Buradasınız Əsas » Rəylər » “Fair play” və ya qeyri-peşəkarlıq
  • Bookmark and Share

“Fair play” və ya qeyri-peşəkarlıq 

fair_play_2

Builki Azərbaycan Kubokunun finalında baş vermiş “Fair play” qaydalarının pozulması yəqin ki, heç kimin yadından çıxmayıb. Belə ki, “Xəzər Lənkəran”la “Bakı” klubu arasında keçirilən 2009/2010 kubok oyunlarının finalında, “Bakı” klubunun qapımıza vurduğu “Fair play” qaydalarına zidd olan qolun nəticəsində, əslində Azərbaycan Kuboku, anti-“Fair play” qaydalarının qurbanı olmuşdu. Bunun belə olmadığını qeyri-peşəkarcasına sübut etmək istəyən, klub rəsmiləri və bir sıra futbol başbilənləri nəhayət, “Xəzər Lənkəran” azarkeşlərinin həqiqətin itib batmaması yönundə göstərdikləri fəaliyyətin nəticəsində axır ki, bu oyunda “Fair play” qaydalarının pozulmasını rəsmən dilə gətirdilər. Bunu PFL prezidenti rəsmən dilə gətirsə də, klub qeyri-peşəkarlıqla da olsa sözündə qalmaqda davam etdi.

Elə həmin qeyri-peşəkarlığın davam etməsi, bu dəfə “Bakı” klubunun əleyhinə işlədi. Kuboku bu cür qazanmağın nəticəsində Avropa Liqasının ikinci təsnifat mərhələsinə birbaşa qatılmaq hüququ qazanan “Bakı” klubu elə ilk matçdaca, qeyri-peşəkarlığın qurbanı oldu və bu qeyri-peşəkarlıq, 2:1 qazandıqları matçın UEFA tərəfindən 0:3 hesablı məğlubiyyət qərarına gətirib çıxardı. Bu kədərli aqibət həm də Azərbaycan futbolu üçün uğursuz bir hal oldu.

“Xəzər Lənkəran” azarkeşlərinin “Bakı”nın indiki baş məşqçisinə mətbuat vasitəsi ilə “Fair play” qaydaları ilə bağlı ünvanladıqları sualları (güman ki, bu sualların ona çatmasına kimlərsə mane olmuşdu), baş məşqçi “Buduçnost”la məlum oyundan sonra avtomatik cavablamış oldu. Həmin məlum uğursuzluqdan sonra “Bakı”nın baş məşqçisinin dediyi bu sözlər: “Hər iki oyunu udub mübarizəni dayandırmaq ağlasığmazdı” cavabını, əslində həm də kubok oyununun finalına bu cür aid etmək olar: – ” 1:1 bitən final oyununda Kubok qazanmaq necə ağlasığmazdırsa eləcə, “Hər iki oyunu udub mübarizəni dayandırmaq ağlasığmazdı”!

Nəhayət “Xəzər Lənkəran” azarkeşlərinin sualları avtomatik cavablanmış oldu. Biz isə buna sevinmirik, əksinə fytbolumuzdakı qeyri-peşəkarlığın aradan qalxmasını arzulayırıq. Onda nə “Xəzər Lənkəran”, nə “Bakı” və nə də başqa klublarımız belə səhvlərdən əziyyət çəkməli olmaz.

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


3 + = səkkiz