Buradasınız Əsas » Rəylər » “Fair Play Bakı” getdikcə məşhurlaşır
  • Bookmark and Share

“Fair Play Bakı” getdikcə məşhurlaşır 

mahir_sukurov_m4

Rusiyanın “Anji” klubunun azərbaycanlı futbolçusu “Apasport.az” saytına müsahibə verib. Müsahibədə iki məqam “Xəzər Lənkəran”la bağlı olduğu üçün diqqətimizi cəlb etdi. Yalnız həmin iki məqamı təqdim edirik:

 

– Biz Avstriyada olanda Bakıdan xəbər gəlib ki, “Xəzər-Lənkəran” sizi transfer etmək istəyir. Bununla bağlı nə deyə bilərsiniz?
– Lənkəran təmsilçisinin mənimlə maraqlanması yaxşı haldır. Məni təkcə “Xəzər-Lənkəran” yox, digər klublar da heyətində görmək istəyir. Əgər mən Rusiyanı seçmişəmsə, deməli qabağa getmək istəyirəm. Azərbaycan çempionatına qayıtmaq fikrim yoxdur. Buna görə də, “Xəzər-Lənkəran” mənim əvəzimə başqa futbolçu axtarsa, daha yaxşı olar.

– Azərbaycan kubokunun final oyunundan yəqin ki xəbərdarsınız. “Fair Play” qaydaları əsas gətirilərək, “Bakı”nın “Xəzər-Lənkəran” klubunun qapısına vurduğu ilk qol hələ də müzakirə olunmaqdadır. Halbuki, paytaxt təmsilçisi ötən mövsüm sizi və o vaxt şərəfini qoruduğunuz “Olimpik” klubunu “Fair Play” qaydalarını pozduğu üçün ittiham edirdi…
– Həmin vaxt mənə çox təzyiq etdilər. Halbuki, qolu Junivan vurmuşdu. Mən sadəcə, aut yerinə yetirmişdim. Nədənsə, həm mətbuat, həm də “Bakı” rəhbərliyi mənim üstümə çox düşmüşdü. Etdiyim hərəkəti Azərbaycan futbolunda ləkə adlandırdılar. İndi hər şey “Bakı”nın qarşısına çıxdı. Onlar da mənim aqibətimlə üzləşiblər. Məni centlmenlikdə ittiham edənlər, gərək finalda öz qapılarından top buraxardılar. Amma eşitdiyimə görə, onlar bunu istəməyib. Həmin vaxt bəzi futbolçular da məni günahlandırdılar. İndi həmin futbolçulara səslənirəm: belə centlmenlikdən dəm vururdunuzsa, qol buraxardınız da… Biz Moldova ilə oynayanda da buna oxşar vəziyyət yarandı. Topu “Fair Play” qaydalarına uyğun yerinə yetirəndə moldovalıların kapitanı, Moskva “Dinamo”sunda forma geyinən Aleksandr Yepuryanu mənə dedi ki, topu elə qaytar ki, Azərbaycan kubokunun finalındakı kimi olmasın. Cavab verdim ki, narahat olma. Artıq çox ölkələrdə bilirlər ki, “Bakı” kuboku necə qazanıb (gülür).

 

Arxiv: Bosman.at.ua

 

Şərh yazıya: “Fair Play Bakı” getdikcə məşhurlaşır

  1. Royal

    halal olsun sene halal
    **********************
    Çox sağ olun!

     

Şərh əlavə et


7 − dörd =