiyadan bir az da dözümlülük tələb olunur ki, oyunun axarını belə də saxlamaq mümkün olsun. Bəli, dediklərimiz doğru çıxdı. islandlar ingilislərin əsəblərin gərgin saxlayınca, onların oyun intizamını pozaraq, istəklərinə nail olub, tarix yaza bildilər. Gudmunsson, Siqurdsson, Siqthorsson və bu da xoşbəxt son!

1/4 Finall mərhələsi

Bu gün Fransa-2016 Avropa Futbol Çempionatında 1/4 final mərhələsi başlayır. 1/4 final mərhələsi bildiyiniz kimi 4 matçdan ibarətdir. Bu ilki turnirdə bu 4 matçın hər biri ayrı-ayrı günlərdə keçiriləcək. Yəni, bu gün 30. 06. 2016 ilk 1/4 matçı, 01-02-03 iyul 2016 tarixlərində də gündə bir oyun olmaqla keçiriləcək.

30. 06.16

1/4 Final 23:00  Polşa 1-1 Portuqaliya     (3:5)

Çox maraqlıdır ki, turnirin ən erkən qolu, məhz 1/4 final mərhələsinin ilk matçının 2-ci dəqiqəsində Portuqaliyanın qapısına polşalı Robert Levandovski tərəfindən vuruldu. Hələlik Polşa yığması meydanın hakimi tə`sirini bağışlayır. Qarşıdakı dəqiqələrdə çox maraqlı oyunun şahidi olacağımız indidən sezilməkdədir. Çünki Portuqaliya millisi də çempionluğa iddialı bir komandadır. Budur 10-12-ci dəqiqələrdə Portuqaliya artıq ardıcıl hücumlar təşkil etməyə başlayıb. 17-ci dəqiqədə Robert Levandovski sağ cinahdan gözəl bir ötürmə aldı. Ancaq, özü iki müdafiəçi arasında çox çətin vəziyyətdə olsa da, qapıya zərbə vura bildi. Amma əlverişsiz vəziyyətdə zərbəsi qüvvətli alına bilmədi. Qarşılıqlı hücumlar və doğrudan da barışmaz mübarizənin şahidiyik ilk hissənin ötən dəqiqələri ərzində. 33-cü dəqiqədə Renato Sançes sol ayağı ilə düşən fürsəti qüvvətli zərbə ilə dəyərləndirib hesabda tarazlığı bərpa edə bildi. İlk hissə elə bu hesabla da bitdi.

İkinci hissə də barışmaz mübarizə şəraitində keçir. Daha çox polşalılar fəaldır və oyun, həm də topa sahibolma üstünlüyü də 55%-45% polşalıların üstünlüyü şəraitində davam edir. 80-cı dəqiqədə Portuqaliya millisi təcrübəli oyunçu Rikardo Kuarejmanı mübarizəyə qoşur. 86-cı dəqiqədə Tiriko Ronaldo ofsaytda olsa da yan hakim bayrağı qaldırmadı və Tiriko Ronaldo da təkbətək fürsəti 5-6 metrdən qapıya yönəldə bilmədi. Ümumiyyətlə bu oyunçunun əlinə oyun ərzində bir neçə belə fürsət düşsə də, Tirikonun bunlardan yararlanmağa ustalığı çatmayıb. Əsas vaxtda qalib müəyyənləşmədi və ekstra taym oynanılacaq. İki 15 dəqiqəlik ekstra taym izləməli olacağıq.

Ekstra taymın ilk 15 dəqiqəlik hissəsi də hesab dəyişmədən bitdi. İkinci 15 dəqiqəlik uzatma da heç-heçə bitərsə, onda qalibi 11 metrlik zərbələr müəyyənləşdirəcək. Əslində isə Polşa millisi göstərdiyi oyun səviyyəsinə görə qələbəyə daha layiq komandadır. 109-cu dəqiqədə təxminən 10-12 azarkeş oyunun gedişində meydana axışdılar və mövcud qərarlara görə operator bu kadrları ekrana gətirmədi və əslində nələrin olduğundan xəbərsiz qaldıq. Qısa müddətdən sonra isə oyun bərpa olundu.

Ekstra taym da 1:1-lik bərabərliklə bitdi. Baxmayaraq ki, polşalıların bir neçə qol epizodları oldu. Amma nə demək penalti zərbələrini izləməliyik, böyük həyəcan, nəhayət qalib müəyyənləşəcək.

Polşalılar penalti zərbələrinin birini qola çevirə bilməyincə, yarış onlar üçün bitmiş oldu. Amma Polşa millisi dediyimiz kimi öz oyunu ilə qalib olmağa daha layiq idi. Yarışı isə çoxlarına dərs verərək və futbol adına çox gözəlliklər bəxş edərək tərk etdi. Əsl mübariz kimi, əsil komanda kimi, əsl sevilən kollektiv olaraq.

01. 07. 16

1/4 Final 23:00  Uels 3-1 Belçika   

Bir tərəfdə Con Benjamin Toşakın həmyerliləri və digər tərəfdə də Mirça Rednikin bağlı olduğu Belçika futbolu… Onu da deyək ki, Uels millisinin bundan əvvəlki baş məşqçisi C. B. Toşak idi, həmçinin M. Rednik rumın olmasına baxmayaraq həm də Belçika vətəndaşıdır. M. Rednik futbolçu kimi Belçikanın “Standard” Liege klubunun aparıcı müdafiəçilərindən olub. Yaxın illərdə isə həm “Standard” və həm də Belçikanın bir neçə adlı sanlı klubunda baş məşqçi olub. Onun yetirmələrindən indi də bu millidə çıxış edirlər. Uğurlar arzu edirik.

Daha səlis oyun nümayiş etdirən belçikalılar nəhayət 13-cü dəqiqədə Radja Nainggolanın güclü sağ ayaq zərbəsindər qapının sağ 9-luğuna gedən topla hesabı açdılar. Mübarizə hər iki komandanın barışmaz xarakteri ilə davam edir.

26-cı dəqiqədə Uels millisinin 100%-li qol momentindən istifadə edə bilməməsi ilə yadda qaldı. Bəli, ardıcıl hücumlar nəhayət ki, Uels millisində də nəticə verdi. Künc zərbəsindən sonra 31-ci dəqiqədə Eşli Villiamın gözəl baş zərbəsi ilə hesab bərabərləşdi. Uelsin bərabərlik qolundan sonra daha da həvəslənən Toşakın həmyerliləri hissənin sonuna qədər daha fəal oynadılar və 100%-li olmasa da, bir neçə epizodlar da qapı önündə yarada bildilər.

İkinci hissə daha da maraqla gözlənilir. Belçika millisi topu özündə saxlamaqla vəziyyətə tam nəzarət etmək istəyində olduğunu göstərir. Baxaq, görək buna nə qədər nail ola biləcək. Onu da deyək ki, bu taktika belçikalılara qısa zaman ərzində bir neçə qol epizodu yaratmağa inkan qazandırıb. Hücuma aludə olan belçikalılar müdafiədə ani səhv ucbatından 55-ci dəqiqədə 4 müdafiəçi arasında Hal Robson Kanuya qol vurmaq fürsəti verincə heç də layiq olmadıqları məğlub duruma düşdülər ki, bunun da əvəzini çıxmaq üçün xeyli əziyyət çəkməli olacaqlar. Təbii ki, bu da alına da, alınmaya da bilər. Sam Vokes də 86-cı dəqiqədə Uels millisinə öz töhfəsini verdi və hesab 3:1 Uelsin xeyrinə oldu. Oyunda yekun nəticə də bu olunca, Urls millisi 1/2 finala vəsiqə qazandı.

02. 07 16

1/4 Final  23:00  Almaniya 1-1 İtaliya   (Penaltilər 6:5)

Bu gün doğrudan da maraqlı və əsəbi oyunun şahidi olacağıq. Hər iki komanda nəinki Avropa, o cümlədən dünya futbolunda öz sözünü demiş komandalardandı. İnsafən Almaniya hücum və əsl açıq oyun sərgiləyən komandadır və bu stili ilə çox şeyə nail olmağın nümunəsini göstərib. İtaliya millisi isə nəyin bahasına olursa, olsun, hesaba və nəticəyə oynayan komandadır. Bir təsadüfi ya da belə, qol vurarsa, son ana qədər hesabı saxlamağa çalışacaq. Bunun üçün sıx müdafiədən çıxmayacaq, vaxtı “yemək” üçün bütün vasitələrdən istifadə edəcək və nəhayət çox vaxtı da buna nail ola bilən komandadır. Bir də rəqib hücuma aludə olduğu uzun dəqiqələrin birində bir kontur-atak şansı əldə edib onu dəyərləndirməyə çalışacaq. İnsafən, İtaliya da bununla çox şeyə nail olduğunu göstərib.

Ona görə də yazının bu günki başlığını belə qoymağı məsləhət bildik: “Bu gün 1/4 final mərhələsinin üçüncü matçında antoqonistlərin mübarizəsi”. Həqiqətən də bu fərqli fəlsəfə ilə oynayan komandaların matçları ərzində izləyicilərin əsəblərinin sakit olacağını təxmin etmirik. Amma bütün bunları nə ki, biz, bütün dünya da bilir. Ona görə də buna köklənmiş rəqibini aldatmaq üçün hər iki komanda oyun stilində dəyişiklik edə bilər ki, bu da qeyri-adi görünməməlidir. Əsas məqsədə çatmaqdır ki, hər iki komanda bunun öhtəsindən gəlməyə çalışacaq.

Budur maraqla gözlənilən matç artıq başladı. Görək nələrin şahidi olacağıq. Oyun öncəsi hər iki komanda qayğılı görünür. Hakimin start fiti ilə almanlar topu oyuna daxil edirlər. 15 dəqiqə arxada qaldı. Hələlik ciddi bir vəziyyət olmasa da hər iki komanda qol vurmaq həvəsi ilə alışıb, yanır. 16-cı dəqiqədə Almaniya millisində məcburi əvəzləmə. Sami Xedira bir neçə dəqiqə əvvəl zədələndi və oyuna davam edə bilmədi. Belədə təcrübəli və veteran isim Bastian şvanştayger onu əvəzləməli oldu. İlk hissənin sonlarına doğru hər iki komandanın ifasında 100%-li qaçırılan qol imkanları oldu. Sür`ətin böyüklüyündən qaynaqlanan qarşılıqlı ötürmə səhvləri olmasa qol imkanlarının daha çox olacağını demək olardı. İlk hissə sona çatdı.

II hissə başladı və hələki italyanlar topa nəzarəti özündə saxlayırlar. 52-53 dəqiqələrdə isə almanlar dalbadal təhlükəli gəldilər. 60-cı dəqiqəyə doğru italyanların əsəblərində gərginlik hiss olunur. Çünki heç bir ciddi səbəb olmadan dalbadal 3 sarı vərəqə almış oldular. Bu gərginliyi azaltmasalar onlar üçün çox çətin olacaq. Budur 64-cü dəqiqə dediklərimizə sübut oldu və Məsud Özil artıq hesabı açdı. Almanlar müdafiədə açıq əllə topa toxununca hakim penalti tə`yin etdi və Leonarda Banuççi Manuel Noyeri mə`yus etdi ki, bununla da hesab bərabərləşdi 1:1. Gərgin keçən 90 dəqiqə bərabərliklə bitincə qalibi müəyyən etmək üçün əvvəlcə iki 15-dəqiqəlik ekstra taym oynanılacaq.

90 dəqiqə ərzində hər iki komandanın oyunçuları çox sür`ətli oyun sərgilədilər deyə ekstra taymda fiziki cəhətdən nisbətən axsayacaqları gözləniləndi. Yorğunluq həqiqətən hiss olunur. Elə buna görədir ki, komandalar, xüsusən də İtaliya yığması daha çox uzaq ötürmələrdən istifadə edirlər. İlk ekstra hissə hesabda dəyişiklik olmadan bitdi və ikinci qısa hissəni izləyək.

İkinci ekstra taym da nəhayət start götürdü. Almanlar ilk həmləni etsələr də faydasız oldu. İtaliya da cavab həmləsi etdi. Amma italyanlarda daha çox yorğunluq və əsəb gərginliyi hiss olunur. Düzdü əsəblərini nisbətən ələ ala bilsələr də italyanlar, buna tam nail olmalıdırlar. Nəhayət 120 dəqiqə hesab dəyişmədən bitdi. və penaltilər seriyasını izləyək.

03. 07. 16

1/4 Final  23:00  Fransa 5-2 İslandiya

İslandiyanın belə mö`təbər yarışlarda təcrübəsinin azlığı məhz bu hesaba gətirib çıxardı. Əslində hesaba diqqət yetirdikdə sanki, islandların əli-qolu bağlı imiş kimi təəssürat yaranır. Amma bu belə olmadı. İslandiya millisi bərabərliyə yetəcək qədər qol vəziyyətləri yarada bilsə də bunlardan cəmisi ikisindən istifadə edə bildi. Təcrübəsizlikdən əmələ gələn həyəcan onlarda xətlərarası əlaqənin olduğunu lakin bir ardıcıl mexanizm şəklində işləməkdə çətinlik çəkdiklərini ortaya qoydu. Məhz belə faktorların olması, Fransa kimi bişmiş bir komandaya fürsətlərdən yararlanmaq üçün gözəl şans verirdi.

1/2 Final mərhələsi   

Artıq 1/2 final mərhələsinə gəlib çıxdıq. Yəni, bu mərhələyə qədər olan əvvəlki etaplar artıq yekunlaşıb. 1/2 final mərhələsində 4 komanda iştirak edir ki, bunların taleyinə də iki oyunda aydınlıq gələcək. İki müxtəlif gündə keçiriləcək bu oyunlar 6 və 7 iyul tarixlərində baş tutacaq.

06. 07. 16

1/2 Final  23:00  Portuqaliya 2-0 Uels

İlk hissəni Uels millisi üstün oyun sərgilədi. Lakin bu oyundakı üstünlüyü hesabda təsbit edə bilmədilər. İkinci hissəyə isə Portuqaliya daha aktiv başladı. Görünür elə onların da məqsədi ilk hissədə uelsliləri yormaq imiş. Bundan istifadə edən portuqaliyalılar ard-arda daha kəskin hücumlar edib, artıq təhlükəli gəlməyə başladılar. Nəticədə 59-ci dəqiqədə Ronaldo və üç dəqiqə sonra isə Nani ardıcıl qollar vuraraq, Uelsin final istəklərini dəfn etdilər. Niyə dəfn etdilər yazırıq? Çünki ardıcıl iki top buraxan Uels millisidə əsəblər və nəticədə də  oyun intizamı pozulmuş oldu. Təbii ki, belə ovqata düşən komanda heç cür oyunu xilas edə bilmir və ümidləri dəfn olunmuş hala düşür ki, bu gün də bu taleyi uelslilər yaşamalı oldular.

 

 

 

Qarşılaşmalar Bakı vaxtı ilə 17.00, 20.00 və 23.00-da başlayacağı AVRO 2016 Final mərhələsində matç təqvimi bu şəkildədir:
I Tur qrup oyunları: 10-11-12-13-14 İyun
II Tur qrup oyunları: 15-16-17-18 İyun
III Tur qrup oyunları: 19-20-21-22 İyun
İkinci mərhələ pley-off: 25-26-27 İyun
1/4 final: 30 İyun-1-2-3 İyul
Yarım final: 6-7 İyul
Final: 10 İyul
AVRO 2016 Qruplar və oyunlar

A Qrupu

S      K           O   Q   H    M   T/F   X 

1. Fransa       3    2    1    0    4-1    7

2. İsveçrə       3    1    2    0    2-1    5

3. Albaniya    3    1    0    2    1-3    3

4. Rumıniya   3    0    1    2    2-4    1
10.06.2016 23:00 (Stade de France – St. Denis) Fransa 2-1 Rumıniya   
11.06.2016 17:00 (Stade Bollaert-Delelis – Lens) Albaniya 0–1 İsveçrə
15.06.2016 20:00 (Parc des Princes – Paris) Rumıniya 1–1 İsveçrə  
15.06.2016 23:00 (Stade Velodrome – Marsilya) Fransa 2-0 Albaniya
19.06.2016 23:00 (Stade Pierre Mauroy – Lille) İsveçrə 0-0 Fransa
19.06.2016 23:00 (Stade de Lyon – Lyon) Rumıniya 0-1 Albaniya
B Qrupu

S      K          O    Q   H   M    T/F   X 

1. Uels           3    2    0    1    6-3    6

2. İngiltərə     3    1    2    0    3-2    5

3. Slovakiya  3    1    1    1    3-3    4

4. Rusiya       3    0    1    2    2-6    1
11.06.2016 20:00 (Stade de Bordeaux – Bordeaux) Uels 2-1 Slovakiya  
11.06.2016 23:00 (Stade Velodrome – Marsilya) İngiltərə 1-1 Rusiya    
15.06.2016 17:00 (Stade Pierre Mauroy – Lille) Rusiya 1-2 Slovakiya
16.06.2016 17:00 (Stade Bollaert-Delelis – Lens) İngiltərə 2-1 Uels               
20.06.2016 23:00 (Stade Geoffroy Guichard – St. Etienne) Slovakiya 0–0 İngiltərə
20.06.2016 23:00 (Stade de Toulouse – Toulouse) Rusiya 0-3 Uels

 

 

 

C Qrupu 

S      K             O   Q   H   M   T/F   X 

1. Almaniya     3    2    1   0    3-0    7

2. Polşa           3    2    1   0    2-0    7

3. Ş. İrlandiya  3    1    0   2    2-2    3

4. Ukrayna       3    0    0   3    0-4    0
12.06.2016 20:00 (Stade de Nice – Nice) Polşa 1-0 Şimali İrlandiya   
12.06.2016 23:00 (Stade Pierre Mauroy – Lille) Almaniya 2-0 Ukrayna   
16.06.2016 20:00 (Stade de Lyon – Lyon) Ukrayna 0-2 Şimali İrlandiya
16.06.2016 23:00 (Stade de France – St. Denis) Almaniya 0-0 Polşa
21.06.2016 20:00 (Parc des Princes – Paris) Şimali İrlandiya 0-1 Almaniya
21.06.2016 20:00 (Stade Velodrome – Marsilya) Ukrayna 0-1 Polşa
D Qrupu

S      K           O    Q   H   M    T/F   X 

1. Xorvatiya    3    2    1    0    5-3    7

2. İspaniya       3    2    0    1    5-2    6

3. Türkiyə        3    1    0    2    2-4    3

4. Çexiya         3    0    1    2    2-5    1
12.06.2016 17:00 (Parc des Princes – Paris) Türkiyə 0-1 Xorvatiya      
13.06.2016 17:00 (Stade de Toulouse – Toulouse) İspaniya 1-0 Çexiya 
17.06.2016 20:00 (Stade Geoffroy Guichard – St. Etienne) Çexiya 2-2 Xorvatiya         
17.06.2016 23:00 (Stade de Nice – Nice) İspaniya 3–0 Türkiyə   
21.06.2016 23:00 (Stade Bollaert-Delelis – Lens) Çexiya 0–2 Türkiyə
21.06.2016 23:00 (Stade de Bordeaux – Bordeaux) Xorvatiya 2-1 İspaniya
E Qrupu

S      K          O   Q   H   M    T/F   X 

1. Belçika     3    2    0    1    4-2    6

2. İtaliya       3    2    0    1    3-1    6

3. İrlandiya   3    1    1    1    2-4    4

4. İsveç         3    0    1    2    1-3    1
13.06.2016 20:00 (Stade de France – St. Denis) İrlandiya 1-1 İsveç
13.06.2016 23:00 (Stade de Lyon – Lyon) Belçika 0-2 İtaliya
17.06.2016 17:00 (Stade de Toulouse – Toulouse) İtaliya 1-0 İsveç  
18.06.2016 17:00 (Stade de Bordeaux – Bordeaux) Belçika 3-0 İrlandiya 
22.06.2016 23:00 (Stade Pierre Mauroy – Lille) İtaliya 0-1 İrlandiya
22.06.2016 23:00 (Stade de Nice – Nice) İsveç 0-1 Belçika
F Qrupu

S      K             O   Q   H   M    T/F   X 

1. Macarıstan   3    1    2    0    6-4    5

2. İslandiya      3    1    2    0    4-3    5

3. Portuqaliya  2    0    3    0    4-4    3

4. Avstriya        3    0    1    2    1-4    1
14.06.2016 20:00 (Stade de Bordeaux – Bordeaux) Avstriya 0-2 Macarıstan
14.06.2016 23:00 (Stade Geoffroy Guichard – St. Etienne) Portuqaliya 1-1 İslandiya
18.06.2016 20:00 (Stade Velodrome – Marsilya) İslandiya 1-1 Macarıstan
18.06.2016 23:00 (Parc des Princes – Paris) Portuqaliya 0-0 Avstriya
22.06.2016 20:00 (Stade de France – St. Denis) İslandiya 2-1 Avstriya
22.06.2016 20:00 (Stade de Lyon – Lyon) Macarıstan 3-3 Portuqaliya

24 Şərh yazıya: Fransa-2016; Finalın adı, Portuqaliya-Fransa və Portuqaliya Çempion!

  1. R..S

    Salam .İnşAllah gözəl bir futbol bayramının şahidi olarıq.
    *****
    Salam! Bəli, biz də böyük maraq və intizarla bu bayram dolu turniri gözləyirik. Xoş idman istirahəti arzulayırıq.

     
  2. R..S

    Payetin qolu bəlkə də .bu ilki Avropa çemianatınln ən gözəl qolu olacaq.Redniki çox istəsək də , Fransa bu qələbəni haqq etdi.
    *****
    Payet barədə düz buyurursunuz.
    Fransa daha hazırlıqlı görünürdü. Ev sahibi olmaq da Fransa üçün bir üstünlük, Rumıniya üçün isə bir qədər basqı idi. Əgər bu faktorlar olmasa idi, Rumıniya həm start fitindən sonrakı və həm də ikinci hissənin startındakı aqressivliyini qola çevirə bilsəydi, Fransanın işi heç də istədiyi kimi olmazdı. Məhz bu faktorlar oyunun taleyini müəyyənləşdirməkdə rol oynadı. Amma Rumıniya qrupda qalacaq komandaya bənzəmir. Həm oyununa və həm də qrupun tərkibinə nəzər saldıqda bunu əminliklə demək olar.

     
  3. R..S

    Türkiyədən sonra , Ruminya qələbəsini istədiyim milli komandadır .Düzü bu Redniklə bağlı deyil.Rumunlar həmişə hörmət etdiyim xalq olub.İnşAllah sabah Türkiyə qələbə qazanar.
    *****
    Əlbəttə Türkiyə millisinin Azərbaycanda çox azarkeşləri var. Onlar da sizin kimi sabah Türkiyədən qələbə gözləyəcək. Amma onu da deyək ki, Türkiyə ən çətin qrupda yer alır. Hər halda uğur gözləyirik.

     
  4. Zəfər Lerikli

    Salam.İmperatordan çox şey gözlənilirdi amma oyuna mudaxilə edib nəsə etmək əvəzinə hər şeyi taleyin ixtiyarina buraxmişdi.Bu ilk oyunda Fransadan gələn həyəcan idi yoxsa Xorvatiyanin “əvvəlki gözqorxu”su ilə əlaqədar idi?.Təşəkkurlər
    *****
    Zəfər bəy, Salam! Çox bərbad vəziyyətdədir Türkiyə yığması. Nə oyunçu seçimi, nə oyun fəlsəfəsi və nə də ümumiyyətlə futbol yoxdur. Yığmanın üzvləri belə düzgün seçilməyib.

     
  5. Zəfər Lerikli

    Hər vaxtiniz xeyir.Bu gün macarlar ağilli futbol oynadilar.Avstriyanin azliqda qalmasindan asili olmayaraq macarlarin fiziki durumu da çox şeydən xəbər verirdi.
    *****
    Hər vaxtınız xeyirli olsun, Zəfər bəy! Doğrudan da Macarlar psixoloji səddi dəf etdikdən sonra, böyük futbol iste`dadı və bacarığı ortaya qoydular.

     
  6. Zəfər Lerikli

    Allahin Salami olsun sayt istifadəçilərinə və sayt rəhbərinə.
    Bu gun Ruminiyanin ikinci oyununu izləmək qismtimdə oldu.Duşunurəm ki növbəti mərhələ uçun mutləq qələbə vacibdir.Buna inamim hardasa qalib.Lakin Ruminiyanin oyun uslubunda muəyyən çatişmamazliqlar açiq-aydin görunur.Burda Rednikli “XL” yada duşur….
    *****
    Sizi də Allahın adı ilə salamlayırıq, Zəfər bəy! Rumıniya II turda I turdakından zəif çıxış elədi. Bunun müəyyən səbəbləri ola biləcəyini oyun haqda qeydlərimizdə etmişik. Təbii ki, son turda mütləq qələbə lazımdır. Amma dünən bir daha Albaniya yığması sübut etdi ki, heç də asan yem deyil. Bu oyun Rumıniya üçün ölüm-dirim mübarizəsi olacaq ki, 4 xoşbəxtdən biri olsun.
    Yəqin bilirsiniz ki, hər qrupda 1 və 2-ci yeri tutanlar növbəti mərhələyə vəsiqəni 100% tə`min edir. Qalan 4 komanda isə 6 qrup üzrə ən yaxşı nəticə göstərən 3-cü yerlərin sahibləri içərisindən seçiləcək. Albaniya üzərində qələbə qazanmaqla xal hesabını 4 çatdıra biləcək Rumıniya bunun öhtəsindən gələ bilər. Fransa İsveçrəyə qalib gələcəyi təqdirdə 4 xalı olan İsveçrə lap buraxdığı topların sayına görə görə üçüncü yerə düşə, Rumıniya isə daha yaxşı vurulan top sayına görə ikinci yerə qaxmaq imkanına malikdir. Amma Fransa artıq vəsiqəni 100% əldə edib deyə, çətin ki, gücünü sərf etsin. Çünki növbəti mərhələyə güc saxlamaq lazımdır.
    Qaldı ki, Albaniya da qələbə üçün oynayıb 3 xal toplamaqla 4 xoşbəxtdən biri olmağa çalışacaq. Qrupda növbəti mərhələyə vəsiqə qazanmağa hər 4 komandanın şansı var ki, artıq Fransa bunun öhtəsindən gəlib.

     
  7. Z.L

    Turkiye komanda olaraq lap əvvəldən zəif idi.Ondan hansısa üzür gözləmək sadəlövhlük olardı.Bunun səbəbləri isə müxtəlifdir.Başlıca səbəbi məşqçi kimi Fateh Terimi futbol imperatoru kimi türk xalqının gözündə həddindən ziyadə şişirtmək olmuşdu ki,bu da artiq təkəbbürlük sindromu üçün açıq – aydın meydan açmışdı.Video-tənqid düzəlməsi isə lap yerinə düşüb.Mən macarların sürpriz komanda olmasini qeyd edərdim
    *****
    Hörmətli izləyicimiz, bütün fikirlərinizlə razıyıq.

     
    • Zəfər Lerikli

      Salam.Muəllim mən macarlarin oyununa muəyyən səbəbdən baxa bilmədiyimdən islandiya ilə 0:0 hesabi ilə bitən oyunun sona çatmasindan indi xəbərim oldu.Lakin oyun barəsində ətrafli məlumat əldə edə bilmədim.Məncə macarlar 4/1-ə qədər gələ bilər.Turkiyyənin uğur qazanmasina zatən inanmirdim.Z.L(Zəfər lerikli)
      *****
      Salam, Zəfər bəy! Sözün düzü dünən İslandiya millisi gözlənildiyindən də artıq gözəl oyun nümayiş etdirdi. Deyəsən elə macarların planını da bu davranış pozdu. İslandlar hətta hesabda önə keçib, uzun müddət bunu qoruya da bildilər. Amma macarlar meydana xal üçün çıxmışdı deyə bir top vurub məğlubiyyətdən canlarını qurtara bildilər. Amma onu da deyək ki, macarlar psixoloji hzır idilər deyə, bərabərliyin öhtəsindən gələ bildilər. Əks təqdirdə məğlub ola bilərdilər.

       
  8. Zəfər Lerikli

    Hər vaxtiniz xeyir.Mən surprizləri ilə ilk addimdan nəsə v”əd edənləri görmək istəyirəm….desəm yanildiğimi qeyd etməyimi ifadə edə bilərəm.Nə qədər
    muəmmali görünüb və fikirlərim birtərəfli təsiri bağişlasa da Macaristan yiğmasini dəyərlənirirəm.Bir şerdə deyildiyi kimi:

    Eniş-yoğüş bir-birinin davami
    Dağ-dərəyə,dərə-dağa bağlidir.–

    Burda m”əna uçuncu misraya keçmədən macarlarin avropa futboluna intqrasiyasinin “məhz” nəyin hesabina çatmasini desəm yenə qinanmaqdan qorxduğumdan….artiq sözümü demiş oldum. Şahidi Siz oldunuz.Uels kimi rəqibə “atilmiş dirnaq” deyənlərimiz macarlara baxib və utanmalidirlar.Bu ki , ingilislərin yiğma “İngiltərə”si deyil.Söhbətdən uzaq duşsəmdə–arifə bir işarə bu macarlardir.Uels ha deyil!?
    *****
    Hər vaxtınız xeyir, Zəfər bəy! Macarlar növbəti turlarda daha yaxşı nəticələrə layiq komandadır.

     
    • Zəfər Lerikli

      Atletik futboldan danişmayim…Artiq avropada fikir vermisinizsə atletik futbol oynayan kamandalar sonda top itkisinə yol verir və ya bəxt amilindən sonda istifadə edir.Yer ilə ötürmə taktikasini isə nəhəng AVROPA artiq bizim Azərbaycanin “Rəvan”indan öyrənib.İnanmirsiniz!?.And olsun Bayildaki ŞEYTAN Çarxina ki ,artiq şeytanda futbolumuzdan gen gəzir.
      *****
      Gen gəzmək şeytana xas olmasa da, sizin bu mə`nada qeydləriniz hər iki tərəf üçün maraqlıdır və ona görə maraqlıdır ki, bəlkə bir şey öyrənələr.

       
  9. Z.L

    Turkiyənin şansı lap görünsə belə…yenə həmən həməndir.
    *****
    Hələlik ən pis vəziyyət Albaniya və Türkiyəyə aiddir.

     
  10. Z.L

    Salam.Bu gün macarların əsl gücü bilinəcək.Mən həmişə yaxşı futbol oynayan komandaya azarkeşlik etsəm də nədənsə macarların sürpriz komanda olmağini düşünürəm.Bu gün macarlardan ən azi yaxşı oyun gözləyirəm.Komanda mudafiə oynayar və əks-hücümlarda şans ini axtaracaq.Fikrinizi bilmək maraqlıdır.
    *****
    Salam! Gəlin sizinlə razılaşmayaq. Oyundan qabaq komandaların statusu deyilən bir şey var. Macarlar iki oyun keçirib və bir qələbə, bir də bərabərlikdən 4 xala malikdirlər. top fərqləri də +2 həddindədir. Hətta 1, 2 top fərqi ilə məğlub olsalar belə, qruplarında ən pis halda 3-cü yeri tutacaqlar. Digər qruplarda mövcud vəziyyətlərə nəzər salsaq, indidən deyə bilərik ki, macarlar artıq növbəti mərhələ məsələsini tə`min edib.

    Elə isə daha məs`ul növbəti mərhələ 1-2 günə başlayacaq və hansı məntiqlə macarlar bu gün bütün gücünü qoyub oynamalıdır?! Yorulma, əzilmə qorxusunu da nəzərə alsaq, bizə elə gəlir ki, macarlar bu gün çox ehtiyatlı oyun oynamalıdır. Oyun öncəsi status macarlarda belədir. Amma qrupda digər komandaların oyunöncəsi statusları heç də belə deyil və onlar yalnız qələbə qazanmaq üçün meydana çıxacaqlar.

     
    • Zəfər Lerikli

      Muəllim!.Fikrim tam ayridir.Macarlarin xalindan və qrupdan çixa bilməsi şanslarindan xəbərim var.Macaristan tam surpriz oyunlarini butun oyunlarda göstərəcək.Mənə belə gəlir.Qaıdi fikirlərinizə Sizinlə tam raziyam.
      *****
      Salam, Zəfər bəy! Məncə macarlar özlərini nahaqdan yordular. Çünki növbəti mərhələ(lər)də bu yorğunluğun acısını yaşaya bilər.

       
  11. Zəfər Lerikli

    Hər vaxtiniz xeyir.Turklərin qrupda qalacağina inanmiram.Macarlara turklərin təklifi bir az muəmmalidir.Turklər bunu həll etmək istəsələr…onda Fateh Terimin “Bitdi deməsək, onda heç nə bitməyib” fikirlərinə munasibət bildirəsi olsaq -onda əsl muəmmalar barədə muxtəlif şərh yurutmək olar.Təşəkkur edirəm.Söhbət ALİ QURUMA unvanlanib həmin musahibədə…əgər oxumusunuzsa.
    *****
    Sizin də hər vaxtınız xeyirli olsun! Xeyr, oxumamışam. Amma Terimi əlində böyük bir çemodan, “Stade de Lyon”un həndəvərində görüblər. Bir şey alınmayınca, təcili olaraq, Nice şəhərinə uçub :)).

     
  12. R..S

    Salam .bu gün çox zövqlu futbol izlədik Macarıstan-Potuqalya .Ronaldo vura bilmədiyi penaltinin əvəzini bu gün çıxdı.
    *****
    Salam! Yəqin ki, hələ qabaqda çox maraqlı matçların şahidi olacağıq.

     
  13. Zəfər Lerikli

    Əhsən PFL və AFFA-ya!.Əsla düşünməyin ki ,bu sözləri ürəkdən demirəm.Adama deyərlər a kişi!.-Bir avropaya bax!.Gör o boyda avropa nəhəngi İtaliya oyun satir.Özü də elə bir qiymətə ki ,artiq avropada 8/1 nədir heç finaldaki qonorara da italiyanin tamahi qalmayib.Az-çox məni anlayan deyər ki ,əşşi İtaliya bir dəqiqə ərzində bu qolu bəxşiş etməliydi amma ilk həmlədə qol buraxmaq İtaliya adina yaraşmazdi.məhz oyunun son dəqiqələrinin həmin aninda ikinci həmlə də adlarina layiq baş zərbəsi ilə qol yeməliydilər ki ,bütün avropa buna inansin deyə.Amma biz “XL”-lilar o qədər beləqollari PFL, HK, və AFFA-dan yemişik ki….qardaş ,bizi aldatmaq mümkun deyil.Elə bütün bunlara görə də “XL” azarkeşi kimi yerli futbol baş bilənlərinə ürəkdən təşəkkur edirəm..)))

     
  14. Zəfər Lerikli

    İtaliyanin son oyunundan sonra UEFA rəsmiləri rəsmi surətdə Azərbaycan futbolunda misilsiz xidmətləri ilə fərqlənən “HK”-ə yox,birbaşa PFL-ə rəsmi təşəkkur məktubu unvanlamaq qərarina gəliblərmiş.Lakin bu son anda alinmayib.Bu barədə azca da olsa etibarli mənbələrdən xəbər alan yerli futbol qurumlarimiz dərhal kəşfiyyat xarakterli sovet dövründən miras qalmiş köhnə telefonlardan istifadə edərək rüçnoy surətdə FRANSA-da avropa oyunlarina rəhbərlik edən UEFA-rəsmilərinə təcrubələrindən danişiblar.Nəticədə belə qərara gəlinib ki ,belə məktublari rəsmi olaraq hər hansi ölkəyə göndərmək olmaz.
    Mahiyyətini bilmək istəyirsinizsə onda səbrli olub və yazini axira kimi oxumağiniz məsləhətdir.
    Vaqiənin əsasi AZƏRBAYCAN-da qoyulub.Səbəbdə sadədir,ona görə ki, bu ölkədə yaşayan futbol azarkeşi “TOP-az” yetirməsi olduğundan çox ayiqdir.Saxta vinzavod içkilərindən imtina edir ,qatişiqla zəngin pivə məhsullarindan istifadə etmirlər.Həm də ona görə ayiq olmalidirlar ki , heç bir vaxt İtaliyanin məğlubiyyətinə pul qoymasinlar.
    .Butun bunlara görə də məhz futbol azarkeşləri AFFA-ya əhsən deməlidirlər…Əsla düşünməyin ki ,bu sözləri ürəkdən demirəm.And olsun “Bakcell Arena” stadionun əzəmətinə ki ,topla bu xalqi azdira-azdira T.Bəhramov adina stadionda, özüdə 28 may tarixində ilk addimlari atmaqla peşəkar dubl etdilər.Və avropaya numunə oldular.
    Adama deyərlər a kişi,bir avropaya bax!.Gör o boyda avropa nəhəngi İtaliya son dəqiqələrdə uduzdu..Özü də su qiymətinə.Bəlkə də elə bir qiymətə ki ,artiq avropada 8/1 nədir ,heç avropa finalindaki qonorara da italiyanin artiq tamahi qalmayib.Bəs sən nədən yerli futbol qurumlarindan narazisan?.Məgər görmürsən ki ,avropa artiq bizdən öyrənir,belədə nə “qurd” bağlamisan axi !?.
    Sözün bu yerində az-çox futbolu anlayan deyər ki ,əşşi İtaliya 87-nin son bir dəqiqəsi ərzində bu qolu bəxşiş etməliydi amma ilk həmlədə əndərabadi qol buraxmaq İtaliya adina yaraşmadiğindan ,məhz oyunun son dəqiqələrinin elə həmin aninda ikinci həmlə də adlarina layiq baş zərbəsi ilədə qol yedi.Bəlkə topu özləri öz qapilarindan keçirməliydilər?
    .Mən də deyirəm ki,İtaliya futbolçularida bu topa elə uzulməliydilər ki ,elə bil atalari ölub və anlari irlanda ərə gedirmiş kimi….ta bütün avropa buna inansin.Lakin digər tərəfdən düşünurəm ki ,bu bədbəxtlər hardan biləydilər ki , Azərbaycanda buna inanan olmaz.Axi bizim PFL-imiz və HK-miz var.Onlar PFL-in dərsliklərinin hələ ilk səhifəsini oxuyub və tətbiq etsələr də..sonunu biz “XL”-lilar yaxşi bilirik.
    Hələ AFFA-ni demirəm ki , hər sirri də bu avropaya vermək olmur.Axi onlarin ipinin ustunə odun yiğmaqda olmaz.Ən azi PFL -in dərslikləri artiq onlardadir axi..
    Bir də UEFA hardan bilsin ki.., biz “XL”-lilar o qədər belə qollari PFL, HK, və AFFA-dan yemişik ki, artiq bir qulağimizin dibi qalib.Deyirsiniz ki, onu da aparib verək avropaya,bununla da futbola nifrət edək!.
    Onlar bunu görmək əvəzinə Mahir Şukurovun orta barmağini görərlər.Axi biz 14-dən 8-ə gedən tərəqqi futbolunun azarkeşləriyik.
    Qardaş ,bir sözlə bizi aldatmaq mümkun deyil.UEFA-dan təşəkkur məktubu gəlmədi, gəlmədi də .Elə bütün bunlara görə də “XL” azarkeşi kimi yerli futbol baş bilənlərinə ürəkdən təşəkkur edirəm..))) Əsas azarkeş təşəkkurudur.Elə deyilmi?
    P,S:Nə olsun ki ,belə deyək: “O olmasin bu olsun”

     
  15. Zəfər Lerikli

    Salam.Fransa Almaniyanin növbəti mərhələyə keçməsini mən də təsdiqləyirdim və belə də oldu.Lakin Belçikanin da macarlarin ustundə fovarit olduğunu əksər futbol mutəxəsissləri qeyd edirlər.Lakin sonuncu fikirlə razilaşa bilmirəm.Macaristanin surprizləri 4/1-ə qədər davam edəcəyini duşunurəm.
    *****
    Zəfər bəy, salam! Biz macarların çıxmasına heyfslənsək də fikirlərimizi oyunun şərhində yazmışıq.

     
  16. Zəfər Lerikli

    Salam.Belçikanin şanslari yuksək qiymətləndirilirsə də mən Uels yiğmasinin növbəti mərhələdə görmək istərdim.Macaristan kamandasi Sizin dediyiniz kimi özləri-özlərini yandirdi.Onlardan sonra Uels kamandasinin oyun uslubunu qiymətləndirirəm.Bu şəxsi fikrimdir.Təşəkkur edirəm.

    —-
    Çempionati “Bosman” az saytinda izlədiyimə görə qurur duyuram.
    *****
    Salam, Zəfər bəy! Dəyər verdiyinizə görə təşəkkür edirik. Onu da deyək ki, çox maraqlı mübarizələrin adamı valeh elədiyi bir çempionat izləyirik.

     
  17. Zəfər Lerikli

    Salam.Almaniya-Italiya oyunu barədə fikirləriniz tam realliği əks etdirir.Əlavə nəsə demək həqiqətən də çətindir.İtaliya kamandasi həmişə- belə demək mumkunsə- güclü rəqiblərə qarşi qarşilaşmalarda bicliklərdən istifadə edib əks düşərgədə təxribat törətməklə hadisələrin mahiyyətini öz xeyrinə ustaliqla dəyişən komandadir.Bu gun alman nizam-intizamini pozmaq isə məncə mumkun olmayacaqdir.Qeyd etdiyiniz kimi fərqli taktika ilə hər iki komandanin meydana çixmasi gözlənilir ki ,əgər bu baş verərsə belə yenə Almaniyanin 2/1-də yerini görürəm.Təşəkkur edirəm.
    *****
    Zəfər bəy, salam! Amma çox belə məs`ul yarışlarda İtaliya Almaniyanı məğlub etməyi bacarıb. Görək bu dəfə nə olacaq?

     
  18. Zəfər Lerikli

    Salam.Avropa çempionati maraqli məqamlarla yadda qaldi.Surprizlər də oldu.Hətta bəzi komandalarinin istəkli çixişlarindan yanilan izləyicilər də kifayət qədər oldu.Hakim səhfləri və birtərəfli oyun-alqisi barədədə fikirlər söylənildi.Və nəhayət FİNAL-in adi: Fransa-Portuqaliya.

    Fofarit kimdir?-Sualina tərəddudlu fikirlər artiq mövcuddur.Proqnoz vermək həmişə çətindir.Lakin futbol azarkeşləri analiz edir və çempionunu muəyyənləşdirirsə…məncə Fransaya daha bəsdir.Növbəti çempion Portuqaliya!.15 il də Fransaya pis keçmədi…deyə duşunurəm.İkincilik pisdirmi?..

    P.S:Elnur Cəfərova uğurlar!
    *****
    Zəfər bəy, sizi gec də olsa, salamlayırıq. Təəssüf ki, Euro-2016-nın final mərhələsi ərəfəsində saytımızda texniki problemlər əmələ gəldi ki, bu bizdən asılı olmayan səbəblərdən idi. Düşüncələriniz özünü doğrutmuş sayılır.
    Əlbəttə Elnur Cəfərovun yeni ölkəsi Avropa Çempionu oldu. Gənc həmvətənimizə Çempion ölkədə müvəffəqiyyətlər arzu edirik.

     
  19. R..S

    Salam .Almanıyanın qələbəsinə inanırdım .ilk hissənin ilk dəqiqələri fransızların üstünlüyü ilə keçdi.Lakin bu 5 -6 dəq.çəkidi Almanlar başladı onları öz qapılarına geri çəkilməyə məcbur etməyə.İnanırdım ki qol gələcək , təssüf ki bu baş vermədi.Sizcə niyə üdüzdülar , fransısızların daha çox çempion istəyi , yoxsa almanların , fransızlardan zəifliyi ya da bilmədiyim başqa bir səbəb.? Öncədən təşəkkürlər.
    *****
    Sizi gec də olsa, salamlayırıq. Təəssüf ki, Euro-2016-nın final mərhələsi ərəfəsində saytımızda texniki problemlər əmələ gəldi ki, bu bizdən asılı olmayan səbəblərdən idi.
    Fransəzlar almanların gözləmədiyi şəkildə aktiv oyun nümayiş etdirdilər. Yəni onlar düşünmüşdülər ki, finala güclərini qorumaq üçün fransızlar az enerji sərf etmə taktikası ilə oynayacaqlar. Yəni müdafiədə diqqətli oynayıb, imkan düşdükcə əks-hücum taktikası ilə oynayacaqlarını düşünürdülər, fransızların. Amma göründüyü kimi fransızlar tam başqa taktika, sərt və ardıcıl hücum taktikası ilə oynadılar ki, bu da almanların işini tamam pozmuş oldu. Bunu final oyunu da sübut etdi. Yəqin siz də fikir verdiniz, finalda portuqaliyalılarla cəmi ilk hissəni fransızlar fiziki cəhətdən çatdıra bildilər. İkinci hissədə və xüsusən ekstrataymlarda məhz fiziki gücün çatışmazlığı nəticəsində fransızlar məğlubiyyətdən yaxa qurtara bilmədilər.

     
  20. R..S

    Salam . bu yay darıxmadıq Avropa çempionatı , Olipiya oyunları + “Qarabağ”və Qəbələnin qurup mərhələsinə düşməsi , çox gözəl oldu Nə qədəe başqa ölkələrin komandalarına axarkeşlik ecəyik.Daxili çempionata baxmayacadım (.Məlum səbəbə görə) Yaxşı ki , iki komandamız avroliqada oynayacaq.
    *****
    Salam! Əlbəttə bu il idman ili oldu. 4 ildən bir keçirilən Olimpiada, 4 ildən bir keçirilən Avropa Futbol Çempionatı ilə üst-üstə düşür ki, bu da idman həvəskarlarını darıxmağa qoymadı. Üstəlik siz deyən kimi komandalarımızın Avropa Liqası uğrları… Bizcə “Qarabağ” hətta qrupdan da çıxıb sonrakı finallarda mübarizəni davam etdirə bilər. Çünki bu qrupun tərkibi buna imkan verir.

     

Reply to Zəfər Lerikli


beş + = 14